Sizin Reklam Burada

NATO baş katibi: “Kabil aeroportunda terror təhlükəsi artır”

NATO baş katibi: “Kabil aeroportunda terror təhlükəsi artır”NATO-nun baş katibi Yens Stoltenberq “Financial Times” qəzetinə Əfqanıstanın paytaxtı Kabilin aeroportuna real terror hücumu təhlükəsindən danışıb.

"Report" xəbər verir ki, alyans rəhbəri terror təhlükəsinin artdığını vurğulayıb.

"Bir tərəfdən, mümkün qədər çox insanı çıxarmaq üçün çox vaxt keçirmək istərdik. Lakin 31 avqustdan sonra qalsaq, xüsusən “Taliban” bizə heç olmasa bir qədər gizli razılıq verməsə, hücum təhlükəsi artır", - Stoltenberq deyib.

O qeyd edib ki, Əfqanıstandan insanların təxliyəsi tarixdə ən genişmiqyaslı əməliyyatlardan biridir. NATO rəhbərinin sözlərinə görə, alyans hərbi kampaniyanın tamamlanmasından sonra insanları ticarət reysləri ilə çıxarmağa davam edəcək və "Taliban"dan quru sərhəd məntəqələrini açmağı tələb edəcək.

“Təxliyənin ən mürəkkəb hissəsi Əfqanıstan paytaxtının aeroportuna qədər yoldur, bu onunla əlaqədardır ki, “taliblər” ölkənin bütün ərazisinə nəzarət edirlər”, - Stoltenberq əlavə edib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər