İsrailə 2 saatda 70-dən çox raket atıldı
Dərc olunub:
6-08-2022, 01:56
İki saat ərzində Qəzza sektorundan İsrailə ərazisinə 70-dən çox raket buraxılıb.
Avrasiya.net xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, raketlərdən 9-u elə anklav ərazisinə düşüb.
Qeyd edək ki, İsrail ordusu Qəzzada "İslami Cihad" qruplaşmasına qarşı "Sübh" əməliyyatı başladıb.