İrəvanda etirazçılar PA-nın girişini bağladılar
Erməni müxalifəti səhər saatlarından etibarən İrəvanda növbəti aksiyalara başlayıb.
Axar.az xəbər verir ki, aksiya iştirakçıları parlament və Prezident Administrasiyasına üz tutublar.
Etirazçıların yolunun üstündə xüsusi təyinatlılar dayanıb. Prezident Administrasiyası yaxınlığında polislə aksiya iştirakçıları arasında toqquşma yaşanıb. Təhlükəsizlik qüvvələri etirazçıları PA-nın binasından uzaqlaşdırmağa çalışsalar da, buna nail ola bilməyiblər.
“Ermənistan” blokundan olan deputatlar Aram Vardevanyan və İşxan Saqatelyan müxalifət tərəfdarlarını sakitləşdirməyə çalışıblar. Bir müddət sonra vəziyyət sabitləşib.
Aksiya iştirakçıları “Nikolsuz Ermənistan”, “Türksüz Ermənistan” şüarları səsləndirirlər.
Polis etirazçıları binanın girişlərini açmağa çağırıb.