Rusiyanın 1 tankı, 5 artilleriya sistemi məhv edildi
Ötən gün Ukrayna hərbçiləri Rusiya ordusunun 12 hücumunu dəf edib.
Bu barədə Ukrayna Birləşmiş Qüvvələri məlumat yayıb.
“Bütün müdafiə zonası boyunca düşmən döyüş təyyarələrindən, reaktiv yaylım atəş sistemlərindən, iriçaplı top artilleriyasından, tanklardan, müxtəlif sistemlərin minaatanlarından istifadə edir, mülki infrastruktur obyektlərinə, dinc yaşayış məntəqələrinə raket və bombalı zərbələr endirir. İşğalçılar Donetsk və Luqansk vilayətlərində 50-yə yaxın yaşayış məntəqəsini atəşə tutub, 60 mülki obyekti, o cümlədən: 55 yaşayış binası, məktəb, mədən müəssisəsi, istirahət mərkəzinin inzibati binası, yanğınsöndürmə məntəqəsini dağıdıb və zədələyib. Bu hücumlar nəticəsində 9 mülki şəxs həlak olub, daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda qeyd olunub.
Bildirilib ki, ötən gün ərzində Birləşmiş Qüvvələrin hərbi qulluqçuları 1 tank, 5 artilleriya sistemi; 5 ədəd döyüş zirehli texnikası; 5 düşmənin zirehli avtomobili məhv edilib.
Eyni zamanda, Ukrayna Donbas səmasında hava hücumundan müdafiə bölmələri Rusiyanın Ka-52 helikopterini, qanadlı raketi və Orlan-10 pilotsuz uçuş aparatını vurub.