"Rəsmi Tehrana bir daha açıq diplomatik-siyasi dildə başa salındı ki..."Prezident İlham Əliyevin Arazın o tayındakı soydaşlarımızın haqq və hüquqları ilə bağlı hər çıxışı Güney Azərbaycanda böyük rezonans doğurur, ajiotajla qarşılanır. Bəli, belə də olmalıydı. Çünki bir əsrə yaxındır şah rejimi və fars-molla hakimiyyəti tərəfindən haqqları tapdalanan Güneyli soydaşlarımızın bizdən və qardaş Türkiyədən başqa güvənə biləcəkləri, ümidlə baxa biləcəkləri ikinci bir ünvan yoxdur.

Dövlət başçımızın noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransdakı çıxışında bir sıra mühüm məqamlar sırasında İranın Azərbaycana qarşı sərgilədiyi aqressiv mövqeyə və Güney Azərbaycan türklərinin təməl haqqlarının təmin olunmaması məsələsinə də münasibət bildirdi. Mən həmin çıxışda iki nüansa diqqətinizi cəlb etmək istərdim.

Birincisi, Azərbaycan Prezidenti qeyd etdi ki, “Biz hər zaman istənilən anti-Azərbaycan bəyanatına və hərəkətinə cavab vermişik və verəcəyik. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək. Biz həyat tərzimizin, Azərbaycanın dünyəvi inkişaf vektorunun və azərbaycanlıların, o cümlədən İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik. Onlar xalqımızın bir hissəsidir”.

Zənnimcə, bu, Azərbaycan liderinin davakar molla rejiminə verdiyi ən layiqli cavablardan biri kimi qiymətləndirilməlidir. Beləliklə, rəsmi Tehrana bir daha açıq diplomatik-siyasi dildə başa salındı ki, siz bizi başqaları ilə səhv salmayın və sizin Araz çayı boyunca hərbi təlimlər keçirməyiniz Azərbaycan tərəfini əsla qorxuda bilməz! Həmçinin İlham Əliyev artıq tam açıq şəkildə bəyan etdi ki, bundan sonra İranda yaşayan azərbaycanlıların müdafiəsi üçün əlimizdən gələni edəcəyik.

Bu bəyanat əslində mollaların sifətinə çırpılmış tərs şapalaq kimi dəyərləndirilməlidir. Onlar bu bəyanatdan sonra ciddi şəkildə narahat olmağa başlayacaqlar. Günahkar mollalar özləridir. Onlar İranla və digər qonşularımızla daim dinc yanaşı, mehriban qonşuluq şəraitində yaşamaq xəttini yürüdən, sülhə və əminamanlığa can atan Azərbaycanı öz çirkin, təhrikedici əməlləri ilə, xain davranışları ilə bu həddə gətirib çatdırmamalıydılar. Eybi yox, bizim itirəcəyimiz bir şey yoxdur, İran itirən tərəf olacaq. Necə deyərlər, nə əkiblərsə, onu da biçəcəklər.

Mollalar devirdikləri və ölkədən qovduqları İran şahının Güney Azərbaycan türklərinə qarşı yürütdüyü ədalətsiz siyasəti davam etdirməklərindən, onlara ana dilində təhsil almaq hüququ verməmələrindən utanmalıdırlar. Azərbaycan dövləti bundan sonra bu məsələni də daim diqqət mərkəzində saxlayacaq.

Prezident İlham Əliyev də ADA-dakı çıxışında qeyd etdi ki, İranda tədrisin erməni dilində aparıldığı məktəblər var, ancaq Azərbaycan dilində tədrisin olduğu məktəb yoxdur: “Bu necə ola bilər? Əgər kimsə deyirsə ki, bu, daxili işlərə müdaxilədir, biz bunu tamamilə rədd edirik. Azərbaycanın xarici siyasəti gün kimi aydındır – biz heç bir dövlətin daxili işinə qarışmamışıq və qarışmırıq. Biz İran məktəblərində Azərbaycan dilində tədris məsələsini ona görə qaldırırıq ki, əks təqdirdə, ana dilində danışan İran azərbaycanlıları dilin ədəbi komponentini itirirlər və Azərbaycan dili sadəcə məişət səviyyəsində qalır”.

Azərbaycan Prezidenti məsələni bu formada qaldırmaqda tamamilə haqlıdır. Güneylilərin ana dilində təhsil almaq hüququ heç bir halda İranın daxili işi sayıla bilməz. Molla rejimi bu haqqı tanımalı və təmin etməlidir. Türklüyə və müsəlmanlığa qarşı daim düşmən mövqe tutan bir ovuc erməniyə İranda ermənicə təhsil almaq üçün hər cürə imkanlar yaradan və üstəgəl, işğalçı Ermənistanı dəstəkləyən İran hakimiyyəti bu cür riyakar, ikiüzlü siyasətini əbədi davam etdirə bilməz. Mollalar bilməlidir ki, biz Güneyli soydaşlarımızı tək qoymayacayıq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Bakıda idman arenasında dava: ölən varŞağanda idman arenasında gənclər arasında dava olub, ölən var.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-ci il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

Aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T.Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R.Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Xameneinin nümayəndəsi təbrizli iş adamlarına səsləndiTəbrizin cümə imamı Seyid Məhəmmədəli Əli Haşim təbrizli iş adamlarından etiraz aksiyalarına qoşulmamağı istəyib.

İran rəhbəri Əli Xameneinin Şərqi Azərbaycan əyalətindaki nümayəndəsi olan imam Təbriz bazarının tətil aksiyasına qoşulmasının 1979-cu il inqilabının qələbəsində əhəmiyyətli rol oynadığını deyib.

İmam bazarın bu dəfə tətil aksiyaları barədə çağırışlara əhəmiyyət vermədiklərini iddia edib.
Putin Əliyevə zəng etdiNoyabrın 26-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların kompleks şəkildə həyata keçirilməsi üzrə qarşıdakı addımlar müzakirə edilib, regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasının praktiki məsələləri vurğulanıb.
Şəmkirdə avtobus maşınla toqquşdu: 7 yaralıŞəmkirdə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, 7 nəfər xəsarət alıb.

Avrasiya.net qəza nəticəsində Əli Quliyev (1959), Nüşabə Qasımova (1959), Cümşüd Mustafayev (1965), Xədicə Abdullayeva (1959), Nazilə Emilova (1981), Eşqin Məmmədov (1995) və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
İlham Əliyevin oğlu ailə həyatı qurdu - FotolarPrezident İlham Əliyevin oğlu ailə həyatı qurub.

Avrasiya.net xəbər verir ki, bu barədə Birinci vitse-prezident Mehriban Əliyeva instagramda paylaşım edib.

Paylaşımda deyilir:

"Dünən ailə üzvləri və doğmalarımızla oğlumuz Heydərin toyunu qeyd etdik. Xoşbəxtəm ki, artıq bizim üç qızımız var! Bütün valideynlər kimi biz də oğlumuza ailə səadəti arzulayırıq! Uca Allah gənc ailəyə yar olsun, bir-birinə olan Sevgi və Hörməti bir ömür boyu qorumağa kömək etsin! Xoşbəxt olun!"

Erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilibRusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bu barədə Avrasiya.net-ə Müdafiə Nazirliyindən (MN) bildirilib.

"Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib", - məlumatda vurğulanıb.
Agentlikdə Vyetnam Kommunist Partiyasının nümayəndə heyəti ilə görüş keçirilibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Keçirilən görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin əməkdaşları, xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.

Qonaqları salamlayan Agentliyin Müşahidə Şurasının sədr müavini cənab Vüsal Quliyev qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub.

Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq olub. Vyetnam hər zaman BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman dəstək verib. O daha sonra iki ölkə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibliyini qeyd edərək gələcəkdə bu istiqamətdə qarşılıqlı layihələrin icra olunmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən xanım Nguyen Thi Hoang Van Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində uğurların əldə olunduğunu vurğulayıb. Bu səbəbdən iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibliyini dəstəklədiyini vurğulayıb.

Sonra çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb.

Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.
Ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilibZəfər Günü münasibətilə Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində ali təhsil müəssisələrinin tələbələri arasında voleybol turniri keçirilib.

Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, RİH başçısı aparatının məsul əməkdaşları, Azərbaycan Tibb Uiversitetinin prorektorları Sabir Əliyev, Zülfüqar Musabəyov, Tağı Əhmədov, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Universitetlərin idman klublarının rəhbərləri iştirak edib və final oyunlarını izləyib.

Qonaqlar əvvəlcə Vətən uğrunda canlarından keçmiş Şəhidlərimizin lövhəsinin önünə gül dəstələri qoyaraq, onların əziz xatirəsini yad ediblər.

Sonra milli olimpiya himninin sədaları altında voleybol komandaları zala daxil olub. Komandalar təmsil etdikləri universitetlərin lövhələri ilə sıralara düzüldükdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu cəmi 44 gün ərzində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyümüzü bərpa edib. Bugün biz fəxrlə deyə bilərik ki, qalib ölkənin vətəndaşlarıyıq.
Turnirdə 7 ali təhsil müəssisələrinin tələbələri iştirak edib (Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universiteti, UNEC, Azərbaycan Texniki Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Universiteti və #Azərbaycan #Tibb #Universiteti)
Turnirin nəticələrinə görə #Azərbaycan #Tibb #Universitetinin komandası I yerə, Azərbaycan Dillər Universitetinin komandası II yerə, Azərbaycan Texniki Universitetinin komandası isə III yerə layiq görülüblər.

Qaliblər kubok, diplom və medallarla təltif olunublar. Eyni zamanda turnirdə iştirak edən bütün ali təhsil müəssisələrinin idman klublarının rəhbərlərinə turnirdə komandanı təmin etdiklərinə görə Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən təşəkkürnamələr təqdim olunub. Tədbirdə çıxışlardan sonra Azərbaycan Milli Konservatoriyasının tələbəsi Aydan İlxaszadənin ifasında Vətənpərvərlik musiqiləri səslənib.







İşğaldan azad olmuş Laçın rayonu yen inkişaf yolunda 30 illik həsrətdən sonra işğaldan azad olunan rayonlarımızdan biri də Laçın rayonudur. Laçın rayonu 1930-cu ildə inzibati ərazi vahidi statusu alıb. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi vardır. Ümumi sahəsi 1835 kvadrat kilometri olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir.

Rayon 1992-ci ildə mayın 18-də Erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olub. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb.

İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb.

Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub. Bu cür əməllər bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir və bu cinayət dünya ictimaiyyətinin gözü qarşısında baş vermişdir.
Nəhayət düz 30 ildən sonra Laçının rayonu doğma sahiblərinə qayıtdı. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi. Bundan əvvəl, noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.

Müharibədən sonra 2020-ci il noyabrın 26-da “Laçının azad olunmasına görə” medalı təsis edilib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.

Artıq digər işğaldan azad olunmuş rayonlarımız kimi Laçın rayonu da yeni inkişaf yoluna qədəm qoyub. Görülən işlər çərçivəsində Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb, hansı ki, təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Prezident İlham Əliyevin sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.

Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi 2025-ci ildə nəzərdə tutulub. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. Burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Uçuş-enmə zolağının uzunluğu 3 kilometr olacaq hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur.

“Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunacaqdır. Rayon sakinlərinin ilk qrupu öz doğma şəhərinə gələn ilin sonuna qədər qayıdacaq.
Əsasən heyvandarlıq üçün daha çox yararlı olan Laçın rayonu ikinci ildir ki, çobanlar ilə qoyun sürüləri oraya göndərilib. Rayonda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür.

İşğaldan azad olduqdan sonra bərpa-quruculuq işləri ilə yerində tanış olmaq üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevi mütəmadi olaraq Laçına səfərlər edir:

14.02.2021:
Güləbird kəndində Azərbaycan bayrağının ucaldılması;
Su elektrik stansiyasının açılışı.
16.08.2021:
Laçın Beynəlxalq Hava Limanının təməlqoyma mərasimi.
26.06.2022:
Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi ilə tanışlıq;
“Qorçu” elektrik yarımstansiyasında görülən işlərlə tanışlıq;
“Həkəriçay” su anbarı layihəsi ilə tanışlıq;
Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri ilə tanışlıq.

21.09.2022:
Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunellə tanışlıq;

Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması;
Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimi.

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri