Meymunçiçəyinin müəyyən edilməsi üçün test HAZIRLANIR
Dərc olunub:
27-05-2022, 09:05
ABŞ-ın əczaçılıq şirkəti "Abbott Laboratories" meymunçiçəyi xəstəliyinin müəyyən edilməsi üçün tibbi testlər hazırlayır.
Bu barədə şirkətə istinadən "Reuters" agentliyi məlumat yayıb.
Bildirilib ki, şirkət ictimai səhiyyə və elm sahələrindəki tərəfdaşlarına test dəstləri təqdim edəcək.
"Vəziyyət inkişaf etdikcə, əlavə test ehtiyaclarını ödəmək üçün tədbirlər görəcəyik", - şirkətdən verilən məlumatda qeyd olunub.