"Şuşa yerli və beynəlxaq səviyyəli tədbirlərə ev sahibliyi edir"«Şuşa mədəni ənənələrini bərpa edir. Ölkəmizin mədəniyyət paytaxtında yerli və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi artıq, xəyal deyil. Aprelin 22-də Şuşa daha bir mötəbər tədbirə ev sahibliyi etdi. Bu əzəmətli tədbirin Şuşa şəhərində keçirilməsi tarixi bir hadisə kimi yadda qaldı. Ulu Öndərin davamçıları Dünya Azərbaycanlılarının V Qurultayını Azərbaycanın mədəniyyət paytaxtında keçirdilər. Qurultayın adı «Zəfər qurultayı»dır və bu, təbiidir. Çünki, tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları bir araya gəlir, qurultay keçirir. Ötən qurultaylardan fərqli olaraq, dəvətlilər bu dəfə qalib xalqın nümayəndələri kimi məhz, Şuşa şəhərində bir araya gəldilər. Şuşada iki gün ərzində keçirilən tarixi Zəfər Qurultayına dünyanın 65 ölkəsindən diaspor nümayəndəsi qatılmışdı. Göründüyü kimi, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində diaspor təşkilatlarının fəaliyyəti yeni reallıqlar fonunda uğurla davam edir.

Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində qazanılmış nailiyyətlər ölkə daxilində milli birliyin təmin olunmasına, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə təkan olub. Qurultayda Şuşanın erməni vandalları tərəfindən dağıdılmış tarixi binalarının qarşısında quraşdırılmış tribunadan, həm dünya azərbaycanlılarına, həm, ermənilərə, həm də, illər boyunca işğala havadarlıq edən qüvvələrə önəmli mesajlar çatdırılıb.»

Avrasiya.net xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycan torpaqları və bu torpaqlarda yaşayan soydaşlarımız, tarix boyu erməni təcavüzkarlarının təzyiqlərinə, məkirli siyasətinə və insanlıq əleyhinə yönəlmiş amansız cinayət əməllərinə məruz qalıb. Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini pərdələmək və Azərbaycanı bu acı vəziyyətlə barışdırmaq məqsədi güdürdü. Azərbaycan təkcə Ermənistanla müharibəni aparmayıb, eyni zamanda Ermənistanın himayədarları ilə də müharibə aparıb və nəticədə Qələbə qazanıb. Məhz, ona görə də, bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti və beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb.

Deputat vurğulayıb ki, Azərbaycan Vətən müharibəsində qalib gələn və hazırda şərtləri diktə edən tərəfdir. Odur ki, Ermənistan hakimiyyəti, eləcə də Qarabağda sülhməramlı missiyanı həyata keçirən Rusiya tərəfi Azərbaycanın tələblərinə daha diqqətli yanaşmalı, mövcud problemlərin aradan qaldırılması, o cümlədən, nəqliyyat infrastrukturunun bərpası kimi aktual məsələlərə töhfə verməyə çalışmalıdır. Çünki, müharibə başa çatsa da, bizə qarşı olan ərazi iddiaları hələ ki, başa çatmayıb. İnformasiya təxribatları bu gün də davam edir. Azərbaycan təkcə döyüş meydanında və diplomatik masada qalib deyil, eyni zamanda informasiya və media müstəvisində də qalibdir və hələ də aktiv mübarizə aparır. Postmüharibə dövründə göstərilən səylər nəticəsində Ermənistanın və dünya erməniliyinin Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmalıdır.

K.Bayramov hesab edir ki, bütövlükdə müharibədə uğradıqları məğlubiyyətin ağır yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsli də daşıyacaq. Bu baxımdan da nə qədər ki, gec deyil, Ermənistan artıq aqressiv siyasət yürütməkdən əl çəkməli, region dövlətləri ilə ortaq nöqtələr tapmalıdır. Yalnız, belə olan halda Ermənistan düçar olduğu iqtisadi və siyasi çətinliklərin məngənəsindən yaxa qurtara bilər. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasəti, Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm qələbəsidir.

Ölkə Prezidenti hər zaman bildirirdi ki, biz heç vaxt Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik. Beləliklə də şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi. 20 faizə yaxın ərazimizin 27 ildən çox işğal altında qalması o torpaqlarımızın iqtisadi potensialından istifadəsinə imkan verməyib.

Artıq işğaldan azad olunan ərazilərimizin mövcud potensialını, xammal və təbii ehtiyatlarını və məhsuldar torpaq sahələrinin həcmini nəzərə alsaq, bərpa mərhələsindən sonra qısa zamanda həmin rayonlarımızda məhsul istehsalının 8 dəfəyə yaxın artacağı proqnozlaşdırılır. Bu, o deməkdir ki, çox qısa zamanda həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılmasını və güclü iqtisadi inkişafı müşahidə edəcəyik.

Xaricdə yaşayan azərbaycanlılarla bağlı düşüncələrini bölüşən,millət vəkili hesab edir ki, həmyerlilərimiz öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, sözün hər mənasında çox yaxşı olar.

Zəfər Qurultayının bağlanış mərasimində iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul olunub. Müraciətdə bildirilib ki, Qurultayın Şuşada keçirilməsi ciddi ictimai-siyasi hadisədir. Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Azərbaycan Ordusunun «Dəmir yumruq» əməliyyatının incəlikləri dünyanın müxtəlif hərbi mərkəzləri tərəfindən öyrənilməkdədir. Bağlanış mərasiminin sonunda Zəfər Qurultayı iştirakçılarının Dünya Azərbaycanlılarına, UNESCO-ya və BMT-nin Ətraf Mühit Proqramına (UNEP), eləcə də, Ermənistanın işğalı nəticəsində Azərbaycanda yaranmış mina problemi ilə bağlı beynəlxalq ictimaiyyətə müraciətləri və Qurultayın qətnaməsi qəbul edilib.
"Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilibÖtən gün "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası" tərəfindən "Aprel döyüşləri" şəhidlərinin xatirəsinə həsr olunmuş ümumrespublika seminarı keçirilib.

Avrasiya.net xəbər verir ki, Bakıda və müxtəlif rayonlarda fəaliyyət göstərən on altı klubdan yüzdən çox idmançının yer aldığı seminarda paytaxtın mərkəz klubları ilə yanaşı Ələt, Xəzər, Qaradağ, Xırdalan, Sumqayıt, Qəbələ, Quba, Qusar, Gəncə, Şamaxı kimi rayonlardan gələn idmançılar da fəal iştirak etmişlər.
İlk olaraq açılış sözü ilə iştirakçıları salamlayan "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov ölkədə idmanın mövcud vəziyyətindən, xüsusilə də yeni postpandemiya mərhələsinə qədəm qoyulmasından, ötən dövrdə dəymiş zərəri kompensasiya etmək üçün idmançıların üzərinə düşən yükdən danışaraq seminar iştirakçılarına müvəffəqiyyətlər arzulayıb.

Daha sonra federasiyanın prezidenti Aqil Acalov idmançılara görüləcək işlərdən, yeni plan və layihələrdən danışıb. O, qarşıda keçiriləcək yarışların anonsunu verərək idmançıları hər zaman hazır olmağa çağırıb.

Daha sonra çıxış edən "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın sədr müavini və “Qarabağ” idman klubunun rəhbəri Anar Səfərov qısa müddət əvvəl Əbu Dabidə keçirilən yarışda yer tutmuş idmançıları seminar iştirakçılarına təqdim edib. O, yeniyetmələr arasında 1-ci yer tutan Nicat Abdullayevə, uşaqlar arasında 2-ci yer tutan Harun Umarova və yeniyetmələr arasında 3-cü yer tutan Yəhya Hüseynova bundan sonrakı idman həyatında müvəffəqiyyətlər arzulayıb və onlarla fəxr etdiklərini bildirib.

Seminardan sonra attestasiya keçirilərək idmançılara növbəti dərəcələr verilib. Sonda idmançılara seminarda iştirakla bağlı sertifikatlar təqdim olunub.

Bununla yanaşı seminarda "Azərbaycan Braziliya Ciu-Citsu Federasiyası"-nın prezidenti Aqil Acalov da imtahan verərək bənövşəyi kəmərə layiq görülüb.

Baydenin ifadəsində xristian həmrəyliyi gizlənirAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı fikirlərinə dair Bəyanat qəbul edib. Bəyanatda deyilir:

"Aprelin 24-də, dünya erməniliyinin qondarma "erməni soyqırımının anım günü"nü qeyd etdiyi gün Co Bayden müraciətində "erməni soyqırımı" adlandıran ilk ABŞ prezidentidir. Bu açıqlama Baydenin prezident seçkiləri ərəfəsindəki təbliğat kampaniyasında ermənilərə verdiyi vədlərdə yer almışdı.

Türkiyə son 10 ildə regionun əsas oyunçusuna çevrilib və müstəqil siyasətini qoruyub saxlaya bilib. Bu gün regionda siyasi-iqtisadi problemlər Türkiyəsız həll oluna bilməz. Türkiyənin regionda artan nüfuzunu bəzi Avropa ölkələri, o cümlədən ABŞ həzm edə bilmir. Eləcə də, Türkiyənin Qarabağ məsələsində qəti mövqeyi də bu ölkələr tərəfindən müsbət qəbul olunmur. Digər tərəfdən Rusiya ilə əlaqələrin genişlənməsi və dərinləşməsi bu ölkələri qıcıqlandırır.

ALDP olaraq hesab edirik ki, Baydenin bu bəyanatın əsasında xristian həmrəyliyi nümayiş olunur.

ALDP hesab edir ki, biz milli birliyimizi türk və müsəlman dövlətləri ilə birlikdə qorumalıyıq. İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Şurası təcili olaraq toplanmalı və qondarma “erməni soyqırımı”nı pisləyərək Türkiyəyə dəstək bəyanat verməlidirlər.

ALDP olaraq bir daha qeyd edirik ki, ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi fikirlər tarixi həqiqətlərin təhrif olunmasıdır və heç bir sübutu olmayan tarixi hadisələrə indiki həssas məqamda qiymət verməyə cəhd göstərmək səhv addımdır.

ALDP hesab edir ki, biz qondarma “erməni soyqırımı” ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün birgə səylə çalışmalıyıq”.
FTX Solovyovu öldürmək istəyənləri saxladıKiyevin göstərişi ilə rusiyalı jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran neonasistlər saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“FTX Rusiya İstintaq Komitəsi ilə birlikdə ölkədə qadağan edilmiş “National Socialism/White Power” neonasist terror təşkilatının bir qrup üzvünü saxlayıb. Onlar Ukrayna Təhlükəsizlik Xidmətinin göstərişi ilə ictimai xadim, tanınmış jurnalist Vladimir Solovyovun qətlini planlaşdıran Rusiya vətəndaşlarıdır”, - məlumatda deyilir.

Qeyd olunur ki, axtarışlar zamanı 8 ədəd “Molotov kokteyli” tipli yandırıcı vasitə, 6 ədəd PM tapançası, 1 ədəd ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, mindən çox müxtəlif çaplı patron, narkotik vasitə, saxta Ukrayna pasportları tapılıb:

“Qrup üzvləri Solovyovun qətlinin hazırlanması ilə bağlı ifadə veriblər. Onlar qətldən sonra xaricdə gizlənməyi planlaşdırıblar”.
Bu “Azərsu əməkdaşı" vətəndaşları aldadır - FotoBakının Nizami rayonunda özünü Azərsu ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşları aldadan şəxs peyda olub.

