Azərbaycanda güclü partlayış baş verdi: yaralılar varNovxanı qəsəbəsində yerləşən "Sunset" istirahət mərkəzində dəhşətli partlayış baş verib

Avrasiya.net-in Manset.az-a istinadən məlumatına görə, istirahət mərkəzində qaz balonu partlayıb. Partlayış nəticəsində yaralananların olduğu bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadaları və FHN əməkdaşları cəlb olunub.

Faktla bağlı əlavə məlumat veriləcək
İş adamı: "12-ci imam"a 173 min manat zəkat verdimÖzünü 12-ci İmam Mehdi kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

Avrasiya.net Axar.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş Natiq Sadıqov ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi 2004-cü ildən tanışlarının vasitəsilə tanıyır.

Zərərçəkmiş deyib ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin sahibidir:

"Görürdüm ki, Aqilə hərə bir cür xidmət edirdi. Mən də onun imamlığını qəbul etdim. Bizə deyirdi ki, Allah məsləhət bildiyi vaxtda zühur edəcək. Evinin liftini təmir etdirdim. Daha sonra onun evi yandı, oranı da təmir etdirdim. Xocahəsəndə həyət evi tikdirdim, onu da Aqilə hədiyyə etdim, amma bəyənmədi. Evi mənə satdırdı, pulunu ona verdim. Özümə isə qiyməti 132 minmanat olan iki maşın aldım və birini ona hədiyyə etdim. Bunlara görə artıq valideynlərim məndən narazılıq etdilər. Bizə qayda-qanun qoymuşdu ki, zəkat vermək lazımdı. Aqil deyirdi ki, hər ay minimum 2 min manat zəkat verək. 2007-ci ildən zəkat verməyə başladım. Sonra mənə söylədi ki, "ev tikək kasıblara paylayaq". Daha sonra onun hicablı qadınlarla əxlaqsız hərəkətlərini eşitdik. Bundan çox sarsıntı keçirdim. Bu barədə Aqilə sual verdim. Ondan normal cavab ala bilmədim. Daha sonra Aqildən pulumu istədim. O, pulumu qəpiyinə kimi qaytaracağını bildirdi. Ona 173 min manat zəkat vermişəm. Eyni zamanda Aqil mənə 170 min manat maddi ziyan vurub".

Məhkəmənin növbəti iclası sentyabrın 6-na təyin edilib.

Qeyd edək ki, Aqil Babayev 2 milyon 500 min manat miqdarında zərərçəkmişlərə ümumilikdə ziyan vurub.

İttihama görə, Aqil Babayev inanclı insanlar arasında özünü zühur etmiş "12-ci İmam Mehdi" kimi təqdim edib.

Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib.

Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb.

Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib, onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb. Topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb.

Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayevin barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Aqil Babayev “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olub.

Cinayət işi üzrə 40 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
DGK-da əməliyyat: direktor müavini saxlanıldıDövlət Gömrük Komitəsində daha bir anti-korrupsiya əməliyyatı keçirilib.

Avrasiya.net Gununsesi.info-ya istinadən xəbər verir ki, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Hüseyn Möhsün oğlu Məsumov saxlanılıb.

Xatırladaq ki, Hüseyn Məsumov bir ay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi.
Qarabağda kütləvi məzarlıqlar: ermənilər necə cəzalanmalıdır?I Qarabağ savaşı zamanı itkin düşənlər arasında 719 nəfərin mülki şəxs olması onu göstərir ki, Ermənistan tərəfi beynəlxalq birlik tərəfindən qəbul edilmiş müharibə qanunlarına pozub və hərbi cinayətlər törədib.

Bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas, “Müvəkkil” Hüquq Mərkəzinin rəhbəri Səməd Vəkilov I Qarabağ savaşı zamanı 3890 nəfər Azərbaycan vətəndaşın itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata alınması ilə bağlı açıqlamasında deyib.

“Beynəlxalq humanitar hüquqda mülki şəxslərə zəruri olan müdafiə və humanist rəftarın təmin edilməsinə və müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu ilin avqustun 12-də dörd Cenevrə Konvensiyası qəbul edilib. Bu konvensiyalardan biri hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasıdır. Sözügedən Konvensiyadan başqa, hərbi əsirlərlə rəftar rejimini müəyyən edən əsas beynəlxalq hüquqi sənədlər sırasına quru əməliyyatlarının qanunları haqqında IV Haaqa Konvensiyası və 1949-cu il Cenevrə Konvensiyalarına 1977-ci ildə qəbul edilən I və II Əlavə Protokollar da aid edilir. Cenevrə Konvensiyasına əsasən, hərbi əməliyyatda iştirak etməyən mülki əhalinin girov götürülməsi qadağan edilib. Sənəddə eyni zamanda hərbi əsirlərlə davranış qaydaları müəyyən olunub. Lakin göründüyü kimi, erməni tərəfi beynəlxalq hüquqla müəyyən edilmiş müharibə qanunlarına məhəl qoymadan insanlıq faciəsi törədib”, - hüquqşünas bildirib.

S.Vəkilov 44 günlük müharibədən sonra Xocavənd rayonunun Edilli kəndində və Fərrux yüksəkliyində tapılan cəsədlər barədə də danışıb:

“Ekspertlərin fikrincə, onlar I Qarabağ müharibəsi zamanı əsr götürülmüş və bundan sonra itkin düşmüş elan edilmiş Azərbaycan vətəndaşlarıdır. Həmçinin burada soyqırım cinayətinin də tərkib əlamətlərinin olması şübhə doğurmur. Sözügedən məzarlığın aşkar edilməsi 3 aspektdən qiymətləndirilməlidir: 1. Əsir, girov götürülmüş, itkin düşmüş Azərbaycan vətəndaşlarının şəxsiyyətinin müəyyən edilərək onların ailələrinə təhvil verilməsi; 2. Soyqırım cinayətlərinin tərkibi olan bu cinayətin Beynəlxalq Cinayət Məhkəməsi (BCM) səviyyəsində qiymətləndirilməsinə nail olmaq; 3. Hərbi əsirlərlə qeyri-insani davranış.

Beynəlxalq hüquqa görə, soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. Bu, "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri" kimi nəzərdə tutulub. Beynəlxalq Cinayət Məhkəməsinin təcrübəsində birdəfəlik məhkəmələrin təşkil olunması var. Bu presedent belə iddialar qaldırmağımıza imkan verir. Hesab edirəm ki, bu sahədə görülən işlər müsbət qiymətləndirilməli və daha da intensivləşdirlməlidir”.

Təbrizdə böyük qiyam xəbərdarlığıTəbrizin bir sıra rayonlarında divarlara hökumətə xəbərdarlıq vərəqələri yapışdırılıb.

Bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, Urmu gölünün təsvirləri, Azərbaycan milli hərəkatı fəallarının həbsdə olması, yoxsulluq, mədənlərin talan edilməsi və ana dili kimi məsələlərin yer aldığı vərəqələrdə Azərbaycan və fars dillərində “Azərbaycan xalqının böyük qiyamı yoldadır” məzmunlu şüarlar yazılıb.
İlham Əliyev Lukaşenko ilə danışdıAvqustun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Aleksandr Lukaşenkonu ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb.

Belarus Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları ikitərəfli münasibətlərin uğurlu inkişafını qeyd edib, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar.
BƏƏ səfirliyi Qadınlar Günü  ilə bağlı onlayn görüş keçiribAvqustun 30-da Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı Səfirliyi Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə əməkdaşlıq çərçivəsində qadın hüquqlarının genişləndirilməsi mövzusunda onlayn görüş təşkil edib.

Səfir Mohammed AlBlooshi qonaqları salamlayaraq qeyd etdi ki, BƏƏ Qadınlar Günü avqustun 28-də Millətin Anası Şeyxə Fatimə bint Mübarək tərəfindən 1975-ci ildə Ümumi Qadınlar Birliyinin yarandığı gündə hər il qeyd edilir.

“BƏƏ Konstitusiyası bütün vətəndaşlarına bərabər hüquqları təmin edir və BƏƏ-dəki qadınlar kişilərlə eyni hüquqi statusa sahibdirlər,” -deyən səfir, bildirdi ki, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) tərəfindən hazırlanmış 2019-cu il İnsan İnkişafı Hesabatına əsasən, BƏƏ qadınların hüquqlarının genişləndirilməsi üzrə 189 ölkə arasında 35-ci yerdə qərarlaşıb. Səfir, həmçinin qeyd etdi ki, “2015-ci ildə BƏƏ-də qadınlar üçün dövlət sektorunda gender balansını artırmaq üçün federal qurum olan BƏƏ Gender Balansı Şurası yaradılmışdır”.

Cənab AlBlooshi vurğuladı ki, BƏƏ nazirlər kabinetində səkkiz qadın nazir fəaliyyət göstərir və BƏƏ-nin diplomatik korpusunun 20 %-ni qadınlar təşkil edir.

2018-ci il prezident fərmanına əsasən Federal Milli Şuranın seçilmiş üzvlərinin 50% -i qadın olmalıdır.

Səfir daha sonra BƏƏ-in müxtəlif sənayə sahlərində qadınların iştirakı və rolu, eləcə də BƏƏ-in xarici yardım strategiyasında qadınların hüquqlarının genişləndirilməsi və qorunması barədə də ətraflı məlumat verdi.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Məşğulluq siyasəti və demoqrafik inkişaf şöbəsinin müdir müavini Rəna Abdullayeva, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Beynəlxalq əlaqələr və protokol xidməti şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva çıxış ediblər.
Lotu Qulinin qardaşı saxlanıldı“Alik Rıji” kimi tanınan qanuni oğru Əli Heydərovu Moskvada öldürməkdə şübhəli bilinən Rövşən Abbasov və Namiq Səlifov saxlanılıb.

Bu barədə Ren TV kanalı məlumat yayıb.

Telekanala məlumat verən mənbə bildirib ki, Səlifov Moskva vilayətindəki ticarət obyektlərində onun təsir dairəsinə təhlükə yarada bilən Heydərovu öldürmək barədə dərhal qərar qəbul edib.

Qətlin icraçısı Mətləb Sultanov adlı şəxs olub. Ona saxta pasport və “Alik Rıji”nı öldürmək üçün silah verilib.

Qeyd edək ki, Namiq Səlifov mərhum qanuni oğru Lotu Qulinin qardaşıdır.
İranın Rusiyaya verdiyi PUA-lar işə yaramadıİranın Rusiyaya verdiyi döyüş PUA-ları effektiv olmayıb.

Bu barədə “Vaşinqton Post” qəzeti ABŞ təhlükəsizlik xidmətindəki mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, İran Rusiyaya ilk öncə “Mühacir-6” və “Şahid” PUA-larını göndərib. Lakin Ukraynada döyüşlərdə istifadə edilən bu PUA-ların çoxsaylı nasazlıqları üzə çıxıb.

“Sistemdə bəzi xətalar var. Ruslar narazıdır”, - mənbə bildirib.
"Qardaş ölkənin bayramı bizim də bayramımızdır"Bu gün qardaş Türkiyədə 30 avqust - Zəfər Bayramı günü qeyd olunur.

Şanlı sərkərdə və dahi lider Mustafa Kamal Atatürkün başçılıq etdiyi vətənpərvər qüvvələr Birinci Dünya müharibəsindən məğlub çıxan, ərazisi Antanta ölkələri tərəfindən işğal edilən, özü isə siyasi və mənəvi cəhətdən tamamilə çökmüş Osmanlı dövlətinin xarabalıqları altından türk millətini xilas etmək və bugünkü Türkiyə Cümhuriyyətini qurmaq üçün mübarizə, mücadilə aparıblar.

Bu mübarizənin ən parlaq səhifələrindən biri də 1922-ci ilin 26 avqustunda başlayıb, 30 avqustda Dumlupınarda bitən "Başkomutanlıq Meydan Müharibəsi"ndə Mustafa Kamal Paşanın komandanlığı altında qazanılan parlaq qələbədir. Bu qələbə ölkə torpaqlarının işğalçı ordulardan geri alınmasında həlledici rol oynayıb, dönüş nöqtəsi olub. Ona görə də hər il 30 avqust ölkə torpaqlarının geri alındığı gün olaraq Zəfər bayramı kimi, Türkiyə Cümhuriyyətinin milli bayramı kimi qeyd olunur. Və bu gün 30 Avqust Zəfər Bayramının 100-cü ildönümü tamam olur. Bu çox əlamətdar hadisədir.

Qardaş ölkənin bayramı bizim də bayramımızdır. Biz qardaş Türk xalqını bu möhtəşəm bayram münasibətilə təbrik edir və "Zəfər Bayramın qutlu olsun, Türkiyə!" deyirik. Türkiyənin istiqlaliyyət uğrunda mübarizə tarixinə qızıl hərflərlə yazılmış bu şərəfli Zəfər salnaməsi bizə də həmişə böyük mənəvi güc verib və biz də 44 günlük Vətən müharibəsinin sonunda - 2020-ci il noyabrın 8-də Şuşanı işğaldan azad etməklə parlaq bir Zəfərə imza atmışıq. Ölkələrimiz qardaş olduğu kimi Zəfərlərimiz də qardaşdır! Zəfərləriniz mübarək olsun, Azərbaycan və Türkiyə!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri