Diaspor sədri güneylə bağlı MARŞ yazdı... - Video“Aylardır İranda başlayan etirazlar hər gün daha da qızışır, yeni mərhələyə qədəm qoyur. Bu etirazlarda öz fəallıqları ilə seçilən güneyli azərbaycanlıların taleyi bizi hər zaman düşündürür. Hər gün Arazın o tayından - Güneydən aldığımız xəbərlər 40 milyonluq soydaşlarımızın azadlığını daha da yaxınlaşdırır“.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama iə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavad çıxış edib.

H.Cavad bildirib ki, bu marşı o ümidlə yazdım, dəyərli bəstəkarımız Aygün Səmədzadə isə musiqisini bəstələdi:

“O ümidlə ki, bu marş azadlıq tələb edən soydaşlarımıza bir stimul olsun. Güneydə qəlbləri azadlıq atəşi ilə yanan əziz bacı və qardaşlarımızın İran zülmündən qurtulması üçün apardıqları bu müqəddəs və şərəfli haqq mübarizəsində dünya azərbaycanlıları da aktiv olmalı və birlik nümayiş etməlidirlər. Ən yaxın zamanda BÜTOVLƏŞƏK! BİR OLAQ!“

Nazirlik rəsmiləri Elmi Tədqiqat İnstitutunda olublarBu gün Kənd Təsərrüfatı naziri İnam Kərimovun tapşırığı ilə nazirliyin Aparat rəhbəri Rafail Quliyev, nazirin müşaviri Şöhrət Vəkilov, bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda olublar.

Avrasiya.net xəbər verir ki, qonaqlar institutun imkanları ilə tanım olub, laboratoriyaların texniki imkanları araşdırılıb, əməkdaşlarla iclas keçirib, alimləri dinləyib, problemləri öyrənib və onların həlli üçün çalışacaqlarını vəd ediblər.

Sonradan şöbə müdirləri ilə keçirilən dəyirmi masada bu gün institutun qarşısında duran vəzifələr geniş təhlil edilib, qarşıya çıxan çətinliklərin həlli yolları göstərilib.



Hüquqşünasdan Ankara Bələdiyyəsinə MÜRACİƏT: Ədaləti bərpa edin!Azərbaycanın tanınmış hüquqşünası, məşhur Vəkilovlar nəslindən olan Səməd Vəkilov Ankara Böyükşəhər Bələdiyyəsinin başqanı Mənsur Yavaşa açıq müraciət ünvanlayıb.

Avrasiya.net Kult.az-a istinadən xəbər verir ki, S.Vəkilov Azərbaycan və Türkiyə cümhuriyyətlərində müstəsna xidmətləri ilə tarixə düşən Əhməd bəy Ağaoğlu ilə bağlı ədalətsizliyin aradan qaldırılmasına çağırış edib.
Səməd Vəkilov müraciətində yazıb:

“Türkiyə siyasi elitasına daxil olmuş Ağaoğlu ailəsinin Türkiyə Cümhuriyyəti həyatında müstəsna xidmətləri olmuşdur. Türkiyə Cümhuriyyətinin hüquq məktəbinin yaradıcılarından biri olan böyük mütəffəkir Əhməd bəy Ağaoğlunun qardaş ölkənin Konstitusiya quruluşunun formalaşmasında, hakimiyyət bölgüsü nəzəriyyəsinin hazırlanmasında da böyük xidmətləri var.

Türkiyədə mətbuat sahəsində ilk quruculardan olan Ağaoğlu bir neçə dəfə Türkiyə Böyük Millət Məclisinin millət vəkili olmuş, “Anadolu” ajansının qurulmasında çox mühüm rol oynamışdır. Bütün fəaliyyəti boyu türk dünyasının maariflənməsi, hüququn aliliyinin təmin olunduğu bir cəmiyyət qurulmasına çalışan Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə xalqlarının ortaq dəyəridir.

Ə.Ağaoğlunun övladları - Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu, Türkiyənin ilk mühəndislərindən olan Tezer Ağaoğlu, Türkiyədə nazir vəzifəsinə qədər yüksəlmiş Səməd Ağaoğlu da Türkiyə ictimai-siyasi həyatının ayrılmaz bir parçasına çevrilmişdir.

Təbii ki, Azərbaycan-Türkiyə xalqlarının ortaq dəyəri olan Əhməd bəy Ağaoğluya hər iki ölkədə böyük ehtiram bəslənməkdədir.

