Sizin Reklam Burada

"Heydər Əliyev əbədidir, ölməzdir"

"Heydər Əliyev əbədidir, ölməzdir"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır.

12 dekabr tarixi xalqımızın xilaskarı, müstəqil dövlətçiliyimizin banisi Ulu Öndər Heydər Əliyevin vəfatı günüdür. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Ümummilli Lider Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan var, müdrik insanları qiymətləndirənlər var, Heydər Əliyev yaşayır və əbədi olaraq yaşayacaqdır.

Azərbaycan xalqının Ümummilli Lideri müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Təsadüfü deyildir ki, Azərbaycanın son 30 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycanımızın inkişafında elə bir sahə yoxdur ki, Heydər Əliyev dühası, Heydər Əliyev zəkası oraya öz təsirini göstərməsin.

Ulu Öndərin xalqımıza və dövlətçiliyimizə etdiyi tarixi xidmətləri iki dövrə ayrılır. 1969-cu ildən başlayıb 1982-ci ilə qədər davam edən birinci dövrdə Heydər Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən tədbirlər sayəsində Azərbaycan o zamankı inkişafın yeni mərhələsinə qədəm qoymuşdu. Respublikamızda qısa vaxt ərzində bütün sahələrdə böyük nailiyyətlər əldə edildi. Heydər Əliyev dövlət strukturlarına əsasən azərbaycanlıların yolunu açdı, hətta imperiya asılılığında belə xalqına vicdanlı və ləyaqətli xitmətin mümkünlüyünü sübut etdi. Ümummilli Lider o illərdə azərbaycan elitasını birləşdirib, onların fəaliyyətini respublikanın tərəqqisinə yönəltdi. Ölkədə milli ruhun dirçəlməsinə, azərbaycan mədəniyyətinin inkişafına və dirçəlməsinə nail olmaqla yanaşı bütün ziyalıların və xalqın diqqətini tarixi və mədəni qaynaqlara yönəltdi.
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə ən böyük xidmətlərindən biri olmuşdur. Totalitar sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım kimi dəyərləndirilir. Sovet milli siyasətinin tələbləri ilə tam bir ziddiyyət təşkil edən bu çətin vəzifənin öhdəsindən məhz Heydər Əliyev gələ bilmişdir.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi ikinci dövr isə birincidən fərqli olaraq Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərinə, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrə illərə təsadüf etmişdi. Taleyimizin keşməkeşli, təlatümlü və sınaqlı dövründə Ulu öndər Heydər Əliyevin xalqın tələbi və arzusu ilə hakimiyyətə ikinci dəfə gəlişi bu acınacaqlı mənzərəni tamamilə dəyişdi. Qısa vaxt ərzində dərin böhrandan çıxış yolları tapıldı. Ölkə vətəndaş müharibəsi alovundan, parçalanıb dünya xəritəsindən silinmək təhlükəsindən qurtuldu. Müstəqilliyimiz daimi və dönməz prosesə çevrildi. Uzunmüddətli sarsılmaz sabitlik yaradıldı.

Müstəqilliyimizin başı üzərində olan bütün təhlükələr aradan qaldırıldıqdan sonra qarşıya qoyulan mühüm vəzifələrdən biri hüquqi, demokratik dövlət və vətəndaş cəmiyyəti qurmaq oldu. Bütün sahələrdə olduğu kimi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqlarını təmin edən konstitusiyanın hazırlanması da Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin mayında Ulu Öndərin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının ilk iclasında ölkəmiz üçün yeni konstitusiyanın qəbul edilməsinin vacibliyi vurğulandı və əsas prinsiplər diqqətə çatdırıldı. İclasda çıxış edən Ulu Öndər vurğuladı ki, “Biz gərək həm tarixi keçmişimizi, həm də son illərin təcrübəsini təhlil edək və Müstəqil Azərbaycan dövləti üçün uzun müddətli konstitusiya layihəsi hazırlayaq”.

Xüsusi olaraq qeyd etməliyik ki, mütəxəssislərdən ibarət işçi qrupu konstitusiya mətninin hazırlanması üçün cavabdehlik daşısa da hər bir fəsil və maddələrin tərtib olunması Ulu Öndər Heydər Əliyevin şəxsi nəzarəti ilə həyata keçirilirdi. Xalqın da bu sahədə iştirakını təmin etmək məqsədilə hazırlanan konstitusiya layihəsi 1995-ci il oktyabr aqyının 15-də ümumxalq müzakirəsi üçün mətbuatda dərc olundu.

Ölkə əhalisinin bütün təbəqələrinin iştirak etdiyi müzakirələr müsbət nəticə verdi. 1995-ci il 12 noyabr tarixində isə keçirilən ümumxalq səsverməsində əhalinin 91,9 faizi konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Bu tarix isə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul edildiyi gün kimi yaddaşlarda qaldı. Referendum günü mətbuata açıqlama verən Ümummilli Liderimiz demişdir ki, “Azərbaycan xalqı əsrlər boyu böyük mərhələlərdən keçib. Nəhayət öz dövlət müstəqilliyinə, milli azadlığına nail olub və ilk dəfədir ki, sərbəst, müstəqil, heç bir mərkəzdən və dairədən asılı olmayaraq özü öz taleyinin sahibi olaraq öz konstitusiyasını yaradır”.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni, müasir Konstitusiyasının hazırlanmasıdır. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər