Pakistan Türkiyədən yardım istədi
Dərc olunub:
3-09-2022, 10:03
Pakistanın iqlim dəyişikliyi üzrə naziri Şəri Rəhman Türkiyədən dağıdıcı daşqınların nəticələrinin aradan qaldırılması üçün texniki mütəxəssislərdən ibarət qrup göndərməyi xahiş edib.
Avrasiya.net-in məlumatına görə, nazir bu barədə daxili işlər naziri Süleyman Soylunun, ətraf mühit və iqlim dəyişikliyi naziri Murat Kurumun başçılıq etdiyi Türkiyə nümayəndə heyəti ilə görüşündə deyib.
Türkiyəyə onlara göndərilən yardıma görə təşəkkür edən nazir daşqınlar nəticəsində ölkədəki infrastrukturun ciddi şəkildə zədələndiyini bildirib. O qeyd edib ki, təbii fəlakət qurbanlarının yerləşdirilməsi üçün ümumilikdə 1 milyon çadır lazımdır.