Ukrayna hökuməti Kanadadan 790 milyon dollarlıq kreditin şərtlərini təsdiqləyib
Dərc olunub:
1-06-2022, 04:52
Ukrayna hökuməti Kanadadan 1 milyard dollar (790 milyon ABŞ dolları) həcmində kreditin şərtlərini təsdiqləyib.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Nazirlər Kabinetinin məlumatında deyilir.
Kredit güzəştli şərtlərlə verilir, onun ödəmə müddəti 10 ildir. Kredit prioritet xərclərin, o cümlədən sosial ehtiyacların maliyyələşdirilməsinin həyata keçirilməsi üçün Ukraynanın dövlət büdcəsinə daxil ediləcək.
Qeyd edək ki, apreldə Ukrayna Maliyyə Nazirliyi büdcə xərclərini maliyyələşdirmək üçün artıq Kanadadan 500 milyon Kanada dollarına (395 milyon ABŞ dolları) qədər vəsait cəlb edib.
Ukraynanın Baş naziri Denis Şmıqal bu gün bildirib ki, ölkəsi son üç ayda Qərb ölkələrindən 7 milyard ABŞ dolları dəyərində maliyyə yardımı alıb.