Qaxda 17 yaşlı qız öldürüldüQaxda 17 yaşlı qız qətlə yetirilib.

Avrasiya.net-in Report-a istinadən məlumatına görə, hadisə bu gün axşam saatlarında şəhərin Cavanşir Rəhimov küçəsi, ev 5 ünvanında baş verib.

Belə ki, həmin evdə kirayədə yaşayan 2005-ci il təvəllüdlü Albina Papiaşvili Aliqoşayevina naməlum şəxs və ya şəxslər tərəfindən bıcaqlanaraq qətlə yetirilib. 17 yaşlı qızın meyiti kirayədə yaşadığı evdə aşkarlanıb.

Hazırda qətli törədən şəxs və ya şəxslərin axtarışı davam edir.
"Bu tipli tədbirlər növbəti illərdə digər regionlarda da keçiriləcək"Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Zəfər tariximizin regionlarda təbliği” layihəsi yekunlaşıb.

Bu barədə İctimai Birliyin sədri Ramil Əliyev məlumat verib. R.Əliyev bildirib ki, layihənin məqsədi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin gənclərə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə tədbirlərin həyata keçirilməsidir. Əsas məqsəd aprel döyüşlərinə və 44 günlük “Vətən müharibəsi”nə həsr olunan 1 günlük tədbirlərin keçirilməsi olub. Layihə çərçivəsində 12 oktyabr 2022-ci il tarixində Şəki rayonu Dövlət Regional Kollecində, 13 oktyabr 2022-ci il tarixində Qax Rayonu Heydər Əliyev Mərkəzində, 14 oktyabr 2022-ci il tarixində Balakən Rayonu Heydər Əliyev Mərkəzində, 14 oktyabr 2022-ci il tarixində Zaqatala Rayonu Heydər Əliyev Mərkəzində tədbirlər keçirilib. Ümumilikdə keçirilən tədbirlərdə şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və region gəncləri olmaqla 200 nəfər iştirak etdib. İctimai Birliyin sədri Ramil Əliyev, Zəfər tariximizin regionlarda təbliği ilə əlaqədar olaraq bu tipli tədbirlərin növbəti illərdə digər regionlarda keçiriləcəyini deyib.

Ramil Əliyev layihənin təşkilində maliyyə dəstəyinə görə başda Azərbaycan Respublikası Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyi olmaqla, Agentliyin bütün əməkdaşlarına, və layihənin təşkilində göstərdikləri dəstəyə görə Prezident Administrasiyasına və müvafiq yerli icra hakimiyyəti orqanlarına, eləcə də, kütləvi informasiya vasitələrində layihənin icrası ilə bağlı məlumatların dərc olunmasında göstərdikləri diqqətə görə bütün media nümayəndələrinə öz təşəkkürünü bildirib.
“Qarabağ zəfəri” adlı sərgi keçirilib - SiyəzəndəSiyəzən Rayon Gənclərə və İdman İdarəsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə noyabrın 4-də 8 Noyabr Zəfər və 9 Noyabr Dövlət Bayrağı günlərinə həsr olunmuş “Qarabağ zəfəri” adlı sərgi keçirilib.

Gənclər Evində təşkil olunan sərgidə 90-a yaxın təsviri sənət və əl işi nümayiş etdirilib. Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı cənab Novruz Novruzov, Təhsil sektorunun nümayəndələri, Vətən müharibəsi iştirakçıları, qazilər, şəhid adilərinin üzvləri və digərləri iştirak ediblər. Sərgidə yeniyetmə və gənclərin Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri və işğaldan azad edilmiş digər rayonlar, Qarabağın simvolu Xarıbülbül, tarixi, dini və mədəni abidələr, Azərbaycan ordusu, qəhrəman əsgərlərimiz Vətən müharibəsi və Zəfər Günü ilə bağlı rəsmləri, eksponatlar və digər əl işləri nümayiş etdirilib.

Sərginin təşkilində əsas məqsəd yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm qələbəni əsərlərdə nümayiş etdirmək, Vətən müharibəsinin və tarixi Zəfərin gənc nəsil arasında təbliğ olunması, xüsusi istedada malik olan yeniyetmə və gənclərin üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişafına dəstək verməkdən ibarətdir.

Tədbirdə RİH icra başçısı cənab Novruz Novruzov, Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun nümayəndəsi İlhamə Sultansoy çıxış edərək Vətən Müharibəsindən, Zəfər gününə gedən yoldan, həmçinin tədbirin əhəmiyyətindən bəhs ediblər. Daha sonra iştirakçılar tərəfindən sərgidə toplanan əl işlərinə baxış keçirilib. Tədbirin sonunda sərgidə əl işləri fərqlənənlərə Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olunub.






#Zəfərgünü
#8Noyabr
#Zəfər
#Qələbə
#ŞəhidlərÖlməz
#ŞəhidlərimİZ
#VictoriousAzerbaijaniHeroes
#VətənUğrunda
#VətənÜçün
#BizQalibik
#MüzəffərXalqınGəncləri
#QalibKomandan
#DəmirYumruq
#SiyəzənGİİ
#Gənclərİdman
#AZEgənc
#AZEyouth
#birkimibirlikdə
#AzərbaycanGəncləri
"Ölkə daxilində minlərlə iş yeri yaratmaq planlarımız var"Ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var.

Avrasiya.net xəbər verir ki, bunu Prezident İlham Əliyev Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşdə deyib.

"Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq", - İlham Əliyev bildirib.

Prezident əlavə edib ki, yaxın gələcəkdə istehsalı genişləndirmək lazım olacaq:

"Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var".

Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur.
Dünya çempionu İsrafil Məmmədov SAXLANILDIPaurliftinq üzrə dünya və Avropa çempionu, əməkdar idman ustası İsrafil Məmmədov saxlanılıb.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, Qazax rayon sakini olan İsrafil Məmmədov barəsində qazi Polis Şöbəsinə şikayət edib.

Qazax rayon Polis Şöbəsinə dəvət olunan İsrafil Məmmədovun bölmənin fəaliyyətini pozduğu, polisin qanuni tələblərinə riayət etməyərək xırda xuliqanlıq etdiyi bildirilir. Xəbərə görə, İsrafil Məmmədov buna görə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, İsrafil Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) və 510-cu (Xırda xuliqanlıq) maddələri protokol tərtib edilərək baxılması üçün Qazax rayon Məhkəməsinə göndərilib.

“Zəfər Forumu”nun bağlanış mərasimi keçirilibBakı şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə 07 oktyabr tarixindən etibarən başlanan Azərbaycanın bütün rayonlarını əhatə edən “Zəfər Forumu”nun bağlanış mərasimi keçirilib.

Forumun bağlanışında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi, Bakı şəhərinin 12 rayonu, eləcə də Sumqayıt, Abşeron, Şuşa, Zəngilan, Qubadlı rayonun yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, Agentliyin Müşahidə Şurasının üzvləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Azərbaycan əsgərinin əfsanəvi qəhrəmanlıqları, igidlik və şücaəti ilə Şuşaya sancılan Zəfər bayrağı Sabirabad rayonundan böyük coşqu ilə Bakıya - forumun bağlanış mərasiminə gətirilib.

Sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev forum iştirakçılarını salamlayaraq İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbənin tarixi əhəmiyyətindən bəhs edib.

Vüsal Quliyev rəşadətli ordumuzun əsgər və zabitlərinin addım-addım irəliləyərək Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçdiklərini, torpaqlarımızın qəhrəman döyüşçülərimizin qanı və canı bahasına azad edildiyini, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi nəticəsində Qələbənin təmin olunduğunu nəzərə çatdırıb. Azərbaycan Respublikasında Anım Gününün, Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının əhəmiyyəti barədə danışıb.

Daha sonra çıxış edən Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib ki, müharibələrdə böyük qələbələrin əsasında duran ən başlıca amil xalq-dövlət-ordu birliyinin sarsılmaz vəhdətinin təmin olunmasıdır. İkinci Qarabağ müharibəsi dünya azərbaycanlılarının birliyinin sarsılmazlığını, xalqımızın Vətən torpaqlarının azad edilməsi naminə “Dəmir yumruq” kimi birləşdiyini nümayiş etdirdi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin apardığı çirkin kampaniyalara qarşı fədakarlıqla fəaliyyət göstərirdilər. A.Əliyeva qeyd edib ki, Müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycanın bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Dövlətimizin başçısının yüksək siyasi məharəti sayəsində diplomatik cəbhədə də böyük uğurlar qazanıldı.

Digər çıxışçılar şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxışlarında Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bildiriblər.
Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub. Sonra Zəfər bayrağı fəxri qarovulun müşayiəti, “Qələbə marşı”nın sədaları altında Respublika forumunun növbəti ünvanı - Şuşa şəhərinə yola salınıb.
Əməkdar artist, polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnıları alqışlarla qarşılanıb.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyi adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib. O cümlədən, Zəfər forumun çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzin təşkilatçılığı ilə "Əsgərə məktub" layihəsi keçirilib.

#QhtAgentliyi #NgoAgency #ZəfərForumları2022
Hava yenidən pisləşir - Temperatur 8 dərəcə enəcəkHavanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 6-dan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-da səhər yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Azərbaycanın rayonlarında noyabrın 5-i axşam şimal və qərb rayonlarından başlayaraq 8-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi 6-dan 7-si səhərədək arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

Yaxın gələcəkdə bizim əməkdaşlığımız genişlənəcək Bildiyimiz kimi noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısı keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları da Zirvə toplantısına ev sahibliyi edən Əlcəzair Respublikasının Prezidenti Abdelmacid Tebbunun dəvəti ilə tədbirin açılış mərasimində Fəxri qonaq statusunda iştirak etmişdir. Dövlətimizin başçısı Zirvə toplantısında geniş nitqlə çıxış edərək bir sıra qlobal xarakter daşıyan məsələlərə toxunmuşdur.

Xüsusi qonaq qismində Ərəb Dövlətləri Liqasının Sammitində iştirak bir daha göstərdi ki, Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı olduqca çoxdur. Avropa və Asiyadan sonra Afrikada təşkil edilən siyasi müzakirə platformalarında da Azərbaycan üçün xüsusi yer ayrılıb. Bu isə təbii ki, ölkəmizin və onun liderinin nüfuz və rolunun artması ilə yanaşı dünyada cərəyan edən iqtisadi-siyasi proseslərə ədalətli və obyektiv yanaşmanın nəticəsidir. Hazırda qürurverici haldır ki, BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır.

Cənab Prezident məhz çıxışında ölkəmizin Qoşulmama Hərəkatının fəaliyyətinə verdiyi tövhələrdən geniş bəhs etmiş və bildirmişdir ki, Azərbaycan Qoşulmama Hərəkatına 2019-cu ildən rəhbərlik etməyə başlamış və bu müddət bütün üzv ölkələrin yekdil qərarı ilə 2023-cü ilin sonuna qədər uzadılmışdır. Bu da öz növbəsində bizim mövqeyimizə olan yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir.

Qoşulmama Hərəkatının sədri statusunda olan Cənab Prezident öz çıxışında həmçinin özlərini “demokratiyanın beşiyi” adlandıran bəzi qərb dövlətlərinin tarixi keçmişindən də bəhs edərək bildirmişdir ki, Fransa kimi ölkələrin tarixi keçmişdə törətdiyi və hazırda da davamlı cəhd etdiyi siyasətə açıq şəkildə kəskin münasibət bildirməliyik. Çünki Fransa tarixi keçmişində müxtəlif xalqlara qarşı törətdiyi soyqırımlara görə cavab verməli, məsuliyyət daşımalı, bu xalqlardan üzr istəməlidir. Ancaq bunu etmək əvəzinə özünün imperialist və təcavüzkar siyasətini Cənubi Qafqaza da gətirməyə çalışır.

Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç bir zaman unutmamalıdır. Fransa 100 ildən çox müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparmış və bu müharibə 1,5 mln Əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu baxımdan Əlcəzair ilə Azərbaycan xalqının tarixi keçmişində oxşarlıq mövcuddur. Belə ki, Azərbaycan da Əlcəzair kimi uzun illər işğaldan əziyyət çəkmiş və xalqımız tarix boyu mənfur qonşumuz və onun havadarlarının təcavüzünə və işğalına məruz qalmışdır.

Cənab Prezident çıxışı zamanı vurğulamışdır ki, Azərbaycan dövləti olaraq Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa xüsusi önəm veririk. Bu baxımdan biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk. İlham Əliyev cənablarının düşünülmüş qətiyyətli siyasəti sayəsində Azərbaycan müxtəlif siyasi qütblər, güc mərkəzləri ilə bərabərhüquqlu əlaqələr qurub. 2006-cı ildən Ərəb Dövlətləri Liqasında müşahidəçi statusunda üzv olduğu qurumla ölkəmiz arasında münasibətlər xüsusi xarakter alıb. Çünki Azərbaycan müasir dövrün çağırışılarına adekvat cavab verən, qlobal problemlərin həllinə böyük dəstək göstərən, ehtiyacı olan dövlətlərə humanitar yardımını əsirgəməyən ölkə kimi tanınır və bu istiqamətdə atdığı addımlar hamı tərəfindən təqdir edilir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Sabah 14 yaşlı qızın toyudur - DİN-ə çağırışGöyçay rayon Çərəkə kəndinin 14 yaşlı sakinin valideynləri toy etməyə hazırlaşırlar.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.

O deyib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, məsələ nəzarətə götürülüb, aidiyyəti qurumlar məlumatlandırılıb.
“Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimatı olubNoyabrın 3-də Nizami Kino Mərkəzində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə ərsəyə gətirilmiş, Vətən müharibəsi şəhidi Muxtar Qasımlıya həsr olunan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin təqdimat mərasimi keçirilib.

Dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, müharibə iştirakçıları, şəhid anaları və digər ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində şəhid Muxtar Qasımlının valideynləri – atası, filmin prodüseri Əli Qasımov və anası, filmin bədii rəhbəri Almaz Qasımova, Milli Məclisin sədrinin müavini Adil Əliyev, Gənclər və idman naziri Fərid Qayıbov və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov çıxış ediblər. Bildirilib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi hərb tariximizə qızıl hərflərlə yazılıb.

Məhz cənab Prezidentin qətiyyəti, yüksək sərkərdəlik məharəti və qəhrəman vətən övladlarının mübarizliyi, fədakarlığı sayəsində torpaqlarımızın 30 illik işğalına son qoyulub. Qeyd olunub ki, Qarabağda tarix yazan həmin qəhrəmanlarımızdan biri də Füzuli rayonu uğrunda gedən ağır döyüş əməliyyatlarında öz şücaəti ilə fərqlənmiş şəhid Muxtar Qasımlıdır. Müharibəyə Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan zabiti kimi qatılan Muxtarın döyüş yolu düşmənin müdafiə səddinin yarıldığı Füzulidə başlayıb və rayonun Alxanlı kəndində sona çatıb.

2 oktyabr 2020-ci il tarixində Silahlı Qüvvələrimizin baş leytenantı Muxtar Qasımlı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Vurğulanıb ki, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimiz kimi Muxtarın da ömür yolu gənclərimiz üçün örnəkdir. Bu mənada Muxtarın qəhrəmanlıq hekayəsindən bəhs edən “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi şəhidimizi ictimaiyyətə daha yaxından tanıtmaq, yeni nəslin Muxtar kimi mərd, cəsur, yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək məqsədi daşıyır.

Çıxışlardan sonra rejissoru və ssenari müəllifi Ruslan Mollayev olan “Qəhrəman Muxtar Qasımlı” sənədli filmi nümayiş olunub. Ekran işində şəhid Muxtar Qasımlının təkcə döyüş yolu deyil, bütün ömür səhifələri vərəqlənib, onun uşaqlıq dövrü, məktəb illəri, idman sahəsində əldə etdiyi uğurlar, iş həyatı filmin süjet xəttini təşkil edib.

Xatırladaq ki, “AzerGold” QSC-də Mühafizə xidmətində çalışmış Muxtar Qasımlı Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən şəxsi mərdlik və igidlik göstərdiyinə görə cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Qeyd edək ki, tamaşaçıların böyük marağı ilə qarşılanan “Qəhrəman Muxtar Qasımlı” sənədli filminin rəsmi treyleri ilə linkə keçid edərərək tanış ola bilərsiniz (https://youtu.be/NHIXvFgcEUI).