Deputat oğlunun qaçırılma xəbərindən danışdıKimlərsə sosial şəbəkələrdə yazır ki, guya Türkiyədə mənim oğlumu oğurlayıblar və 5 milyonun müqabilində buraxılıb. Tamamilə yalan məlumatdır. Belə bir söhbət yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Əhliman Əmiraslanov oğlunun Türkiyədə oğurlanması barədə iddialara münasibətində deyib. Onun sözlərinə görə, ölkədə olmadığından bu barədə yaxınlarından eşidib.

Xatırladaq ki, yayılan məlumata görə, Türkiyədə biznes şəbəkəsi olan deputat oğlu Azər Əmiraslanovun buraxılması üçün 10 milyon dollar tələb olunub. Danışıqların nəticəsi olaraq deputat oğlunun sərbəst buraxılması qarşılığında 5 milyon dollarından keçməli olub.
Qandinin 153-cü ildönümünü qeyd olunubHindistanın Bakıdakı Səfirliyi 2 oktyabr 2022-ci il tarixində Azərbaycandakı hind diaspor assosiasiyaları ilə birlikdə Mahatma Qandinin doğum gününün 153-cü ildönümünü qeyd etmək üçün “Qandi Cayanti” tədbirini təşkil edib.

“Landmark Hotel Baku” mehmanxanasında keçirilən tədbirə Azərbaycanın rəsmi şəxsləri, tanınmış mədəniyyət xadimləri, universitetlərin nümayəndələri, Hindistan tarixi və mədəniyyətinin həvəskarları, Hindistanın Azərbaycandakı dostları, habelə hind icmasının çoxsaylı üzvləri və Azərbaycanda təhsil alan hindistanlı tələbələr daxil olmaqla 150-yə yaxın iştirakçı qatılıb.

Hindistanın Bakıdakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar tədbirdə çıxış edərək bildirib ki, Mahatma Qandi sadəcə Hindistanı azadlığa aparan milli hərəkatının lideri deyil, həm də dünya üçün bir müəllim olub.

“O, tək Hindistana deyil, bütün dünyaya məxsusdur. Onun mesajları Hindistanın azadlıq mübarizəsi kontekstində verilsə də, bütövlükdə bütün dünya üçün nəzərdə tutulub. Birləşmiş Millətlər Təşkilatı Mahatma Qandinin çoxşaxəli töhfəsini qəbul edərək, qeyri-zorakılıq fəlsəfəsini və strategiyasını həmçinin təhsil və ictimai maarifləndirmə yolu ilə yaymaq üçün 2007-ci ilin iyununda onun doğum gününü Beynəlxalq Qeyri-Zorakılıq Günü elan edib”, - Vinay Kumar deyib.

O, vurğulayıb ki, Mahatma Qandi bu gün də bizi ruhlandırmağa davam edir: “Onun təlimləri həm məkan, həm də zaman baxımından ümum xarakter daşıyır. Onlar Qandinin həyatda olduğu vaxtlarda olduğu kimi, bu gün də aktualdır və bəşəriyyətin üzləşdiyi problemlərə həll yolları təklif etməyə davam edəcək.”

Daha sonra tədbir iştirakçıları məşhur azərbaycanlı müğənni Tofiq Əliyevin ifasında Mahatma Qandinin sevimli “Vaişnav Can To Tene Kahiye” mahnısına çəkilmiş videoklipi izləyiblər, eləcə də Mahatma Qandinin həyatına dair qısa təqdimata və sənədli filmə baxıblar. Tədbirdə, həmçinin Qandi haqqında çıxışlar, şeirlər və mahnılar dinlənilib.

Tədbir zamanı iştirakçılar, həmçinin tədbirin keçirildiyi məkanın foyesində təşkil olunmuş Qandi haqqında rəsm sərgisinə, eləcə də əl ilə əyirilmiş tekstil – Xadi sərgisinə baxmaq imkanını əldə ediblər.



Rusiya bu əraziləri də itirdiyini təsdiqlədiRusiya Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyini təsdiqləyib.

Bu barədə Rusiya Müdafiə Nazirlyinin hesabatında qeyd olunub.

“Zolotaya Balka və Aleksandrovka istiqamətində böyük tank bölmələri ilə düşmən müdafiəmizin dərinliklərinə nüfuz edə bilib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Ukrayna ordusunun Xerson istiqamətində irəlilədiyi və bir neçə yaşayış məntəqəsi, o cümlədən Zolotaya Balkanı azad etdiyi bildirilmişdi.
"Böyük Qayıdış” Cəbrayıldan başlayıb Oktyabrın 4-ü Cəbrayıl şəhərinin Ermənistan işğalından azad edilməsinin 2-ci ildönümüdür. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi.

5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.

Həmçinin Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi. Xüsusilə qeyd etmək istəyirəm ki, müharibə başlayandan bir həftə sonra Cəbrayılın azad edilməsi işğalçı Ermənistan ordusunun ilk, ən ciddi və böyük miqyaslı zərbə alması oldu. Nəticədə düşmən ordusunda çox böyük ruh düşkünlüyü, inamsızlıq yarandı.

Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

Azərbaycan Respublikasının gücünə-güc qatan xalq-dövlət və ordu həmrəyliyi gecikdirilmiş tarixi ədaləti bərpa etdi. Azərbaycanın ən qədim torpaqları olan Qarabağı mənfur düşmənin işğalından tamamilə azad etdi. Müqəddəs üçrəngli bayrağımız Cəbrayılda, onun ardınca bütün işğaldan xilas olunmuş rayonlarımızda dalğalandırıldı.

Erməni faşizmini məhv edən tarixi Zəfərimiz hər birimizin qürurla andığı tarixdir. Azadlığın mübarək, Qarabağ!

Salahov Fuad Fərman oğlu
Qarabağ Müharibəsi Əlilləri, Veteranları ve Şəhid Ailələri İctimai Birliyinin Xətai rayon şöbəsinin sədri

Qurban Qurbanov aylıq 100 min manat maaş alacaq“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Ağdam klubundakı yeni məvacibi bəlli olub.

Avrasiya.net Sportlife.az-a istinadən xəbər verir ki, 50 yaşlı mütəxəssis yeni müqaviləyə əsasən, aylıq 100 min manat maaş alacaq. Bu rəqəm Qurbanovun əvvəlki maaşından 40 min manat artıqdır.

Qeyd edək ki, Qurban Qurbanov bu ilin may ayında “Qarabağ”la müqaviləni 3 illik uzatmışdı.
Pakistanlı ekspert: “Beynəlxalq ictimaiyyət Ermənistana təzyiq göstərməlidir”“Beynəlxalq ictimaiyyət Azərbaycan ərazilərinin minalarla çirklənməsi məsələsi ilə bağlı Ermənistana təzyiq göstərməlidir”.

Avrasiya.net xəbər verir ki, bunu “Report”a açıqlamasında Ortaq Gələcəyə Malik Cəmiyyət üçün Pakistan Araşdırma Mərkəzinin icraçı direktoru Xalid Taymur Əkrəm deyib.

“Azərbaycan hökuməti işğaldan azad edilmiş torpaqları rəqəmsal mərkəzlərə və şəhərlərə çevirmək üçün fəal addımlar atır. Lakin bu prosesə minalanmış ərazilərin dəqiq xəritələrinin olmaması mənfi təsir göstərir. Təəssüf ki, ermənilərin qoyduğu minalardan xeyli insan həlak olub və minalar hələ də can almaqda davam edir”, - pakistanlı ekspert bildirib.

O vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı düşmənçilik edir və sülh yaratmaq istəmir: “Buna görə də bu ölkə hələ də minalanmış ərazilərin düzgün xəritələrini təqdim etməyib. Pakistan həm milli, həm də beynəlxalq səviyyədə həqiqətlərin və faktların yayılmasında Azərbaycana dəstəyini davam etdirəcək”.
Sumqayıtda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihəyənin tədbiri keçirilib"Oktaybrın 2-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi “İnfeksion xəstəliklərlə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili ” layihəsinin növbəti tədbirini Sumqayıt şəhərində keçirdik. Çox yüksək səviyyəli görüşümüz baş tutdu." - bu açıqlamanı mətbuata BAXCP sədrinin müavini, QHT sədri , politoloq Niyməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, Dövlət Agentliyinin dəstəklədiyi layihə 3 ay ərzində nəzərdə tutulub:" QHT-lərə Dövlət Dəstəyi Agentliyinin ƏTRAF MÜHİTİN VƏ ƏHALİNİN SAĞLAMLIĞININ QORUNMASI, NARKOMANİYA İLƏ MÜBARİZƏ MƏSƏLƏLƏRİ istiqamətində dəstəklədiyi layihələrindən biridir. Layihənin əsas istiqaməti həm koronavirusla, həm də bəşəriyyət üçün bəlaya çevrilən narkomaniya ilə mübarizə istiqamətidir. Bizim işimizin əsasını əhalinin sağlamlığının qorunması istiqamətində aparılan maarifləndirmə işinin təşkilidir. Xüsusən gənclərin həyatını məhv edən, narkomaniya ilə mübarizənin təşkilini həyata keçirilməsi. Biz vətəndaş cəmiyyəti olaraq layihənin verdiyi imkanlardan maksimum çalışacağıq ki, gələcək nəslimizi narkotikdən qoruyaq. Digər əsas istiqamətlərdən biri də, hələ də insanlar üçün ciddi təhlküə olan covid-19 infeksiasından insanlarımızı qorumaq olacaq.

Bütün imkanlarla çalışmalıyıq ki, vaksinləşmənin həyata keçrilməsini təşkil edək. Gənc nəslin narkomaniyadan qorumaq üçün bütün imkanlarımızı səfərbər etməliyik. Həqiqətən də bu gün QHT Dövlət Agentlyinin bütün rəhbərliyinə təşəkkür edirəm ki, önəmli bir sahəyə, xüsusən cəmiyyətimizin maariflənməsi üçün ehtiyac olan infeksion xəstəliklərlə mübarizəyə dəstəyini nümayiş etdirib. Görüşdə layihə çərçivəsində təşkilatımızın hazırladığı maarifləndirmə bukletini və digər matrealları görüş işrikçılarına təqdim etdik. Növbəti həftə icra planına uyğun olaraq görüşlərimiz Bakı şəhərinin Yasamal və Binəqədi rayonunda keçiriləcək."


"Prezidentimizin uğurlu siyasət bizi işıqlı sabaha, rifaha və tərəqqiyə aparacaq" Tariximizin ən şərəfli səhifələrindən biri olan Vətən müharibəsində qazandığımız Zəfər ölkəmizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu Qələbə nəticəsində xalqımız tarixi ədaləti bərpa etdi və 30 ilə yaxın bir müddətdə işğal altında saxlanılan əzəli torpaqlarımızı düşmən tapdağından azad etdi. Bununla da biz Azərbaycanın öz torpağının və öz taleyinin sahibi olduğuna bütün dünya göstərdik. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli ordumuz tərəfindən şanlı tariximiz yazıldı. Müharibənin ilk saatlarından etibarən düşmənə sarsıdıcı zərbə vuran Rəşadətli ordumuz düşmənin müdafiə sistemini darmadağın etməklə torpaqlarımızı azad edərək xalqımızı sevindirdi. Məhz işğal altında olan rayonlarımızdan ilk olaraq doğma Cəbrayıl rayonu düşmən tapdağından azad edildi və 30 illik vətən, torpaq həsrətinə son qoyuldu. Məlumat üçün bildiririk ki, düşmən tərəfindən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət müdafiə xətti qurulmuşdu ki, bunu yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər ərazilərimizə yolumuz açılmışdır. Cəbrayıldan sonra Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Qeyd etməliyik torpaqlarımızın azad edilməsi ilə nəticələnən Vətən müharibəsindən və Cəbrayılın işğaldan azad olunmasından artıq iki il müddət ötüb. Ötən iki il ərzində görülmüş işlər və əldə edilən nəticələrə baxsaq əminliklə deyə bilərik ki, bütün bunlar Azərbaycanın gücünü və potensialını nümayiş etdirir. Erməni vandalları tərəfindən tamamilə dağıdılmış ərazilərə qısa müddət ərzində həyatı qaytarmaq, insanları qaytarmaq böyük potensialdan xəbər verir. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün hazırda azad olunmuş şəhərlərin baş planları hazırlanmış və bu istiqamətdə işlər planlı şəkildə icra edilməkdədir.

Hazırda azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələr bütün regionun gələcək inkişafına hesablanmış tədbirlərdir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. Sözügedən layihə 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrılmış və bölgəyə investorlar cəlb edilmişdir. Bununla yanaşı bölgədə “KamAZ” şirkətinin regional xidmət mərkəzinin açılışı böyük perspektivlərə malik olan layihədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Həmçinin qardaş Türkiyə Respublikasının şirkətləri də artıq regionda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışdır.

İşğaldan azad edilmiş ərazilərimizdə o cümlədən Cəbrayıl rayonunda aparılan tikinti-quruculuq və yenidənqurma işləri bizlərdə böyük sevinc və qürur hissi yaşadır. İnanırıq ki, aparılan bərpa və quruculuq işləri qısa vaxt ərzində yekunlaşacaq, doğma torpaqlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımız öz evlərinə qayıtmaqla Böyük Qayıdış reallığa çevriləcəkdir. Qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yaşadığımız Zəfər sevinci Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin təntənəli nəticəsidir. Əminik ki, cənab Prezidentimiz tərəfindən uğurla davam etdirilən bu siyasət bizi işıqlı sabaha, rifaha və tərəqqiyə aparacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
Öldüyü deyilən Xamenei açılışda - FOTOBu gün səhər saatlarında İranın ali dəhbəri Seyid Əli Xameneinin iştirakı ilə Polis Akademiyasının tələbələrinin buraxılış mərasimi keçirilib.

Modern.az İRNA-ya istinadən xəbər verir ki, İmam Həsən adına Polis Akademiyasının həyətinə daxil olan ayətullah Xamenei meydandakı polis, sərhəd xidməti və yol polisi birləşmələrini salamlayıb.

Mərasimdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun Ali Baş Komandanı general Hüseyn Səlami, ordu komandanı general-mayor Əmir Musəvi, daxili işlər naziri Əhməd Vəhidi və müdafiə naziri general Məhəmmədrza Qarai Aştiani də iştirak ediblər.
Kadırov 3 oğlunu döyüşə yollayırÇeçenistan rəhbəri Ramzan Kadırovun üç oğlu Ukraynada xüsusi əməliyyata gedəcək və cəbhənin ən çətin hissələrində xidmət edəcək.

Axar.az xəbər verir ki, bu barədə Ramzan Kadırov öz Teleqram kanalında məlumat yayıb.

“Əhməd, Əli və Adəm öz bacarıqlarını xüsusi əməliyyat zonasında istifadə etməyə hazırdırlar. Zarafat etmirəm. Özlərini əsl döyüşdə göstərməyin vaxtı çatıb və mən yalnız onların istəklərini alqışlayıram. Tezliklə onlar cəbhəyə gedəcəklər. Onlar xüsusi əməliyyat zonasının ən çətin hissələrində olacaq”, - Kadırov söyləyib.