"Azərbaycan BMT qətnamələrini özü həll etdi"
Gələcəyə baxanda mən tam əminəm ki, Azərbaycan daha da güclənəcək - bu sözləri möhtərəm prezidentimiz 12 aprel tarixində keçirilmiş cari ilin birinci rübünün yekunlarına həsr edilmiş müşavirədə söyləmişdir.
Qeyd edilmişdir ki , Postmünaqişə dövrünün birinci ilinin nəticələrinə görə qarşıda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və yeni yaranmış reallıqların onlar tərəfindən qəbul olunmasına nail olmuşdur. Şuşa şəhərində BMT - yə üzvlüyün 30 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Bu əlamətdar hadisə sübut edir ki , BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyan qurumdur. Azərbaycan BMT qətnamələrini özü həll etdi .
Ən böyük təşkilatlardan biri də Qoşulmama hərəkatıdır. Hazırda Azərbaycan bu təşkilata sədrlik edir və bütün üzv dövlətlərin razılığı ilə bu müddət bir il də uzadılıb .Bu təşkilat müharibədən əvvəl də sonra da Azərbaycanla həmrəy olmuşdur.
İslam Əməkdaşlıq təşkilatı da Azərbaycanın mövqeyini əks etdirən qərar - qətnamələr qəbul etmişdir.
Minsk qrupuna gəldikdə isə de-yure qüvvədə olsa da əslində de-fakto etibarsız sayıla bilər.ATƏT - də yeni reallıqları qəbul etmişdir. 28 il ərzində fəaliyyət göstərən həmsədr ölkələrin saysız səfərləri tamamilə nəticəsiz qaldı.
Avropa Ittifaqı ilə təmaslarımız müharibədən sonra da intensiv oldu. Avropa Ittifaqı bu günkü reallıqları qəbul edir və imzalanmış kommunikedə "Dağlıq Qarabağ "adı yoxdur. Hazırda Azərbaycan - Ermənistan əlaqələrinin normallaşması üçün çalışan bu təşkilat bu ilin 6 aprelində hər iki dövlətin iştirakı ilə görüş keçirmiş və bu görüş Azərbaycanın tam üstünlüyü şəraitində baş vermişdir. Azərbaycan hər iki ölkə arasındakı əlaqələri normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif vermişdir. 30 il ərzində ilk dəfə olaraq hər iki dövlətin xarici işlər nazirləri arasında telefon söhbəti baş tutmuşdur. Bütün qonşu dövlətlər yeni reallıqları qəbul etmiş, bu da müsbət hal kimi qiymətləndirilir.
Müşavirədə 44 günlük Vətən müharibəsinin hər günü təhlil olundu.Əsas məsələrdən biri də ordu quruculuğu idi .Yeni silahlar, texnikalar alınması, ordunun müasirləşməsi yeni qoşun növü yaradılması, hərbi islahatların aparılması ordunun gücləndirilməsinə yönəlmiş ən mühüm addımdır. Müşavirədə bildirilib ki, Azərbaycan Ordusu Ermənistanın hərbi texnikasını məhv etmiş və bu texnikanın bir qismini də Hərbi Qənimətlər Parkında nümayiş etdirmişdir. Əgər hansısa dövlət Ermənistana silahlanma üçün vəsait ayırarsa biz bunu qeyri - dost addımı kimi qiymətləndirəcəyik.
Beynəlxalq ictimaiyyətin Azərbaycana olan maraqları müharibədən sonra daha da artdı. Iqtisadiyyatın bütün sahələrində yüksək nəticələr əldə etmiş və azad etdiyimiz torpaqlarımızı öz imkanlarımız hesabına bərpa edirik. İşğaldan azad etdiyimiz ərazilərdə minaya düşən ölən və yaralanan insanlarımız var. Buna baxmayaraq torpaqlarımızın minalardan təmizlənməsi və inkişafı istiqamətində çoxlu işlər görülür.Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf etdiriləcəkdir və bu bütün dünya üçün nümunə olacaqdır.
Şəhid və qazi ailələri daim diqqət mərkəzindədir.Dövlət onlara həmişə qayğı göstərir.
Azad olmuş torpaqlarda şəhərlərin baş planlarının işlənib hazırlanması təsdiqlənmiş, bərpa işlərinə start verilmiş, dəmir yolları, avtomobil yolları, hava limanları, su elektrik stansiyaları, elektrik xətləri çəkilişi davam etdirilir.. Azad edilmiş torpaqlarımızda 9 elektrik yarımstansiya inşa edilmişdir. "Xudafərin"," Qız qalası" stansiyalarının tikintisi sürətlənmişdir.
Zəngilandan İran üzərindən Naxçıvana və oradan yenə də İranın enerji sisteminə, Türkiyəyə elektrik xətlərinin çəkilişi əsas məsələlərdəndir.İranla Azərbaycan arasında körpülərin tikintisi ilə bağlı memorandum imzalanmışdır. Zəngəzur üzərindən dəmir və avtomobil yolu ilə baglı məsələ aprelin 6 da keçirilən Brüsseldə fikir mübadiləsi aparılmışdı. Bu fikir 10 noyabr Bəyannaməsində Ermənistanın öhdəliyi kimi açıq - aşkar yazılmışdı. Təkcə keçən il 700 km yaxın yol çəkilmişdir. Bu il istifadəyə verilən yollar arasında Füzuli-Hadrut avtomobil yolu ,Qubadlı-Eyvazlı kənd yolu da var. Zəfər yolu açılandan sonra Füzuli-Şuşa 4 cərgəli yol ,Horadiz-Ağbənd, Ağdam - Füzuli yolları, Toğana-Kəlbəcər avtomobil yolu çəkilir.
Müşavirədə Şuşa haqqında maraqlı fikirlər səslənmiş ,gələcək layihələr haqqında məlumat verilmişdir. Şuşanın bərpasının önəminə diqqət çəkilmiş və tezliklə "Xarıbülbül" festivalının yenidən kecirilməsi qərara alınmışdır. TÜRKSOY Şuşanı 2023-cü ilin '"Türk dünyasının mədəniyyət paytaxtı "elan etmişdir. Pilot layihələr əsasında yenidənqurma işləri, məktub, xəstəxana, hava limanları, yollar inşa edilir. Tezliklə Qarabağ cənnətə dönəcək, insanlarımız döğma yerlərinə dönəcəkdir. Bütün bunlar Azərbaycanın böyük uğuru və gələcək inkişafıdır.
Rəşad Rəhmanov
Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru