Sizin Reklam Burada

Ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasət

Ölkənin beynəlxalq nüfuzunu artıran xarici siyasətXX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi zaman dünyada mürəkkəb və ziddiyətli geosiyasi proseslər baş verirdi. Belə bir şəraitdə müstəqil dövlət qurmaq son dərəcə müdrik, yaradıcı və çevik yanaşma tələb edirdi. Hər bir ölkənin müstəqilliyi onun ətraf aləmlə qarşılıqlı münasibətlərinin xarakteri və məzmunu ilə sıx bağlı olurdu. Müstəqil dövlət quruculuğunun uğurlu olaması üçün ilk növbədə dövlətin xarici siyasətində milli maraqlara əsaslanan əlaqələrin qurulması olduqca əhəmiyyətlidir. Eyni zamanda daxildə möhkəm idarəçilik sistemi yaradılmalı və daxili siyasətlə xarici siyasət bir-birini tamamlamalıdır. Lakin qeyd etməliyik ki, müstəqilliyimizin ilk illəri bu prinsiplər icra edilməmiş və dövlət müstəqilliyimizin üzərini qara buludlar almışdı. Həmin dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yarıtmaz siyasəti ucbatından Azərbaycan geosiyasi baxımdan təcrid olunmuş bir siyasi həyat yaşayırdı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə ikinci dəfə qayıdışı müstəqilliyimiz üçün bütün təhlükələrin aradan qalxması ilə nəticələnmiş oldu.

Ümummilli Liderin müdrik siyasəti nəticəsində qısa vaxt ərzində mövcud hərc-mərclik aradan qaldırıldı və dövlətçiliyimiz möhkəmləndirildi. Eyni zamanda Ulu Öndərin daxili siyasətdə atdığı addımlar ölkəmizin xarici siyasətində də həlledici rol oynadı. Heydər Əliyev Azərbaycanın düşdüyü konkret geosiyasi və tarixi şəraiti nəzərə alaraq xarici siyasət kursunun əsas istiqamətlərini müəyyənləşdirməyə başladı. Məhz bu dövrdən Azərbaycanın xarici siyasətində dərin təhlil əsasında qurulmuş balanslaşmış xarici siyasət yürüdülməyə başlanıldı. Qeyd etməliyik ki, bu siyasətin mərkəzində ilk növbədə ölkəmizin milli maraqları, demokratik cəmiyyətin yaradılması və ərazi bütövlüyümüzün təmin olunması dururdu. Ulu Öndər 1993-cü ilin oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra keçirilən andiçmə mərasimi zamanı nitqində ölkəmizin xarici siyasətində qarşıda duran mühüm vəzifələr barədə önəmli fikirlərə yer vermişdir. O, qeyd etmişdi ki, “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən ağıllı, səriştəli xarici siyasətin yeridilməsidir. Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir”. Bu missiyanın həyata keçirilməsi üçün Ümummilli Lider bərabərhüquqlu əlaqələr yaratmağı qarşıya əsas məqsəd kimi qoymuşdu.

Beləliklə Ulu Öndər tərəfindən qısa müddət ərzində sistemli şəkildə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın xarici siyasətində yüksəliş dövrü başlamış oldu. Ümummilli Lider tərəfindən əsası qoyulmuş və milli maraqlara əsaslanan xarici siyasətimiz onun davamçısı cənab Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş və hazırda bütün çətinlikləri, qarşıya çıxan maneələri qorxmadan dəf edən Azərbaycan hazırda regionun lider dövlətinə çevrilmişdir. Xüsusilə 44 günlük Vətən müharibəsi, ölkəmizin əldə etdiyi qələbə və tarixi torpaqlarımızın düşmən işğalından azad edilməsi əsası Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş xarici siyasətin məntiqi nəticəsidir. Hazırda Azərbaycan Respublikası Cənubi Qafqazın lider dövləti kimi yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Böyük qürur hissi ilə qeyd etməliyik ki, Azərbaycan artıq keçən əsrin 90-cı illərinin ölkəsi deyil. Azərbaycan bu gün cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə güclü, qüdrətli, eyni zamanda sülhsevər və zəngin ölkədir. İnanırıq ki, cənab Prezidentimizin rəhbərliyi altında dövlətimiz daha böyük zirvələr fəth edəcək, yeni-yeni zəfərlər qazanacaqdır.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər