Almaniyanın 100 milyardlıq müdafiə planı ortaya çıxdı
Dərc olunub:
2-06-2022, 14:01
Almaniya ordusunu gücləndirmək üçün 100 milyard avro xərcləməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Məlumata görə, pulun böyük hissəsi ölkənin hərbi hava qüvvələrinin gücləndirilməsinə gedəcək.
Kansler Olaf Şolts bildirib ki, Almaniyanın öz ordusuna 100 milyard avro sərmayə qoyma planı Berlinə döyüş gücünü əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verəcək.
Almaniya, həmçinin hava hücumundan müdafiə sistemini modernləşdirmək və AB-nin kosmosda yerləşən raket əleyhinə müdafiə sistemi olan TVISTER-i inkişaf etdirmək istəyir.