Vaxtilə Türkiyənin paytaxtı Ankaranın küçələrindən biri Əhməd bəy Ağaoğlunun adını daşıyırdı. Lakin təəssüflər olsun ki, 1976-cı ildə birdən-birə, müəmmalı şəkildə Ağaoğlunun adını daşıyan Çankaya “Ağaoğlu sokağı” heç bir anlam daşımayan “Viyana sokağı”na dəyişdirilmişdir.

Ağaoğlu ailəsinin ünlü ismi, Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu dövrün iqtidar partiyasının rəhbəri Bülənd Əcəvitə rəsmi məktubla müraciət edərək, Ə.Ağaoğlunun adının Ankarada küçədən götürülməsinin səbəbini soruşsa da, onun məktubuna cavab verilməmişdir. Eyni zamanda o dövrün Ankara bələdiyyə sədri Vedat Dalakaya müraciətlər də heç bir nəticə verməmişdir.

Böyük mütəffəkirin oğlu Səməd Ağaoğlu “Tərcüman” qəzetində o dövrün bələdiyyə başkanı Dalakaya “Sizin istədiyiniz rejim gəldiyi gün Atatürk caddəsinin də adını dəyişəcəkdir” deyə söyləmişdir. Lakin bütün bu cəhdlərin heç bir nəticəsi olmamışdır.

Sonradan CHP baş katibi Orxan Eyyuboğlu Ağaoğlu ailəsinə göndərilən məktubunda Ə.Ağaoğlunun Türkiyə Cümhuriyyəti üçün etdiyi xidmətləri vurğulayaraq, ilk fürsətdə onun adının Ankaranın küçələrindən birinə veriləcəyini bildirmişdir. Lakin bu tarixdən əlli ilə yaxın vaxt keçsə də, bu “fürsət” hələ də yetişməmişdir.

Hesab edirəm ki, tarixi ədalətsizlik aradan qaldırılmalı və Türkiyə və Azərbaycan xalqlarının ortaq dəyəri olan Əhməd bəy Ağaoğlunun adına olan küçə yenidən öz adına qaytarılmalıdır.

Odur ki, Ankara Böyükşəhər Bələdiyyə başkanı hörmətli Mənsur Yavaşa müraciət edərək, bu tarixi ədalətsizliyə son qoymasını xahiş edirəm”.
Səfirlik qarşısında aksiya: Misir və Sübhana azadlıq!Ukraynanın Bakıdakı səfirliyinin qarşısında bu ölkədə həbs olunan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə 8 il həbs cəzası verilməsi ilə əlaqədar etiraz aksiyası keçirilib.

Avrasiya.net xəbər verir ki, aksiyada Misir Qasımlı və Sübhan Quliyev haqqında məhkəmə hökmünün ədalətsiz olduğu bildirilib.

Aksiya iştirakçıları onların günahsız olduğunu vurğulayaraq, azadlığa buraxılmalarını tələb ediblər.

Qeyd edək ki, Ukrayna məhkəməsi Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Onlar adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda ittiham olunurlar. Cinayət işi erməni əsilli İspaniya vətəndaşının müraciəti əsasında açılıb. Sözügedən şəxs soydaşlarımızı zor tətbiq edərək, onu qarət etməkdə ittiham edib və bu barədə şikayət ərizəsi ilə polisə müraciət edib.

M.Qasımlı 2020-ci ildə İkinci Qarabağ savaşında iştirak edib.
"Molla rejiminin "quyruğu" qapı arasında qalıb"Mollalar bir yandan gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərir, bu revanşist-təcavüzkar ölkəni yenidən silahlandırmağa çalışır. Digər tərəfdən isə, 14 nəfər İran vətəndaşının (diversantının) bu yaxınlarda Qarabağa gəlişi ilə bağlı araşdırmalar bitməmiş, rəsmi Tehran Xankəndiyə 13 nəfərdən ibarət daha bir təxribatçı qrup göndərir. Beləliklə, son bir həftə ərzində (noyabrın 24-dən 30-dək) rusiyalı sülhməramlıların postundan Azərbaycan ərazisinə iki qrupdan ibarət 27 nəfər İran vətəndaşı daxil olub.

Bu nə deməkdir? İranı idarə edən fars-molla rejimi bununla nə demək istəyir? Terrorçuluğa, təxribatçılığa himayəçilik edən belə bir ölkəyə İslam Respublikası demək nə dərəcədə düzgündür? Kim ki, İranı islam dövləti hesab edir demək ki, o insanın mübarək İslam dinindən anlayışı, xəbəri yoxdur.

Maraqlıdır ki, rəsmi Bakı iranlı təxribatçıların ərazimizə keçməsinə (və ya keçirilməsinə) qəti etirazını bildirsə də, lakin nə İran, nə də onları ərazilərimizə buraxan sülhməramlılar məsələyə hələ də aydınlıq gətirməyiblər. Adi günlərdə Azərbaycanın əleyhinə müxtəlif diplomatlarının, deputatlarının və generallarının vasitəsilə hədə, təhdid dolu bəyanatlar, açıqlamalar verən İran tərəfi indi israrla susmağına davam edir.

Necə deyərlər, molla rejiminin "quyruğu" qapı arasında qalıb. İran tərəfi heç vaxt bu qədər açınacaqlı şəkildə rəzil, rüsvay olmamışdı. Molla rejimi suç üstündə yaxalandığına görə, artıq nə deyəcəyini də bilmir. Çünki əllərində Azərbaycan tərəfini qane edə biləcək heç bir tutarlı məntiq və izah imkanları, istinad nöqtələri yoxdur. Lakin rəsmi Bakı sonuncu maskaları da düşən İranın yaxasından əl çəkməyəcək. Molla rejimi həm Ermənistanı silahlandırmağına, həm də ərazilərimizə diversant göndərməyinə mütləq aydınlıq gətirməlidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
"Heydər Əliyev əbədidir, ölməzdir"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır.

12 dekabr tarixi xalqımızın xilaskarı, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin vəfatı günüdür. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Ümummilli Lider Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və əbədi olaraq yaşayacaqdır.

Azərbaycan xalqının Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Təsadüfü deyildir ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanımızın inkişafında elə bir sahə yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya öz təsirini göstərməsin.

Ulu Öndərin xalqımıza və dövlətçiliyimizə etdiyi tarixi xidmətləri iki dövrə ayrılır. 1969-cu ildən başlayıb 1982-ci ilə qədər davam edən birinci dövrdə Heydər Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan o zamankı inkişafın yeni mərhələsinə qədəm qoymuşdu. Respublikamızda qısa vaxt ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə edildi. Heydər Əliyev dövlət strukturlarına əsasən azərbaycanlıların yolunu açdı, hətta imperiya asılılığında belə xalqına vicdanlı və ləyaqətli xitmətin mümkünlüyünü sübut etdi. Ümummilli Lider o illərdə azərbaycan elitasını birləşdirib, onların fəaliyyətini respublikanın tərəqqisinə yönəltdi. Ölkədə milli ruhun dirçəlməsinə, azərbaycan mədəniyyətinin inkişafına və dirçəlməsinə nail olmaqla yanaşı bütün ziyalıların və xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltdi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə ən böyük xidmətlərindən biri olmuşdur. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr isə birincidən fərqli olaraq Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərinə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrə illərə təsadüf etmişdi. Taleyimizin keşməkeşli, təlatümlü və sınaqlı dövründə Ulu öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi bu acınacaqlı mənzərəni tamamilə dəyişdi. Qısa vaxt ərzində dərin böhrandan çıxış yolları tapıldı. Ölkə vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Müstəqilliyimiz daimi və dönməz prosesə çevrildi. Uzunmüddətli sarsılmaz sabitlik yaradıldı.

Müstəqilliyimizin başı üzərində olan bütün təhlükələr aradan qaldırıldıqdan sonra qarşıya qoyulan mühüm vəzifələrdən biri hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq oldu. Bütün sahələrdə olduğu kimi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqlarını təmin edən konstitusiyanın hazırlanması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin mayında Ulu Öndərin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının ilk iclasında ölkəmiz üçün yeni konstitusiyanın qəbul edilməsinin vacibliyi vurğulandı və əsas prinsiplər diqqətə çatdırıldı. İclasda çıxış edən Ulu Öndər vurğuladı ki, “Biz gərək həm tarixi keçmişimizi, həm də son illərin təcrübəsini təhlil edək və Müstəqil Azərbaycan dövləti üçün uzun müddətli konstitusiya layihəsi hazırlayaq”.

Xüsusi olaraq qeyd etməliyik ki, mütəxəssislərdən ibarət işçi qrupu konstitusiya mətninin hazırlanması üçün cavabdehlik daşısa da hər bir fəsil və maddələrin tərtib olunması Ulu Öndər Heydər Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilirdi. Xalqın da bu sahədə iştirakını təmin etmək məqsədilə hazırlanan konstitusiya layihəsi 1995-ci il oktyabr aqyının 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu.

Ölkə əhalisinin bütün təbəqələrinin iştirak etdiyi müzakirələr müsbət nəticə verdi. 1995-ci il 12 noyabr tarixində isə keçirilən ümumxalq səsverməsində əhalinin 91,9 faizi konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Bu tarix isə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edildiyi gün kimi yaddaşlarda qaldı. Referendum günü mətbuata açıqlama verən Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib. Nəhayət öz dövlət müstəqilliyinə, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən və dairədən asılı olmayaraq özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Həbsdə olan məmurun oğlu məhkəmə zalından QOVULDUBu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesində dövlət ittihamçısı ittiham aktını elan edib.

Avrasiya.net "Report"a istinadən xəbər verir ki, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən iclasda A.Məmmədov elan olunmuş ittiham üzrə epizodların bir çoxunu qəbul edib.

Məhkəmədə məlum olub ki, sabiq başçısının oğlu zalda əyləşib. Hakim qeyd edib ki, o, cinayət işi üzrə şahid qismində tanınır. Daha sonra A.Məmmədovun oğlu məhkəmə zalından çıxarılıb.

Məhkəmənin növbəti iclası dekabrın 15-də davam etdiriləcək.

Xatırladaq ki, A.Məmmədov ötən ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub.

Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
FHN generalı işdən çıxarıldıFövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi general-mayor Valeh Abdullayev vəzifəsindən azad edilib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, nazir, general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Valeh Abdullayev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.
Mətbuat Şurasından İran səfirliyinə MÜRACİƏTMətbuat Şurası İranın Azərbaycandakı Səfirliyinə müraciət edib.

Avrasiya.net-in məlumatına görə, müraciətdə deyilir ki, bir neçə gün əvvəl Azərbaycan mediasında noyabrın 24-də 14 nəfər İran vətəndaşının qeyri-qanuni yolla Azərbaycan ərazisinə keçməsi və ermənilərin yaşadığı bölgəyə daxil olması barədə məlumat yayıldı.

"Bunun ardınca Azərbaycan mediası həmin şəxslərin İran vətəndaşı olmasını təsdiqləyən faktlar, sənədlər də təqdim etdi. Eyni zamanda, sözügedən şəxslərin Qarabağdakı terrorçu ermənilərə təlim keçmək üçün gəldikləri barədə mülahizələrə də mediada geniş yer verildi. Nəhayət, bütün bunlarla bağlı İranın Azərbaycandakı Səfirliyi tərəfindən lazımi açıqlama verilməsi tələbi ilə ortaya haqlı suallar qoyuldu. Səfirliyinin davamlı susqunluğu fonunda mediada noyabrın 30-da Azərbaycanın ermənilərin yaşadığı ərazisinə daha 13 İran vətəndaşının keçdiyinə dair faktlara əsaslanan məlumat yayıldı.

Bu hadisə və İrandan Ermənistana silah satışı, sonradan həmin silahların Laçın dəhlizi vasitəsilə Azərbaycan ərazisinə keçirilərək oradakı qeyri-qanuni erməni dəstələrinə çatdırılması məsələsi bu gün də Azərbaycan mediasının əsas mövzularından biri, cəmiyyətimizi dərindən narahat edən məsələlərdir. Yaranmış durumda, istər-istəməz, belə bir qənaət formalaşır ki, İran təcavüzkar Ermənistanın Azərbaycana qarşı hərbi cəhətdən gücləndirməyə və ölkəmizin işğaldan azad olunmuş ərazilərində vəziyyəti gərginləşdirməyə çalışır.

Azərbaycan mediasının çoxsaylı müraciətlərinə baxmayaraq, İranın Azərbaycandakı Səfirliyinin indiyədək bu barədə hər hansı münasibət açıqlamadan susqunluq nümayiş etdirməsi dərin təəssüf və narahatlıq doğurur.

Ümid edirik ki, Azərbaycan mediası adından ünvanladığımız bu müraciət cavabsız qalmayacaq, İranın Azərbaycandakı Səfirliyi olaraq, qeyd edilən ciddi məsələlərə dair müvafiq rəsmi mövqe bildirəksiniz.

Əks təqdirdə, Azərbaycan mediası məlum hadisələrdə İranın neqativ rolunun olmasını həqiqət kimi qəbul etmək məcburiyyətində qalacaq və fəaliyyətini bütünlüklə bu reallığa əsaslanaraq quracaq".
Ukraynada daha bir azərbaycanlı həlak olduUkraynada gedən döyüşlərdə azərbaycanlı Ruslan Bayramov həlak olub.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1993-cü il təvəllüdlü Ruslan Hüseynqula oğlu Bayramov Gürcüstanın Bolnisi bələdiyyəsinin Faxralı kəndində anadan olub.

Luqansk vilayətində yaşayan R.Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu radio-kəşfiyyat taqımının operatoru kimi xidmət edib.

O, Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həlak olub

Əlavə edək ki, hazırda R.Bayramovun valideynlərinin Ukraynada yaşadıqları ərazi işğal altındadır.