“Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməlidirAnti-Azərbaycan mövqeli xarici KİV və təşkilatların ölkəmizdə fəaliyyət göstərməsinə qətiyyən yol verilməməlidir. Rusiyanın Azərbaycandakı təbliğat vasitələrindən biri olan “Sputnik” İnformasiya Agentliyinin Bakı filialı da anti-Azərbaycan mövqeyi ilə fərqlənir. “Sputnik”in baş redaktoru Marqarita Simonyanın qondarma “erməni soyqırımı”nı təbliğ etməsi və hər fürsətdə Azərbaycanı qaralaması azmış kimi indi də “Qarabağ Rusiyaya birləşdirilməlidir” kimi həyasız təkliflə çıxış etməsi sözügedən media qurumunun Azərbaycan ərazisində fəaliyyətini davam etdirməsini mümkünsüz edir.

Marqarita Simonyan bu cür hərəkətləri ilə ölkəmizə qarşı birbaşa təxribatla məşğuldur. Öz ərazi bütövlüyü uğrunda mübarizə aparan Ukrayna xalqına qarşı efirdən və sosial şəbəkələr üzərindən kin qusan M.Simonyan kimilərdən Azərbaycanın ərazi bütövlüyünə qarşı sayğı gözləməyimiz sadəlövhlük olardı.

Erməni xislətindən heç cürə əl çəkə bilməyən və separatçı fikirlər səsləndirən M.Simonyana da, onun rəhbərlik etdiyi media qurumuna da haqq etdiyi münasibəti sərgiləməliyik. “Sputnik Azərbaycan” agentliyinin fəaliyyəti qadağan edilməli, “jurnalist” qılafına bürünmüş qatı erməni separatçısı Marqarita Simonyanın özü isə “qara siyahı”ya salınmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İcra başçısı Şəhid aillərinin, müharibə əlillərinin, veteranların yaxın dostu adına layiq görüldüAzərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01.02.2022–01.06.2022-ci il tarixlərini əhatə edəcək, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini, Azərbaycanın sərhədyani Qərb bölgəsinin Qazax və Ağstafa rayonlarında şəhid ailələri, müharibə əlilləri, veteranları ilə sil-silə görüşləri davam edir.

Avrasiya.net xəbər verir ki, 12 aprel tarixində Qazax rayonunda ilk öncə, Azərbaycan Respublikası “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov, Fondun vitse-prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Ənvər Qarayev, Hüquqşünası, Qarabağ müharibəsinin veteranı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon şöbəsinin sədri Azər Məmmədovun, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon şöbəsinin sədri Xasay Balayevin və “Azərbaycan Əfqanstan Müharibəsi Veteranları” İctimai Birliyinin Qazax Rayon şöbəsinin sədri Nüsrət Aşurovun iştiakı ilə, Qazx rayonunda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq dərin etiramla yad edildi.

Elə həmən gündə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi ilə, icra aparatının məsul işçiləri, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Sərraf Orucov, Fondun vitse-prezidenti Ənvər Qarayev, Hüquqşünastı Fəqan Nəsibzadə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon şöbəsinin rəisi, polkovnik-leytenant Tural Məmmədov və şöbənin əməkdaşları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon Şöbəsinin sədri Azər Məmmədovun, “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Xasay Balayev, “Azərbaycan Əfqanstan Müharibəsi Veteranları” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Nüsrət Aşurovun iştiakı ilə baş tutaraq, rayon rəhbərliyinə həyata keçirilən layihənin məqsəd və məramı haqında ətraflı məlumat verildi.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov həyata keçirilən bu vətənpərvər və xeyriyəçilik məqsədi ilə həyata keçən, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini müsbət qiymətləndirdi. Həyata keçirilən layihənin Qazax rayonunda səmərəli həyata keçirilməsi və hər cürə şərait yaradılaması üçün icra aparatının məsul işçilərinə, idarə, müəssisə rəhbərlərinə xususi olara tapşırıq verdi.
İcra Hakimiyyətinin başçısı Cənab Rəcəb Babaşov, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun kolektivini dinlədikdən sonra, aprel ayı tarixi aya təsadüf etdiyi üçün ilk görüş Qazax rayonunda ucaldlmış Şəhidlər kompleksinin qarşısında, Birinci Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi şəhid ailələri, əlilləri, Aprel və Tovuz döyüşlərinin şəhid ailələri, KİV nümayəndələri iştirakı ilə yığıb ilk öncə Şəhidləri ziyarət edərək onların xatirəsini əziz tutaqaq yad edək. Sonrada layihə öz işini Qazax rayonunda icra edərək həyata keçirilsin.

Aprelin 13-də Şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında təşkil olunmuş görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Azərbaycan Respublikasının “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax Rayon Şöbəsinin, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax Rayon Şöbəsinin, idarə, müəssisə rəhbərləri, Birinci Qarabağ müharibəsi əlilləri, veteranları, Vətən müharibəsi şəhid ailələri, əlilləri, Aprel və Tovuz döyüşlərinin şəhid ailələri, KİV nümayəndələri əvvəlcə Şəhidlər xiyabanında memorial abidə önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. İgid Vətən oğullarının müqəddəs ruhuna dua oxundu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq iştirakçıları və qonaqları salamlayıb, tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Layihə barədə fikirlərini bölüşən icra başçısı şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə bağlı layihənin keçirilməsinə görə razılığını bildirib. İcra başçısı 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən söz açaraq bu gün qalib dövlətin qəhrəman xalqı olaraq şanlı qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. İcra başçısı 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazax elindən də 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını, onların daim bizim qəlbimizdə əbədi yaşayacağını qeyd etddi.

Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Qazaxda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunduğunu, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Rayon rəhbəri şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərdən danışaraq Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə “Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Qanları ilə dastan yazanlar” kitabının yazılmasını, Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 339 nəfər şəhidin xatirəsinə guşənin yaradılmasını, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidlərinin lövhələrinin vurulmasını, N.Nərimanov küçəsində Vətən müharibəsi şəhidlərinin xatirələrini əbədiləşdirən Abidə Kompleksinin inşa olunmasını, ətraf ərazidə parkın salınmasını bu istiqamətdə atılan addımların əyani sübutu kimi qeyd edib. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Rayon rəhbəri bildirib ki, aprelin 12-də Respublika Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə dövlət başçısının qeyd etdiyi kimi: “Bizim şəhid ailələri, müharibə əlilləri üçün inşa etdiyimiz evlərin, mənzillərin sayı artır. Bu, həm işğal dövründə prioritet məsələlərdən biri idi və İkinci Qarabağ müharibəsindən sonra bu məsələlər öz həllini tapır. Burada məsələ qoyulmuşdur ki, şəhid ailələrinin – həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin şəhid ailələrinin, müharibə əlillərinin yaşayış məsələləri tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli addımlar atılmışdır”.

“Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti Sərraf Orucov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhid ailələri, müharibə əlilləri, veteranları qarşısında baş əydiyini qeyd edib. Səmimi münasibətə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə razılığını bildirib. Qazaxda şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən dövlət qayğısına, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə görə icra başçısına dərin minnətdarlığını çatdırıb. “Şəhidlərimiz tək sizin övladınız deyil, onlar hər birimizin övladı, doğması, əzizidir. Doğmanız olaraq gəldik ki, sizlərlə görüşək”, – deyən natiq həyata keçirilən layihənin də məhz bu doğmalığı çatdırmağa xidmət etdiyini söyləyib. S.Orucov Ulu Öndər Heydər Əliyev tərəfindən şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirildiyini, Fond olaraq həyata keçirilən layihə ilə dövlətin göstərdiyi diqqət və qayğıya töhfə verməyə çalışdıqlarını qeyd edib.

Həyata keçirilən layihə barədə məlumat verən S.Orucov qeyd edib ki, əsas məqsəd 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuş oğullarımızın ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqlarının Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır. Fond rəhbəri bildirib ki, layihə çərçivəsində qeyd olunan problemlərin həlli ilə bağlı aidiyyəti olan Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməkdaşlıq edərək Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olanların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım göstəriləcəkdir. Həmçinin, Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik olunacaqdır.

S.Orucov qeyd edib ki, vətəndaş olaraq bilməliyik ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır. Fond rəhbəri bildirib ki, layihənin icra planına əsasən mart, aprel və may aylarında adları qeyd olunan Bakı şəhərinin Səbail rayonunda və Qazax, Ağstafa rayonlarında, aidiyyəti olan qurumlarla birlikdə əməkdaşlıq edərək şəhid ailələri, müharibə əlilləri və veteranlarının iştirakı ilə onlara verilmiş tibbi və sosial imtiyazlar barəsində maarifləndirmə işləri aparılması nəzərdə tutulub. S.Orucov sonda bir daha Qazaxda şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərilən qayğıya görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Onlara olan qonaqpərvərliyə və layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.

Sərraf Orucov çıxışının sonunda, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsi çərçivəsində, Qazax, Tovuz, Ağstafa rayonlarının Şəhid aillərinə, müharibə əlillərinə, vetranların və adı çəkilən rayonların ictimayyət nümayəndələri arasında keçirilmiş sosiloji-sorğular nəticəsində, Qazax rayon İcra Hakimiyyətinin Başçısının xeyirxaq əməlli xidmətləri hakda soylədiyi fikirlərini və Qazx rayonunda şəhidlərə yüksək dəyər verərək ucaldılmış 2 Möhtəşəm Şəhidlər Konplekstinin tikintisini nəzərə alaraq, Azərbaycanda Dovlətə və Xalqa öz nümunəvi xidmətləri ilə sayılan, Qazax rayon İcra Hakimiyyətinin Başçısı Cənab BABAŞOV RƏCƏB ABIŞ oğlu, Azərbaycan dövlət siyasətinin həyata keçirilməsində, Azərbaycan vətəndaş cəmiyyətinin inşişafında, gənclərin vətənpərvərlik ruhunun aşılamasındakı xidmətlərini və Şəhid aillərinə, müharibə əlillərinə, vetranlara göstərdiyi diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivi adından TƏŞƏKKÜRNAMƏ və XEYİRXAQ-MƏRHƏMƏD medalı ilə təltif edərək, Şəhid aillərinə, müharibə əlillərinin, vetranların yaxın dostu adına layiq görüldü.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirin sonuda şəhid ailələri, müharibə əlilləri və veteranları adından Fondun nümayəndələrinə igid Vətən oğullarının adı ilə bağlı layihənin həyata keçirilməsinə görə razılığını ifadə edib, minnətdarlığını və təşəkkürünü çatdırdı.

Səmimi söhbət əsasında keçən görüşün sonunda xatirə şəkli çəkildi.
Gənclərə sağlam yaşamağın sirləri açıqlanıb15 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Davamlı Turizmin İnkisafına Dəstək” İctimai Birliyi tərəfindən "Hər kim 100 il yaşamasa günah onun özündədir. Sağlam yaşa 100 yaşa" layihəsi çərçivəsində sağlam həyat tərzi ilə bağlı layihədə nəzərdə tutulmuş dördüncü təlim Sumqayit Gənclər evində keçirilmişdir. Təlimdə 15 gənc sağlam həyat tərzinin qaydaları ilə bağlı məlumatlandırılmışdir.

İlk əvvəl layihənin rəhbəri Nərminə Qəribova təlim iştirakçılarını salamlayaraq layihənin məqsədi və donoru haqda məlumat vermiş, sonra təlimdə iştirak edən psixoloq Günay  Qasımova təlim iştirakçılarına depressiya hallarına erkən müdaxilə ilə qarşısının alınması, stresin idarə olunması, zərərli vərdişlərin mənfi təsirləri və layihədə nəzərdə tutulan digər psixoloji vacib məqamlar haqqında ətraflı məlumat vermisdir. Psixoloqun çıxışı gənclər tərəfindən xüsusi maraqla qarşılanmis qarşılıqlı sual cavab olmuşdur.

Təlimdə iştirak edən həkim Mətanət Qaraxanova isə sağlam həyat tərzinin qaydaları, düzgün qidalanma, düzgün yuxu rejimi, sağlam həyat üçün ən vacib amillərlə bağlı geniş məlumat vermisdir.

Gənclərin marağı və aktivliyi bu kimi tədbirlərin həyata keçirməsinə ehtiyac olduğunu təkrar sübut etmişdir.
Tədbirdə çay, kofe və nahar yeməyi verilməsi daha isti və səmimi mühit yaratmışdı.

Təlimin sonunda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuş, günün sonunda iştirakçılara paylanması üçün bukletlər təqdim edilmişdir.
Layihə dövründə Healtway qrupunun dəstəyi və iştirakçıların köməyi ilə özündə sağlam həyat tərzinin qaydalarını əks etdirən ümumilikdə 1500 buklet paylanmışdır.

Layihədə Bakı və Sumqayit şəhərlərində keçirilmiş 4 tədbirdə ümumi 60 gəncin maarifləndirilmisdir.
Bu qədər gəncin və bukletlər vasitəsi ilə məlumatlanmış digər şəxslərin adından Azərbaycan Respublikası Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyinə dərin təşəkkürümüzü bildiririk.
DİN blogerin saxlanılması ilə bağlı məlumat yayıbDaxili İşlər Nazirliyi (DİN) Bakıda bloger Cəmil Quliyevin saxlanılması ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Avrasiya.net-ə daxil olan məlumatda deyilir:

"Bakı şəhər sakini olan Cəmil Quliyev narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb və Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə gətirilib. Onun üzərindən şəxsi istifadəsi üçün əldə etdiyi psixotrop maddə metamfetamin aşkar edilib. Cəmil Quliyev barəsində toplanan material məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs 2 ay müddətinə inzibati qaydada həbs edilib".

Qeyd edək ki, C.Quliyev sosial şəbəkələrdə “jam_guliyev” kimi tanınır. Onun sosial şəbəkələrdə narkotik istifadə edərkən görüntüləri yayılmışdı.
52-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədiRusiya Müdafiə Nazirliyi müharibənin 52-ci günü üçün Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.

Bu barədə Rusiya MN-in rəsmisi general-mayor İqor Konaşenkov bildirib.

“Hərbi əməliyyatların başladığı gündən indiyə qədər Ukraynanın 133 təyyarəsi və 458 PUA-sı, 246 zenit-raket kompleksi, 2246 tank və digər zirehli texnikası, 252 reaktiv yaylım atəş sistemi, 981 artilleriya və minaatanı, 2146 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - Konaşenkov deyib
QHT sonuncu maarifləndirici tədbirini Zaqatalada keçirib“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “ Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layihəsinə Zaqatala rayonunda yekun vurmuşdur.

Rayonun H. Əliyev Mərkəzində keçirilən tədbirdə Gənclərin Karyera mərkəzinin nümayəndələri, İqtisad Universitetinin Zaqatala filialının tələbələri, Peşə Təhsili məktəbinin şagirdləri və rayon gəncləri iştirak etmişlər. Tədbiri H. Əliyev mərkəzinin əməkdaşı Nərmin İbrahimova açaraq iştirakçıları salamladı və narkomaniyanın ümumbəşər bir bəla olduğunu qeyd etdi.

Zaqatala RPŞ- in narkotiklərlə mübarizə qrupunun rəhbəri Fərid Hüseynov narkomaniyanın cəmiyyətimizə gətirdiyi bəlalardan geniş məlumat verdi. O qeyd etdi ki, narkomanlar təkcə xəstə deyil, eyni zamanda cinayətə meyilli insanlardır. Onlarla mübarizə fərdi qaydada yox, cəmiyyət olaraq hamılıqla mübarizə aparılmalıdır. Sonda natiq bu sahədə daha ciddi mübarizə aparılması üçün yeni qanunların nəzərdən keçirildiyini qeyd etdi.
Təşkilatın nümayəndəsi Tələt Qəribov narkomaiyanın cəmiyyətə gətirdiyi bəlalarıdan geniş danışdı.

Ailədaxili cinayətlərin artması, Boşanma hallarının çoxalması, Yol nəqliyyat hadisələrinin çoxalması, Xəstə doğulan uşaqların sayında artım və. s. bu kimi halların artmasının kökündə narkomaniya dayanır. Psixoloq həkim Rauf Nurayev narkotik və psixotrop maddələrdən istifadə edənlərdə baş verən psixolji dəyişiklərdən danışdı. İştirakçılardan Şahnaz Şıxnəsirli vəİndra Abdullayeva mövzuya aid suallar və təkliflər səsləndirdilər
Dövlət Vergi Xidməti sahibkarlara müraciət edibBu ilin I rübü üzrə sadələşdirilmiş vergi bəyannaməsi və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) aprelin 20-dən gec olmayaraq təqdim olunmalıdır.

Avrasiya.net xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.

Qurum bəyan edib ki, bəyannamələr vaxtında təqdim olunmadığı halda vergi ödəyicisinə hər bir bəyannamə üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilir.
Paşinyan Gümrüyə getdi - Baş nazirə qarşı aksiya keçirildiErmənistanın baş naziri Nikol Paşinyan Gümrü vilayətinə gedib.

Ermənistan KİV xəbər verir ki, Paşinyanın səfəri fonunda “Razı deyiləm” hərəkatı Gümrüdə etiraz aksiyası təşkil edib. Onlar küçədə “razı deyiləm” yazısı olan lentlə dayanaraq səssiz aksiya keçirib və bununla da Paşinyanın siyasətindən narazı qaldıqlarını bildiriblər.

Aksiyanın keçirildiyi yerə çoxlu sayda polis əməkdaşı cəlb olunub.
Ukraynalı nazir: "700 hərbçi və 1000 mülki şəxs Rusiya əsirliyindədir”Hazırda yarısı qadın olan 1000-ə yaxın ukraynalı mülki şəxs və 700 hərbçimiz Rusiyanın əsir və girovudur.

Modern.az “Unian”a istinadən xəbər verir ki, bunu Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk bildirib.

"Ruslar 1000 nəfərə yaxın mülki şəxsi girov kimi ələ keçiriblər. Onların da yarısı qadındır. Dəfələrlə təkrar etmişik, bəlkə Rusiya məni eşidər, biz hərbçiləri mülki şəxslərlə dəyişmirik. Bu, Cenevrə Konvensiyaları ilə qadağandır. Biz tələb edirik ki, onlar azadlığa buraxılsınlar”.

Hərbçi əsirlərə gəlincə, İrina Vereşçuk deyib ki, Ukrayna tərəfində 700 rus əsgər və zabit var, elə eyni sayda da ukraynalı hərbçi Rusiya əsirliyindədir.

O, Rusiya tərəfini əsir və girovları Cenevrə Konvensiyalarına uyğun dəyişməyə çağırıb.

Qeyd edək ki, indiyədək Rusiya və Ukrayna arasında dörd dəfə əsir mübadiləsi aparılıb.

İlk tam hüquqlu hərbi əsir mübadiləsi martın 24-də baş tutub - Ukrayna 10 işğalçı müqabilində 10 hərbçisini geri qaytarıb.

Aprelin 1-də əsirlərin ikinci mübadiləsi olub: Ukrayna 15-i qadın olmaqla 86 hərbçisini geri qaytara bilib.

Üçüncü əsir mübadiləsi aprelin 9-da baş tutub - 12 hərbçi və 14 mülki şəxs azad edilib.

Aprelin 14-də dördüncü mübadilə zamanı 22 hərbçi və 8 mülki şəxs Ukraynaya qaytarılıb.
Çin J-20 qırıcılarını bu bölgəyə yerləşdirirÇin Şərqi və Cənubi Çin dənizlərinə ən müasir qırıcıları olan J-20-ləri yerləşdirir.

Axar.az xəbər verir ki, bu barədə CNN kanalı məlumat yayıb.

Bildirilir ki, qırıcılar bölgədə patrul fəaliyyətlərini yerinə yetirəcəklər.

Qeyd edək ki, Çin, demək olar ki, bütün Cənubi Çin dənizinin suveren ərazisi olduğunu iddia edir.