Sizin Reklam Burada

Hindistan Konstitusiyasının qəbul edilməsi münasibətilə bayram tədbiri keçirilib

Hindistan Konstitusiyasının qəbul edilməsi münasibətilə bayram tədbiri keçirilibHindistanın Bakıdakı Səfirliyi 25 noyabr 2022-ci il tarixində Hindistan Konstitusiyasının qəbul edilməsi münasibətilə bayram tədbiri təşkil edib.

“Samvidhan Divas” kimi də tanınan "Konstitusiya Günü" Hindistan vətəndaşları arasında konstitusiya dəyərlərini təbliğ etmək məqsədilə hər il noyabrın 26-da qeyd olunur.

Hindistan Konstitusiyası 26 noyabr 1949-cu ildə qəbul olunub və 26 yanvar 1950-ci il tarixindən qüvvəyə minib. Konstitusiyanın layihələndirmə komitəsinin sədri Doktor B. R. Ambedkar Hindistan Konstitusiyasının baş memarı hesab olunur. Onu, həmçinin Hindistan Konstitusiyasının atası adlandırırlar.

“Premier Palace Baku” mehmanxanasında keçirilən “Konstitusiya Günü” tədbirinə Azərbaycan rəsmiləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixini və mədəniyyətini sevənlər, Hindistanın Azərbaycandakı dostları, o cümlədən Hindistan diasporunun çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 80-ə yaxın iştirakçı qatılıb.

Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar tədbirdə çıxış edərək, tədbirin əhəmiyyətini və Hindistan Konstitusiyasının hazırlanmasında layihəndirmə komitəsinin böyük səylərini vurğulayıb. Cənab Kumar, həmçinin Hindistan vətəndaşlarına Hindistan Konstitusiyasının və Konstitusiya Gününün əhəmiyyətini xatırladıb.

Daha sonra tədbir iştirakçıları doktor B.R. Ambedkarın Konstitusiya haqqında çıxışını və Konstitusiyanın hazırlanmasına dair videoçarxları, eləcə də Hindistan Konstitusiyası haqqında təqdimatı izləyiblər.

Tədbirdə, həmçinin Hindistan vətənpərvərlik mahnılarının sədaları altında rəqslər, Hindistanın Konstitusiyası haqqında sual-cavab oyunu və digər mədəni çıxışlar baş tutub.



Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər