Sizin Reklam Burada

Daha Yaşıl Sabaha uçuş

Daha Yaşıl Sabaha uçuşRajeev Ramachandran

Beynəlxalq nəqliyyat baxımından Hindistanın ən işlək hava limanlarından biri olan Koçin Beynəlxalq Hava Limanının tamamilə günəş enerjisi ilə işləməsi artıq yeni xəbər deyil. Layihə 2018-ci ildə Dünya Sahibkarlıq Baxışı kateqoriyasında Birləşmiş Millətlər Təşkilatının “Yer kürəsinin Çempionları” mükafatını qazanıb.
Hava limanı yaşıl enerji istehsalı potensialını tədricən artıraraq, bu yaxınlarda ümumi istehsalını 250 milyon vahidə çatdırıb və beləliklə 160 min ton karbon emissiyasının qarşısını alıb.

Hava limanı kimi nəhəng bir müəssisə çox yüksək miqdarda enerji tələb edir. Və yaşıl enerjidən istifadə edərək, CIAL (Cochin International Airport Limited) şirkəti daha sağlam və daha yaşıl bir planetə öz töhfəsini verir. Hesabatlara görə, aviasiya sənayesi Birləşmiş Ştatlarda nəqliyyatla bağlı bütün emissiyaların 11 faizini təşkil edir. Hindistanda bu faiz daha aşağı ola bilər, lakin yenə də olduqca əhəmiyyətli miqdardır.

CIAL-ın məqsədi təkcə hava limanında təyyarələr ilə bağlı emissiyaları kompensasiya etmək deyil, eyni halda bütün hava limanını və ona bağlı digər obyektləri günəş enerjisi ilə təchiz etmək istiqamətində addımlar ataraq dünyaya orta ölçülü bir hava limanının özünü günəş enerjisi vasitəsilə təmin edə biləcəyi mesajını verməkdir.

İcraçı direktor S.Suhasın sözlərinə görə, CIAL həmişə iqtisadi səmərəlilik və davamlı inkişaf ideyalarına ciddi şəkildə riayət edib. O əlavə edib ki, ölkədə ildə 300-ə yaxın günəşli gün olduğunu nəzərə alaraq günəş enerjisindən istifadə etməyə doğru hərəkət ideal seçimdir.

“Hava limanını idarə etmək üçün alternativ enerjiyə güvənmək əslində təhlükəli bir fikir idi. Hindistanda hava limanı infrastrukturunun inkişafında Dövlət özəl sektor tərəfdaşlığı (PPP) modelinin qabaqcıllarından biri kimi, bizim qurucu direktorumuz V.J. Kurian həmişə yeniliklərə addım atmaq, çətinliklərə sinə gərmək istəyib. Elektrik istehlakının digər xərclərimizlə müqayisədə daha yüksək olduğunu başa düşdükdə, rəhbərliyimiz imkanları nəzərdən keçirdi. Sonra yaşıl enerjiyə doğru hərəkət etmək fikri ortaya çıxdı” - cənab Suhas əlavə edib.

Hər şey 2013-cü ildə 100 KV-luq pilot günəş elektrik stansiyası layihəsi ilə başladı. Günəş panelləri terminalların damına quraşdırılmışdır. Bu, nəhayət, yaşıl enerji istehsalı işi həvalə edilmiş CIL (CIAL İnfrastructures Limited) adlı xüsusi bir şirkətin yaradılmasına səbəb oldu. Məhz uzun müzakirələrdən sonra CIAL tamamilə günəş enerjisinə keçmək üçün hesablanmış risk əsasında addım atdı.

“CIL-in yaradılması mühüm addım idi. Bizim xeyrimizə iki amil var idi; Bunlardan biri beynəlxalq bazarda günəş panellərinin qiymətlərinin düşməsi idi ki, bu da günəş enerjisi stansiyasının quraşdırılması xərclərini kəskin şəkildə aşağı salırdı. İkincisi, şəbəkə ilə təmin edilən elektrik (istilik elektrik stansiyasından) enerjisinin yüksək qiyməti (təxminən hər vahid üçün 7 rupi) və tariflərin daha da artırılmasının daimi riski idi”, -cənab Suhas əlavə edib.

Ştat hökumətinin təşviqi də həyati əhəmiyyət kəsb edir. Ştat hökuməti özəl günəş enerjisi istehsalçılarına dövlətə məxsus elektrik şəbəkəsi vasitəsilə artıq enerjini satmaq üçün şərait yaradıb. Bu, CIL-ə istehsal və şəbəkə sinxronizasiyasına yönələrək enerjinin saxlanmasına qənaət etməyə kömək etdi.

İlk günəş elektrik stansiyasının işə salınmasından bəri, CIAL hava limanının öz ərazisində daha çox günəş enerjisi istehsal etmək imkanlarını araşdırır. Təyyarəyə texniki xidmət anqarının böyük dam örtüyündən, eləcə də Aviasiya Akademiyasının binasına bitişik bəzi boş ərazidən istifadə etməklə, bu şirkət istehsal potensialını bir meqavata qədər artıra bildi. 2013-cü ilin noyabrında tamamlanan proses CİAL-ın stansiyasını Kerala əyalətindəki ilk meqavat miqyaslı günəş stansiyasına çevirdi.

2014-cü il ərzində hava limanının gündəlik enerji tələbatı təxminən 48,000 vahid idi. Hava limanını tamamilə karbon yaymayan müəssisəyə çevirmək üçün mövcud 1.1 MVt enerji istehsalına əlavə olaraq 12 MVt artırılmalı idi.

2015-ci ilə qədər CIAL dünyada tam günəş enerjisi ilə işləyən ilk hava limanı oldu. 2019-cu ilə qədər, layihə səmərə çatdıqda, gündə 200 min vahid elektrik enerjisi istehsal edə bilirdi, halbuki hava limanının gündəlik enerji istehlakı 160 min vahid təşkil edirdi.

Hekayəsi 100 KVt-lıq pilot layihə ilə başlayan CIAL bu gün 50 MVt quraşdırılmış istehsal gücünə malikdir və ştatda ikinci ən böyük elektrik istehsalçısıdır. Bu ilin əvvəlində Kannur rayonunda 12 MVt gücündə günəş enerjisi zavodunu işə salmaqla şirkət yaşıl izlərini şimali Keralaya qədər genişləndirib. Bu, Kozhikkod rayonunda su elektrik stansiyasının tikilməsi də daxil olmaqla bir sıra yaşıl elektrik stansiyalarının yaradılması vasitəsi ilə şirkətin enerji səmərəliliyinə nail olmaq vizyonunun bir hissəsidir.

Günəş enerjisi istehsalı ilə yanaşı, CIAL günəş panelləri arasındakı boş yerlərdən aktiv şəkildə əkinçilik üçün istifadə edir. Beləliklə də şirkət indiyədək 90 tondan çox pestisidsiz tərəvəz istehsal edib.

“CIAL davamlılığı yaşamaqdan zövq alacağımız bir gələcəyi yaratmağa kömək edən təcrübə kimi dəyərləndirir. Biz mürəkkəb problemlərin həllinə dair nikbinlik yaradırıq. Bunu yaradıcı düşüncə ilə birləşdirsək, status-kvonu müsbət şəkildə pozan və dəyişikliyə səbəb olan nəticələr əldə edəcəyik.”

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər