Azərbaycan dünyaya tarixi qələbəsinin qəbul etdirdiMalik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri


12 aprel 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirildi. Müşavirədə cari ilin birinci rübünün yekunları, qarşıda duran vəzifələr və ilin sonuna qədər olan planlar müzakirə olunmuşdur. Prezident İlham Əliyev çıxış edərək ilin üç ayının ölkəmiz üçün uğurlu olduğunu və bu uğurun ötən ildə əldə olunmuş uğurların davamı kimi qiymətləndirmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında demişdir: “Keçən il ölkəmizin həyatında çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə ki, müharibədən sonrakı dövr üçün keçən ilin çox böyük əhəmiyyəti olmuşdur. Bizim əsas məqsədimiz keçən il həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi və hər iki istiqamət üzrə nəticələr göz qabağındadır”. Bəli Azərbaycan dünyaya öz tarixi qələbəsinin qəbul etdirdi və həm də azad edilmiş torpaqlarda bərpa işlərinə başladı. O cümlədən Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təkliflərini irəli sürüb və irəli sürülən təkliflər artıq Ermənistsn tərəfindən qəbul edilir. Bununla da Azərbaycan ərazi bütövlüyünü təmin edir və Ermənistan ərazi iddiasından əl çəkir.

Prezident İlham Əliyev çıxışında bununla bağlı deyib: “Bildiyiniz kimi, Azərbaycan iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir və Ermənistan tərəfi də bu təklifə müsbət yanaşmışdır və Brüssel görüşünə qədər artıq bu açıqlamalar verilmişdir. Brüssel görüşündə isə mən bunu özüm üçün, sadəcə olaraq, daha da yəni, aydınlaşdırmaq istəyirdim və aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul edir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, - bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər bu 5 prinsipin tərkib hissəsidir. Bu, çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli əlaqələrin normallaşdırılması üçün əsas şərtdir”.

Buradan məlum olur ki, müharibədən sonra aparılan siyasət doğrudur və Azərbaycanın ərazi bütövlüyünə, gələcəyinə və inkişafına hesablanmışdır. Prezident İlham Əliyevin 2021-ci ildə Füzuli, Şuşa, Zəngilan, Laçın, Cəbrayıl, Xocavənd, Ağdam, Kəlbəcər və Hadruta etdiyi səfərləri, işğaldan azad edilmiş ərazilərin bərpası, Ağdam və Füzuli şəhərlərinin baş planlarının təsdiq edilməsi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazilərində yaşayış binalarının təməlinin qoyulması, Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verilməsi, cari ildə “Zəfər Yolu”nun açılışı, Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan, Qubadlıda yarımstansiyaların, “Güləbird” və “Kəlbəcər-1” su elektrik stansiyasının istifadəyə verilməsi bunun bariz nümunəsidir. Bununla yanaşı Qarabağda yolların, habelə telekommunikasiya şəbəkələrinin qurulması və rabitə xidmətlərinin təşkili üzrə işlər davam etdirilir.

Prezident İlham Əliyev bu il Qarabağda görüləcək işlərlə bağlı da məlumat verib: “Mən demişəm, Qarabağı da, Zəngəzuru da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır. İnsan hüquqları ilə məşğul olanlar, ədalət prinsiplərini rəhbər tutanlar heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və ikili standartlardan kənar olsunlar. Bir sözlə, bu mənzərə hər şeyi necə deyərlər, göstərir. Bu ilin üç ayında əldə edilmiş iqtisadi nailiyyətlər əminəm ki, ilin sonuna qədər davam edəcək. Çünki biz görürük ki, buna nail olmaq üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq”.

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan münasibətlərinə və 10 noyabr Bəyannaməsinə münasibət bildirərkən deyib: “Mən bir məsələyə də diqqət yetirmək istərdim. Ermənistan da görməlidir ki, o, bizim planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə keçid verməsə, özü itirəcək və birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş olacaq. Çünki 10 noyabr Bəyannaməsində açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında əlaqə olmalıdır və bu, Ermənistanın öhdəliyidir. Əgər o, öz öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə bağlı heç bir məsuliyyət daşımayacağıq. Onlar bunu bilməlidirlər, vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə gec-tez nail olacağıq. Daha yaxşı olar ki, onlar özləri də bir az cəld tərpənsinlər. Yoxsa yenə də dalan kimi qalacaqlar”.
“Sputnik”, idi... domoyAzərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır

Təkcə Azərbaycana və Türkiyəyə deyil, bütövlükdə sivil bəşəriyyətə nifrət bəsləyən Marqarita Simonyan adlı quduz itin rəhbərlik etdiyi təbliğat və təxribat vasitələrinin Azərbaycandakı törəməsi haqqında çox yazmışam. Və hər dəfə “simonyanizm”ə yoluxanların, əl və yal buruqçularının üstüörtülü təhdidlərinə məruz qalmışam. Simonyan(ın) itinə xidmət etdikləri azmış kimi utanmadan, həya etmədən bu qatı Azərbaycan, Türkiyə və insanlıq düşməninin müdafiəsinə qalxıblar. Bunu bacarmayanda isə, ən azı sosial şəbəkələrdə paylaşdığım yazılara gülüş işarələri qoymaqla ürəklərini soyutmağa çalışıblar. Və mən bu gün də anlaya bilmirəm ki, mediaya heç bir aidiyyatı olmayan, bütün dünyanın ikrahla yanaşdığı, yalan və böhtançılığın, ləyaqətsizliyin, simasızlığın, antihumanizmin, ədalətsizliyin, qərəzin, qeyri-obyektivliyin və ən başlıcası isə vicdansızlığın bənzərsiz nümunələrindən birinin - “Sputnik” “agentliyi”nin törəmə müəssisəsi hansı səbəblərdən Azərbaycanda fəaliyyət göstərir. Bu nonsensdir! İllərdir bu “agentlik” adlanan zibil torbası üzərimizə üfunət yağdırır və biz də media adına ləkə olan Marqarita Simonyan kimi heç bir dəyər tanımayan siyasi və mənəvi əxlaqsıza məxsus törəmə təxribat resursunun ölkəmizdə fəaliyyət göstərməsinə imkan yaradırıq. Hələ bu azmış kimi, ölkədə fəaliyyət göstərən kabel televiziyaları da abunəçilərinə Simonyanın və ondan heç nə ilə fərqlənməyən digər xəstə ultramillətçilərin, neoimperialistlərin təbliğat resurslarını sırıyırlar. Bizi üstümüzə püskürdülən zəhəri, əleyhimizə aparılan təbliğatı, saysız-hesabsız təxribat xarakterli informasiyaları, milli identikliyimizə, birliyimizə, bütövlüyümüzə qarşı aparılan hibrid müharibəsinin elemetlərini öz pulumuzla almağa məcbur edirlər. Pul verib ideoloji zəhər alırıq! Bunun başqa heç bir izahı yoxdur.

Marqarita Simonyanın baş redaktor vəzifəsində çalışdığı “Rusiya bu gün” (Rossiya seqodnya) beynəlxalq media qrupu özəl müəssisə deyil. Qrupun tərkibində RİA NOVOSTİ FEDERAL DÖVLƏT UNİTAR MÜƏSSİSƏSİN yer aldığını nəzərə alsaq, digər resirslarla, o cümlədən “Sputnik” agentliyi ilə bağlı da nəticə çıxara bilərik. Marqarita Simonyan Rusiyanın DÖVLƏT agentliyinin rəhbəridir və onün bütün sərsəmləmələrinə, separatçı-terrorçu açıqlamalarına, təxribat xarakterli davranışlarına görə də məsuliyyəti rəsmi Moskva daşıyır. Rusiya siyasətçiləri və media resursları bir qayda olaraq, özlərindən başqa hamını ikili standartlarda günahlandırırlar. Bu qəbildən olan ittihamların əhəmiyyətli hisəsi isə, şübhəsiz ki, Rusiyanın özünü qarşı tərəf elan etdiyi Qərbə ünvanlanır. Qərbi başa düşdük...

Anladıq ki, Qərb özünü qəribə aparır, özündən olmayanların fikirlərini qəribçiliyə, qlobal miqyasda özünüifadə imkanlarını qəlibə salır. Bəs Rusiya? Dost dediyi nədir, düşmənçilik etdiyi nə... “Sputnik”, “RİA Novosti”, “Russia today” və bu kimi resursların rəsmi Moskvanın qəzəbinə tuş gələn, Kremlin təbliğatını körükləyənlərin “qərəzli”, “ədalətsiz”, “feyk istehsalçısı” elan etdiyi Qərb mediasından fərqi nədir? Fərqi var, əlbətdə... Qərbin qərəzli media resirslarının etdiklərini Rusiyanın “kütləvi informasiya vasitələri” daha qəzəbli, daha bəsit, daha arqumentsiz, daha qeyri-peşəkar şəkildə təkrarlayırlar. Vəssalam! Simonyanların qəzəbdən əyilmiş üzlərini, hədəqədən çıxmış gözlərini görmək yetərlidir ki, bu təbliğat-təxribat-media zombilərinin yeddi arxa dönənini elə onların öz üslubunda yad edəsən...

Azərbaycanın informasiya məkanı bütün təbliğatçı-təxribatçı “media” resurslarının üzünə bağlanmalıdır. “Sputnik” agentliyinin törəmə müəssisəsi olan “Sputnik Azərbaycan”ın Azərbaycanda fəaliyyət göstərməsi üçün heç bir hüququ və mənəvi əsas, həmçinin zəmin yoxdur. Ölkəmizin ictimai rəyinə ideoloji zəhər püskürən resursların ölkə ərazisində və ərazisinə yayımı dayandırılmalıdır.

Artıq dünyanın bir çox ölkələri, ö cümlədən Avstraliya, Böyük Britaniya, ABŞ, Kanada, Avropa İttifaqına üzv olan bütün dövlətlər “Rusiya bu gün” (Rossiya seqodnya) beynəlxalq media qrupuna məxsus resursları feyk məlumat yaydıqlarına, informasiya təxribatı törətdiklərinə, ictimai maraqlara zərbə vurduqlarına görə bloklayıblar, törəmə müəssisələrinin isə lisenziyalarını geri alıblar.

“Sputnik”i isə Azərbaycandan göndərməyin vaxtı çoxdan çatıb... Həm də layiq olduğu tərzdə: “Sputnik”, idi... domoy!

Elçin Mirzəbəyli
İctimai Şura sədri Vilayət Eyvazovla görüşübAprelin 13-də DİN yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev Daxili İşlər nazirı Vilayət Eyvazovla görşüb.

Görüşdə nazirliklə İctimai Şuranın əməkdaşlığı, planlaşdırılan fəaliyyətlər, gözləntiləri müzakirə edilib.

Vilayət müəllim DİN tərəfindən cinayətkarlığa qarşı mübarizə, narkotiklərin qanunsuz dövriyyəsinin, məişət zorkalığı hallarının qarşısının alınması, ictimai asayişin təmin edilməsi ilə əlaqədar görülən tədbirlər, aparılan islahatlar barədə məlumat verrib.

Nazir bir daha bəyan edib ki, DİN bütün bu istiqamətlər üzrə vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıqda maraqlıdır və Nazirlik ictimai iştirakçılığı vacib hesab edir. O, son vaxtlar, xüsusən narkotik vasitələrin qanunsuz dövriyyəsi, cinayətkarlığa qarşı mübarizə sahəsində ictimai dəstəyin, vətəndaşların neqativ hallar barədə polisi məlumatlandırmasının verdiyi töhfələri xüsusi qeyd etdi. Narkomaniyaya qarşı mübarizə, məişət zorakılığı hallarının qarşısının alınması, preventiv tədbirlərin görülməsi sahəsində aparılan işlərin səmərəsinin əhəmiyyətli dərəcədə ictimai dəstəkdən asılı olduğunu bildirdi.

Bir daha İctimai Şuranın bu məsələlərdə fəal fəaliyyət göstərməyəi və digər vətəndaş cəmiyəti təşkilatlarını da təşviq etməyə, əlaqələndirici rolunu oynamağa dəvət etdi.

Polis orqanları tərəfindən vətəndaş müraciətlərinə baxılması sahəsində müşahidə etdiyimiz problemləri çox açıq müzakirə etdik. İctimai Şura üzvlərinin məlumat əldə etdiyi və şahidi olduğu, araşdırdığı neqativ hallardan diqqətçəkən keyslər kimi söz açdım.

Nazir bu cür neqativ halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verdi.
İctimai fəal Bəxtiyar Hacıyevin İctimai Şuraya müraciətləri, bu müraciətlərdə qaldırdığı məsələlər, hüquqlarının pozulması ilə bağlı Şuranın iclasında dediklərini diqqətə çatdırdım. Nazir DİN tərəfindən B.Hacıyevin bütün müraciətlərinə cavab verildiyini, onun narazı qaldığı məsələlər barədə təkrar müraciət etmək, digər orqanlara şikayət etmək hüququnun olduğunu bildirdi. Qeyd etdi ki, DİN Bəxtiyar Hacıyevin müraciətləri əsasında müvafiq araşdırmalar aparıb və nəticəsi barədə onu məlumatlandırıb.

Polis əməkdaşlarının qanunları pozması, kobud rəftar etməsi, zor tətbiq etməsi və digər hüquqazidd əməllər törətməsi barədə bütün müraciət və şikayətlər obyektiv araşdırılır, bu cür əməllərə yol vermiş əməkdaşlar barədə sərt tədbilər görülür. Nazirlik mütəmadi olaraq bu barədə məlumatı ictimaiyyətə açıqlayır.

Nazir İctimai Şuranın polisin fəaliyyət istiqamətləri ilə bağlı monitorinqlər aparılması, ictimai nəzaərt tədbiləri təşkil etməsi təkliflərini dəstəklədyini qeyd etdi. Bildirdi ki, polislə cəmiyyət arasında etimadlı münasibətlər yaradacaq, neqtiv halların həllinə imkan yaradacaq bütün təşəbbüsləri dəstəkləməyə hazırdırlar. Qeyd etdi ki, Nazirlik cəmiyyətlə kommunikasiyaya böyük önəm verir, bu məqsədlə hazırda sosial şəbəkələr də daxil olmaqla bütün mümkün kommunikasiya kanalları yaradıılıb.

Daxili İşlər Naziri yaxın vaxtlarda İctimai Şura üzvləri ilə görüş keçiriləcəyini və Şuranın təklifləri, qaldırdığı məsələlər barədə müzakirələr aparılacağını da qeyd etdi.
Azərbaycanda tələbə vəfat etdiAzərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi vəfat edib.

Avrasiya.net xəbər verir ki, universitetin Magistratura və Doktorantura şöbəsinin Davamlı təhsil və innovasiyalar bölməsində təkrar ali təhsil alan Sevda Yusubova 34 yaşında dünyasını dəyişib.

O, uzun müddətdir onkoloji xəstəlikdən (mədə xərçəngi) müalicə alırmış.

Allah rəhmət eləsin!
“Ukraynada xüsusi əməliyyat tezliklə başa çatacaq” - Rusiyalı senator“Rusiyanın Ukrayna və Donbasdakı xüsusi əməliyyatı tezliklə başa çatacaq”.

Modern.az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının üzvü Andrey Klimov deyib.

Onun sözlərinə görə, Rusiya "xüsusi əməliyyat"ın keçirilməsini qəsdən “uzatmaq” niyyətində deyil.

Andrey Klimov bildirib ki, “hərbi mərhələnin” başa çatması üçün şərt Ukraynanın Rusiya və dünya üçün təhlükəsiz dövlətə çevrilməsi idi.

Klimov əlavə edib ki, bunun üçün Rusiya nüvə obyektlərinin təhlükəsizliyini təmin etməli və Ukrayna bioloji laboratoriyalarının işini öyrənməlidir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın 14 yaşayış məntəqəsində 30 bioloji laboratoriyanın göstərildiyi xəritəni nümayiş etdirib. İddia edilib ki, həmin laboratoriyalar "tam miqyaslı hərbi bioloji fəaliyyətlərdə iştirak edir".

Rusiya Ukraynada “xüsusi əməliyyat” adlandırdığı müharibəni fevralın 24-də başlayıb.
Ət kombinatından 80 ton ət oğurlandı – VideoAbşeronda ət kombinatından 80 tondan artıq ət oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxslər müxtəlif vaxtlarda müəssisəyə məxsus anbarlardan 80 tondan artıq ət məhsulunu oğurlayaraq şirkətə külli miqdarda ziyan vurublar.

Məlumat daxil olan kimi hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.

DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat nəticəsində həmin oğurluqları törədən Məhəmməd Yaşarlı, həmçinin onun başçılıq etdiyi dəstənin üzvləri Hacı Məmmədov, Nicat Ələsgərov, Seyran Sarıyev, Sərxan Süleymanzadə, Orxan İbrahimov və Cəlal Babayev saxlanılıblar.

Araşdırma zamanı Məhəmməd Yaşarlının bir müddət əvvəl həmin müəssisədə anbardar işlədiyi və oğurluq etdiyi üçün oradan uzaqlaşdırıldığı məlum olub.

Məhəmməd Yaşarlı işdən çıxarılandan sonra orada çalışan tanışları Nicat Ələsgərov, Seyran Sarıyev, Cəlal Babayev və Hacı Məmmədovun köməkliyi ilə yenidən ət kombinatından oğurluq edilməsini təşkil edib.

Bu qanunsuz əməldə Məhəmməd Yaşarlıya kömək edən adı sadalanan şəxslər oğurluq ət satılandan sonra əldə edilən puldan öz paylarını alıblar.

Məhəmməd Yaşarlı kombinatdan oğurladığı ət məhsullarını isə tanışları Sərxan Süleymanzadə və Orxan İbrahimovun köməkliyi ilə satıb.

Baş İdarə, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində isə ofislərdən birindən içərisində 10 min manat, 1 ədəd müvafiq sənədləri olan “Vinçestr” markalı ov tüfəngi olan seyfi oğurlayan şəxslər saxlanılıblar. Əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri, əvvəllər məhkum olunmuş Ceyhun Əhmədov və Abbasqulu Namazov saxlanılıblar.

Qeyd edək ki, saxlanılan şəxslər seyfi Mehdiabad qəsəbəsində sındıraraq pulu aralarında bölüblər. Oğurlanan ov silahı isə Ceyhun Əhmədovun yaşadığı evdən aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət İşləri başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Əli Əliyevə hökm oxunduYasamal rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı Ramin Ədilov tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmə prosesi keçirilib.

Trend xəbər verir ki, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən prosesdə qərara əsasən, Əli Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum olunub.

Qeyd edək ki, 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterində sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

İddiaçılar şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Şikayətlərdə göstərilib ki, VİP sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü bildirib. Xüsusi ittihatçıların şikayətləri ayrı icraatda araşdırılıb.

Yanvarın 13-də Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə DSX-nin polkovnik-leytenantı Emil Cəfərovun şikayəti ilə bağlı qərar qəbul olunub.

Qərara əsasən, Ə.Əliyev 5 ay müddətinə həbs edilib.
Nərminin ölüm işi: İlkinin məhkəməsində qalmaqallı ifadə...Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu əmisigilin evinin yaxınlığında görüblər.

Nərmin Quliyevanın qohumları ifadələrində onun 2019-cu il noyabrın 21-də saat 14.00-14.30 radələrində əmisigilə gəlib gödəkçəni verdiyini, oradan çıxıb üzbəüz yaşayan digər əmisigildən də başqa bir gödəkçəni götürüb dərhal getdiyini iddia edib.

İttihamda da iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15.00-da oğurlayıb.

Lakin məhkəmədə dindirilən məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyir. Uşaqlar bu dediklərini konkret sübutla əsaslandırıblar: “Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban "Malış"la rastlaşdıq".

Hazırda yol qəzasına görə həbsdə olan şahid Zakir Vəliyev də məhkəmədə şahid qismində dindirilib.

O bildirib ki, uşaq itkin olduğu və Süleymanovlara məxsus evdə saxlandığı iddia olunan 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub: “Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı".

Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı göstərilsə də, indiyədək məhkəmədə dindirilən bütün şahidlər onun yanvarın 6-da – yanmış meyit tapılandan dərhal sonra polisə aparıldığını və ondan sonra buraxılmadığını bildiriblər. Zakir Vəliyev də bunu təsdiqləyib. O bildirib ki, onun özünü də yanvarın 7-də Tovuz rayon Polis Şöbəsinə aparıb hədələyiblər. Həmin vaxt İlkin Süleymanov da orada olub: “Rəis müavini Şahlar Cəfərov deyirdi ki, sən öldürmüsən, sən yandırmısan? Dedim ki, mən uşağı niyə öldürüm axı... İlkinin də üstünə qışqırırdılar”.

Proses bu gün günün ikinci yarısında davam edəcək.

İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.

İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.

İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Rusiyanın 7 generalı, 33 polkovniki ÖLDÜRÜLÜBRusiya qoşunlarının Sevastopol Qırmızı Bayraqlı Qvardiya motoatıcı alayının komandiri, polkovnik-leytenant Denis Mejuev döyüşdə həlak olub.

Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bildirilib ki, Rusiya ordusunun indiyədək 7 generalı, 33 polkovniki döyüşlərdə məhv edilib. Ümumilikdə isə fevralın 24-dən başlanılan hərbi əməliyyatlar zamanı 20 minə yaxın rus hərbçisi öldürülüb.
Putini nüvə müharibəsindən çəkindirə biləcək şəxs ODURUkrayna Prezidenti Aparatının müşaviri Aleksey Arestoviç bildirib ki, Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirmək istəyəcəyi təqdirdə Qərb ilk növbədə Çinə üz tutacaq. Onun sözlərinə görə, rəsmi Pekin Rusiya prezidenti Vladimir Putini nüvə müharibəsinə başlamağa imkan verməyəcək əsas “silahdır”.

Arestoviç bunu FEYGIN LIVE YouTube kanalının efirində deyib.

O qeyd edib ki, bütün dünya “çılğın manyak”la qarşılaşdığını başa düşür. Putin hər hansı Avropa ölkəsinə zərbə endirmək əmrini versə, o zaman NATO Çindən kömək istəyəcək: "Putinin təhdidi qarşısında Qərbin üz tutacağı əsas ünvan çinlilərdir”.

Onun sözlərinə görə, Kremldə NATO ilə rəqabətdə həmişə Çinin olduğunu unudurlar. Arestoviç deyib ki, hazırda Çin lideri Şi Cinpin Putini nüvə müharibəsindən çəkindirə biləcək əsas siyasi xadimdir. O, Çinə də nüvə müharibəsinin laım olmadığını vurğulayıb.

Bununla belə, Qərbdə düşünürlər ki, Putin əvvəlki təhdidlərə baxmayaraq, Ukrayna ilə müharibədə artıq nüvə silahından istifadə etməyəcək. Nüvə zərbəsinə yalnız “dövlətin mövcudluğuna təhlükə yaranarsa” əl atıla bilər. Bunu Amerikanın PBS telekanalına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Ukraynada nüvə silahından istifadə etmək üçün heç bir səbəb yoxdur. Heç kim nüvə silahından istifadəni, hətta ondan istifadə ideyasını da düşünmür". Peskov bildirib.

Rusiya Federasiyasının nüvə doktrinasından danışan Peskov xatırladıb ki, Rusiya “nüvə silahından yalnız ölkənin mövcudluğuna olan təhlükəni aradan qaldırmaq lazım olduqda istifadə edə bilər və istifadə edəcək”.