Günlük yoluxma sayı 563 mini ötdü - ÜST
Dərc olunub:
24-05-2021, 03:48
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 563 mindən çox artıb.
Avrasiya.net TASS-a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 563 692 nəfər yeni koronavirusa yoluxub, 11 548 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 166 346 635, ölənlərin isə 3 449 117 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.