Sizin Reklam Burada

Mediada din düzgün təbliğ olunmalıdır

Mediada din düzgün təbliğ olunmalıdırMilli-mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin düzgün formada ictimaiyyətə çatdırılmasında media təmsilçilərinin üzərinə böyük vəzifə düşür. Jurnalistlər dinin düzgün təbliğində, dini radikalizmlə mübarizədə fəal olmalı, terrorizmə və ekstremizmə qarşı tənqidi mövqe nümayiş etdirməlidirlər.

Azərbaycan mətbuatı “Əkinçi” yarandığı gündən dini xurafata qarşı mübarizə aparıb. Həsən bəy Zərdabi, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və digər maarifçi ziyalıların əsasını qoyduğu milli mətbuatımız daim cəhalətə qarşı olub. Lakin dini xurafatla əsl dinin tam başqa anlayışlar olduğunu unutmamalıyıq. Azərbaycan mətbuatının ənənələri var. Media hər kəsin dini inancına hörmət etməlidir. Jurnalistlər dini dözümsüzlük, məzhəb ayrı-seçkiliyi yarada bilən, Azərbaycanda milli birliyə, dini tolerantlığa xələl gətirən söz və ifadələrdən qaçmalıdır. Media nümayəndələri dini sahədə yazı yazarkən məlumatları ictimaiyyətə düzgün çatdırmalıdır. Jurnalistlər Azərbaycanda hansı dinə məxsus insanların yaşadığını, dini istiqamətləri bilməlidirlər.

Dini mövzulara müraciət edən jurnalistlər bu istiqamətdə yazılar hazırlayarkən dindən sui-istifadə, dini siyasiləşdirməyə cəhd, dinlərin daxilində ayrı-ayrı cərəyanların meydana gəlmə hallarını nəzərə almalı, diqqətli olmalı və mövzuya həssaslıqla yanaşmalıdırlar. Məzhəbçiliyin güclənməsi, eləcə də xurafat meyillərinin çoxalması, dini təhsilin dünyəvi təhsilə qarşı qoyulması, qız uşaqlarının məktəbdən uzaqlaşdırılması, dini radikalizm fikirlərinin yayılması tendensiyalarının müşahidə edildiyinə diqqət çəkən sədr müavini cəmiyyətdə dinlə bağlı belə problemlərin yaranmasının arzuolunmaz hal olduğunu bildirib. Vurğulanıb ki, ideoloji sahədə yaranmış bütün bu problemləri həll etmək üçün dövlət qurumları ilə yanaşı, jurnalistlər də öz töhfələrini verməlidirlər.

Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin rolu böyükdür. Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub. Ölkəmizdə radikal dini cərəyanlara yer yoxdur. Media yalnız informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməli, hadisələrə münasibət bildirməlidir. Azərbaycan mediası tarixən əhalini maarifləndirmək yolunu tutub, dini xurafata qarşı kəskin mübarizə aparıb. Müəyyən məsələlərdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma söhbət ümummilli məsələdən gedəndə ortaq mövqe nümayiş etdirilməsi vacibdir. İctimaiyyət Azərbaycan mediasından məhz bunu gözləyir.
Azərbaycan çoxkonfessiyalı ölkədir və burada bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, bu mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Azərbaycanda mövcud dini durum, dindarlaşma prosesinin əsas istiqamətləri, qeyri-ənənəvi dini cərəyan və təriqətlərin fəaliyyəti ilə bağlı Dövlət Komitəsində mütəmadi təhlil işi aparır. Son dövrlərdə aparılmış təhlillərin nəticəsi deməyə əsas verir ki, ölkədə dini durumdakı sabitlik daha da möhkəmlənməkdədir. Həm hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm zərərli dini qrupların iqtisadi dayaqlarının məhv edilməsi, həm də intensiv maarifləndirmə işinin aparılmasıdır. DQİDK Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti ilə birgə mütəmadi reydlər keçirir. Dini təyinatlı ədəbiyyatın qeyri-qanuni satışının, dini radikalizm və ekstremizmin təbliğinin qarşısısı alınır. Təbii ki, medianın bu cür məlumatları düzgün formada cəmiyyətə çatdırması vacibdir.

Ümumiyyətlə, Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb. Demək olar ki, ölkənin bütün regionlarında dini icma nümayəndələri, dindarlar və ictimaiyyətlə silsilə konfranslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunur. Maarifləndirmə istiqamətində işlər elektron kütləvi informasiya vasitələri, mətbu orqanlar və Dövlət Komitəsi tərəfindən hazırlanan film, eləcə də nəşrlər vasitəsilə də həyata keçirilir. Məhz bu nöqtədə media işə qoşulmalı və görülən tədbirləri, onun cəmiyyət üçün nə dərəcədə vacib olduğunu aşılamalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, jurnalistlər dini mövzuda yazılar yazarkən bəzi məqamları nəzərə almalıdırlar. Bu gün dindən sui-istifadə, dini siyasiləşdirmək cəhdləri var. Eyni zamanda, dinlərin daxilində ayrı-ayrı cərəyanlar meydana gəlib. Xüsusən islam dini içərisində yaranan bu cərəyanların hansısa qolları Azərbaycana da gəlib çıxıb. Azərbaycan mediasında bəzən yanlış olaraq bu cərəyanları bir-birinə qarışdırırlar. Bəzən görürsən ki, bu cərəyanlarla əlaqədar yazılar yazarkən yerli-yersiz burada hansısa şəxsləri lider səviyyəsinə qaldırırlar. Biz mediaya bildirmək istəyirik ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Azərbaycan çox konfensiyalı ölkədir. Azərbaycanda ayrı-ayrı dini konfensiyalar bərabər şəkildə fəaliyyət göstərir.

M. Qurbanlı qeyd edib ki, Azərbaycanda dövlət-din münasibətlərində qarşıda duran 2 mühüm vəzifə var: “Birinci, dini radikal qruplara qarşı ideoloji sahədə mübarizəni gücləndirmək və burada medianın rolunu artırmaq və dini xurafata qarşı mübarizə aparmaq lazımdır. Dini xurafata qarşı tarixən bizim klassiklərimiz öz əsərlərində mübarizə aparıblar. Bu gün də bu mübarizəyə böyük ehtiyac var. Xurafat, cahillik bu gün də mövcuddur. Dini xurafatdan da sui-istifadə edirlər. Dini xurafatla dini radikalizm bir medalın iki üzüdür. Bunların hər ikisinə qarşı mübarizə getməlidir və burada medianın özünəməxsus yeri və rolu var”.

Rüstəm Cəfərov

Yazı Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Dini radikalizm və ekstremizm – milli təhlükəsizliyə əsas təhdidlərdən biri kimi” layihəsi çərçivəsində hazırlanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər