Sizin Reklam Burada

Çinli alimlər Rusiya dərmanının COVID-19-a qarşı təsirli olduğunu təsdiqlədi

Çinli alimlər Rusiya dərmanının COVID-19-a qarşı təsirli olduğunu təsdiqlədiÇinli elm adamları koronavirus infeksiyasına qarşı mübarizədə istifadə edilən Rusiya istehsalı olan "Triazavirin" dərmanının təsirini təsdiqləyib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının vitse-prezidenti Valeri Çaruşin məlumat verib.

“Triazavirin COVID-19 ilə mübarizədə müsbət təsir göstərir: xəstəliyin gedişat müddətini qısaldır, bir çox simptomu yüngülləşdirir. Harbin Tibb Universitetinin prezidenti Jan Baofen bu məlumatları təsdiqlədi” , - Ural Federal Universitetinin mətbuat xidmətinin rəhbəri Çaruşin açıqlamasında bildirib.

Vitse-prezident nəticənin tam təsdiqlənmədiyini və araşdırmaların davam etdiyini əlavə edib.

Dərman Heilonqjianq əyalətindəki on xəstəxanada sınaqdan keçirilir. Bəzi xəstələrə dərmanın qəbulu barədə məlumat verilib, bəzilərinə isə dərman xəbərsiz verilib. Sınaqda iştirak edən xəstələrin xəstəliyi yüngül keçirdiyi və ya orta dərəcədə temperaturu olduğu qeyd olunub. Ümumilikdə tədqiqata 245 nəfər cəlb edilib.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər