Ruslar Ukraynada hücum taktikalarını dəyişdi
Rus ordusu quru qruplaşmalarının hücumunu dəstəkləmək üçün aviasiyadan istifadəni artırıblar.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Kifayət qədər yüksək dəqiqlikli raket ehtiyatı olmadığına görə, düşmən Ukrayna ərazisində mühüm və hərbi obyektləri məhv etmək üçün başqa yollar axtarır”, - məlumatda deyilib.
Qeyd edilir ki, xeyli canlı qüvvə və texnika itkisinin əvəzlənməsi üçün rus ordusu Cənub Hərbi Dairəsindən ehtiyat hissələri formalaşdırır:
“Belarus Silahlı Qüvvələrinin yeddiyə qədər batalyonu Volın və Polesye istiqamətlərində Belarus-Ukrayna sərhədinin mühafizəsinin gücləndirilməsi üzrə tapşırıqların icrasını davam etdirir. Düşmənin Belarus ərazisindən raket və hava zərbələri endirmək təhlükəsi keçməyib”.
Son xəbərlər