İrəvan müharibəyə hazırlaşır - Erməni general: "Əmr almışıq!""Ermənistanın suveren sərhədlərinin bərpası ilə bağlı aydın və konkret əmr var".

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu sentyabrın 29-da Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini, general-mayor Arakel Martikyan Qeqarkunik vilayətinin Kut kəndində Ermənistanda akkreditə olunmuş səfirlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələrin vəzifəsi Ali Baş Komandanın əmrini yerinə yetirməkdir.

Arakel Martikyanın açıqlamasından belə məlum olur ki, Ermənistan Azərbaycan ordusunu sərhəddə əvvəlki mövqelərə qaytarmaq üçün hücuma hazırlaşır.
YAP rəsmiləri şəhid ailəsini ziyarət ediblər - Şabranda29 sentyabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının Sədri Mehdi Balabəyov, Şabran rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyin İlyasov, rayon İcra Hakimiyyəti başçısının Humanitar məsələlər üzrə müavini İlkin Ağayev oartiya əməkdaşları ilə birgə 44 günlük Vətən müharibəsi şəhidi Şabran rayonunun Pirəmsən kəndindən olan şəhid-leytenant Həsənov Aqil Nofəl oğlunun 2-ci ildönümü ilə əlaqədar olaraq ailəsini ziyarət etmişlər.

Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz dərin təşəkkürlərini bildirmişlər.Vətənimizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş bütün Şəhidlərimizin əziz xatirəsini ehtiramla anırıq.

Allah bütün Şəhidlərimizə rəhmət etsin!

Tanınmış azərbaycanlı bloger də Rusiyanı tərk etdiRusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov daimi yaşayış yerini tərk edib.

Kult.az xəbər verir ki, gömrük məntəqəsindəki kompüterdən çəkilən fotoda Azərbaycan əsilli blogerin Rusiyanı tərk etdiyi görünür.

Bir neçə saat sonra isə Hüseyn Həsənov öz İnstaqram səhifəsinin hekayə bölməsində hava limanından video paylaşaraq “bir neçə günlük atamın yanına və sonra geriyə evə” cümləsini yazıb.

Bloqerin yerləşdirdiyi məlumatlardan onun Azərbaycanda olduğu ehtimal edilir.
Hulusi Akar: "Türkiyə daim Azərbaycanın yanındadır"“Türkiyə daim Azərbaycanın, Liviyanın yanındadır”.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, Türkiyə ordusunun terrorla mübarizəsi uğurla davam edir: “Dayanmaq yoxdur. Dənizdə, havada, quruda mübarizə davam edir”.

H.Akar Türkiyənin bütün qonşularının ərazi bütövlüyünə hörmət etdiyini söyləyib: “Bizim kiminsə torpağında gözümüz yoxdur”.

“Harada terroçu varsa, ora bizim hədəfimizdir. “Pənçə Kilid” əməliyyatı uğurla davam edir. Bütün mağaralar bir-bir təmizlənir. Biz çalışırıq ki, mülki əhaliyə, tarixi abidələrə zərər dəyməsin”, - milli müdafiə naziri vurğulayıb.
Zelenski iki azərbaycanlını təltif etdi - ADLARPrezident Vladimir Zelenski Ukraynanın Rusiyaya qarşı apardığı müharibədə şücaət göstərmiş bir qrup hərbçini mükafatlandırıb.

Prezidentin mükafatlandırdığı müdafiəçilər sırasında iki azərbaycanlı da var.

Kiçik çavuş Azad Sultan oğlu Cəlalov 3-cu dərəcəli "İgidliyə görə" ordeni ilə təltif olunub.

Kiçik çavuş Vitali Maşallah oğlu Əmirşahov isə "Ukraynaya hərbi xidmət" medalı alıb.
İranın Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçirilibBu gün bir qrup şəxs İranın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirib.

Aksiya iştirakçıları İranda baş verən hadisələrlə bağlı etirazlarını bildiriliblər.

İştirakçılar "Cənubi Azərbaycana azadlıq", "Molla rejimi rədd olsun", "Fars rejimi rədd olsun", "Ölüm olsun İrana", "Diktator rədd olsun", "Molla rejimi qətliamı dayandır" , "Azadlıq, ədalət , "Milli Hökümət" kimi şüarlar səsləndiriblər.

Səfirliyin qarşısında aksiya iştirakçılarının bəyanatı səsləndirilib. Bəyanat səfirliyə təqdim edilib.

Aksiya insidentsiz başa çatıb.
Evliliyə məcbur edilən 17 yaşlı qız sığınacağa yerləşdirildiBakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı yayılan məsələ təsdiqin tapıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılıb:

“Həmin iddialar təsdiqini tapıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı iddialar yer alıb. Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq.
İranın  Loristan əyalətində 120 nəfər saxlanılıbİranın Loristan əyalətində Məhsa Əmininin ölümündən sonra başlayan nümayişlərdə 120 nəfər saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bunu əyalətin baş prokuroru Məhəmməd Rezm Tehranda nümayişlərdə həyatını itirən Loristan mühafizəçisi Ferid Kerempurun ailəsini ziyarəti zamanı deyib.

"Bu insanlar qanun qarşısında lazımi cəzalarını alacaqlar. Onların bundan əvvəl də bir çox cinayətləri olub", - deyə o, vurğulayıb.

Qeyd edək ki, Əmininin ölümündən sonra ölkə daxilində başlayan nümayişlər zamanı Gilan əyalətində 739, Mazandaran əyalətində 450, İlam şəhərində 180 nəfərin saxlandığı açıqlanıb.
Axundu məscidin həyətində bıçaqladılarLənkəranda din xadimi bıçaqlanıb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib. Hadisə bu gün sübh çağı şəxsi münasibətlər zəminindəki mübahisə zamanı baş verib.

Lüvəsər kənd məscidinin axundu, 1985-ci il təvəllüdlü Taleh Əliyev məscidin həyətində olarkən kənd sakini Çingiz Əlizadə tərəfindən ona çoxsaylı bıçaq zərbələri endirilib.

Ç.Əlizadə polis tərəfindən saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.

Araşdırma aparılır.
Ukrayna İran PUA-larını zərərsizləşdirməyin yollarını tapıbUkrayna Hərbi Hava Qüvvələri İranın Rusiyaya verdiyi pilotsuz uçuş aparatlarını zərərsizləşdirməyin yollarını tapıb.

“Report” “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın müharibədə istifadə etdiyi İran PUA-ları ilə mübarizə aparmaq məqsədilə tərəfdaşlara müraciət ünvanlayıb.

Qeyd edək ki, ABŞ və İsrail Ukraynaya İran PUA-larına qarşı mübarizə aparmaq məqsədilə antidronlar verib.

Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq "uzun uçuş müddətli" kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.

Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, "Şahed-129" və "Şahed-191" çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.

Təxminən, on gün əvvəl Ukrayna səmasında İrana məxsus PUA-lar müşahidə olunub və zərərsizlləşdirilib. Bundan sonra Ukrayna İranla münasibətlərini yenidən nəzərdən keçirərək səfiri ölkəsindən qovub, diplomatik korpusun əməkdaşlarının sayını azaldıb.