Haqqın və ədalətin keşiyindəBəşər sivilizasiyası qədim dövrlərdən haqq-ədalət axtarışında olub. Cəmiyyətdə ədalətli davranmaq, haqqın tərəfini tutmaq insanın ən ülvi keyfiyyətlərindən sayılır. Yaşadığı zaman və düşdüyü mühitdən asılı olmayaraq vicdanının səsi ilə hərəkət edən, düzgünlüyə, ədalətə can atan insanların mövqeyinə, qərarlarına hörmətlə yanaşılıb.

İnsan taleyilə bağlı qərar verən hakimlərin ədalət meyarını uca tutması xüsusilə vacib faktordur.
Böyük yunan mütəfəkkiri Sokrat hakimlərin ədalətli olması üçün 4 şərti vacib hesab edib.

Hakim nəzakətlə dinləməli, ağılla düşünməli, müdrik cavab verməli, qərəzsiz qərar qəbul etməlidir. Minilliklər keçsə də, bu müdrik deyim öz aktuallığını qoruyur.
Azərbaycanda da fəaliyyətində ədalət meyarını əsas götürən hakimlər az deyil.

Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə islahatların davamlı aparılmasını zəruri edir.

Prezident İlham Əliyevin «Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» 03.04.2019-cu il tarixli Fərmanı ilə islahatların davamlılığı təmin edilib. Fərmana uyğun olaraq cəza siyasəti humanistləşdirilməsi, yeni hakim ştatlarının yaradılması karantin şəraitində elektron xidmətlərin göstərilməsi, məhkəmə proseslərində İKT-nin tətbiqi genişləndirilib.
Məhkəmələrə əlçatanlığın yaxşılaşdırılması, hakimlərin iş yükünün azaldılaraq işlərə daha keyfiyyətli və vaxtında baxılmasını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 3 fevral 2021-ci il tarixli sərəncamı ilə 44 nəfər hakimliyə namizəd hakim kimi təyin olunub. 44 nəfər hakimlərdən 9 nəfəri Vəkillər Kollegiyasının üzvləri olub.

Onlardan biri uzun müddətdir hüquq sahəsində fəaliyyət göstərən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2021-ci il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş Qurbanova Aygün Arzu qızıdır.

O, 2012-ci ildə Bakı Dövlət Universiteti Hüquq Fakültəsinə daxil olub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət Hüququ fakültəsini təhsilin magistratura pilləsini bitirib.Aygun Qurbanova hüquqşünas kimi əmək fəaliyyətinə “Azərsu” ASC-də hüquq məsləhətçisi kimi başlayıb. O, bu qurumda hüquq departamentinin hüquqi mübahisələrlə iş üzrə şəbənin rəisi vəzifəsinə qədər yüksəlib. 2018-2021-ci illərdə isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olub.

Müşahidələr göstərir ki, ən peşəkar, ədalətli hakimlər vaxtilə vəkil işləmiş şəxslərin arasından çıxır.
Təbii ki, həyatda nüfuzlu mövqe sahibi olmaq, öz bilik və bacarıqlarını ifadə etmək hər bir qadının arzusudur. Amma heç də bütün xanımlar öz sahəsi üzrə zirvəyə çatmaq üçün lazımı qədər iradə ortaya qoya bilmirlər. Bunun bir çox mənəvi, sosial, psixoloji səbəbləri vardır. Aygun Qurbanova bu baryerləri aşmaq gücünə sahib, cəmiyyət üçün örnək olan xanınlarımızdandır. Onun yorulmadan, əzmlə çalışması, eyni zamanda ədalətli, obyektiv mövqeyini qoruyub saxlaması xüsusi vurğulanmalıdır.

Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi hüquqi islahatlar, eyni zamanda Birinci vitse-Prezident Mehriban Əliyevanın qadınların inkişafına xidmət edən proqramlar, layihələr bu gün öz nəticəsini verməkdədir. Aparılan məqsədyönlü strategiya, milli kadrların hazırlanması, onların yüksək vəzifələrə cəlb olunması dövlətimizin dayaqlarının daha güclü olmasını şərtləndirir.
Dövlət siyasətinin prioritetlərindən biri məhkəmə-hüquq islahatları olub. Çünki ədalətli məhkəmə olmadan ölkədə nə sahibkarlıq inkişaf edər, nə də əhalinin sosial müdafiəsi təmin olunar.

Ulu öndər Heydər Əliyev qeyd etdiyi kimi, dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda.

Bu illər ərzində Aygün xanım öz xalqına, Vətəninə, dostlarına, ulu öndər Heydər Əliyevin ölməz siyasi kursuna, dövlətimizə, dövlətçiliyimizə, Prezident İlham Əliyevin uğurla apardığı siyasətə qəlbən bağlı və son dərəcə sədaqətli olduğunu dəfələrlə sübut edib. Bununla belə o çıxardığı hökmlərdə, verdiyi qərarlarda heç vaxt şəxsi təəssübkeşliyini biruzə verməyib, müstəqil hakim olduğunu təsdiq edib.

Böyük yunan filosofu Platon yazırdı ki, kamilliyə can atan insanlar üçün ən gərəklisi qanunlar haqqında elmdir.

Doğrudan da, cəmiyyət üçün ən vacib olan ədalətin təmin olunması, hər cür ayrıseçkiliyə, sosial stiqmalara yol verilməməsidir. Bu mənada hakimlərin, o cümlədən Aygün xanım Qurbanovanın üzərinə böyük məsuliyyət düşür. Hakimlərin qəbul etdikləri hər bir qərar vətəndaşların həyatında dərin iz buraxır, onların talelərini dəyişir.

Nicat Ocaqlı
Daha iki hərbçi ordu sıralarından xaric edilibHərbi qulluqçuların sosial şəbəkələrdən istifadə etməsi ilə əlaqədar Müdafiə Nazirliyindən bildirilib:

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları Süleymanzadə Seymur Əmrah oğlu və Abdullayeva Afət İzariyyə qızının xidmət zamanı smartfon tipli telefon istifadə etməsi, eləcə də şəxsi hesablarında xidmətə aid foto-video görüntüləri paylaşması aşkar edilmişdir.

Adları qeyd olunan hərbi qulluqçular Müdafiə Nazirliyi rəhbərliyinin müvafiq əmr və sərəncamlarına zidd hərəkətlərinə görə ordu sıralarından çıxarılıb.

Bir daha bildiririk ki, ordu mənsublarına yaraşmayan hərəkətlərlə hərbi etika qaydalarını, eləcə də mobil telefonlardan istifadə zamanı nizamnamələrin tələblərini və müvafiq əmrləri kobud şəkildə pozan hərbi qulluqçular barəsində bundan sonra da ciddi tədbirlər görüləcəkdir.

Report
Zəvvarlar qəzaya düşdü - 12 nəfər öldüXorvatiyada 12 nəfərin ölümü ilə nəticələnən avtobus qəzası baş verib.

Avrasiya.net xəbər verir ki, Polşa nömrə nişanlı avtobus Bosniya-Herseqovinaya gedərkən qəzaya düşüb.

Avtobusda polşalı zəvvarlar olub. Qəzanın baş verdiyi yolda nəqliyyat vasitələrinin hərəkəti dayandırılıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
"İngiltərədə səfirliyimizə qarşı törədilmiş vandallıq aktı ermənilərə dəstək xarakteri daşıyır"Bu baş verən vandallıq hadisəsi elə bilavasitə ermənilərin sifarişidir. Çünki‚ dünyadakı bütün şiə quruplaşmaları ermənilərlə çox yaxın dostluq münasibətindədir və bütün radikal şiə quruplaşmaları ermənilərlə eyni siyasətə xidmət edirlər.

Bu fikirləri mətbuata açıqlamasında‚ Londondakı Azərbaycan səfirliyinə baş vermiş hücum və vandallıq aktına münasibət bildirərkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib.

M. Məmmədov əlavə edib ki‚ Londonda Azərbaycan Səfirliyinə olunan hücum çox qaranlıq məqamlardan xəbər verir. Ermənilərin Qarabağda təxribat və terror törətməsinin fonunda İngiltərədə radikal terrorist bir cərəyanın Azərbaycan Səfirliyinə hücum etməsi eyni siyasi məqsədi güdür. Böyük Britaniyadakı bu radikal Şiə qruplaşmasınən ermənilərlə birbaşa əlaqəsi vardır. Azərbaycan ordusunun "Qisas" əməliyyatı keçirtməsi xaricdəki ermənipərəst şiə cərəyanlarını da hərəkətə gətirib. Tehran rejimi ilə birgə Avropa və Qərbdəki radikal şiə quruplaşmalarının aktivləşməsi erməni lobbisinin sifarişidir.

Qarabağda Azərbaycan ordusunun anti-terror əməliyyatı keçirtməsindən dərhal sonra məlumat yayıldı ki‚ İran Azərbaycanla sərhədə hərbi texnika və canlı qüvvə toplayır. Bunun fonunda özünü "Mehdinin xidmətçiləri Birliyi" adlandıran terrorist və təxribatçı radikal Şiə quruplaşması vandallıq edərək Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinə hücum edərək Azərbaycan bayrağına qarşı vandalizm akti törətməsi ermənilərə və terrouna dəstək xarakterli törədilmiş əməldir. Londondakı səfirliyimizə hücum halı özlüyündə terror əməlidir. Hər hansı bir ölkənin səfirliyinə zor yolu ilə daxil olmaq birmənalı olaraq artıq terror aktıdır. Burada məqsəd Azərbaycanın gözünü qorxutmaqdır. Bu kimi halın bir daha İngiltərə və ya başqa ölkədə bir daha təkrarlanmayacağına və növbəti əməlin qanlı insidentsiz olmayacağına heçkim zəmanət verə bilməz. Aydındır ki‚ bu radikal ekstremist şiə quruplaşması dünyanın bir çox yerində hər hansı bir qanlı hadisəni törədə biləcək təşkilatlanmaya sahibdir. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist və terrorist cərəyanın törətdiyi bu vandalizm aktının məqsədi ermənistana dəstək xarakteri daşıyır. Bu ekstremistlər beynəlxalq hüquqla ağır cinayət törədiblər və ən ağır şəkildə cəzalanmlıdır. Özünü "Mehdinin xidmətçiləri birliyi" adlandıran bu ekstremist cərəyan terrorist quruplaşma elan edilməli və beynəlxalq hüquq qarşısında mühakimə edilməlidir.

Bu hadisənin ən maraqlı və qaranlıq tərəfi ondan ibrətdir ki‚ İngiltərə xüsusi xidmət orqanları‚ hüquq mühafizə‚ kəşfiyyat və təhlükəsizlik orqanları bu kimi ekstremist‚ terrorist cərəyanın inkişaf etməsinə və İngiltərədə səfirliyə hücum edəcək qədər qüvvətlənib azğınlaşmasına necə yol verib?? Hər kəsə məlumdur ki‚ İngiltərə kəşfiyyatı və təhlükəsizlik orqanları dünyanın ən güclü xüsusi xidmət orqanlarındandır. Mümküm deyil ki‚ İngiltərə kəşfiyyatında bu hadisə barədə öncədən məlumat olmasın. Şübhəsiz ki İngiltərə kəşfiyyatı bu hadisənin baş verəcəyindən öncədən məlumatlı olub. Çünki dünyanın istənilən bir nöqtəsində baş verən və baş verəcək hadisədən İngiltərə kəşfiyyatı öncədən xəbər tutur. İndi Londonun mərkəzində hər hansı ekstremist cərəyanın toplaşaraq səfirliyə hücum edir‚ amma İngiltərə kəşfiyyatının‚ təhlükəsizlik orqanlarının bundan xəbəri olmur. Bu çox gülünc haldır. Əvvəla hər bir dövlət öz daxilindəki səfirlik binasını qorumağa borcludur. İngiltərə hüquq mühafizə orqanları Azərbaycan səfirliyinin inzibati binasını mühafizə etməli olduğu halda‚ belə görünür ki‚ Azərbaycan səfirliyinin binası mühafizəsiz olub. Niyə?? Hara baxırmış İngiltərə polisi və hüquq mühafizə orqanları?? İngiltərə hökuməti baş verən hadisəyə açıqlama verməlidir. İngiltərə polisi nədən boşluq yaradıb? Görünən odur ki‚ İngiltərə polisi ciddi səhlənkarlıq edib və vəzifəsini qətiyyən icra etməyib. Amma nədən?? Bu suala cavab olmalıdır. Bizim İngiltərə ilə yaxın dostluq münasibətimiz var. Baş verən təxribat və vandallıq hərəkətinə biganə yanaşmaq Azərbaycan və İngiltərə arasındakı yaxın dostluq münasibətlərinə zərbədir. Bu vandallıq aktının məhz İngiltərədə törədilməsini planlayanlar Azərbaycan və İngiltərə əlaqələrinə zərbə vurmağa və İngiltərə ilə Azərbaycanın münasibətilərini pozmağa çalışıb. Odur ki‚ ümid edək ki‚ İngiltərə hökuməti bu məsələyə ciddi yanaşacaq və İngiltərə dövləti hadisəni ciddi araşdırıb əsl səbəbkarları və cinayətkarları layiqincə cəzalandıracaq.
DİN yanında İctimai Şuranın  tolantısı keçirilibIctimai Şura polis idarələrinin Müvəqqəti saxlama yerlərinin monitorinqini davam etdirəcək, yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər həyata keçirəcək

2022-ci il avqustun 5-də Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın növbəti toplantısı keçirilib.

İctimai Şuranın sədri Əliməmməd Nuriyev İctimai Şuranın son iclasında qəbul edilən qərarların icra vəziyyəti ilə bağlı məlumat verib: “İctimai Şura üzvləri Polis günü ilə bağlı bir sıra tədbirlərə qatılıb. İctimai Şuranın sədri və sədr müavinləri Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan Polisi Gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan tədbirdə iştirak edib. Bundan başqa Şura üzvləri Polis günü ərəfəsində təşkil olunan daha iki tədbirə qatılıblar.
İŞ-in məişət zorakılığı hallarına qarşı və narkomaniya əleyhinə mübarizə məsələləri ilə bağlı keçirilməsi nəzərdə tutulan tədbirlərin bütün hazırlıq işləri yekunlaşıb. Tədbirlər sentyabr ayında həyata keçiriləcək”.

Ə.Nuriyev qeyd edib ki, “Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupu Bakı şəhəri Xətai və Qaradağ rayon polis idarələrinin Müvəqqəti saxlama yerlərində monitorinqlər keçirib.

“Polis orqanlarında müvəqqəti saxlama yerləri üzrə” monitorinq qrupunun rəhbəri Araz Nurməmmədov keçirilən monitorinqin nəticələri, Şura üzvü Mehriban Zeynalova isə Lənkəranda məktəblinin icra başçısının müavini tərəfindən döyülməsi faktı ilə bağlı həmin rayona etdiyi səfərlə bağlı məlumat verib.

Umümiyyətlə məişət zorskılıgı ilə baglı müraciətıərin artması İçtimai Şura tərəfindən həmin müraciətlərə baxlması vəziyyətinin öyrənilməsi ilə baglı rayon ( şəhər) polis idarə və şöbələrində monitorinqlərin davamlı olaraq aparılmasını zəruri edir.
İctimai Şura , Şuranın. müracıət və şikayətlər üzrə monirorinq qrupu tərəfindən müvafiq iş planı hazırlanaraq ilkin dövr üçün Bakı şəhərinin rayonları, sonrakı müddətdə isə ölkənin digər rayonlarında belə monitorinqlərin aparılması baradə qərar qəbul edildi.

Şura sədri bildirib ki, Şuranın Yol hərəkətinin təşkili və təhlükəsizliyinin Monitorinq Qrupunun Fəaliyyət Planı yaxın vaxtlarda təsdiqlənəcək, hazırda bu məsələ ilə bağlı DİN-lə müzakirələr aparılır. O, bildirib ki, Şura yol hərəkətinin təhlükəsizliyi ilə bağlı məsələləri diqqətdə saxlayır: “Təkcə son bir ay ərzində 100 nəfərə yaxın insanın yol qəzalarında həyatlarını itirməsi narahatlıq doğurmaya bilməz. İctimai Şura da ictimai əhəmiyyət kəsb edən və şəffaflığın təmin edilməsi üçün önəmli olan bütün məsələlərdə maraqlıdır.

Bu səbəbdən hesab edirik ki, Şuranın Yol hərəkətinin təşkili və təhlükəsizliyinin Monitorinq Qrupunun Fəaliyyət Planı tezliklə təsdiq olunacaq və icrasına başlanılacaq”.

Bundan başqa iclasda ictimai qaydanın pozulması istiqamətində son zamanlar müşahidə olunan hadisələr müzakirə edilib.

Qeyd edilib ki, bəzi xarici ölkələrin xüsusi xidmət orqanlarının əlinin olduğu bir sıra hadisələr ölkəmizin müstəqilliyinə və suverenliyinə yönəldilib. Xüsusən, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikal dini qruplaşma üzvlərinin hücum etməsi, Məhərrəm ayı ilə bağlı bəzi hadisələr narahatlıq yaradır.

İclasda İctimai Şuranın illik hesabatının strukturu müzakirə edilərək qəbul edilib.
Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniyaya müraciət etdiBritaniya Azərbaycanlılarının Koordinasiya Şurası Londonda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinə radikal dini qrupun hücumu ilə əlaqədar bu ölkənin parlamentinə və daxili işlər naziri Priti Patelə müraciət edib.

Bu barədə Avrasiya.net-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Müraciətdə Azərbaycanın tolerant ölkə olduğu və hər cür radikallığa qarşı olduğu vurğulanıb. Həmçinin Birləşmiş Krallıqda yaşayan Azərbaycan icmasının Londonun mərkəzi küçələrindən birində yerləşən Azərbaycan səfirliyinə edilmiş hücumu şiddətlə qınadığı, bu vandalizm aktının beynəlxalq hüquq normalarını, eləcə də Vyana Konvensiyasını kobudcasına pozduğu, Azərbaycanın dövlət atributlarına və ərazisinə təcavüz olduğu bildirilib.

"Biz bunu qətiyyətlə pisləyirik. Bu cür əməllər xalqımızın radikal dini ideologiyaya və onların tətbiq etməyə çalışdığı zülmə qarşı birgə mübarizə əzmini daha da gücləndirəcək", - qeyd olunub.

Bu təxribatın diplomatik nümayəndəliyin təhlükəsizliyinin təminatı məsələsindəki boşluğu üzə çıxardığı və ev sahibi ölkənin beynəlxalq hüquqi öhdəliklərinə uyğun olaraq təhlükəsizlik tədbirləri görməli olduğu qeyd edilib: "Azərbaycan Respublikası hər cür dini ekstremizmə qarşı çıxan tolerant, dünyəvi dövlətdir. Bu hücum Azərbaycanın Cənub-Şərqi Avropaya tədarük təmin etmək üçün neft-qaz sektorunda Aİ ilə əlaqələrini daha da inkişaf etdirməsi və Aİ-nin himayəsi altında Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının həlledici mərhələyə çatması ilə eyni vaxta təsadüf edir, böyük ehtimalla bu imkanları sıradan çıxarmaq, Birləşmiş Krallıqla Azərbaycan arasında gündən-günə inkişaf edən münasibətləri korlamaq və Böyük Britaniyanı qeyri-sabit ölkə kimi təqdim etmək məqsədi daşıyır".

Böyük Britaniyada yaşayan azərbaycanlılar ölkədə diplomatik-siyasi sabitliyin bərpa olunması məqsədilə radikal kriminal qruplasmanın üzvlərinin ölkədən çıxarılmasını tələb ediblər.
Xaçmazda 13 yaşlı yeniyetmə dənizdə batıbXəzər dənizində yeniyetmə batıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Şollar kənd sakini, 2009-cu il təvəllüdlü Firudin Loğman oğlu Bağırov dostları ilə liman adlanan ərazidə balıq tutarkən boğulub.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
Azərbaycanda ruhi xəstə özünü güllələdiAğstafada 37 yaşlı kişi özünü güllələyərək öldürüb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, rayonun Köçvəli kənd sakini 1985-ci il təvəllüdlü Elsəvər Şəmkiyev ov tüfəngi ilə özünə atəş açıb.

O, hadisə yerində dünyasını dəyişib. 37 yaşlı kişinin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
"Keçmiş unudulduqca, təkrarlanır"Ölkədə baş verən müharibələr bir daha sübut edir ki, övladlarımıza daim düşmənlərimizi tanıdmalı, onlara müharibə hissini aşılamalıyıq.

Ta qədimdən bəri torpağlarımız uğrunda gedən savaşları,illər sonra düşmən işğalı altında itirdiyimiz torpaqları şəhidlərimizin qanı bahasına, geri aldığımızı və bu gün hələ də bizim olan üçün verdiyimiz çabanı,o müharibədə canından keçənləri, məhz,öz canını heçə sayıb gələcəyimizə özünü qurban verənləri daim xatırlamalı və gələcək nəsillərimizə unutdurmamalıyıq.

DeTarix boyu millətimizə qarşı olan haqsızlıqları, vəhşilikləri, vamansız təcavüzü, itirdiyimiz tarpağlarımıza, o torpağlarda olan dəyərli və tarix boyu bizim torpağlarımız olduğunu bariz sübut edən abidələrimizə,dəfn olunmuş vətəndaşlarımıza olunan hörmətsizlikləri, düşmanın bizim olandan sui istifadəsini heç vaxt unutmayaq, heç kim, heç nə gözümüzü qorxutmasin heç vaxt danmayaq və daim xatırlayaq, gələcək nəsillərə unutdurmayaq!

Daim dərk etməliyik ki, "keçmiş unudulduqca, təkrarlanır"!

Umutmayaq! Unutdurmayaq!

Nərmin Əzimli
Tələbə