Hərbi ekspert hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət edibBu gün Facebook-da Tural Tağızadə - Турал Тагызаде adlı bir şəxs mənim Trend İnformasiya Agentliyinə 2 İyun 2022-ci ildə saat 16:21-də "Qazilərin haqlarını tələb etmək ixtiyarı var, amma bunu qanun çərçivəsində etməlidirlər" başlıqlı açıqlamamı əsas götürərək, fikirlərimi təhrif edərək, bunu sosial şəbəkədə paylaşıb. Yazını tam oxumadan, nəzarətində olan səhifələrdə paylaşan Tural Tağızadə cəmiyyətdə vətəndaş narazılığına rəvac verən addım atmaqla yanaşı, mənim şərəf və ləyaqətimə toxunan rəy və statuslarını davam etdirib. Məni müdafiə naziri Zakir Həsənov, nazir müavini Nizam Osmanov, bir neçə il əvvəl isə Nəciməddin Sadıkovla iş birliyində olduğumu sübut etməyə çalışan əsassız rəy və statuslar yazıb. Qazilərə yönələn heç bir təhqiramiz ifadəm olmadığı halda, mənim adımdan həqiqətə uyğun olmayan fikirləri sosial şəbəkə iştirakçılarına yayıb.

Onunla telefonla əlaqə saxlayıb, danışmağa - məqsədinin nə olduğunu öyrənməyə çalışsam da mənimlə ünsiyyətdən yayınıb. Bir neçə dəqiqə sonra isə təkrar öz FB səhifəsində status yazaraq, mənim şəxsi nömrəmi paylaşıb. Bununla o müharibə iştirakçılarını və narazı şəxsləri haqsız yerə mənim üzərimə yönəltməyə çalışıb.

Hesab edirəm ki, bu hərəkətləri ilə Tural Tağızadə ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında müharibə iştirakçılarının aksiyası zamanı baş verən - dövlət qurumunun qapısının zor gücü ilə sındırılaraq içəri keçmələrini doğru hesab etməklə yanaşı, qazilərlə dövlətimiz arasında gərginlik toxumu səpib.

Xatırlatmaq istəyirəm ki, mən uzun illərdir mətbuatda hərbi və hərbi texnologiya sahəsində ixtisaslaşmış jurnalist və hərbi-siyasi icmalçı kimi fəaliyyət göstərirəm. Fəaliyyətim boyunca heç kimin sponsuruluğu, "day-day"lığı ilə işlərimi qurmamışam. Bunu fəaliyyət göstərdiyim cameədə hər kəs bilir.

Fikirlərimi uzun-uzadı yazıb, heç kəsi yormaq istəmirəm. Sonda onu qeyd edim ki, Tural Tağızadənin yalan - iftiraları ilə bağlı müvafiq məhkəmə instansiyasına müraciət edəcəyimə qərar vermişəm.

Düşünürəm ki, həm Vətən Müharibəsində və ondan əvvəl həm ölkədə, həm də xarici hərbi təyinatlı tədbirlərdə Azərbaycan dövlətinə təmənnasız xidmət edən şəxsin şərlənməsi kimi çirkin kampaniyaların qarşısı dövlət qurumları tərəfindən ciddi şəkildə alınmalıdır. Qazilərin hesabına özünə qazanc, ucuz reklam əldə etməyə çalışan bu şəxsə DUR deməyin vaxtı çatıb!

Buradan müvafiq qurumlara müraciət edirəm: #AzərbaycanRespublikasınınBaşProkurorluğu
#AzərbaycanRespublikasıDövlətTəhlükəsizliyiXidməti
#AzərbaycanRespublikasınınDaxiliİşlərNazirliyi
Millətlər Liqası: Millimiz Qazaxıstanla da bacarmadıUEFA Millətlər Liqasının qrup mərhələsinin I turunda millimiz Qazaxıstanın qonağıdır.

Avrasiya.net xəbər verir ki, komandalar matça aşağıdakı 11-liklərlə çıxıblar.

Qazaxıstan: 12. İqor Şatski. 3. Nuralı Alip, 6. Yeldos Ahmetov, 7. Aslan Darabayev, 8. Asxat Taqıbergen (k) 10. Bauırjan Baytana 11. Yan Voroqovski 13. Bağdat Kairov, 17. Abat Aimbetov 22. Aleksandr Maroçkin, 23. Elxan Astanov

Azərbaycan: 12. Şahrudin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqqverdi, 14. Eddi İsrafilov, 15. Bədavi Hüseynov, 22. Aleksey İsayev, 8. Emin Mahmudov, 9. Renat Dadaşov, 10. Mahir Emreli.

***

Aimbetov matçın 50-ci dəqiqəsində hesabı açdı: 1-0.

***

Aimbetov özünün və komandasının 2-ci qolunu vurdu: 2-0.

***

Matç meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə başa çatıb.
İrəvanda müxalifət hökumət binasını BLOKADAYA ALDIErmənistan müxalifəti İrəvandakı Fransa meydanında keçirilən mitinqdən sonra hökumət binasına doğru yürüş edib.

Müxalifət liderləri tərəfdarlarına müraciət edərək binanın bütün girişləri bağlamağa çağırıb.

Aksiyaçılar “Nikolasız Ermənistan” şüarları səsləndirirlər.

Qeyd edək ki, ötən aydan başlayaraq müxalifət qüvvələri Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirir.
Qod Nisanov bu vəzifəsini itirdiAzərbaycan əsilli iş adamı Qod Nisanov Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti vəzifəsindən kənarlaşdırılıb.

Bu barədə təşkilat rəsmi məlumat yayıb.

Bildirilib ki, Qod Nisanovun təşkilatın İcraiyyə Komitəsindəki fəaliyyəti dayandırılıb.

Məlumata görə, Ukraynadakı münaqişə səbəbindən Qərb ölkələrinin sanksiya tətbiq etdiyi şəxslər Ümumdünya Yəhudi Konqresində vəzifə tuta bilməzlər. Qod Nisanovun vəzifəsindən kənarlaşdırılması ABŞ-ın ötən gün ona sanksiya tətbiq etməsi ilə əlaqədardır.

Qeyd edək ki, Q.Nisanov 2014-cü ildən Ümumdünya Yəhudi Konqresininin vitse-prezidenti idi.
Deputat qazilərin müfadiəsinə qalxdı: ”Bunu cənab Prezident, Xalq tələb edir”“Vətən müharibəsi iştirakçılarının, qazilərimizin əlilliyinin təyin olunması hələ də problem olaraq qalır”.

Bunu Milli Məclisin deputatı Nigar Arpadarai ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xoşagəlməz olaylara məcbur edilən qazilərlə bağlı danışarkən bildirib.

“Aidiyyatı qurumların qanunla müəyyən olunmuş prosedurları, əlilliyə düşən xəstəliklərin siyahısı var, bu aydındır. Təbii ki, sosial müdafiə sistemində yüzlərlə düzgün, dürüst, vətənpərvər insan çalışır ki, insanların ehtiyacları qarşılansın. Sosial sistemdə bir çox islahatlar aparılıb ki, şəffaflıq və ‘təmizləmə’ olsun, bunu da etiraf etməliyik.

Amma qazilərin əlilliyinin təyin olunması ilə bağlı prosedurlara yenidən baxılmasına ehtiyac var, burada bürokratiya çoxdur”,- xanım deputat əlavə edib.

N.Arpadarai deyib ki, qazilər heç bir yere getməməli, səyyar sistem olmalıdır ki, əlillik üçün təqdim olunmalı olan sənədləri onların evlərinə gətirsinlər:

“Bu mexanizmi yaratmaq lazımdır. Xəstəliklərin siyahısına gəldikdə isə buna yenidən baxılmalıdır, siyahı genişləndirilməlidir. Bəzi qazilərimiz psixoloji gərginlik keçirir, psixoloji problemləri olan qazilərimiz qeydə alınmalı, onlara ixtisaslı hərbi psixoloqlar tərəfindən yardım göstərilməli, lazım gəldikdə isə hətta psixoloji vəziyyətinə görə əlillik təyin olunmalıdır.

Bəli, bu asan deyil, amma bu məsələdə məmurlar daha müdrik və çevik olmalıdırlar. Bunu etmək üçün artıq kifayət qədər təcrübə və məlumat bazamız var.

Milli Məclisdə bu məsələləri dəfələrlə müzakirə etmişik, mən və deputat həmkarlarım bu istiqamətdə təkliflər irəli sürürük. Bir müddət öncə Milli Məclisdə çıxışım hələ də aktuallığını itirməyib.

