Saqatelyan Paşnyanı bu cür yola salmaq istəyir
İrəvanda erməni müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti mitinq keçirib.
Avrasiya.net xəbər verir ki, mitinq zamanı müxalifət hərəkatının liderlərindən biri, deputat İşxan Saqatelyan parlament vasitəsilə Baş nazir Nikol Paşinyanın istefasına nail olmaq niyyətində olduqlarını, lakin bunun üçün geniş ictimai təzyiq lazım gəldiyini bildirib.
Onlar parlamentin üçdə bir hissəsinin (107 deputatdan 36-sı) köməyi ilə etimadsızlıq səsverməsi irəli sürmək niyyətindədirlər. İki müxalifət partiyasının faktiki olaraq 35 imzası var. Paşinyanın getməsinə nail olmaq üçün 50% + 1 səs (54 səs) lazımdır.
Müxalifət 36 səs toplayan kimi prosesə başlayacaq. Bu, 48 saatdan 72 saata qədər çəkəcək.
"Ancaq bu 72 saat müddətində parlamentin önündə onminlərlə etirazçının olması lazımdır. Cəmi 72 saat", - Saqatelyan deyib