Sizin Reklam Burada

Rus ordusu bu çayda 400 əsgər itirdi

Rus ordusu bu çayda 400 əsgər itirdiƏn azı 400 rus əsgəri Luqansk vilayətində Severski Donets çayını keçərkən artilleriya atəşi ilə məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Məlumata görə, mayın əvvəlində çayı keçmək cəhdi Rusiya ordusu üçün bu müharibənin ən qanlı döyüşlərindən biri olub:

“Ruslar Severodonetskdə Ukrayna hərbçilərini mühasirəyə almağa çalışsa da, əvəzində onlar özləri mühasirəyə düşüblər. Döyüşlərdən sonra partladılmış tanklar, kəsilmiş budaqlar, ağaclardan asılmış rus hərbi geyimlərinin parçaları və yarısı palçıqda olan rus işğalçılarının cəsədləri çayın sahilində qalıb”, - məlumatda deyilir.

Qeyd olunur ki, Severodonetskin mühasirəsi rus qoşunlarının bilavasitə məqsədidir:

“Lakin Ukraynanın İzyum şəhəri yaxınlığında əsas yollardan birini bağlamasından sonra Rusiyanın şərqdə Ukrayna hərbçilərini mühasirəyə almaq cəhdləri davam edir. Ponton körpüsündə əks-hücuma rəhbərlik edən polkovnik Dmitri Kaşenkonun sözlərinə görə, Severski Donets çayı rus işğalçılarının irəliləməsi üçün təbii maneə yaradır və ponton keçidlərinin yaradılması üçün münasib yerlər azdır”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər