NATO: Türkiyənin narahatlığını aradan qaldıracağıq!
Dərc olunub:
2-06-2022, 00:50
NATO Finlandiya və İsveçin alyansa üzvlüyü ilə bağlı bu ölkələrin, eləcə də Türkiyənin yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirəcək.
Bu barədə NATO rəhbəri Yens Stoltenberq deyib.
“Bu problemin həlli üçün Brüsseldəki mənzil-qərargahda Türkiyə, İsveç və Finlandiyanın yüksək səviyyəli nümayəndələrinin toplantısını çağırmaq niyyətindəyəm. Hər bir ölkənin təhlükəsizliklə bağlı qayğılarının olması hüququ var və mən əminəm ki, biz bu problemi danışıqlar masası arxasında həll edə bilərik”, - deyə Baş katib bildirib.
O bildirib ki, Türkiyə çox mühüm NATO ölkəsidir və biz onun narahatlığını aradan qaldırmaq üçün hər cür səy göstərəcəyik.