Həyat və sağlamlığı bahasına bizə möhtəşəm qələbəni qazandıran şəxslər daim diqqət və qayğı mərkəzində olmalıdır. Bunu cənab Prezident, bunu Xalq tələb edir”.
Enerji layihələri daxili inkişafımız üçün də çox əhəmiyyətlidirAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimi keçirildi.

2020-ci il ölkəmiz üçün tarixi il olub, uzun illər işğal altında olan torpaqları güclü lider İlham Əliyevin rəhbərliyi ilə artıq dünyada öz peşəkarlığı və şücaəti ilə məhşurlaşan ordumuzun azad etməsi qürurverici haldır. Gələcəkdə işğaldan azad edilmiş ərazilər “yaşıl enerji” ilə təmin olunacaq, bununla da bərpa olunan enerji mənbələri üzrə investisiyalar və birgə layihələr sahəsində əməkdaşlıq imkanları genişlənəcəkdir.

Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən mötəbər tədbiri olan “Bakı Enerji Həftəsi” 27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Alternativ Enerji” sərgisini və Xəzər Neft və Qaz Konfransının xələfi olan “Bakı Enerji Forumu”nu özündə birləşdirir.

Xəzər Neft və Qaz Sərgisi təşkilatçılarının rolu həqiqətən çox vacib idi ki, diqqəti və sərmayələri cəlb etmək mümkün olsun. Bu konfransın keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi.

27-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisində Bakının yeni hədəfləri

İlk sərgidən keçən dövr ərzində neçə-neçə qlobal layihələr reallaşıb. Lakin dünyada Azərbaycana maraq azalmayıb. Bu isə onu göstərir ki, ölkəmiz neft aləmində öz mövqelərini əldən vermir. İndi Azərbaycan 27-ci beynəlxalq neft-qaz sərgisinə ev sahibliyi edir. Bu da onun gərəkli tədbir olduğunu, ümumiyyətlə isə Azərbaycanın neft strategiyasının düzgün seçildiyini təsdiqləyən faktdır.

Avropa qitəsində təbii sərvətlərimizlə bağlı fəaliyyətimizin genişləndirilməsi həm bizim, həm tərəfdaşlarımız üçün zəruridir -. Cənub Qaz Dəhlizi fərəhlənə biləcəyimiz layihədir. Layihə “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradır. Cəmi bir il beş aydır ki, Azərbaycan həmin tamamilə yeni müasir infrastrukturdan öz qaz ehtiyatlarının nəqlində istifadə edir. Ötən il Azərbaycan 22 milyard kubmetr təbii qaz ixrac etmişdir. Bu il gözlənilir ki, bu rəqəm 24 milyard kubmetr olacaq.

Potensial istehlakçılar anlamalıdırlar ki, bir il ərzində qazı böyük həcmdə hasil etmək mümkün deyil. Bunun üçün bizə müqavilələr lazımdır. Biz danışıqlara başlamalı və onları sürətləndirməliyik. Biz ənənəvi tərəfdaşlar və sərmayədarla, eləcə də enerji şirkətləri ilə çalışmalıyıq ki, hasilat artsın. Həmçinin biz mövcud qurğuları genişləndirməliyik.

Dəniz limanı, bütün istiqamətlərlə bizi birləşdirən dəmir yolu, avtomobil yolları və hava limanları mövcuddur. Azad olunmuş ərazilərdə üç yeni hava limanı olacaq. Onlardan biri artıq istifadə verilib. Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq.
Azərbaycan üçün neft və qaz sahəsində BP strateji tərəfdaş və aparıcı investordur. Hazırda SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir.

Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin.

Bugün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol böyük əhəmiyyət kəsb edir. Bütün bunlar əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən enerji siyasətinin uğurlu nəticəsidir.

Allahverdi Həsənli
Xətai rayon, Əhmədli bələdiyyəsini sədri

Prokuror sabiq başçıya 13 il həbs cəzası istədiProkuror Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Bu barədə dövlət ittihamçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Daha sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün vaxt istəyib.

Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.
Daha bir oliqarx yaxtasını Türkiyəyə qaçırdıRusiyanın ikinci ən zəngin adamı dəbdəbəli yaxtasını qanunsuz yolla Türkiyəyə göndərib.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, Leonid Mixelson Qərbin sanksiyalarından qorunmaq üçün 150 milyon dollarlıq yaxtasını Türkiyəyə keçirib.

Uzunluğu 85 metrə çatan “Pasifik” yaxtası təxminən bir ay ərzində 7 min dəniz mili qət etdikdən sonra Marmarisə çatıb.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan rusiyalı bir çox milyarder Qərbin sanksiyalarından yayınmaq üçün yaxtalarını Türkiyəyə göndərib.
Azərbaycan zəruri infrastruktura malikdirBu gün Azərbaycan həm böyük enerji potensialına, həm də inkişaf etmiş infrastruktura malikdir. İnfrastruktur layihələrinin ölkəmizin geosiyasi həyatındakı rolundan danışarkən, əvvəlcə onu vurğulamaq lazımdır ki, ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra tamamilə yeni bir neft strategiyasını hazırlamağı qarşıya əsas məqsəd qoydu. Çünki o vaxta qədər “Azəri-Çıraq-Günəşli” yataqları blokuna dair hazırlanan müqavilə milli maraqlara uyğun deyildi. Ona görə də xarici neft şirkətləri ilə danışıqlar yenidən davam etdirildi və yeni neft-qaz strategiyası üzərində iş aparıldı. Bunun nəticəsi olaraq 1994-cü il sentyabrın 20-də Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Məhz bu müqavilədən sonra ölkəmizin neft və qaz sənayesində dirçəliş dövrü başlandı.

Ulu öndərin bu uzaqgörən siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin son dərəcə ağıllı siyasəti nəticəsində ölkə iqtisadiyyatı çoxşaxəli surətdə inkişaf etdi və respublikamız dünyada böyük hörmət və nüfuz sahibinə çevrilmiş oldu.

Bildiyimiz kimi 01 iyun 2022 – ci il tarixində cənab Prezident İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirak edib.

Ənənəvi Xəzər Neft-Qaz Sərgisi və Konfransı, həmçinin Bakı Enerji Həftəsi çərçivəsində bütün bu vacib məsələlər müzakirə edilmişdir. Konfransda həmçinin neft təchizatı həcminin artırılması müzakirə olunmuşdur.

Qeyd etməliyik ki həyata keçirilən layihələr nəticəsində bu gün artıq Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Hazırda bu potensialdan da maksimum dərəcədə istifadə olunur. Bu barədə Prezident İlham Əliyev 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında bildirib.

Hər bir məsələdə şaxələndirmənin vacib olduğunu qeyd edən dövlətimizin başçısı demişdir ki, “Bu səbəbdən vaxtilə Azərbaycanın etibarlı tranzit ölkəsi kimi potensialını düzgün qiymətləndirməyənlər fikirlərini dəyişəcəklər. Biz artıq müəyyən eyhamlar görürük və biz buna hazırıq. Biz köməyə ehtiyacı olan hər kəsə yardım etməyə hazırıq. Bunun üçün bizdə siyasi iradə var. Hər zaman bizim siyasətimiz körpülər qurmaqdan və əməkdaşlığı gücləndirməkdən ibarət olub”.

Ölkəmizin milli maraqlara əsaslanmaqla həyata keçirilən iqtisadi siyasəti, inkişaf strategiyası respublikamızın hərtərəfli inkişafinda yeni mərhələ açmışdır. Qısa müddətdə reallaşdırılması inanılmaz görünən qlobal və regional layihələrin uğurla həyata keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu gücləndirmişdir.Azərbaycan dünyada ən böyük infrastruktur layihələrini gerçəkləşdirən dövlət kimi tanınmaqdadır.

Prezident həmçinin qeyd edib ki, bundan əlavə, Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir. “Azad olunmuş ərazilərdə üç yeni hava limanımız olacaq. Onlardan biri artıq istifadəyə verilib. Beləliklə, Azərbaycan 9 beynəlxalq hava limanına sahib olacaq. Bunun nəticəsində ölkəmizin coğrafi yerləşməsi, yəni, neft və qaz sahəsində əməkdaşlıqla bağlı planlar qurarkən Azərbaycanın tranzit potensialı nəzərə alınacaqdır.

Sevindirici haldır ki, artıq Azərbaycan zəruri infrastruktura - yeni dəniz limanına, bütün istiqamətlərlə dəmir yolu xətlərinə, avtomobil yollarına və hava limanlarına malikdir.

Qürur duyulası haldır ki, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Azərbaycan bundan sonra da möhtəşəm uğurları ilə hər zaman diqqətdə olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru