“Yurd” Qusar rayonunda Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçiribQusar rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlar can verər yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə turnir keçirilib.

Tədbirin rəsmi açılış mərasimində çıxış edən “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, layihənin həyata keçirilməsində əsas məqsəd zəfərimizlə başa çatan Vətən müharibəsinin gənc nəsil arasında təbliğ edilməsinə dəstək verməkdir.

Tədbirdə qonaq qismində iştirak edən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Qusar rayon üzrə təhsil sektorunun metodisti Nazirə Ağalarova, Qusar Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Sevil Dəmirova öz çıxışlarında bu kimi tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin artırılmasında müsbət əhəmiyyətə malik olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində Qusar rayonunu da seçdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildirmişlər.

Qusar rayonunun müxtəlif kənd və qəsəblərində yaşayan və təhsil alan 30 nəfər yeniyetmə və gəncdən ibarət komandaların bilik mübarizəsində “Zəfər” komandası qalib adını qazanıb. “Şahdağ” və “Uğur” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşdürüblər.

Yekunda qalib və mükafatçılara təşkilatçılar tərəfindən kubok, medal və diplomlar, bütün iştirakçılara isə layihə çərçivəsində hazırlanmış Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Qubadan olan ümumilikdə 186 nəfər Vətən müharibəsi şəhidi haqqında məlumatların yer aldığı “Zəfərin şəhid qəhrəmanları” adlı kitablar təqdim edilmişdir.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunur.
Layihə çərçivəsində bu günədək Xızı, Siyəzən, Şabran və Xaçmaz rayonlarında Vətən müharibəsinə həsr olunmuş tədbirlər təşkil edilmiş, son tədbirin Quba rayonunda keçirilməsi planlaşdırılmışdır.



Ev telefonlarının aylıq abunəsi bahalaşdıAzərbaycanda sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqqının əhali üçün 2,5 manatdan 3,5 manata (ƏDV daxil olmaqla) çatdırılıb, şəhərlərarası telefon danışıqları üzrə tarif isə 5 qəpikdən 3 qəpiyə endirilib.

Avrasiya.net xəbər verir ki, bu barədə qərar Tarif Şurasının bu gün keçirilmiş növbəti iclasında qəbul edilib.

Məlumata görə, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri qəbul edilib.

Qərar noyabrın 1-dən qüvvəyə minəcək.
İcra Hakimiyyəti şəhid bulağını sökdü - FotoXəzər rayonu, Şağan 1 Təzə Sahə Massivində - Buzovna-Bilgəh yolunun kənarında şəhid Allahverdi Allahvediyevin xatirəsinə tikilmiş bulaq kompleski ötən gecə İcra Hakimiyyəti tərəfindən sökülüb.

Bu barədə Axar.az-a şəhidin atası Əli Allahverdiyev məlumat verib.

“Məni İcra Hakimiyyətinə çağırıb dedilər ki, bulaq sökülməlidir. Əvvəl xahiş etdim ki, sökməsinlər. Amma məni dinləmək istəmədilər və mübahisə yarandı. Mənə əmrin “yuxarıdan” gəldiyini və o bulağın mütləq söküləcəyini dedilər. Polislərin iştirakı ilə bulağı gəlib sökdülər”, - şəhid atası deyir.

Xəzər rayon İcra Hakimiyyəti sorğumuza cavab verməyib.

Qeyd edək ki, şəhid Allahverdi Allahverdiyevin adına inşa edilən bulağın açılış mərasimində rayon icra başçısı şəxsən iştirak etmişdi.
Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan tədbir keçirilib - SiyəzəndəOktyabrın 26-da Gənclər Evində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illiyinə həsr olunmuş “Azərbaycan Respublikası Olimpiya Komitəsi – 30 il” adlı yubiley tədbiri keçirilib.

Tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda müxtəlif idman növləri üzrə fəaliyyət göstərən məşqçi-müəllimlər, ümumtəhsil məktəblərinin Fiziki tərbiyə müəllimləri, idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirdə Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Daha sonra Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov çıxış edərək ölkəmizdə Olimpiya hərəkatının tarixi və bu sahədə qazanılan nailiyyətlər haqqında məlumat verib. Tədbirdə, həmçinin Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktoru Yavuz Əliyev, əməkdar məşqçilər Cavanşir Ağayev, Elman Abdullayev və digərləri çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, bu gün ölkəmizin dünyanın aparıcı idman ölkəsi kimi tanınmasında Milli Olimpiya Komitəsinin özünəməxsus yeri var. Milli Olimpiya komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildə MOK-a cənab İlham Əliyevin sədr seçilməsindən sonra Azərbaycanda olimpiya hərəkatı başlayır.

Bu müddət ərzində MOK beynəlxalq miqyasda böyük nüfuz qazana bilmiş, fəaliyyəti və nailiyyətləri ilə seçilmiş, əhali arasında idmana marağın artmasında mühüm rol oynamışdır. Çıxışlardan sonra MOK-un yaradılmasının 30 illiyi münasibəti ilə rayonda bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə bir qrup məşqçi-müəllim fəxri fərmanlarla təltif olunublar. Sonda Olimpiya hərəkatından bəhs edən “Olimpiya Odisseyası” filmi nümayiş etdirilib.





#MilliOlimpiyaKomitəsi
#MOK30
#SiyəzənGİİ
#AZEsport
#AZEidman
#Gənclərİdman
#birkimibirlikdə
Prezident Cavid Qurbanovun yerinə onu təyin etdiRövşən Mürvət oğlu Rüstəmov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Rövşən Mürvət oğlu Rüstəmov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan öncə QSC-yə Cavid Qurbanov sədrlik edib.
Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq Zəngin tarixi əlaqələri olan Azərbaycan və Gürcüstan arasındakı diplomatik münasibətlərin 30 ili tamam olur. Xüsusilə də uğurla reallaşdırılan beynəlxalq layihələr əməkdaşlığımızın inkişafına münbit şərait yaradır. Azərbaycan dövlətinin sərmayesi ilə həyata keçirilən layihələr son illərdə əməkdaşlığı daha da gücləndirir. Belə ki, ötən müddət ərzində ölkəmiz qonşu Gürcüstana hər iki dövlətin marağına cavab verdiyi üçün 3 milyard dollardan çox sərmayə qoymuşdur. Qeyd etməliyik ki, iki dövlətin birgə həyata keçirdiyi layihələr eyni zamanda bölgə üçün olduqca tarixi əhəmiyyətə malikdir.

Bu illər ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulan əməkdaşlıq xalqlarımız və ölkələrimizlə yanaşı bütünlüklə regiona, o cümlədən Avropaya böyük fayda gətirir. Nəzərə alsaq ki, Avropanın əsas enerji tədarükçüsü rolunu oynayan Rusiya ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi Avropanın enerji təminatında bir sıra problemlərin ortaya çıxmasına gətirib çıxardı. Alternativ bazarlara yönələn Avropa üçün isə Azərbaycan etibarlı tərəfdaş rolunu oynaya bilər. Bütün bunların fonunda Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artmışdır. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Memerandumda göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq və bu rəqəm 20 milyard m³-ə çatacaqdır. Bu istiqamətdə isə qonşu Gürcüstan Respublikası enerji resurslarımızın dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkə rolunu oynayır. Məhz bütün bunları nəzərə aldıqda Azərbaycanla Gürcüstan arasında mövcud olan əməkdaşlıq hər iki ölkə ilə yanaşı, ümumilikdə Avropa və dünya üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın enerji strategiyasının uğurlarını şərtləndirən ən əsas amillərdən biri də ölkənin malik olduğu zəngin enerji ehtiyatlarının müxtəlif istiqamətlərdə ixracını təmin edən marşurutların mövcudluğudur. Enerji ehtiyatlarının nəqli üçün mövcud olan belə ixrac kəmərlərinə malik olmaq dövlətimizin bu istiqamətdə manevr imkanlarını da xeyli artırmaqdadır.

Məhz Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanın qonşu Gürcüstan ərazisindən keçməklə reallaşdırdığı beynəlxalq səviyyəli layihələrdir. Bundan əlavə Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin mövcudluğu bölgə üçün xüsusi əhəmiyyətə malikdir. Həyata keçirilən bütün bu layihələr iki dost və qonşu ölkənin qarşılqlı inam və etimadı nəticəsində reallığa çevrilmişdir.

Azərbaycanla Gürcüstan strateji müttəfiq kimi dünyada sülh və sabitliyi dəstəkləyən ölkələrdir. Hazırda iki dövlət tərəfindən bölgədə davamlı sülhün və təhlükəsizliyin təmini, mehriban qonşuluq əlaqələrinin inkişafı üçün lazım olan addımlar atılmaqdadır. İnanırıq ki, iki ölkə arasındakı mövcud olan çoxəsrlik tarixə malik əlaqələrin yeni mərhələyə qədəm qoyması nəticəsində dövlətlərimiz və xalqlarımız arasındakı hərtərəfli əlaqələr bundan sonra daha da möhkəmlənəcəkdir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri
Şeyx İranın anti-Azərbaycan siyasəti barədə sualdan QAÇDIAzərbaycan Yazıçılar Birliyinin (AYB) Akademik Milli Dram Teatrında keçirilən XIII qurultayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də iştirak edir.

Modern.az xəbər verir ki, qurultay ərzində şeyx Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədovla birlikdə əyləşib.

Toplantıya dörd nəfər mühafizəçinin müşayiəti ilə qatılan Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırmaqdan qaçınıb.

Bir müddət əvvəl Qarabağın İranın fətvası ilə alındığını deyən şeyxə dedikləri xatırladılıb, İranın bugünkü anti-Azərbaycan siyasəti barədə sual ünvanlansa da, o susqunluğunu pozmayıb.
Roma Papası Putin və Zelenskini Vatikana ÇAĞIRDIRoma Papası Fransisk Ukrayna prezidenti Volodimir Zelenski və Rusiya dövlət başçısı Vladimir Putini danışıqlar aparmaq üçün Vatikana dəvət edib.

Bu barədə Ümumdünya Köhnə Dindarlar İttifaqının prezidenti Leonid Sevastyanov bildirib.

"Makron Papanın danışıqlar aparan şəxs kimi Avropaya uyğun olduğunu göstərdi. Sonra məlum oldu ki, o, Rusiya tərəfi üçün də məqbuldur. Roma Papası unikal şəxsiyyətdir, neytral, nüfuzlu və barışıq üçün vaxt sərf etməyə hazırdır", - Sevastyanov bildirib.
Tarixi ənənələrə söykənən əməkdaşlıq Azərbaycanın qonşu dövlətlərlə əlaqələrinin genişləndirilməsi mühüm yer tutur. Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə böyük təkan verəcək. Gürcüstan və Azərbaycan rəhbərlərinin görüşü və Prezident İlham Əliyevə göstərilən hörmət, ehtiram və səmimiyyət bir daha bunu deməyə əsas verir ki, Azərbaycan və Gürcüstan arasında olan əlaqələr ən yüksək səviyyədədir. İki ölkə arasındakı münasibətlər çox dərin ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində qurulubdur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin 90-cı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət Azərbaycan, Türkiyə və Gürcüstanın birgə səylərlə reallaşdırıb. Üç ölkənin tərəfdaşlığı ilə ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır.

Biz bir çox sahələr üzrə fəal əməkdaşlıq edirik. Bir çox önəmli layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün xüsusi əhəmiyyət daşıyır. Müzakirələr zamanı bölgədə gedən proseslər, təhlükəsizliklə bağlı olan məsələlər də diqqət mərkəzində olub. Prezident İlham Əliyevin bir daha bəyan etdiyi kimi Qarabağ münaqişəsi başa çatandan sonra vaxt gəlib çatıb ki, “Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalasınlar. Biz beş əsas prinsipdən ibarət təkliflərimizi Ermənistan tərəfinə təqdim etmişik. Ermənistan tərəfi də sülh sazişini imzalamaq üçün siyasi iradə nümayiş etdirməlidir.

Həmçinin həyata keçiriləcək yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya bazarlarına ixrac etsin. Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Təkcə azad edilmiş torpaqlarda 10 giqavatt gücündə bərpaolunan enerji növlərindən istifadə etmək olar. Xəzər dənizində isə bu rəqəm 157 giqavatta çatır. Bu enerjini istehsal etmək və ixrac etmək bizim növbəti illərdəki vəzifəmizdir. Gürcüstanla Azərbaycan digər sahələrdə olduğu kimi, bu sahədə də fəal əməkdaşlıq edəcəklər.

Prezident İlham Əliyevin Gürcüstana işgüzar səfəri iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə müsbət təsir göstərməklə, qarşılıqlı faydalı əməkdaşlıq sahəsində daha böyük nəticələrin əldə olunmasına imkan yaradacaq.” Bu birlik, həmrəylik regionda sabitliyin, təhlükəsizliyin qarantıdır.

Aygün Əhmədli
287 saylı Zəkalar liseyinin direktoru