Türk dövlətlərinin hərbi əməkdaşlıq etmələri önəmli hadisədirRəşad Rəhmanov: "Hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir"

İki ölkə arasında diplomatik əlaqələr 1995-! ci ilin oktyabrın 2-də qurulmuşdur. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Özbəkistanda ,1998-ci ilin mayında Özbəkistan Respublikasının Azərbaycanda səfirlikləri fəaliyyətə başlayıb. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusi əhəmiyyət kəsb edir. NATO, İKT, MDB, GUAM sammitlərində Azərbaycan Özbəkistan Prezidentlərinin görüşləri ikitərəfli münasibətlərin daha da inkişafına səbəb oldu. 2004- cü ildə İlham Əliyevin Özbəkistana səfəri, 2008 - ci ildə Özbəkistan Prezidentinin Azərbaycana səfəri zamanı bir çox məsələlər müzakirə edilmişdir.

21 iyun 2022 - ci il Azərbaycan Respublikasının Prezidenti Özbəkistana dövlət səfəri etmişdir.
Özbəkistanda geniş tərkibli görüşdə Azərbaycan Prezidenti İlham Əliyev cıxışı zamanı bildirib ki, Şavkat Mirziyoyevin ölkəsi investisiya baxımından cəlbediciliyi, sənaye potensialının artırılması ,sosial məsələlərin həlli üzrə apardığı islahatları çox yüksək qiymətləndirib. Prezident Şavkat Mirziyoyev ilə müxtəlif beynəlxalq tədbirlər çərçivəsində o, cümlədən Bakıda dəfələrlə görüşlər keçirilmiş, fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Respublikası Prezidenti Ilham Əliyev dəfələrlə görüşdüklərini xatırladaraq bildirdi ki, "Sənaye istehsalı, iş yerləri ,xalqın sosial rifahı bütün bu mövzular daim diqqət mərkəzindədir və Azərbaycanda da Özbəkistanda da əminəm ki, sakinlər də bu istiqamətdə böyük nailiyyətlər əldə edirlər. BIz qardaş özbək xalqının uğurlarına sevinirik və əminik ki, qardaş özbək xalqının ardıcıl inkişafı davam edəcək"
Biz həmişə ikitərəfli fəaliyyətimizi genişləndirmək üçün səy göstərməliyik. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Özbəkistan Respublikası ilə hərbi əməkdaşlıq, hərbi - texniki əməkdaşlıq istiqamətində addımlar atıldığı iki ölkə arasında qarşılıqlı əlaqələr daha da möhkəmlənəcək. İki ölkə arasında təcrübə mübadiləsi aparılacaq. Bu gün hər iki ölkə də kənar təhdidlərlə üzləşir. Bu səbəbdən bu sahədə əməkdaşlığımızı artırmalıyıq və təcrübə mübadiləsi aparmalıyıq. Biz Özbəkistanla hərbi əməkdaşlıq istiqamətində əlavə addımlar atmalıyıq.
Özbəkistan Prezidenti həm də bildirib ki, qardaşlığımızın rəmzi olaraq işğaldan azad olunan Füzuli rayonunda məktəb tikdirəcək. Məlumdur ki, ll Qarabağ müharibəsindən sonra biz Qarabağı öz gücümüzlə bərpa edirik. Müharibədən sonra Özbəkistan Prezidenti görüşəndə belə bir təşəbbüs irəli sürmüş və Prezidentimiz bu təklifi minnətdarlıqla qəbul etdiyini bildirmişdi. Bu məktəb həm də bizim qardaşlığımızın rəmzi olaraq yüzillər boyu Azərbaycan xalqının xatirində qalacaq.

Türk dövlətlərinin qarşılıqlı münasibət qurmaları və hərbi əməkdaşlıq etmələri həqiqətən önəmli hadisədir. Qardaş özbək xalqı ilə Azərbaycan xalqı həmişə dost və qardaş olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru
DGK-da İran rəsmiləri ilə görüş keçirildi - Fotoİyunun 21-də Dövlət Gömrük Komitəsində İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin nümayəndələrilə görüş keçirilib.

Avrasiya.net xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov və İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kəriminin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Dövlət Gömrük Komitəsi sədrinin müavini Cavad Qasımov gömrük orqanlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində faəliyyətindən bəhs edib və bu istiqamətdə regional və beynəlxalq əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşir və qaçaqmalçılar ölkəmizdən əsasən tranzit məqsədilə istifadə edirlər.

Cavad Qasımov narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməkdaşların potensialının gücləndirilməsi, kinoloji xidmətin keyfiyyətinin artırılması istiqamətində mühüm addımlar atıldığını, gömrük-sərhəd keçid məntəqələrinin ən müasit texniki nəzarət vasitələri, rentgen qurğuları ilə təchiz olunduğunu diqqətə çatdırıb. O da qeyd olunub ki, həyata keçirilən məqsədyönlü fəaliyyət nəticəsində son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub.

İran İslam Respublikası Hüquq Mühafizə Qüvvələrinin Komandanlığının Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi təmsil etdiyi qurumun fəaliyyətindən, ölkəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən işlərdən danışıb. Məcid Kərimi bu sahədə səmrəli fəaliyyətin həyata keçirilməsi üçün birgə səylərin artırılması, qarşılıqlı məlumat və təcrübə mübadiləsinin önəmini vurğulayıb.

Sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş başa çatdıqdan sonra isə nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzini ziyarət edib və qurumun fəaliyyəti ilə tanış olub.
Bir yumruq kimi birlikdə olacağıq - İlham ƏliyevQardaşım Şavkat Miromonoviçin bütün dediklərini mən anladım, tərcüməçiyə ehtiyac qalmadı. Dünən Daşkənddə, bu gün Xivədə, Ürgəncdə, Xarəzm vilayətində olmağımdan çox məmnunam. Dünən və bu gün bir daha gördüm ki, xalqlarımız bir-birinə nə qədər yaxındır.

Avrasiya.net xəbər verir ki, bu fikirləri Azərbaycan Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən təşkil edilən qəbulda konsert proqramını dinlədikdən sonra söyləyib.

Dövlətimizin başçısı deyib ki, mədəniyyətimiz, incəsənətimiz, ümumiyyətlə, xalqlarımızın kökləri birdir. Bu gün Azərbaycan dilində oxunan mahnılar, nəğmələr sanki Azərbaycan müğənniləri tərəfindən ifa olundu. Heç bir ləhcə, şivə yoxdur və bu, xalqlarımızın birliyini göstərir.

“Bu gün yeni Özbəkistanı mən özüm üçün kəşf etdim. Yeni Özbəkistan qardaşımın simasında, sizin simanızda çiçəklənir. Yeni Özbəkistanın həyatı uğurlu olsun, xeyirli olsun. İnşallah, hamımız - özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Sabirabadda ata və oğul güllələndiSabirabad rayonunda ata və yeniyetmə oğlu güllələnib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Minbaşı ərazi vahidliyinin Qarağac kəndində heyvan obasında baş verib.

Minbaşı kənd sakini, 1981-ci il təvəllüdlü Hüseynov Fazil Kamil oğlu və onun yeniyetmə oğlu, 2005-ci il təvəllüdlü Hüseynov İbrahim Fazil oğlu ayaqlarından ov tüfəngi ilə güllələnib.

Özlərinin bildirdiyinə görə, onlar kəndin çöllük ərazisində olarkən kənd sakini, 18 yaşlı Sahib adlı qonşuları maşınla ora gələrək, əlindəki qoşalülə tüfəngi yerə atıb, bu zaman tüfəngdən avtomatik açılan atəş ata və oğulu ayaqlarından yaralayıb.

Hər iki yaralı ayaq sümüyün zədələnməsi diaqnozu ilə əvvəlcə Şirvan şəhər xəstəxanasına, daha sonra isə Bakıya - Respublika Klinik xəstəxanasına yola salınıb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.
Təhqir edilən məktəb direktoru intihara əl atdıGəncə şəhərində məktəb direktoru intihara cəhd edib.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, direktor Mətanət Qarayeva 14 növ müxtəlif dərman preparatları atmaqla həyatına son qoymaq istəyib.

İddiaya görə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev sözügedən məktəbə gələrək, məktəb direktoru M.Qarayevanı nalayiq sözlərlə təhqir edib və onu işdən çıxarmaqla hədələyib. Bundan sonra məktəb direktoru intihara əl atıb.

Vəziyyəti ağır olan direktoru məktəbdəki müəllimlər Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Ramin Hacılı məhkəmədə qalmaqal salıb, zaldan çıxarılıbDələduzluqda təqsirləndirilən Ramin Hacılının cinayət işi üzrə məhkəmənin baxış iclası davam etdirilib.

"Report" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs bir neçə vəsatət qaldırıb.

O, vəsatətində heç bir mütəşəkkil cinayətkar dəstə yaratmadığını bildirib: "Cinayət işi yenidən ibtidai istintaqa qaytarılmalıdır".

R.Hacılının vəkili Rəşad Əliyev müvəkilinin vəsatətini müdafiə etdiyini söyləyib.

Prokuror isə vəsatəti əsassız hesab edib.

R.Hacılı ikinci vəsatətində barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.

Müşavirədən sonra məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra zərəçəkmiş Azər Əliyev ifadə verib. O deyib ki, R.Hacılı Şengen vizası almaq adı ilə ona 22 min manat zərər vurub.

Təqsirləndirilən şəxs A.Əliyevin ifadəsinə münasibət bildirib. O qeyd edib ki, zərərçəkmişə Şengen vizası alandan sonra həbs olunub.

Bu zaman R.Hacılı məhkəmədə əsəbiləşərək şüşə qəfəsə yumruq vurub. Daha sorna o, məhkəmə zalından çıxarılıb.

Proses təqsirləndirilən şəxsin iştirakı olmadan davam etdirilib.

R.Hacılının vəkili R.Əliyev iclası təqsirləndirilən şəxsin iştirakı olmadan keçirilməsinə etiraz edib. Hakim isə vəkilə xəbərdarlıq edib.

Məhkəmədə ifadə verən digər zərərçəkmiş Pənah Hüseynli söyləyib ki, 2016-cı ilin yay aylarında ABŞ-a təhsil vizası üçün R.Hacılıya müraciət edib. O, bunun üçün təqsirləndiirlən şəxsə 800 dollar verdiyini deyib: "Ora gedə bilmədiyim üçün Ramin həmin məbləği mənə geri qaytardı".

Məhkəmənin növbəti iclası iyunun 27-nə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Avropa Hərəkatının və “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılı, “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət edən şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Xatırladaq ki, digər şəxslərin cinayət işi ayrıca icraata götürülüb.
Yüksək maaşım var, ancaq gilas ala bilmirəmYüksək əmək haqqı alan bir insan kimi etiraf edim ki, mən imkan edib yeni çıxan meyvələrdən ala bilməmişəm.

Bu sözləri Axar.az-a açıqlamasında mövsüm meyvələrinin bahalığı haqda danışan millət vəkili Fəzail Ağamalı deyib.

“Rayonları deyə bilmərəm, amma Bakıda bazar qiymətləri fantastik həddədir. Gilasın qiyməti 8-10 manat aralığında dəyişir. Belə şey olar?!” – deputat deyib.

O bildirib ki, bazarda qiymətlərə müdaxilə etmək imkanları olmadığı üçün təəssüf edir:

“Bu gün tək meyvə deyil, bütün ərzaq məhsullarında bahalaşma var. Vaxtilə 1 manata aldığım təndir çörəyini dünən 1.50 manata aldım. Düzdür, dünyada qiymət artımı çox sürətlə gedir. Azərbaycan da dünyadan təcrid olunmuş vəziyyətdə deyil. Amma təəssüflər olsun ki, Azərbaycanda istehsal olunan məhsullarda belə möhtəkirlərin insanların əzabı üzərində çox pul qazanmaq kimi eybəcər istəklərini görürük. Bununla bağlı müvafiq qurumlar hərəkətə keçməlidirlər”.
Ölkəmizdə korona ilə bağlı yeni statistikaAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 196 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 151 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 807, bu günə qədər isə ümumilikdə 6 945 598 test icra olunub.
Şahmat üzrə rayon birinciliyi keçirilib26 İyun Silahlı Qüvvələr gününə həsr olunmuş 10-14 yaşlı yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə rayon birinciliyi keçirilib.

21-22 iyun tarixlərində Gənclər Mərkəzində Siyəzən Rayon Gənclər və İdman İdarəsi və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Siyəzən rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə 40 şahmatçı mübarizə aparıb. Yarış Silahlı Qüvvələr gününün qeyd olunması, yeniyetmə şahmatçıların yarış təcrübəsinin artırılması, istedadlı şahmatçıların üzə çıxarılması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən birinciliyin yekun nəticəsinə əsasən qızlar arasında Zərbəliyev Fidan I, Qubanlı Məryəm II, Həsənova Qızılgül III yeri tutub. Oğlanların yarışında isə Adayev Yavər I, Allahverdiyev Amid II, Paşazadə Muhamməd III olub. Təltif olunma mərasimində yarışın qaliblərinə təşkilatçılar tərəfindən fəxri fərman, medal və hədiyyələr təqdim edilib.





#SilahlıQüvvələrGünü #şahmat #SiyəzənGİİ #Gənclərİdman #Azərbaycanİdmanı #AZEsport #idman #sağlamhəyat
Mehdiyevin gəlini öz bankına 2 milyon borc verdiBank BTB ASC-nin bir qədər əvvəl tədavülə buraxdığı 2 milyon manatlıq istiqrazların alıcısı məlum olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu, Bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyevadır.

Xatırladaq ki, nominal dəyəri 1 000 manat olan 2 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqraz standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub. Onlara cəmi 1 investor qiyməti 1 000 manat (9%), ümumi məbləği isə 2 milyon manat olan 1 sifariş təqdim edib.

Qiymətli kağızlar 6 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 9%-dir. Faizlər 1 aydan bir ödəniləcək. Prosesin anderrayteri BTB Kapital İnvestisiya Şirkəti ASC-dir.

"Bank BTB" daha 3 milyon manatlıq istiqraz yerləşdirməyi planlaşdırır. Həmin qiymətli kağızları da Bankın əsas səhmdarı əldə edəcək.

Qeyd edək ki, HİT.az saytı bankın səhmlərinin 74,99%-nə nəzarət edən Nigar Mehdiyeva Prezident Administrasiyasının sabiq rəhbəri və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin gəlini olduğunu yazıb.