Rafael Ağayev yarımfinala yüksələ bilmədiKarateçi Rafael Ağayev Türkiyənin Qaziantep şəhərində keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.

Avrasiya.net xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, 75 kq çəki dərəcəsində çıxış edən 5 qat dünya və 11 qat Avropa çempionu 1/16 finalda kiprli Panayiotis Loizidesi, ardınca isə slovakiyalı David Podsklanı məğlub edib.

1/4 finalda isə təmsilçimiz Bosniya və Herseqovina idmançısına məğlub olub.

Bakıda kişi intihara cəhd edir - VideoBakı metrosunun "28 May" stansiyası yaxınlığında intihara cəhd edilir.

Modern.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, orta yaşlı kişi özünü öldürmək istəyir.

Ətrafdakılar vətəndaşın işlədildikdən sonra maaş verilmədiyi üçün bu addımı atmaq fikrinə düşdüyünü bildirirlər.
Hərbi hissəni özbaşına tərk edən əsgər barəsində cinayət işi başlanılıb - RƏSMİMüdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun qanunsuz hərəkətləri, o cümlədən xidmət yerini özbaşına tərk etməsi barədə toplanmış müvafiq materiallar Hərbi Prokurorluğa daxil olduqdan sonra araşdırma aparılıb.

Hərbi Prokurorluqdan "Report"a verilən məlumata görə, araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsini) və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə (hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinə) və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

Bildiriliv ki, yol hərəkəti qaydaları əleyhinə müvafiq inzibati xətaların törədilməsinə dair kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış görüntülərlə əlaqədar qanunauyğun tədbirlərin görülməsi qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlar tərəfindən təmin olunur.
Sabah üç rayonda qaz kəsiləcəkSabah Gədəbəy, Şəmkir və Yevlax rayonlarının təbii qazla təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, “Qaz İxrac” İdarəsinə məxsus “Şəmkir-Gədəbəy” yüksək təzyiqli magistral qaz xəttində yaranmış qaz sızmalarının ləğvi və “Aran” QPS-də görüləcək təmir işləri ilə əlaqədar, mayın 26-da saat 10:00-dan etibarən təmir işləri başa çatana qədər “Çənlibel” və “Gədəbəy” QPS-lərdən, “Zəhmət” və “Morul” QTM-lərdən, “Yastı Meşə” və “28 May (Aran)” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Yevlax rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Müxalifət xalqdan qisas alır” - Paşinyan“İrəvanda keçirilən etiraz aksiyalarının məqsədi vətəndaşlar və bütövlükdə cəmiyyət üçün mümkün qədər çox narahatlıq yaratmaqdır”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də parlamentin iclasında hakim “Mülki müqavilə” partiyasından olan deputatların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, vəziyyət siyasi olmaqdan çıxıb.

“Müxalifətin bütün vasitə və mexanizmlərlə öz mesajlarını cəmiyyətə çatdırmaq üçün tam bir ay vaxtı var idi. Ümumiyyətlə, bu cür aksiyaların məqsədi cəmiyyəti prosesə cəlb etmək, siyasi tələb formalaşdırmaqdır. Lakin bu, baş vermədi”, - deyə hökumət başçısı bildirib.

Baş nazirin sözlərinə görə, indi proseslər hakimiyyət əleyhinə deyil, cəmiyyətin əleyhinə gedir.

"Müxalifətin ideyası ondan ibarətdir ki, insanlar ona qoşulmasalar, bu, cəmiyyət üçün daha çox narahatlıq yaradır və paytaxtda daha çox tıxac yaradır", - Nazirlər Kabinetinin rəhbəri bildirib.

Paşinyanın sözlərinə görə, etiraz aksiyalarının təşkilatçıları, görünür, vətəndaşlardan onlara qoşulmaqdan imtina etdiklərinə, eləcə də ötənilki parlament seçkilərinin nəticələrinə görə qisas alır. Bundan əlavə, o, əmindir ki, rəqiblər belə davranışları ilə öz reytinqlərini aşağı salırlar.

"Və bu mənada, onlara malüdaxilə edilməməlidir", - baş nazir bildirib.
"Azərsu" yanında İctimai Şuranın illik fəaliyyətinə "0" qiymət verildi
“Azərsu” ASC yanında İctimai Şuranın növbəti iclası keçirilib.

Avrasiya.net xəbər verir ki, iclasda Şuranın illik fəaliyyəti, qarşıda duran vəzifələr müzakirə olunub, cari və təşkilati məsələlərə baxılıb.

İctimai Şuranın iki üzvü - Mətanət Əsgərqızı və Mirzə Vəliyev müxtəlif subyektiv səbəblərdən iclasda iştirak edə bilməyiblər.

Əvvəlcə Şuranın illik fəaliyyəti müzakirə olunub. Çıxış edənlərin hamısı İctimai Şuranın fəaliyyətini qeyri - qənaətbəxş hesab ediblər. Hətta bəzi üzvlər isə Şuranın fəaliyyətinə "0" qiymət veriblər. Buna da əsas səbəblərdən biri kimi qaydalara uyğun İctimai Şuranın toplantılarınn vaxtında keçirilməməsi, maarifləndirilmə işinin aparılmaması, fəaliyyətin bir illik qəbul edilən tədbirlər planına uyğun qurulmaması və s. olub.

İctimai Şuranın bir illik fəaliyyəti bəzi üzvlərinin yalnız Mərkəzi Laboratoriya, Kür Sutəmizləyici Qurğular Kompleksinin işi ilə tanış olmaları, 22 mart Dünya Su Günü ilə əlaqədar videokonfrans formatında müzakirələrin aparılması ilə yadda qalıb.

İclasda verilən məlumata görə, ötən müddətdə vətəndaşlardan İctimai Şuraya 47 müraciət daxil olub. Həmin müraciətlərin əksəriyyəti həllini tapıb, araşdırmaya ehtiyac olan müraciətlər nəzarətə götürülüb, bir sıra məsələlərlə bağlı vətəndaşlara izahat verib.

İclasda İctimai Şuranın növbət il üzrə fəaliyyət planından irəli gələn məsələlər müzakirə olunub.

Tədbirdə qərara alınıb ki, İctimai Şuranın Maarifləndirmə və Monitorinq üzrə işçi qrupları yaradılsın. “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin üzvü Rövşən Abbasov Maarifləndirmə, “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov isə Monitorinq işçi qruplarının rəhbərləri seçiliblər.

Qeyd edək ki, "Azərsu" yanında İctimai Şuraya seçkilər ötən ilin mayın 25-də, təkrar seçkilər isə mayın 27-də keçirilib.
Tehranda 28 May-Müstəqillik günü qeyd edilibTehranda 28 may - Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd edilib.

APA-nın Tehran bürosunun məlumatına görə, “İstiqlal” otelində 28 May-Müstəqillik günü ilə bağlı mərasim keçirilib.

Əli Əsədov Gürcüstan xarici işlər naziri ilə görüşüb
Mərasimdə İran və Azərbaycan rəsmiləri və Tehranda akkreditasiya olunmuş səfirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov və İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi mərasimin xüsusi qonaqları arasında olub. Mərasimdə çıxış edənlər iki ölkənin gələcək əlaqələrin inkişafında yüksək potensialından danışıblar.

Mərasimdə İranın xarici işlər nazirinin müavini Mehdi Səfəri də iştirak edib.
Mediada din düzgün təbliğ olunmalıdırMilli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.

Azərbaycan mətbuatı “Əkinçi” yarandığı gündən dini xurafata qarşı mübarizə aparıb. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim cəhalətə qarşı olub. Lakin dini xurafatla əsl dinin tam başqa anlayışlar olduğunu unutmamalıyıq. Azərbaycan mətbuatının ənənələri var. Media hər kəsin dini inancına hörmət etməlidir. Jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən qaçmalıdır. Media nümayəndələri dini sahədə yazı yazarkən məlumatları ictimaiyyətə düzgün çatdırmalıdır. Jurnalistlər Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər.

Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkən sədr müavini cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Vurğulanıb ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.

Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür. Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub. Ölkəmizdə radikal dini cərəyanlara yer yoxdur. Media yalnız informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməli, hadisələrə münasibət bildirməlidir. Azərbaycan mediası tarixən əhalini maarifləndirmək yolunu tutub, dini xurafata qarşı kəskin mübarizə aparıb. Müəyyən məsələlərdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma söhbət ümummilli məsələdən gedəndə ortaq mövqe nümayiş etdirilməsi vacibdir. İctimaiyyət Azərbaycan mediasından məhz bunu gözləyir.
Azərbaycan çoxkonfessiyalı ölkədir və burada bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, bu mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparır. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır. DQİDK Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə mütəmadi reydlər keçirir. Dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışının, dini radikalizm və ekstremizmin təbliğinin qarşısısı alınır. Təbii ki, medianın bu cür məlumatları düzgün formada cəmiyyətə çatdırması vacibdir.

Ümumiyyətlə, Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb. Demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Məhz bu nöqtədə media işə qoşulmalı və görülən tədbirləri, onun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu aşılamalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar. Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çox konfensiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb
Gələn həftə Ermənistan-Azərbaycan sərhəd komissiyaları görüşəcəkDövlət sərhədlərinin delimitasiyası üzrə Ermənistan və Azərbaycan komissiyalarının növbəti iclası gələn həftə Moskvada keçiriləcək.

Bu barədə Rusiya xarici işlər nazirnin müavini Andrey Rudenko bildirib.

Xatırladaq ki, mayın 22-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan prezidenti İlham Əliyev və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə üçtərəfli görüş keçirilib. Müzakirələr nəticəsində regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın işinə başlanması istiqamətində gələcək işlərə dair razılıq əldə olunub.

Mayın 24-də Ermənistan və Azərbaycan sərhədində delimitasiya üzrə komissiyaların rəhbərləri - baş nazir müavinlərinin görüşü keçirilib.