"Qarabağ" "Sürix"ə qalib gəldiBakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Qarabağ" və İsveçrə "Sürix"inin start heyətləri açıqlanıb.

Avrasiya.net xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaq.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev

Baş məşqçi: Qurban Qurbanov

"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu

Baş məşqçi: Franko Foda

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sürix" görüşü saat 20:00-da başlanacaq.

***

"Qarabağ" - "Sürix" matçı başladı.

***

Görüşün 17-ci dəqiqəsində "Qarabağ" Kadi Borgesin qolu ilə hesabda önə keçdi: 1-0.

***

Vadji qarşılaşmanın 36-cı dəqiqəsində "Qarabağ"ın ikinci qolunu vurdu: 2-0.

***

Kamberi 65-ci dəqiqədə "Sürix"in ilk qolunu vurdu: 2-1. Ardınca, görüşün 66-cı dəqiqəsində Vadji özünün ikinci, komandasının üçüncü qoluna imza atdı: 3-1.

***

"Sürix" 85-ci dəqiqədə Kryeziunun penaltidən vurduğu qolla fərqi minimuma endirdi: 3-2.

***

Matç "Qarabağ"ın 3-2 hesablı qələbəsi ilə yekunlaşdı. Cavab görüşü bir həftə sonra İsveçrədə keçiriləcək.
ÜST Avropada yeni koronavirus dalğası ELAN ETDİÜmumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun rəhbəri Hans Kluge koronavirusun “omikron” ştammının subvariantlarının yaratdığı COVID-19-un yeni dalğasını elan edib.

Bu barədə ÜST-nin saytı məlumat yayıb.

Oun sözlərinə görə, “omikron”un “BA.4” və “BA.5” şərti kodunu almış variantları əvvəl dövriyyədə olan viruslarla müqayisədə aydın ötürülmə üstünlüklərini göstərir. “Son altı həftə ərzində Avropada yoluxmuş insanların sayı üç dəfə artıb. Avropa ölkələrini peyvənd və maska taxma ilə bağlı tədbirlər görməyə çağırıram”.
QHT Agentliyi daha 400 layihəyə qrant ayırdıAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci kiçik qrant müsabiqəsinin nəticələrini elan edib.

Qurumdan verilən məlumata görə, qrant müsabiqəsinə 7 istiqamət üzrə 584 layihə təqdim olunub. Onlardan 400 QHT layihəsinin maliyyələşdirilməsi haqqında Agentliyin Müşahidə Şurası qərar qəbul edib.

“Məlumat üçün bildiririk ki, 22 avqust 2022-ci il tarixinə kimi qrant müqavilələri bağlanmalıdır və müsabiqənin nəticələrinə əsasən qalib elan edilən QHT-lərin 22 avqust 2022-ci ilədək Agentlik qarşısında öhdəliyi (debitor borc) olmamalıdır”, - Agentlik bildirib.
Azər Allahverənov “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış tədbirində çıxış edibDövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış mərasimi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək layihə iştirakçılarına ürək sözlərini bildirib və öz təəssüratlarını bölüşüblər.

Miqrasiya məktəbinin əhəmiyyəti barədə danışan Azər Allahverənov bu sahə ilə maraqlanan şəxslərə miqrasiya mövzularında biliklərin aşılanması, xüsusilə də gələcəkdə müxtəllf sahələrdə çalışacaq milli kadrların eyni zamanda miqrasiya sahəsində məlumatlı olması üçün belə bir tədris prosesinin təşkil edilməsi baxımından çox vacib təşəbbüs olduğunu bildirib.

Eyni zamanda A.Allahverənov "Miqrasiya Məktəbi - 4" layihəsi modelinə bənzər təşəbbüslərin digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında təşkil edilməsi təklifi ilə çıxış edib.
"Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil"Bəli, hamımızın çoxdan gözlədiyimiz, zəngilanlıların isə hamıdan çox gözlədiyi o möhtəşəm gün gəldi. Uzun illərin həsrətindən, gözləntisindən sonra Böyük Qayıdışa start verildi. Bu gündən Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanıldı. Biz hamımız Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışın ilk mərhələsinin şahidi oluruq. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmiz kimi bu gün Zəngilanın Ağalı kəndinə qayıdışın başlanması da olduqca mühüm tarixi hadisədir. Hamımızda qürur hissi doğuran bu möhtəşəm hadisəyə sevinməmək mümkün deyil. Biz bu sevincli anları öz canları, qanları bahasına bizə yaşadan şəhidlərimizə, qazilərimizə hər zaman minnətdar olacağıq.

30 ilin məşəqqətlərindən sonra bu gün soydaşlarımızın yurd həsrətinə son qoyulması həm siyasi, həm də mənəvi-psixoloji baxımdan olduqca əhəmiyyətli hadisədir. 44 günlük müharibə bitəndən dərhal sonra Prezident İlham Əliyevin təşəbbüsü və daimi nəzarəti ilə həm Qarabağda, həm də Şərqi Zəngəzurda geniş miqyaslı bərpa və quruculuq işlərinə start verilməsinin ilkin nəticələri artıq özünü göstərməkdədir. Yollar çəkilir, hava limanları tikilir, məktəblər və xəstəxanalar bərpa edilir. Bir sözlə, bu saat Qarabağ və Şərqi Zəngəzur əsrin nəhəng tikinti meydançasını xatırladır.

Məcburi köçkünlük həyatına son qoyulan soydaşlarımızın qayıdışı üçün də layihələr həyata keçirilir. Bu istiqamətdə ilk olaraq Zəngilanın Ağalı kəndində bərpa olundu. Mən bu yaxınlarda o kənddə oldum və orada görülən işlərlə gerçəkdən də qürur duydum. Bu kənd bütünlüklə “Ağıllı kənd” konsepsiyası əsasında qurulub və bu ay ərzində 41 ailə Ağalı kəndinə köçürüləcək. Növbəti aylarda da köçürmələrin baş tutacağı gözlənilir. Bu gün bu istiqamətdə ilk addım atıldı, 58 nəfərdən ibarət 10 ailənin Ağalı kəndinə köçürülməsinə start verildi.

Mən bu münasibətlə bütün Azərbaycan xalqını təbrik edirəm, zəngilanlı bacı və qardaşlarımızı təbrik edirəm, Ağalıya ilk köçən insanlarımızı təbrik edirəm. Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevə də təşəkkür edirəm. Çünki məhz onun qətiyyəti və iradəsi nəticəsində Vətən müharibəsindəki qələbəmizdən sonra əzəli və əbədi torpaqlarımıza qayıdış hədəfimiz gerçəkləşməyə başlayır. İnşAllah işğaldan azad olunan ərazilərin hər yerində bu cür qayıdış sevincinin şahidi olacağıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
45 ukraynalı əsgərin meyiti qaytarıldıOnlarla ukraynalı müdafiəçinin cəsədi Ukrayna tərəfinə qaytarılıb.

UNIAN xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi məlumat yayıb:

"Həlak olan hərbçilərin cəsədlərinin təhvil verilməsi üçün növbəti əməliyyat keçirilib. Ukrayna 45 müdafiəçisinin cəsədini qaytarıb".

Nazirlik onu da qeyd edib ki, əməliyyat Cenevrə Konvensiyasının normalarına uyğun olaraq itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenko və Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı ilə həyata keçirilib.
Böyük Britaniyanın enerji xidmətləri şirkəti Azərbaycan bazarını tərk edirBöyük Britaniyanın enerji xidmətləri şirkəti “Petrofac International LTD"nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Petrofac International LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi 1995-ci ildə dövlət qeydiyyatına alınıb.
Səfər Mehdiyevin qaynı həbs olunduİyulun 16-da Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin (DGK) sədri vəzifəsindən azad olunan Səfər Mehdiyevin qaynı Zeynal Tarquluyev dünən saxlanılıb.

Bu haqda məlumatı Hurriyyet.az yayıb. Sayt mötəbər mənbələrə istinadən bildirib ki, DGK-nın nəzdindəki "Azterminalkompleks” İstehsalat Birliyinin rəis müavini olan Zeynal Tarquliyev yeznəsi Səfər Mehdiyevin "qara kassası” hesab olunurdu.

Bəzi mənbələr iddia edir ki, Zeynal Tarquluyev əlində olan rəsmi və qeyri-rəsmi səlahiyyətlərdən istifadə edərək iş adamlarından qanunsuz olaraq 100 milyonlarla manat toplayıb. İstisna olunmur ki, onun həbsi də məhz bununla bağlıdır.

Mənbənin sözlərinə görə, hazırda DGK-da keçmiş sədr Səfər Mehdiyevin onlarla yaxın qohumu çalışır ki, onların hər birinin qanunsuz fəaliyyəti ilə bağlı ciddi araşdırma aparılır və yaxın günlərdə yeni həbslər dalğasının olacağı istisna olunmur.
Xamenei yenə Türkiyənin əməliyyatına qarşı çıxdıTürkiyənin və onun sərhədlərinin təhlükəsizliyini öz təhlükəsizliyimiz kimi görürük və terrorla mübarizədə Türkiyə ilə əməkdaşlıq edirik.

Axar.az xəbər verir ki, bunu İranın Ali dini lideri Əli Xamenei deyib.

“Suriyanın şimalında hərbi əməliyyat əlbəttə ki, Türkiyə, Suriya və regionun ziyanına olacaq.

Suriyanın birliyini qorumaq vacibdir. İstənilən hərbi əməliyyat terrorçu qrupların xeyrinə olacaq”, - Xamenei bildirib.

Qeyd edək ki, Türkiyə lideri Ərdoğan İranda səfərdədir.
Məktəblinin döyülməsinə görə direktor da qovulduLənkəranda məktəblinin döyülməsinə görə direktor işdən çıxarılıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu barədə müvafiq sərəncam verilib.

Sərəncama görə, Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin direktoru Yeganə Əsgərova vəzifəsindən azad edilib.

Onun məktəblinin döyülməsi faktına görə işdən çıxarıldığı bildirilir.

Xatırladaq ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının müavini Rasilə Arifqızı iyulun 14-də həmin təhsil müəssisəsinin şagirdi Günel Əliyevanı (şərti olaraq) öz xidməti sürücüsü vasitəsilə attestat verilməsi bəhanəsi ilə yaşadığı evə gətizdirib, bundan sonra məktəbin direktoru Yeganə Əskərovanın da iştirakı ilə vəzifəli şəxs kimi xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxaraq yetkinlik yaşına çatmadığını nəzərə almadan G.Əliyevanın iradəsinə zidd olaraq mobil telefonunu əlindən alıb şəxsi məlumatlarını yaxın qohumlarının mobil telefonlarına göndərməklə sonuncunun hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurub.