Daha Yaşıl Sabaha uçuşRajeev Ramachandran

Beynəlxalq nəqliyyat baxımından Hindistanın ən işlək hava limanlarından biri olan Koçin Beynəlxalq Hava Limanının tamamilə günəş enerjisi ilə işləməsi artıq yeni xəbər deyil. Layihə 2018-ci ildə Dünya Sahibkarlıq Baxışı kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının “Yer kürəsinin Çempionları” mükafatını qazanıb.
Hava limanı yaşıl enerji istehsalı potensialını tədricən artıraraq, bu yaxınlarda ümumi istehsalını 250 milyon vahidə çatdırıb və beləliklə 160 min ton karbon emissiyasının qarşısını alıb.

Hava limanı kimi nəhəng bir müəssisə çox yüksək miqdarda enerji tələb edir. Və yaşıl enerjidən istifadə edərək, CIAL (Cochin International Airport Limited) şirkəti daha sağlam və daha yaşıl bir planetə öz töhfəsini verir. Hesabatlara görə, aviasiya sənayesi Birləşmiş Ştatlarda nəqliyyatla bağlı bütün emissiyaların 11 faizini təşkil edir. Hindistanda bu faiz daha aşağı ola bilər, lakin yenə də olduqca əhəmiyyətli miqdardır.

CIAL-ın məqsədi təkcə hava limanında təyyarələr ilə bağlı emissiyaları kompensasiya etmək deyil, eyni halda bütün hava limanını və ona bağlı digər obyektləri günəş enerjisi ilə təchiz etmək istiqamətində addımlar ataraq dünyaya orta ölçülü bir hava limanının özünü günəş enerjisi vasitəsilə təmin edə biləcəyi mesajını verməkdir.

İcraçı direktor S.Suhasın sözlərinə görə, CIAL həmişə iqtisadi səmərəlilik və davamlı inkişaf ideyalarına ciddi şəkildə riayət edib. O əlavə edib ki, ölkədə ildə 300-ə yaxın günəşli gün olduğunu nəzərə alaraq günəş enerjisindən istifadə etməyə doğru hərəkət ideal seçimdir.

“Hava limanını idarə etmək üçün alternativ enerjiyə güvənmək əslində təhlükəli bir fikir idi. Hindistanda hava limanı infrastrukturunun inkişafında Dövlət özəl sektor tərəfdaşlığı (PPP) modelinin qabaqcıllarından biri kimi, bizim qurucu direktorumuz V.J. Kurian həmişə yeniliklərə addım atmaq, çətinliklərə sinə gərmək istəyib. Elektrik istehlakının digər xərclərimizlə müqayisədə daha yüksək olduğunu başa düşdükdə, rəhbərliyimiz imkanları nəzərdən keçirdi. Sonra yaşıl enerjiyə doğru hərəkət etmək fikri ortaya çıxdı” - cənab Suhas əlavə edib.

Hər şey 2013-cü ildə 100 KV-luq pilot günəş elektrik stansiyası layihəsi ilə başladı. Günəş panelləri terminalların damına quraşdırılmışdır. Bu, nəhayət, yaşıl enerji istehsalı işi həvalə edilmiş CIL (CIAL İnfrastructures Limited) adlı xüsusi bir şirkətin yaradılmasına səbəb oldu. Məhz uzun müzakirələrdən sonra CIAL tamamilə günəş enerjisinə keçmək üçün hesablanmış risk əsasında addım atdı.

“CIL-in yaradılması mühüm addım idi. Bizim xeyrimizə iki amil var idi; Bunlardan biri beynəlxalq bazarda günəş panellərinin qiymətlərinin düşməsi idi ki, bu da günəş enerjisi stansiyasının quraşdırılması xərclərini kəskin şəkildə aşağı salırdı. İkincisi, şəbəkə ilə təmin edilən elektrik (istilik elektrik stansiyasından) enerjisinin yüksək qiyməti (təxminən hər vahid üçün 7 rupi) və tariflərin daha da artırılmasının daimi riski idi”, -cənab Suhas əlavə edib.

Ştat hökumətinin təşviqi də həyati əhəmiyyət kəsb edir. Ştat hökuməti özəl günəş enerjisi istehsalçılarına dövlətə məxsus elektrik şəbəkəsi vasitəsilə artıq enerjini satmaq üçün şərait yaradıb. Bu, CIL-ə istehsal və şəbəkə sinxronizasiyasına yönələrək enerjinin saxlanmasına qənaət etməyə kömək etdi.

İlk günəş elektrik stansiyasının işə salınmasından bəri, CIAL hava limanının öz ərazisində daha çox günəş enerjisi istehsal etmək imkanlarını araşdırır. Təyyarəyə texniki xidmət anqarının böyük dam örtüyündən, eləcə də Aviasiya Akademiyasının binasına bitişik bəzi boş ərazidən istifadə etməklə, bu şirkət istehsal potensialını bir meqavata qədər artıra bildi. 2013-cü ilin noyabrında tamamlanan proses CİAL-ın stansiyasını Kerala əyalətindəki ilk meqavat miqyaslı günəş stansiyasına çevirdi.

2014-cü il ərzində hava limanının gündəlik enerji tələbatı təxminən 48,000 vahid idi. Hava limanını tamamilə karbon yaymayan müəssisəyə çevirmək üçün mövcud 1.1 MVt enerji istehsalına əlavə olaraq 12 MVt artırılmalı idi.

2015-ci ilə qədər CIAL dünyada tam günəş enerjisi ilə işləyən ilk hava limanı oldu. 2019-cu ilə qədər, layihə səmərə çatdıqda, gündə 200 min vahid elektrik enerjisi istehsal edə bilirdi, halbuki hava limanının gündəlik enerji istehlakı 160 min vahid təşkil edirdi.

Hekayəsi 100 KVt-lıq pilot layihə ilə başlayan CIAL bu gün 50 MVt quraşdırılmış istehsal gücünə malikdir və ştatda ikinci ən böyük elektrik istehsalçısıdır. Bu ilin əvvəlində Kannur rayonunda 12 MVt gücündə günəş enerjisi zavodunu işə salmaqla şirkət yaşıl izlərini şimali Keralaya qədər genişləndirib. Bu, Kozhikkod rayonunda su elektrik stansiyasının tikilməsi də daxil olmaqla bir sıra yaşıl elektrik stansiyalarının yaradılması vasitəsi ilə şirkətin enerji səmərəliliyinə nail olmaq vizyonunun bir hissəsidir.

Günəş enerjisi istehsalı ilə yanaşı, CIAL günəş panelləri arasındakı boş yerlərdən aktiv şəkildə əkinçilik üçün istifadə edir. Beləliklə də şirkət indiyədək 90 tondan çox pestisidsiz tərəvəz istehsal edib.

“CIAL davamlılığı yaşamaqdan zövq alacağımız bir gələcəyi yaratmağa kömək edən təcrübə kimi dəyərləndirir. Biz mürəkkəb problemlərin həllinə dair nikbinlik yaradırıq. Bunu yaradıcı düşüncə ilə birləşdirsək, status-kvonu müsbət şəkildə pozan və dəyişikliyə səbəb olan nəticələr əldə edəcəyik.”
Sumqayıtda əlilliyi olan xanımlar üçün gözəllik salonu yaradılacaq“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşqulluqunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili” layihəsinin icrasını davam etdirir.

Bu barədə Sosialmedia.az-a “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri,layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. 22.09.2022-ci il tarixindən əlilliyi olan xanımlar üçün peşə kursları ardıcıl olaraq davam edir. Həftədə 2 dəfə olmaqla altı əlilliyi olan gənc xanım təliçmi stilist vizajist Xəyalə Əhmədovanın yanında saç, düzümü, vizaj, permanentin sənətini , digər dörd xanım isə həftə də iki dəfə olmaqla, dırnaq ustası Könül
Abasovanın yanında dırnaq qaynağı sənətini öyrənirlər.

Layihədə iştirak edən on xanım artıq sənətin incəliklərini öyrənirlər və sərbəst işləməyə başlayıblar. Biz də öz növbəmizdə bu kurslara qatılan xanımları özünəməşqulluq proqramına qoşaraq onlar üçün lazımı avadanlıqların alnması üçün və gözəllik salonu açmaq üçün Dövlət Məşqulluq Agentliyi ilə danışıqlara başlamışıq. İnanıram ki, yaxın aylar da əlilliyi olan xanımlar üçün gözəllik salonu yarada biləcəyik deyə vurğulayıb.

Qeyd edək ki, layihə Sumqayıt şəhərində noyabr ayının son gününə kimi davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.


Azərbaycanın xarici siyasəti uğurla davam edirDövlət başçımızın Ərəb Dövlətləri Liqasının Sammitinə Fəxri qonaq qismində dəvət edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş çoxşaxəli xarici siyasət nəticəsində dövlətimizin dünyaya inteqrasiyası sürətlənmiş, dost və qardaş dövlətlərin siyahısı xeyli genişlənmişdir. Bu məqsədyönlü xarici siyasət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Xarici siyasətimizdə son illərdə Ərəb dövlətləri ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi xüsusi yer tutmaqdadır. Bu baxımdan ölkə başçımızın noyabr ayının 1-də Əlcəzair Xalq Demokratik Respublikasına səfəri və burada baş tutmuş Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı xüsusi əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd etməliyik ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinə görə ərəb dünyasında və Afrika qitəsində ən böyük ölkələrdən biridir. Qitənin beşinci böyük iqtisadiyyatına malik olan Əlcəzair əhəmiyyətli təbii qaz və neft istehsalçısı və ixracatçısıdır. 22 dövlətin daxil olduğu Ərəb Liqasına gəldikdə isə bu təşkilatın əsası 1945-ci ildə qoyulmuşdur. Ərəb Liqası Azərbaycanın da daxil olduğu 7 ölkə ilə 2005-ci ildə imzalanmış anlaşma memerandumu əsasında əməkdaşlıq etməkdədir. Sonrakı dövrlərdə bu əlaqələr daha da genişlənmiş və 2015-ci ildə imzalanmış əməkdaşlıq memerandumu ilə yeni bir mərhələyə keçmişdir.

Qeyd etməliyik ki, cənab Prezidentin yürütdüyü uğurlu xarici siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanın beynəlxalq proseslərdəki rolu regional çərçivələri çoxdan aşmışdır. Bakı bu gün qlobal gündəliyə təsir edən mərkəz kimi çıxış edir. Prezident İlham Əliyev cənablarının Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının Sammitinə Fəxri qonaq kimi dəvət olunması və geniş nitqlə çıxış etməsi bunun bariz ifadəsidir.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq fəallığı Ərəb Dövlətləri Liqasının bir çoxunun da üzv olduğu hərəkatın nüfuzunu və funksionallığını əhəmiyyətli dərəcədə artırıb. Sevindirici haldır ki, ötən dövr ərzində Azərbaycanın irəli sürdüyü təşəbbüslər BMT səviyyəsində müzakirəyə çıxarılmış və müvafiq sənədlərlə inkişaf etdirilmişdir. Xüsusilə pandemiya dövründə bir neçə belə təşəbbüs hərəkat üzvlərinin dəstəyi ilə reallığa çevrilmişdir. Heç şübhəsiz Azərbaycan Prezidentinin həm də Qoşulmama Hərəkatının sədri kimi etdiyi bu səfər, aparılan müzakirələr və qatıldığı Sammit yeni qlobal düzəndə istər ölkəmizə, istərsə də Qoşulmama Hərəkatı ilə Ərəb Dövlətləri Liqası arasındakı əməkdaşlığa yeni impuls verəcəkdir. Hazırda Azərbaycan və Əlcəzair dövlətləri arasında əməkdaşlığın şaxələndirilməsi üçün siyasi iradə və bir-birindən cəlbedici imkanlar mövcuddur. İnanırıq ki, Azərbaycanla Əlcəzair dövləti arasında mövcud olan və müxtəlif sahələri əhatə edən münasibətlər bundan sonra daha da dərinləşəcəkdir.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Putin Ərdoğana söz verdi: Ukraynada nüvə silahından istifadə etməyəcəkRusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Tayyib Ərdoğanla telefon danışığı zamanı onu əmin edib ki, Ukraynada nüvə silahından istifadə etmək planı yoxdur.

Bu barədə cümə axşamı Türkiyə liderinin rəsmi nümayəndəsi İbrahim Kalın bildirib.

“Telefon danışıqları zamanı Rusiya tərəfi Türkiyəni nüvə silahından istifadə etmək planının olmadığına əmin etdi”.

TRT İbrahim Kalına istinadən xəbər verir ki, Ukrayna tərəfi öz növbəsində “çirkli silahların” istifadəsinə hazırlıqla bağlı iddiaları təkzib edib.

Türkiyə prezidentinin nümayəndəsinin sözlərinə görə, Ankara münaqişə tərəflərini sülh yolu ilə nizamlanma üzrə danışıqlara qayıtmağa dəvət etmək niyyətindədir.

Xatırladaq ki, Ərdoğan Putinlə dünən axşam danışmışdı.
Ermənistan bu tarixdə Təbrizdə konsulluq açacaqErmənistan 2023-cü ildə İranın Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərində Baş Konsulluq açacaq.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdəki çıxışı zamanı məlumat verib.

Onun sözlərnə görə, Ermənistan 2023-cü ildə Uruqvayda səfirlik, Rusiyanın Şimali Osetiya Respublikasının mərkəzi Vladiqafqaz şəhərində konsulluq açacaq.

Nazir həmçinin bildirib ki, Ermənstan Kiprin yunanlara aid hissəsində və Serbiyanın paytaxtı Belqradda diplomatik missiyanın ofisini açmağı nəzərdə tutub.
Almaniya çağırış etdi: İranı tərk edin!Almaniya Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

İranda xüsusilə ikili vətəndaşlığı olan şəxslər üçün təhlükəli vəziyyət yarandığı bildirilib.

“Hazırda İranda Almaniya vətəndaşları üçün saxlanılma və uzunmüddətli həbslə bağlı konkret təhlükə var”, - deyə Almaniya XİN-in yaydığı məlumatda vurğulanıb.

Həmçinin qeyd edilib ki, son vaxtlar İranda xarici vətəndaşlarla bağlı müxtəlif problemlərin yaşanması və süni əngəllər yaradılması tendensiyası mövcuddur.
Boradigah sakinləri Masallının yeni icra başçısına müraciət edib –"Bu yol hələ də bərbad vəziyyətdədir"Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakini rayonun yeni icra başçısı Araz Əhmədova müraciət edib.

Avrasiya.net-ə daxil olan müraciətdə deyilir ki, sakinlər 2019-cu ildə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədova Boradigah-Qumbaşı yolunun təmiri ilə bağlı müraciət ediblər.

“Hörmətli Araz müəllim,

Müraciətimiz aşağıdakı kimi idi:
“Hörmətli Prezident, hörmətli Mehriban xanım, öncə nəzərinizə çatdıraq ki, bizim-Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup sakininin Sizə ünvanlanan bu müraciəti həmdə 10-dan artıq kəndin sakinlərinin arzusudur. Problemi diqqətinizə çatdırmazdan öncə Bakı-Astara yolunun yüksək səviyyədə yenidən qurulmasına görə Sizə təşəkkür edirik. İndi bu yol əvvəlkindən çox rahat, üstəlik vaxt baxımından xeyli səmərəlidir.

Amma problem ondadır ki hal-hazırda ölkənin ən böyük qəsəbələrindən olan Boradigah və 10-dan artıq kəndi bu magistralla birləşdirən, təxminən 6 kilometrlik yol (Boradigah-Qumbaşı) dağılmış vəziyyətdədir. Bu səbəbdən minlərlə sakin mənzil başına çatmaq üçün alternativ yollardan (Musaküçə-lürən və Masallı şəhərinin içi) istifadə etmək məcburiyyətində qalıb. Sizi bir müddət əvvəl dağılmış yollarla bağlı Avtomabil Yolları Dövlət agentliyinin rəhbəri Saleh Məmmədova qəti tapşırıq verdiniz. Bu tapşırığınız bizi ruhlandırdı. Sizdən xahiş edirik, bəhs etdiyimiz yolun təmirinə də göstəriş verəsiz.”

Bizim bu müraciətimizə AAYDA-dan mediya vasitəsilə aşağıdakı məzmunda cavab verildi:

“Biz müraciətlə tanışıq. Sakinlər Boradigah qəsəbəsinə magistraldan ayrılan yolu nəzərdə tuturlar. O yol Dövlət Agentliyinin balansında yox, icra hakimiyyətinin və bələdiyyənin balansında olan yoldur. Bizim balansda belə bir yol yoxdur. Buna baxmayaraq, AAYDA rayonlar üzrə tədbirlər planı hazırlayıb. Yaxın gələcəkdə Masallı rayonunu əhatə edən planlarımız var. Bizim balansımızda olan, Boradigaha uzanan, oradan da keçməklə digər kəndləri əhatə edən yolların yenidən qurulması nəzərdə tutulur. Maliyyə vəsaiti ayrıldıqca, həmin layihələr icra olunacaq. Əgər deyilən yolla, yəni magistraldan ayrılıb birbaşa Boradigaha gələn yolla bağlı icra hakimiyyətindən təklif gəlsə, Nazirlər Kabinetindən qərar olsa, biz həmin yolun yenidən qurulmasını həyata keçirə bilərik.”

Hörmətli Araz müəllim,

müraciətimizin üstündən 2 il ötməsinə baxmayaraq, bu yol hələ də bərbad vəziyyətdədir. Amma Siz rayona icra hakimi təyin ediləndən sonra bütün sahələrdə, o cümlədən, yolların yenidən qurulması istiqamətində böyük layihələrə başlamısız. Sizdən xahiş edirik, Boradigah-Qumbaşı yolu da başlatdığınız böyük abadlıq işlərindən kənarda qalmasın”.
Prezident Arif Səmədova yüksək vəzifə verdiArif Vasif oğlu Səmədov Azərbaycan Respublikası Prezidentinin Protokol xidməti rəisinin müavini vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

O, Prezidentin digər sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi təyin edilib.
Prezident Elnur Əliyevi işdən çıxardıElnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat zamanı saxlanılanlar sırasında Elnur Əliyevin də adı çəkilirdi. Onun istintaqa cəlb edildiyi bildirilir.
AQC sədri yeni qanunun qəbul olunmasını təklif edirAzərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc peşəkar birliklərinin hüquqi statusu ilə bağlı yeni qanun layihəsinin qəbul olunması təşəbbüsü ilə çıxış edib.

Cəmiyyətin İctimaiyyətlə Əlaqələr Departamentindən Avrasiya.net-ə verilən məlumata görə, AQC sədri peşəkar birliklərin fəaliyyətinin “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənməsinin doğru olmadığını söyləyib.
Təklifi olduğu kimi diqqətinizə çatdırırıq:

Son dövrlər Azərbaycanda assosiativ birliklərin sayı artır. İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və müxtəlif dövlət qurumlarının dəstəyilə peşəkar ticari birliklərin təsis olunması, dövlət qurumları ilə özəl sektor arasında sağlam münasibətlərin formalaşmasında bu birliklərin aparıcı rol alması yeni reallıqlar ortaya çıxarır. Bu xüsusda uzun müddətdir fəaliyyət göstərən və faktiki olaraq müxtəlif peşələr üzrə aparıcı mövqeyə sahib olan kollektiv ictimai birliklərin də əhəmiyyəti artır.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Teatr Xadimləri İttifaqı, Azərbaycan Mətbuat Şurası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycan Jurnalistlər Birliyi, idman federasiyaları və digər bu qəbildən olan təşkilatlar faktiki olaraq bu sahədə fəaliyyət göstərən müəssisə və şəxslərin kollektiv platforması rolunda çıxış edir.

Məlumdur ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında son illər Azərbaycanda kompleks islahatlar aparılır. 2018-ci ilin prezident seçkilərindən sonra inaqurasiya çıxışı zamanı Cənab Prezident bu islahatlara start verildiyini bəyan etdi. Ötən dövr ərzində bütün hakimiyyət qollarında – qanunverici, Mərkəzi İcra Hakimiyyəti, yerli idarəetmə orqanları bu islahatlar prosesinin tərkib hissəsi olaraq yeniləndi. Elə bir sahə yoxdur ki, bu islahatlar prosesindən kənarda qalsın. Bu islahatların mahiyyətində isə idarəçiliyə yeni nəfəs gətirmək, hökumət-vətəndaş münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq, yeni yanaşma ilə vətəndaşlara xidmət etmək dayanır.

Hesab edirəm ki, mövcud şəraitdə peşəkar kollektiv birliklərin də yeni statusla meydana çıxmasına, onların fəaliyyətinin daha da artırılmasına və tərəqqisinə xidmət edəcək qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac var. “Peşəkar birliklər haqqında” Azərbaycan Respublikası qanunun hazırlanması müasir dövrün çağırışı və günün tələbidir. Hansı ki, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanunu kollektiv peşəkar birliklərə də digər ictimai birliklər kimi, yalnız tövsiyyə vermək və könüllülük əsasında fəaliyyətə imkan verir.

Peşəkar birliklərin özünütənzimləmə mexanizmlərinin yaradılması və həmin sahələr üzrə müvafiq standarlatın hazırlanması peşəkar birliklərin fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq.