Heydər Əliyevin xilaskarlıq missiyası 3 sentyabr tarixindən başlayırSon 30-35 ildə Azərbaycan xalqının taleyində və tarixində bir sıra mühüm hadisələr baş verib. O hadisələrdən biri də ümummili lider Heydər Əliyevin 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri seçildiyi tarixdir. Bu hadisə müasir siyasi tariximizdə çox önəmli yer tutur və tariximizə qızıl hərflərlə yazılıb. Çünki Heydər Əliyevin ölkəmizin ağır vəziyyətində üzərinə götürdüyü xilaskarlıq missiyası məhz Naxçıvandan - muxtar respublikanın Ali Məclisinin sədri seçilməsindən başlayıb.

Ulu Öndər ilk növbədə Naxçıvanı, daha sonra isə Azərbaycanı dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən xilas etdi. 1990-cı illlərin əvvəlində Naxçıvan faktiki olaraq tam blokada şəraitində çırpınırdı. Lakin 1991-ci il sentyabrın 3-də Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri postuna seçilməsindən sonra bu muxtar respublikanın ictimai-siyasi həyatında, sosial-iqtisadi durumunda müsbət dönüş yaranmağa başladı. Böyük idarəetmə təcrübəsinə malik olan və sıravi naxçıvanlıların dəstəyinə arxalanan Heydər Əliyev qısa müddət ərzində Naxçıvanda hökm sürən hərcmərcliyi və iqtisadi sıxıntıları aradan qaldırmağa nail oldu.

Ulu Öndər Naxçıvanı amansız məngənə kimi sıxan blokada şəraitinə də son qoydu. Belə ki, bilavasitə Heydər Əliyevin təşəbbüsü ilə həm qardaş Türkiyə ilə Naxçıvanı birləşdirən məşhur “Ümid körpüsü” tikilib istifadəyə verildi, həm qonşu İran ərazisindən Naxçıvana elektrik enerjisinin verilməsi təmin edildi, həm də işğalçı Ermənistanın Naxçıvan ərazilərini işğal etmək cəhdlərinin qarşısı tamamilə alındı. Məhz Heydər Əliyevin yorulmaz səyləri nəticəsində bütün bunlara nail olmaq mümkün oldu.

Sözün bütün mənalarında Naxçıvanın xilaskarına çevrilən Heydər Əliyev daha sonra isə (1993-cü ilin iyununda) AXC hakimiyyətinin dəvəti və Azərbaycan xalqının istəyi ilə Naxçıvandan Bakıya gələrək bütün ölkəmizin siyasi xaosdan, parçalanma təhlükəsindən, vətəndaş qarşıdurmasından xilas edilməsi istiqamətində gərgin fəaliyyətlərə başladı. Və beləliklə, o, öz adını müasir Azərbaycan tarixinə də əsl Xilaskar kimi yazdırmağı bacardı. Onun xilaskarlıq missiyası isə məhz 3 sentyabr 1991-ci il təqvimindən - Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi kimi mühüm tarixi hadisədən başlayır. Biz bu gün bu tarixi hadisəni sonrakı taleyimizə yön verən ən önəmli hadisələrdən biri kimi yad edirik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Deputatın kürəkəni RİH-i məhkəməyə verdi"Kapitol” Mənzil Tikinti Kooperativi (MTK) Xətai Rayon İcra Hakimiyyətini məhkəməyə verib.

Avrasiya.net Qaynarinfo.az-a istinadən xəbər verir ki, iş Bakı İnzibati Məhkəməsinin hakimi Orxan Həsənovun icraatındadır.

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir.

Detallar barədə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Qeyd edək ki, "Kapitol” MTK 12 avqust 2009-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin qanuni təmsilçisi Abbas Tofiq oğlu Səfərovdur.

Abbas Səfərov "Azərittifaq”ın sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru, deputat Eldar Quliyevin kürəkənidir.

Bəzi iddialara görə, "Kapitol” MTK əslində Eldar Quliyevin şirkətidir.

Abbas Səfərovun adına başqa şirkətlər də var. Bunlar aşağıdakılardır:

Epotos-Bakı MMC

Higt Contrakt MMC

Monalit-Akfa MMC

Eleqant-M MMC

Art-Puzzle MMC

Planet Tur MMC

"Superservis”.

Sonuncu şirkət Ukraynanın Odessa şəhərində qeydiyyatdan keçib.

Xatırladaq ki, Abbas Səfərovun adı ilk dəfə Zəngilandan olan məcburi köçkün Zərqələm Sadıqovanın evini yerlə-yeksan etməklə gündəmə gəlib. Bu məsələ ilə bağlı mediada tirajlanan materiallarda qeyd edilir ki, qanunsuz olaraq Zərqələm Sadıqovanın evini uçuran Abbas Səfərov məcburi köçkün tərəfindən məhkəməyə verilib. O isə məsuliyyətdən yayınmaq üçün şirkəti anası Məhluqə Qibləliyevanın adına keçirib. Bu qalmaqalın hansı sonluqla başa çatması barədə hər hansı məlumat yoxdur.
Vladimir Putin İlham Əliyevə zəng edibSentyabrın 3-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Report"un xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Telefon söhbəti zamanı Cənubi Qafqazda cari vəziyyət hərtərəfli müzakirə edilib. Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi, regionda iqtisadi və nəqliyyat əlaqələrinin nizamlanması üzrə əlaqələndirilmiş səylərin vacibliyi qeyd olunub. Bu baxımdan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli əsas üçtərəfli razılaşmalarının ardıcıl olaraq reallaşdırılması əzmi təsdiq edilib.

Prezident İlham Əliyev avqustun 31-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü barədə məlumat verib.

Telefon danışığı əsnasında ikitərəfli gündəliyin bəzi praktiki məsələləri, o cümlədən iqtisadi-ticari, energetika və humanitar sahələrə aid məsələlər də nəzərdən keçirilib.
Şabranda meşəni bal yığmaq üçün yandırıblar - RəsmiŞabran rayonunda meşə yanğınının səbəbi müəyyən edilib.

Bu barədə Avrasiya.net-ə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 30-da rayonun Çuxurəzəmi kəndi istiqamətində meşə ərazisində yanğın baş verib. Əraziyə cəlb olunan FHN-in qüvvələri tərəfindən yanğın söndürülərək geniş əraziyə yayılmasına imkan verilməyib:

"Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşlarının dərhal hadisə yerində apardıqları araşdırma nəticəsində hadisənin ilkin başvermə ərazisi müəyyən edilib. Mənbə ərazisində aparılmış ilkin təhqiqat zamanı məlum olub ki, yanğın məhz insan amili ilə bağlı səhlənkarlıq, ehtiyatsızlıq səbəbindən baş verib.

Belə ki, yanğın baş verən gün saat 12:00 radələrində Şabran rayonunun Çuxurəzəmi kəndinin hələlik adları məlum olmayan sakinləri təbii bal yığmaq üçün meşə ərazisinə daxil olublar. Bal arılarının yerini öyrənmək, əlavə arı kütləsini əraziyə cəlb etmək məqsədilə mum yandırılıb. Sonra təbii bal olan ağac müəyyən edilərək yanında ocaq qalanıb ki, tüstü arıları qovsun və balı rahat yığa bilsinlər.

Lakin böyük ehtimalla bal yığıldıqdan sonra ocaq söndürülməyib və yanğına səbəb olub. Yanğın meşəbəyi tərəfindən aşkar edilib məlumat verilənə kimi xeyli vaxt keçib və nəticədə yanğın inkişaf edərək 3 hektara qədər əraziyə yayılıb. Yanğınsöndürənlər avqustun 31-də saat 11:40 radələrində alovu ram etməyə nail olublar".

"Hazırda göstərilən hadisə ilə əlaqədar günahkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində zəruri əməliyyat tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub
Əlil uşaqlara işgəncə verənlər saxlanıldı - VideoBakıda reabilitasiya mərkəzində uşaqlara işgəncə verilib.

Avrasiya.net xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntlər paylaşılıb.

Videogörüntülərdə mərkəzin əməkdaşlarının uşaqlara işgəncə verdiyi əks olunub.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, hadisə Nizami rayonu ərazisində metronun “Neftçilər” stansiyasının yaxınlığında yerləşən "Mehnur" reabilitasiya mərkəzində qeydə alınıb:

“Görüntülər bir neçə gün əvvəl çəkilib. Bu barədə adiyyəti qurumlara məlumat vermişəm”.

***

Ötən gün sosial şəbəkələrdə uşaqlara işgəncə verən özəl loqoped mərkəzi ilə bağlı araşdırmalara başlanılıb.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın alt işçi qrupunda bu görüntülərlə bağlı araşdırmalar aparılır:

"Komissiya Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Respublika Baş Prokurorluğu, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və digər aidiyyəti qurumların nümayəndələrindən ibarətdir. Araşdırmalar başa çatdıqdan sonra komissiya nəticələr barədə məlumat yayacaq".

***

Nizami rayonu ərazisində fəaliyyət göstərən nitq qüsurlu uşaqlar üçün reabilitasiya mərkəzinin birində azyaşlıların tərbiyəçi tərəfindən döyülməsini əks etdirən video ilə bağlı daha bir dövlət qurumu reaksiya verib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən bildirilib ki, bununla bağlı Dövlət Komitəsi və aidiyyəti qurumlar tərəfindən dərhal araşdırmalara başlanılıb:

"Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***

Paytaxtda reabilitasiya mərkəzində əlil uşaqlara işgəncə verən şəxslərin kimliyi polis tərəfindən müəyyən olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

"Araşdırmalar davam etdirilir. Əlavə məlumat veriləcəkdir", - Mətbuat Xidmətindən bildirilib.

***

Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə reabilitasiya mərkəzində çəkildiyi iddia olunan video görüntülərlə bağlı məsələ Ombudsmanın nəzarətindədir.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

"Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Bakı şəhərində fəaliyyət göstərən reabilitasiya mərkəzində çəkildiyi iddia olunan və uşaqlara qarşı zorakılığı əks etdirən video görüntülərlə bağlı məsələnin araşdırılması dərhal Ombudsmanın nəzarətinə götürülüb və bununla bağlı müvafiq qurumlara müraciətlər edilib", - məlumatda qeyd olunub.

***

Bakıda "Mehnur" loqopedik reabilitasiya mərkəzinin psixoloq və baxıcısı saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, saxlanılan şəxslər barəsindən Cinayət Məcəlləsinin 133-cü (Əzab vermə) maddəsi cinayət işi başlanılıb.
Azərbaycan maşınları yeni Laçın yolunda – Ermənilər təəccübləndiLaçın dəhlizinə alternativ yoldan Azərbaycan maşınlarının da istifadə etməsi erməni mediasını təəccübləndirib.

Axar.az xəbər verir ki, “Nyus.am” əməkdaşları 1 sentyabrda Xankəndiyə gələrkən Azərbaycan maşınlarının da bu yoldan istifadə etdiyini görüblər.

Bildirilib ki, Azərbaycan avtomobillərinin yeni yolda görünməsi sülhməramlı qüvvələrin dayaq məntəqələrinin yeni marşruta köçürülməsi işində iştirakla bağlıdır.
Xankəndinə  köç edən biznesmen Vardanyan hansı ölkənin təxribatçı planıdır?Rusiyada yaşayan erməni biznesmen Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gətirilməsi çox ciddi qara planların sülhə əngəl ola biləcək təxribatların tərkib hissəsidir. Regionda sülhün yaranması və geniş iqtisadi əməkdaşlıq üçün zamanın yetişəcəyi belə məqamda erməni biznesmen Ruben Vardanyanın zühur etməsi təsadüfi sayıla bilməz. Bunun arxasında həm Rusiyanın, həm də dünyada təşəkkül tapmış mənşəyi və mənbəyi bəlli olmayan mərkəzlərin qara planlarının olmasını daha çox ehtimal etmək olar.

Düşmən tərəfinin hansı planlar qurmasından, hansı təxribatlara əl atmasından asılı olmayaraq bizim millət, dövlət, cəmiyyət olaraq adekvat cavablarımız olmalıdır. Şuşa, Laçın digər ərazilərimizin azad olunması, strateji yüksəkliklərin nəzarətimiz altına keçməsi bizi arxayın etməməlidir. Tərxibatçı qüvvələrə qarşı uzunmüddətli mübarizə üçün immunitet formalaşması ilə bərabər çox dəqiq və aydın proqramlar olmalıdır. Bu çox geniş mövzudur. Bu barədə növbəti yazımda ətraflı aydınlıq gətirəcəm.

Əlqərəz, Azərbaycanın strateji məkanı olan Qarabağda qeydiyyatı olan ermənilərin siyahıya alınması prosesinə start verilməlidir.Rus sülhməramlıların qarşısında bu məsələ kəskin qaldırılmalıdır ki, kənar şəxslərin, yəni Azərbaycan vətəndaşlığı olmayan ermənilərin Xankəndinə gəlişi birmənalı şəkildə yasaqlanmalıdır.

Nəhayət biznesmen Ruben Vardanyanın və digər təxribatçı yanların Azərbaycan ərazisindən rədd olub getməsi məsələsi sürətlənməlidir.

Əkrəm Bəydəmirli
Bakıda “BEST OF INDIA” - Ən Böyük Eksklüziv Hindistan sərgisi açılıb02 sentyabr 2022-ci il tarixində Bakıda sayca 9-cu “BEST OF INDIA” – Hindistanın ən böyük eksklüziv moda və həyat tərzi sərgisinin rəsmi açılışı baş tutub. Sərgini rəsmi olaraq Hindistanın Azərbaycandakı Səfirliyinin müvəqqəti işlər vəkili cənab Vinay Kumar, Hindistan İxrac Təşkilatları Federasiyasının rəsmisi cənab Qaurav Qupta, Hindistan Mikro, Kiçik və Orta Müəssisələr Nazirliyinin Milli İdarə Heyətinin üzvü cənab Racniş Qoenka və “ANM Exhibitions” şirkətinin sədri cənab Anil Mehta açıq elan ediblər. Sərgi M. Hüseynov küçəsi 26A (köhnə Neftçilər prospekti) ünvanıda yerləşən Bakı İdman Sarayında keçirilir.

Müvəqqəti işlər vəkili cənab Vinay Kumar salamlama nitqində bu tədbirin Hindistan Səfirliyi tərəfindən “Azadi Ka Amrit Mahotsav” təşəbbüsü altında Hindistanın Müstəqilliyinin 75 illiyini qeyd etmək üçün təşkil edilən çox saylı tədbirlərdən biri olduğunu vurğulayıb. O, Hindistan və Azərbaycan arasında tarixi və mədəni əlaqələrə əsaslanan sıx və dostluq əlaqələrini vurğulayaraq, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrinin şaxələndirilməsi üçün geniş imkanların olduğunu və belə tədbirlərin təşkilinin bu cür imkanların təşviqi və iki ölkə arasında iqtisadi əlaqələrin artırılması baxımından çox vacib olduğunu vurğulayıb.

02-12 sentyabr 2022-ci il tarixlərində keçirilən 11 günlük sərgi ərzində 60-dan çox Hindistan şirkəti düyü, çay, ədviyyatlar, hədiyyəlik əşyalar, əl işləri, ev mebelləri, tekstil məmulatları və geyimlər, zərgərlik və kosmetika məmulatları daxil olmaqla yüksək keyfiyyətli mal və xidmətlərini nümayiş etdirir. Ziyarətçilər həmçinin 03 və 04 sentyabr 2022-ci il tarixlərində saat 13:00 və 16:00-da canlı moda nümayişlərindən həzz ala bilərlər. Sərgiyə giriş pulsuzdur.

Çox sayda ziyarətçi orijinal hind çayını dadmaq üçün sərgi zalında Səfirliyin stendinə gəlirlər. Tədbir zalındakı böyük LED ekranda isə ziyarətçilər Hindistan turizmi, mədəniyyəti və investisiya imkanları haqqında videoçarxları Azərbaycan dilində subtitrlərlə izləyə bilərlər. Tədbirdə Bollivud mahnılarının müşaiyətilə ifa olunan ənənəvi hind rəqsləri və xına (Mehndi) stendləri ziyarətçiləri valeh edir.






Xaçmazda polis əməkdaşı yol qəzasında ölübXaçmazda polis əməkdaşı yol qəzasında ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə sentyabrın 3-ü saat 1 radələrində rayonun Nabran kəndi ərazisində qeydə alınıb.

Belə ki, Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Araşdırma aparılır.
Şirvanda bir nəfər özünü Kürə atıbŞirvanda bir nəfər Kürdə batıb.

Avrasiya.net xəbər verir ki, hadisə Kür çayının Şirvan şəhərindən keçən hissəsində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

Belə ki, həmin ərazidə bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olub. Daha sonra əraziyə FHN-in xilasetmə dalğıcları cəlb olunub.

Hazırda Kür çayında axtarışlar davam edir.

Onun intihar məqsədilə özünü çaya atdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.