Xorvatiya 1/4 finaldaQətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində üz-üzə gələcək Yaponiya və Xorvatiya yığmalarının start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Yaponiya: 12. Şuiçi Qonda, 5. Yuto Naqatomo, 22. Maya Yoşida, 15. Daiçi Kamada, 16. Takehiro Tomiyasu, 3. Syoqo Taniquti, 6. Vataru Endo, 13. Hidamesa Morita, 8. Ritsu Doan, 14. Dzünyo İto, 25. Daydzen Maeda

Xorvatiya: 1. Dominik Livakoviç, 22. Yosip Yuranoviç, 3. Borna Barişiç, 6. Deyan Lovren, 20. Yosko Qvardiol, 11. Marselo Brozoviç, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 16. Bruno Petkovic

Qeyd edək ki, görüş saat 19:00-da start götürəcək.

***

Yaponiya - Xorvatiya matçı başladı.

***

Yaponiya 44-cü dəqiqədə Maedanın qolu ilə hesabı açdı.

***

Perişiç 55-ci dəqiqədə hesabı bərabərləşdirdi: 1-1.

***

Yaponiya - Xorvatiya qarşılaşmasının əsas vaxtı bərabərliklə yekunlaşdığı üçün əlavə 30 dəqiqə oynanılacaq. Əgər əlavə vaxtda da tarazlıq pozulmasa, penalti zərbələrinə müraciət olunacaq.

***

Matçda qalibi müəyyən etmək üçün penalti zərbələri vurulacaq.

***

Xorvatiya penaltilər seriyasında Yaponiyanı 3-1 məğlub etdi və bununla növbəti mərhələyə vəsiqə qazandı.

Agentliyin dəstəklədiyi layihə yekunlaşıb"Təşkilatımız dekabr ayının 1-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsini yekunlaşdırdı. 3 ay ərzində keçirilən layihədə, Bakı şəhərinin rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonunda layihənin icrasını həyata keçirmişik. 6 tədbir keçirdik.”

Bu açıqlamanı ölkə mətbuatına BAXCP sədrinin müavini, QHT sədri, AXC TV-nin baş redaktoru Niyaməddin Orduxanlı bildirib:

"Layihəmizin adından göründüyü kimi, “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili idi. Xüsusən gənclərin narkotikdən uzaq olmasının təşkilində maarifləndirməni təşkil etmək idi.

Layihə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi icra planına uyğun keçildi. 6 rayonda görüşlər keçirdik. Onlarla gənci və digər şəxsləri həmin görüşlərimizdə iştiraka cəlb edə bildik. Yüzlərlə şəxsə təşkilatımızın hazıqladığı bukleti təqdim etdik. Suraxanı rayonunda keçirilən tədbirimizdə narkotiklə bağlı hazırlanmış video çarx da nümayiş etdirdik. Layihənin iki istiqaməti var idi, həm koronavirusla mübarizə, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə idi. Təşkilatımızın işi əhalinin sağlamlığının qorunması istiqamətində, xüsusən gənc nəsilin qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkilidir. Gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsi əsas proritet istiqamətdir. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışırır ki, gələcək nəslimizi narkotikdən və pis vərdişlərdən qoruyaq. Genefondumuzu qorumalıyıq. Hələ də insanlar üçün ciddi təhlküə olan covid-19 infeksiyasından qorunmaq lazımdır.

Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Cənab Prezident İlham Əliyevin həm narkotiklə mübarizəni, həm də pandemiya ilə mübarizəni özünün nəzarətində saxlmasından qeyd etdik və bunun nəticəsidir ki, pandemiya dövründə virusa yoluxan insanın cəmi 1% dünyasını dəyişib. Yüz minlərlə insanın həyatı xilas olub. Gənc nəslin narkomaniyadan qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Hər birimizin üzərinə böyük məsuliyyət düşür.

Həqiqətən də bu gün QHT Dövlət Agentlyinin bütün rəhbərliyinə təşəkkür edirəm ki, önəmli bir sahəyə, xüsusən cəmiyyətimizin maariflənməsi üçün ehtiyac olan infeksion xəstəliklərlə mübarizəyə dəstəyini nümayiş etdirib. 3 ayı ərzində keçirdiyimiz layihə bağlı QHT Agentliyinə hesabatlarımızı təqdim edəcəyik. Layihə ilə bağlı mətbuatda və sosial şəbəkədə geniş məlumatlar yaymışıq. Onlarla media orqanında keçirdiyimiz tədbirlər işıqlandırılıb...”

Kolumbiyada dəhşətli hadisə - 30 nəfər öldüKolumbiyanın Risaralda bölgəsində torpaq sürüşməsi nəticəsində çox sayda insan ölüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Pedro Tvitterdə bildirib.

“Təəssüflə bildirmək istəyirəm ki, Risaraldada ölənlərin sayı 27 nəfərə çatıb. Onların üçü uşaqdır”,- deyə Prezident qeyd edib.

Qeyd edək ki, yağışlar nəticəsində yerindən çıxan daş parçaları avtobusa və bir neçə avtomobilə dəyib. Dağıntılar altında qalan avtobus və digər nəqliyyat vasitələrində olan insanların dəqiq sayı məlum deyil.
Peşə təhsilli kadr və mütəxəssis hazırlığının əhəmiyyəti müzakirə olunubGənclər və İdman Nazirliyi tərəfindən dəstəklənən “Qarabağda və işğaldan azad edilmiş rayonlarda yaşayacaq gəncləri peşə təhsilinə təşviq etməyin əhəmiyyəti” layihəsi çərçivəsində təlimlər uğurla keçirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından (DİA) məlumat verilib.

Layihə Qarabağa və işğaldan azad edilmiş digər rayonlara qayıdacaq gənclərin peşə təhsilinə cəlb edilməsinin əhəmiyyətini hədəf kimi müəyyən edib. Təlimlərdə aidiyyəti qurumların, özəl sektorların nümayəndələri, peşə təhsili üzrə mütəxəssislər, ali təhsil müəssisələrinin tələbələri, müxtəlif regionlarda yaşayan və təhsil alan gənclər, könüllülər iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz tarix yazaraq işğala son qoydu, ərazi bütövlüyümüz təmin edildi. 44 günlük Vətən müharibəsində Zəfər qazandıq. Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin ölkəmizdə “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalanması ölkəmizin həyatında əlamətdar hadisələrdən biri oldu. Tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Şuşada və azad edilmiş digər şəhər və kəndlərimizdə 2022-ci ildə yeni infrastrukturun qurulması üçün işlər sürətlə davam etdirilir.

Eyni zamanda, qeyd edilib ki, məqsəd cəmiyyətin tələblərinə uyğun səriştə əsaslı ilk peşə və orta ixtisas təhsili standartlarının, əmək bazarının tələbinə uyğun peşələr və ixtisaslar üzrə peşə və orta ixtisas təhsilli kadr və mütəxəssis hazırlığının təmin edilməsidır.

Təlimlərdə çıxış edən ekspertlər və alimlər insan inkişafı baxımından peşə seçiminin təbii sərvətlərlə zəngin olan ölkələr üçün xüsusi önəm daşıdığını bildirib, yalnız innovativ, çevik və bilik üzərində qurulan strategiyaları olan ölkələrin uğur əldə edə biləcəklərini qeyd ediblər. Təlimlərdə ali və peşə təhsili üzrə tədqiqat aparan, bu sahədə nəzəri və praktik biliklərə malik olan təlimçi və ekspertlər çıxışlarında peşə təhsilinin konsepsiyası və prinsiplərinin təşviq olunmasını vacib hesab ediblər. Peşə təhsilinin əhəmiyyəti, bu sahənin stimullaşdırılması məsələləri müzakirə olunub.

Təlimləri uğurla bitirənlərə sertifikatlar təqdim edilib.
Misirdə Azərbaycan dilini öyrənənlərin sayı artırMisir-Azərbaycan Dostluq Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Azərbaycan dili kurslarında 22 tələbənin iştirakı ilə yeni tədris ili başlayıb.

Cəmiyyətin sədri, tədqiqatçı-alim Seymur Nəsirov AZƏRTAC-a bildirib ki, 2019-cu ildən bəri ödənişsiz əsasda təşkil olunan və müəllim İnarə Osmanovanın dərs dediyi Azərbaycan dili kurslarında müxtəlif ölkələrdən olan gənclər dilimizin qrammatikasını öyrənir, həmçinin danışıq üzrə yaradılmış klubun fəaliyyətində yaxından iştirak edirlər.

Onlar mütəmadi olaraq Misir və digər ərəb ölkələrinin mətbuatında Azərbaycan haqqında məqalələrlə çıxış edir, xalqımızın qədim mədəniyyətini, adət-ənənələrini, tolerantlığını təbliğ edirlər. Tələbələrdən bir neçəsi ölkəmizə və qardaş Türkiyəyə səfər edib, işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Qeyd edək ki, Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti və digər fənlər üzrə kurslarda 35 ölkədən 400-ə yaxın tələbə təhsil alır. Bundan başqa, Qahirə və Ayn-Şəms universitetlərində də Azərbaycan dili tədris edilir.
Filosof alimin monoqrafiyası İngiltərənin nüfuzlu nəşriyyatında çap olunacaqİngiltərənin “Cambridge Scholars Publishing (Lady Stephenson Library)” elm nəşriyyatı fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Lotfi A. Zadeh's era, outlook and philosophical views” (“Lütfi Ə.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları”) monoqrafiyasını çapa qəbul edib.

Ötən ay filosof alimlə kitabın “Cambridge Scholars Publishing (Lady Stephenson Library)”-in akademik Elmi şurasına müzakirəyə veriləcəyi, qəbul edilərsə nəşriyyatın hesabına nəşr olunacağı, dünya kitabxanalarına göndəriləcəyi haqqında rəsmi müqavilə bağlanılıb.

Bu gün fəlsəfə elmləri doktoru Xatirə Quliyevaya “Cambridge Scholars Publishing” nəşriyyatından alimin Azərbaycan əsilli, dünya şöhrətli L. A. Zadənin həyatına və elmi fəaliyyətinə həsr olunmuş “Lütfi Ə. Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” monoqrafiyasının nəşri ilə bağlı rəsmi məktub gəlib.

Sözügedən məktubda filosof alim Xatirə Quliyevayanın “Lotfi A. Zadeh's era, outlook and philosophical views” monoqrafiyasının “Cambridge Scholars Publishing” nəşriyyatının təcrübəli akademik Redaksiya Heyətinin əsaslandırılmış rəyi ilə nəşrə qəbul edildiyi və barədə onunla Cambridge Scholars Publishing nəşriyyatı arasında müqavilə imzalandığı və əsərin nəşriyyatın çap edəcəyi kitablar (“Cambridge Scholars Publishing is listed and in the Clarivate Analytics Web of Science Master Book List”) siyahısına daxil edildiyi, həmçinin saytda işıqlandırıldığı qeyd olunub (http://wokinfo.com/mbl/publishers/).

Qeyd edək ki, Amerika Beynəlxalq Fəlsəfə Jurnalının redaksiya heyətinin (eləcə də Türkiyədə 2 elmi jurnalın) üzvü olan fəlsəfə elmləri doktoru Xatirə Quliyevayanın ölkədə olduğu kimi ABŞ, Çin, Portuqaliya, İtaliya, Türkiyə, Polşa, Pakistan, Macarstan və başqa ölkələrdə məqalələri çap olunub.

Fəlsəfə elmləri doktoru Xatirə Quliyevayanın bu məqalələrinin daxil olduğu “History, methodology and hypothesis of artificial intelligence” (“Süni intellektin tarixi, metodologiyası, hipotezi”) kitabı da onun uzun illər Azərbaycanın ictimai və humanitar elminin dünyaya inteqrasiyasında fəal iştirakını təsdiq edir.


Vasif Talıbovla bağlı sensasion faktlar açıqlandıParlamentdə Siyavuş Novruzov, Eldar İbrahimov, Səttar Mehbalıyev kimi bir neçə şəxsdən başqa Naxçıvanda heç kim Vasif Talıbovu dəstəkləmir. Hətta əleyhinə yazmağıma baxmayaraq, Vasif Talıbovun öz adamlarından mənə sevinclərini bildirənlər oldu.

Avrasiya.net xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz deyib.

O, Naxçıvanda keçirilən əməliyyatları 3 amillə əsaslandırıb:

“Bunlardan biri geopolitik amildir. Rusiya buradan çəkilir, onun yerinə Türkiyə kimi yeni beynəlxalq güclər yerləşir. Vasif Talıbov Rusiyanın 5-ci kolonunun əsas qüvvəsindən birinin lideri idi. Naxçıvanda yerləşdirilməsinin səbəbi Muxtar Respublikanın inzibati mina olması idi. Azərbaycanın ayağının altındakı ikinci mina o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayəti olub. Azərbaycan Rusiyanın təsir dairəsindən çıxıb Qərbə yönələrdisə, o minalar partlaya bilərdi. Rusiyanın Qarabağ və Ukraynada ağır məğlubiyyətindən sonra bölgədə təsir dairəsi azalmağa başladı. Bu boşalan yerə Qərb dünyası, Türkiyə və bu kimi dövlətlər yerləşməyə başladı. Naxçıvanın Rusiyanın təsir dairəsindən çıxması, oradakı təxribatçı hakimiyyəti darmadağın etmək üçün dövlət əməliyyat keçirilməli idi”.

Heydər Oğuz deyib ki, V.Talıbovun SEPAH-la əlaqələri haqda iddiaları onun öz hakimiyyətinə yaxın adamlar tərəfindən səsləndirilib:

“Bunu ilk dəfə vaxtilə “Şərq Qapısı” qəzetinin baş redaktoru olmuş, sonra Mehriban Əliyevanın vitse-prezident seçilməsi xəbərini manşetdə verdiyinə görə işdən çıxarılmış Tural Səfərov irəli sürüb. O, açıq deyir ki, məndə olan məlumata görə, SEPAH-ın komandiri Naxçıvanda olub və Vasif Talıbovla görüşüb”.

Baş redaktorun sözlərinə görə, V.Talıbovun İranla çox ciddi əlaqələri vardı:

“Bunu artıq Naxçıvanda hər kəs bilir. Bir çox naxçıvanlı fəal da bunu açıq etiraf edir. Məsələn, vaxtilə AXC-nin Şərur rayonu üzrə sədri olmuş, Heydər Əliyev hakimiyyəti dövründə Şərurun icra başçısı vəzifəsində çalışmış Fərəməz Allahverdiyev bu yaxınlarda bir iddia irəli sürmüşdü ki, səkkiz il ərzində V.Talıbov 38 dəfə İrana gedib, ancaq bir-iki dəfə də olsun Türkiyəyə getməyib. O, İranın rəsmi şəxsləri ilə görüşüb, bəzilərini isə Naxçıvanda qəbul edib. O, İrana gedəndə dövlət başçısı kimi rəsmi qaravulla qarşılanırdı. V.Talıbovun İrana meyillənməsinin bir səbəbi də Rusiyanın təsir dairəsinin azalması ilə bağlıdır. Bilirsiniz ki, Ermənistanın 5-ci kolonunun rəhbəri Köçəryan da bu haqda açıqlama vermişdi. Rusiya dağılandan sonra Ermənistanın nə edəcəyi ilə bağlı müzakirələrdə hər kəs “Qərbə yönələk” deyərkən, o “xeyr, biz İranla həmsərhədik, Rusiya öldüsə, yaşasın İran!” deyirdi. İndi bənzər xətti Vasif Talıbov yürüdür”.

Jurnalist iddia edir ki, V.Talıbovun Türkiyədəki separatçı qüvvələrlə də əlaqələri mövcuddur: “Bu əməliyyatlarda Türkiyə faktoru da rol oynayır. Türkiyə tələb edirdi ki, Naxçıvanda türk iş adamlarının sıxışdırılmasının qarşısı alınsın. Vasif Talıbovun bir sıra separatçı qüvvələri Naxçıvanda yerləşdirməsi, orada onlara iş imkanı yaratması ciddi şəkildə araşdırılsın”.

H.Oğuz qeyd edib ki, ikinci amil Naxçıvan hakimiyyətinin Azərbaycana tabe olmaması idi:

“Xüsusilə, 2003-cü ildən başlayaraq, Naxçıvan tamamilə fərqli mövqe tutmuşdu. Bu, 2017-ci ildən birbaşa təzahür etmişdi. 2016-cı ildə aprel döyüşlərində Azərbaycanın qazandığı uğurlara kölgə salmaq məqsədilə Qarabağ ətrafında, həm də Naxçıvanda təxribatçı hərəkətlərə başlamışdı. Bunlardan biri Tərtər hadisələri idi. Qarabağ coğrafiyasına yaxın bir ərazidə baş verən Tərtər hadisəsi ilə sanki Rusiya bizə “cızığından çıxma” demişdi.

Həmsöhbətimiz başqa amili də qeyd edib. Bildirib ki, V.Talıbov 2017-ci ildə Naxçıvana daxili işlər naziri təyinatına qarşı çıxıb, faktiki mərkəzi hökumətin iradəsinin ziddinə gedib: “O, Naxçıvanda olan bir çox məmuru işdən çıxarıb və ya həbsxanaya salmışdı. Bunlardan Vəli Ələsgərov və Əhməd Əhmədovu nümunə gətirmək olar. Onlar Azərbaycanla əlaqələr qurmaqda şübhəli bilinirdi. Hətta Naxçıvan polisində Azərbaycan Polis Akademiyasını bitirən uşaqlara açıq şəkildə deyilirdi ki, siz Bakının agentisiniz və bura Vasif Talıbovu yıxmağa gəlmisiniz. Eyni münasibət ordu sistemində də olub. Bütün bunlar onu göstərir ki, Vasif Talıbov Azərbaycana qarşı separatçı hərəkata başlamışdı”.

H.Oğuzun fikirlərinə görə, Naxçıvanda bir çox rəsmi strukturlarda 2017-ci ildən başlayaraq Azərbaycan adı çıxarılmağa başlamışdı: “Məsələn, Naxçıvan Maliyyə Nazirliyi deyilirdi və yaxud Azərbaycan XİN-in Naxçıvanda nümayəndəliyinin adı Xarici İşlər İdarəsi qoyulmuşdu. Digər strukturların hamısında o cür dəyişikliklər aparılmışdı. Orada ordunun zabit və əsgərlərinin qoluna vurulmuş Azərbaycan Silahlı Qüvvələri yazılmış şevronlar çıxarılmışdı.

Son zamanlarda bir çox istiqamətlərdə Vasif Talıbovun Azərbaycana qarşı çıxdığını görürük. Məsələn, o, koronavirus vaxtı fərqli siyasət yürütdü, eləcə də təhsil siyasəti tamamilə başqa idi. Təsəvvür edin, Naxçıvanda ingilis dili fənnini ləğv edib, yerinə şahmat dərsi salıblar”.

H.Oğuz üçüncü səbəbin korrupsiya faktları ilə bağlı olduğunu deyib:

“Rəsmi rəqəmlərə görə, Naxçıvanın 3-4 milyardlıq pul dövriyyəsi var. İranla qurulan əlaqələr vasitəsilə bu ölkənin embarqoya məruz qalan malları xaricə çıxarılmağa çalışılır. Buna da Vasif Talıbovun övladları rəhbərlik edir. Seymur Talıbovun İran Culfasındakı neftayırma zavodunda emal edilən neft məhsulları Türkiyə və Şimali İraqa daşınır. Bu məlumatlar dəqiqdir. Bunlar da azmış kimi, Naxçıvan Azərbaycan büdcəsindən hər il 300-400 milyon dotasiya alır. Azərbaycanda indiki şəraitdə dövlət büdcəsindən həm Qarabağa, həm ordu quruculuğuna vəsait ayrılır, eyni zamanda ölkənin digər problemləri də var. Buna görə orada artıq korrupsiya rejimini məhv etmək ehtiyacı yaranmışdı”.
İran polisi bu şəhəri mühasirəyə aldıEtirazçıları həbs etmək üçün İlam əyalətinin Murmuri şəhərinə genişmiqyaslı əməliyyat təşkil olunub.

Axar.az xəbər verir k, hökumət qüvvələri 40-a yaxın avtomobillə şəhəri mühasirəyə alıb və müxtəlif ərazilərdə etirazçıları həbs etməyə başlayıb.

Bildirilib ki, hökumət qüvvələrinin Murmuri şəhərinə geniş hücumu nəticəsində azı 20 sakin İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb.

Qeyd edək ki, Murmuridə ictimai etirazlar noyabrın 19-dan geniş miqyas almışdı.
İran kürdləri Naxçıvanla sərhədə köçürürİranın Kürdistan adlanan ərazisinə, Naxçıvanla sərhədə kürdlərin köçürülməsi prosesi intensiv şəkildə davam edir.

Avrasiya.net xəbər verir ki, bunu Cənubi Azərbaycanın milli fəalı, “GünazTV”nin rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzində "İran yeni baxış bucağında" mövzusunda keçirilən ekspert müzakirəsində deyib.

Onun sözlərinə görə, İran PKK yaranandan bəri bu terror təşkilatı ilə əlaqədə olub: "İranın daxilindəki dəyişiklikdən Türkiyə də nigarandır. Çünki İranda bir çox millətlərin nümayəndələri yaşayır. Bu gün Qərbi Azərbaycanda türk zolağı yaranmaqdadır".

"Azərbaycanın qərb sərhədi Türkiyə, bir hissəsi İraq ilə sərhədədək uzanır. Türkiyə-Azərbaycan münasibətləri sürətlə inkişaf edir və bu sevindiricidir. Türk dünyası xəyalı artıq reallaşır. Türk dünyası Cənubi Azərbaycan olarsa, tamamlanacaq. Biz türkiyəli qardaşlarımızdan dəstək gözləyirik. Azərbaycandan ciddi motivasiya alırıq", - Əhməd Obalı qeyd edib.
"PKK terror təşkilatının əsas kökü İrandadır" - Əhməd ObalıBunu Güney Azərbaycan televiziyasının (GünAztv) rəhbəri Əhməd Obalı Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi "İran yeni baxış bucağında" adlı tədbirdə deyib.

O bildirib ki, Türkiyə İranın daxilində ciddi etnik dəyişikliyin yaranmasından narahatdır:

"Amma türkiyəli siyasətçilər regional hadisələrin nə qədər sürətli olduğuna diqqət etməlidirlər. Bu gün PKK terror təşkilatının əsas kökü İrandadır. PKK yarandığı gündən İranla əlaqədə olub".

Analitik deyib ki, PKK-nın İranda ayrıca qolu var:

"Güney məsələsinin həlli Türkiyəyə qarşı kürd məsələsini də həll edə bilər. Güney Azərbaycan azad olarsa, Türkiyə ilə sərhəddə kürd fəaliyyəti ola bilməz".

"Bir zaman xəyal etdiyimiz türk dünyası artıq reallaşır. Amma bu, ancaq Güney Azərbaycan sayəsində mümkün olacaq. Biz də Güney azərbaycanlı qardaşlarımızdan dəstək gözləyirik", - o vurğulayıb.