ASC-dən Avrasiya.net-ə verilən məlumata görə, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən və qurumun xidməti geyimində olan bu şəxs sahibkarlardan su sayğacının quraşdırılması və dəyişdirilməsi müqabilində pul tələb edib. Məsələn, həmin şəxs Rövşən Rüstəmov küçəsi, 50A ünvanında yerləşən özəl uşaq bağçasına 80 manata su sayğacı quraşdırmağı təklif edib. Bundan sonra bağçanın rəhbərliyi məsələ ilə bağlı Nizami rayon Sukanal İdarəsinə müraciət edib. İdarənin əməkdaşları dərhal hadisə baş verən obyektdə olub. Həmin şəxs ərazidən uzaqlaşsa da, kamera görüntüləri əldə olunub. Ətrafda yerləşən obyekt və mənzillərin sahibləri də əvvəllər onlara qarşı belə halın baş verdiyini bildiriblər. Aşkar olunmuş fakt üzrə hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

"Xidməti vəzifələrini yerinə yetirən “Azərsu” əməkdaşlarından vəsiqə tələb edilməli, heç bir halda onlara nağd pul ödənilməməlidir. Vətəndaşlardan özlərini “Azərsu” işçisi kimi təqdim edən şəxslərin qeyri-qanuni əməlləri ilə rastlaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat vermələri, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirmələri xahiş olunur", - deyə qurum bəyan edib.
ADİİM layihəsini uğurla başa çatdırıbAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzinin (ADİİM) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Tolerantlığın, multikulturalizmin Azərbaycan modeli dünya mediasında” layihəsi çərçivəsində 2022-ci il fevral, mart və aprel aylarında həyata keçirdiyi layihəni başa çatdırıb.

QHT-nin mövzuyla bağlı hazırladığı 13 yazı rus, Ukrayna, ingilis, türk və ərəb dillərində Rusiya (Politrus.com), Ukrayna (asmedia.kiev.ua), Pakistan (pakistanintheworld.pk), Hindistan (muslimmirror.com), Türkiyə (sonnorta.haber.com, korodorqazetesi.com, cnghaber.com, guvenqazetesi.com.tr, konyabakis.com, haberx.com, adanamasasi.com, baskentpostasi.com, ankhaber.com, kastamonuhaberajansi.com),
Misir (rayetmisr.com) və Əlcəzairin (alharir.info) nüfuzlu saytlarında dərc olunub.

Adları çəkilən ölkələrin ictimaiyyəti Azərbaycanda tolerantlıq və multikultural dəyərlərin dövlət səviyyəsində qorunub saxlanıldığı və inkişaf etdirildiyi ilə bağlı bir daha məlumatlanıblar.
"ABŞ Prezidentini ədalətli siyasət yürütməyə çağırırıq"Milli Həmrəylik Partiyası ABŞ Prezidenti Co Baydenin qondarma erməni soyqırımını yenidən "soyqırım" adlandırması ilə bağlı bəyanat qəbul edib.

Bəyanatda deyilir:

Dünyanın istənilən siyasi lideri kimi ABŞ prezidenti Co Bayden də hansısa anım günü ilə bağlı Ermənistana da, dünya ermənilərinə də başsağlığı verməkdə sərbəstdir. Biz nə Baydenə, nədəki digər liderlərə bunu qadağan edə bilmərik. Ancaq onlar başsağlığı ilə tarixi məsələlərin dəyərləndirilməsini bir-biri ilə qarışdırmamalı və eyniləşdirməməlidir.

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması və bəzi Qərb liderlərinin də oxşar mövqe nümayiş etdirməsi yolverilməz haldır və ən yumşaq ifadə ilə desək, tarixə qarşı açıq-aşkar sayğısızlıqdır.

Dünya erməniçiliyinin uydurulmuş iddialarına söykənən 107 illik böyük yalanın – qondarma “ermən soyqırımı”nın anım günü şousuna bəzi liderlərin bu cür məsuliyyətsiz formada dəstək nümayiş etdirməsi və 1915-ci il hadisələri ilə bağlı növbəti dəfə qərəzli münasibət sərgiləyib, tarixi həqiqətləri təhrif etmələri həqiqətən də dərin təəssüf hissi doğurur.

Nəinki rəhbərlik etdikləri ölkələrin xalqlarının, həmçinin bütün bəşəriyyətin taleyi üçün məsuliyyət daşıyan liderlərdən birinin – Birləşmiş Ştatların prezidentinin qondarma “erməni soyqırımı”nı yenidən “soyqırım” adlandırması nə gerçək tarix anlayışı ilə üst-üstə düşür, nədəki heç bir mənəvi-etik çərçivələrə sığmır. Bu, tarixi həqiqətlərin və faktların “zorlanma”sıdır.

Hansısa geosiyasi mənafelər naminə və həm də Amerikadakı erməni lobbisinin, erməni kökənli seçicilərin xoşuna gəlsin deyə Baydenin eyni səhvi ikinci dəfə təkrarlaması ABŞ kimi superdövlət üçün rüsvayçılıqdır.

1915-ci il hadisələri elə də uzaq tarix deyil ki, həmin vaxt Birinci Dünya müharibəsinin fonunda həm bəzi Qərb ölkələri, həm də çar Rusiyası tərəfindən qızışdırılan ermənilərin Osmanlı Türkiyəsinə qarşı atdığı xəyanətkar addımlarını, onların türklərə qarşı törətdiyi kütləvi qırğınları və Osmanlı hökumətinin məcburi köç siyasətini həyata keçirməsini araşdırmaq mümkün olmasın. Erməniləri qızışdıran dövlətlərin də, ermənilərin törətdikləri vəhşiliklərin də yer aldığı bütün sənədlər, sübutlar həm Türkiyə arxivlərində, həm də dünyanın bir sıra arxivlərində, o cümlədən ABŞ-ın özündə saxlanmaqdadır.

Buyursunlar, tarixi faktların və həqiqətlərin obyektiv şəkildə araşdırılıb üzə çıxarılması üçün tarixçi alimlərdən ibarət beynəlxalq komissiya və ya Türkiyə və Ermənistanla birgə müştərək işçi qrup yaratsınlar və məhz həmin komissiya və ya qrupun ortaya qoyacağı nəticələr əsasında hökm versinlər. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan da bu barədə dəfələrlə çağırışlar edib. Lakin həm ABŞ prezidentləri, həm də ki, Ermənistan rəhbərləri Türkiyə liderinin bu çağırışlarına hər zaman səssiz qalıblar.

Onlar 1915-ci il hadisələrinin obyektiv surətdə araşdırılmasında maraqlı deyil. Bu mənada, real tarixi faktlara və beynəlxalq hüquqa söykənməyən açıqlamalar, bəyanatlar C.Bayden kimi liderlərə əsla başucalığı gətirmir. Nə Baydenin, nədəki digər liderlərin tarixə qarşı bu cür hörmətsizlik nümayiş etdirməyə, tarixi faktlarla spekulyasiya etməyə və həqiqətləri təhrif etməyə ixtiyarları yoxdur.

Ermənilər bütün dünyada tarix “oğru”su, tarix saxtalaşdırıcıları kimi tanınıb. Bayden kimi bir lider də “erməni qələmi”ndən çıxmış bəyanatla çıxış edib 1915-ci il hadisələrini “soyqırımı” kimi təqdim edirsə, deməli, o da erməni saxtakarlığına şərik çıxır, saxtakarların yanında yer alır. Biz buna təəssüf edir və tarixi faktları siyasi və geosiyasi maraqlar naminə saxtalaşdıran, təhrif edən ABŞ liderinə etirazımızı bildiririk.

Eyni zamanda sıravi amerikalıları da, Demokratlar Partiyasının təmsilçisi kimi prezident seçkilərində Baydenə səs vermiş seçiciləri də öz liderlərinin bu cür qərəzli bəyanatına fəal münasibət bildirməyə, rəsmi Vaşinqtonun ermənipərəst siyasətinə etirazlarını bildirməyə çağırırıq.

Ukraynada (Buçada) törədilmiş qətliamların soyqırım olub-olmadığına hüquqşünasların, məhkəmənin qərar verməli olduğunu söyləyən bəzi Qərb liderlərinin, 107 il bundan öncə baş vermiş hadisələri heç bir hüquqşünas, məhkəmə rəyi olmadan “soyqırımı” adlandırması əsl Qərbsayağı riyakarlıq və “ikili standart”lar fəlsəfəsindən çıxış etməkdir. Biz bu cür ədalətsiz mövqeyi rədd edir, “ikili standart”lar siyasətini qətiyyətlə qınayırıq.

ABŞ liderinin və onun bəzi həmkarlarının bu davranışı Türkiyəyə qarşı düşmənçiliyi körükləməkdən və eyni zamanda son zamanlar sürətlənməkdə olan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə zərbə vurmaqdan başqa bir şey deyil.

Milli Həmrəylik Partiyası olaraq qondarma “erməni soyqırımı” məsələsinin zaman-zaman siyasiləşdirilərək gündəmə gətirilməsi cəhdlərini qəbuledilməz hal kimi qiymətləndirir və hesab edirik ki, bu cür xoşagəlməz ənənəyə artıq son qoyulmalıdır. ABŞ prezidentini tarixi gerçəkliklərə hörmətlə yanaşmağa və ədalətli siyasət yürütməyə çağırırıq!
Ermənilərin “soyqırım”dan qazanc ümidi suya düşdüXarici dövlətlərin qondarma erməni soyqırımı haqda bəyanatları hüquqi deyil, siyasi qərarlardır.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “erməni soyqırımı” yalanları ilə bağlı heç bir məhkəmə qərarı olmadan bir çox dövlətin Türkiyəyə qarşı səsləndirdiyi ittihamlar haqda danışarkən deyib.

F.mehdiyev bildirib ki, o bəyanatların arxasında məhkəmə qərarı və araşdırması dayanmayıb:

“Təbii ki, bu məsələdə daha çox daxili auditoriya hesablanır. Məsələn, Kaliforniya kimi əyalətlərdə xeyli sayda erməni azlığı var. Onlardan səs almaq üçün hökumət bu addımı ataraq qondarma “soyqırım” haqqında bəyanatlar yayır. ABŞ belə bəyanat versə də, bu, reallıqda heç nəyi dəyişdirmir və heç bir hüquqi məsuliyyət yaratmır. Bu, ancaq Türkiyə ilə münasibətlərin pozulmasına gətirib çıxara bilər”.

Professor qondarma “soyqırım” barəsində məhkəmə qərarının olmamasının vacibiyini də qeyd edib:

“Bu qərar olmadığına görə qondarma ”soyqırım” aktına əsasən hansısa addım atmaq mümkün olmur. Əslində ermənilərin əvvəlki planı sığorta şirkətlərinə müraciət edib, iddia etdikləri “soyqırım”da ölən şəxslər üçün sığorta məbləği almaq idi. Bununla da həmin şirkətlər Türkiyəyə müraciət edərək həmin məbləği reqres qaydası ilə istəyəcəkdilər. Lakin məhkəmə qərarı olmadığına görə ermənilərin bu planları da suya düşdü”.
Türkiyəli reper faciəvi şəkildə öldüTürkiyəli reper Beta (Berk Bayındır) bu gün səhər saatlarında İstanbulun Kağıthanə rayonunda yaşadığı binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

31 yaşlı reperin ölüm səbəbi ilə bağlı dəqiq məlumat verilməyib.

Hadisə baş verən əraziyə polis və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisə zamanı evdə olan Berkin sevgilisi Gültəpə ifadəsi alınmaq üçün polis idarəsinə aparılıb.