Kadırov Zelenskini hakimiyyəti Yanukoviçə verməyə ÇAĞIRDIÇeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskini hakimiyyəti eks-prezident Viktor Yanukoviçə təhvil verməyə çağırıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Kadırov teleqram kanalında yazıb.

“Mən sizə prezident kimi müraciət etmirəm. Bizim üçün qanunla Ukrayna prezidenti Viktor Yanukoviçdir. Hakimiyyəti ona təhvil verin və taleyinizə güvənin. Ola bilsin ki, o zaman təqsirinizin bir qismi bəlkə bağışlandı. Bu sizin üçün böyük şans olar”, - deyə Kadırov Zelenskiyə müraciət edib.
İctimai Şuranın sədri Miqrasiya Məktəbində  mühazirə ilə çıxış edib.Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın və “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Miqrasiya Məktəbi – 4” layihəsi çərçivəsində keçirilən təlimdə ''Azərbaycanda miqrasiyanın idarə olunmasında qeyri-hökumət təşkilatlarının rolu'' mövzusunda mühazirə ilə çıxış edib.

Mühazirədə son 35 ildə Azərbaycanda geniş vüsət alan miqrasiya prosesləri və onların idarə olunmasında fəal iştirak edən qeyri-hökumət təşkilatlarının rolu barədə danışılıb. Bildirilib ki, həmin illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində geniş miqyas alan qaçqın və məcburi köçkün probleminin yaranması və bu səbəbdən ölkənin humanitar böhranla üz-üzə qalması bu sahədə ixtisaslaşan vətəndaş cəmiyyəti institutlarının formalaşmasına, qaçqın və məcburi köçkünlərin hüquq və azadlıqlarının təmin olunması, yaşayır yerinin yaxşılaşdırılması, sosial, tibbi, məşğulluq və digər sahələrdə problemlərinin həll edilməsi istiqamətində fəallaşmasına səbəb olubdur. Xüsusilə qeyd olunub ki, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları bu dövrdə böyük bir inkişaf yolu keçib, zəngin təcrübə qazanıb və bu gün də miqrasiya sahəsində həyata keçirilən dövlət siyasətinin icra olunmasından, o cümlədən miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi, dövlət miqrasiya siyasətinin daha mütəşəkkil əsaslarla icra edilməsi üçün konseptual və institusional əsasların işlənib hazırlanmasında fəal iştirak edirlər.

Dövlət Miqrasiya Xidməti yanından fəaliyyət göstərən İctimai Şuranın fəaliyyətinə toxunan A.Allahverənov qeyd edib ki, Azərbaycan Respublikasında miqrasiya sahəsində tərəfdaşlığın bir çox müstəvilərdə geniş səpkidə qurulması, miqrasiya proseslərinin effektiv idarə olunması ilə bağlı çoxsaylı təşəbbüslərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərən və cəmiyyətlə müvafiq dövlət orqanı arasında effektiv kommunikasiya funksiyasını yerinə yetirən ictimai qurumdur.

Mühazirə zamanı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə miqrasiya sahəsində icra olunan layihələrə, o cümlədən əcnəbilərin inetqrasiyası, məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı və digər istiqamətlərdə həyata keçirilən layihə fəaliyyətlərinə nəzər salınıb və bu sahədə mümkün perspektivlər barədə məlumat verilibdir.

Rusiya ordusu bu şəhəri tərk etdiRusiya qoşunları Ukraynanın Enerqodar şəhərini tərk edib.

Axar.az xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının sədri Aleksandr Starux məlumat verib.

Bildirilib ki, şəhərdə bütün hakimiyyət orqanlarına nəzarət bərpa olunub, yerli hökumətin başçısı yerindədir:

"Bu gün Melitopolda böyük mitinq gördük. İnsanlar hökumətyönlü mövqelərini nümayiş etdirirlər. Enerqodarda da hər şey qaydasındadır”.
Ukrayna ordusu 3 milyard dollarlıq Rusiya texnikasını məhv edibHərbi əməliyyatlar zamanı Ukrayna ordusu 331,2 milyard rubl və ya 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib.

Bu barədə “Report” UNİAN-a istinadən xəbər verir.

Ukrayna ordusu Rusiyanın çox sayda texnikasını məhv edir, eləcə də döyüş qənimətləri götürür. “Forbes Ukraine”in hesablamalarına görə, məhv edilən texnika dəyəri təxminən 3 milyard ABŞ dollar həcmində qiymətləndirilir.

Rusiya Federasiyasının məhv edilmiş texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını (ZDM) var. O cümlədən məhv edilmiş tanklar Rusiyaya 1 milyard ABŞ dollarına, ZDM-lər 600 milyon ABŞ dollarına, təyyarə və helikopterlər isə 1,1 milyard ABŞ dollarına başa gəlib.

Texnikaların dəyəri açıq mənbələr əsasında hesablanıb. Hələlik hansı təyyarələrin vurulduğu məlum deyil. Rusiya bir ədədi 11 milyon ABŞ dollarına olan “Su-25”, ədədi 33 milyon ABŞ dollarına olan “Su-30”, ədədi 36 milyon ABŞ dollarına olan “Su-34” tipli təyyarələrdən istifadə edir. Ukrayna Silahlı Qüvvələri həmçinin hər biri 86 milyon ABŞ dollarına başa gələn iki “İl-76” təyyarəsini də vurub.
Agentliyin rəhbərliyi bir qrup fəal xanım QHT rəhbərini təbrik edibAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyininv rəhbərliyi vətəndaş cəmiyyətinin bir qrup fəal xanım QHT rəhbərlərini qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.

Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev və Agentliyin İcraçı direktoru Aygün Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, İkinci Dünya müharibəsinin iştirakçısı Fatma Səttarova ilə görüşüblər və Fatma xanımı Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər, ona xoş arzularını çatdırıblar.


Sonra Agentliyin qadın əməkdaşları "D. Əliyeva adina Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti" İctimai Birliyinin sədri Novella Cəfərova, “Milli Dəyərlərin Qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva, "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyinin sədri Bahar Qasımova, "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyinin sədri Firuzə Əsədullayeva, "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyinin sədri Səadət Bənənyarlı, “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri Mariya Hüseynova, "Eko-Aləm" İctimai Birliyinin Sevil Yüzbaşeva, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin sədri Növrəstə Yusifova ilə görüşüblər.
Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva QHT sektorunun formalaşmasında uzun illər xidmət göstərmiş xanım QHT rəhbərlərini qarşıdan gələn Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib. Onlara can sağlığı və vətəndaş cəmiyyətinin inkişafında daha böyük uğurlar arzu edib.

A. Əliyeva Azərbaycan qadını olmağın üstünlüklərindən, xalqımızın qadına qarşı hər zaman hörmət ,diqqət və qayğı göstərməsindən danışıb. Bu gün gənc nəsilə nümunə olan Mehriban xanım Əliyevanın çoxşaxəli, məqsədyönlü fəaliyyətinin hər birimiz üçün örnək olduğunu deyib.

“Mehriban xanım həm qadın, həm ana, həm də yeni siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir”.
İcraçı direktor görüşdə dövlət qadın siyasətindən söhbət açıb. Bildirib ki, ölkəmizdə bu siyasət də uğurla həyata keçirilir, qadınların hər sahədə inkişafı üçün əlverişli şərait yaradılır.

“Vətəndaş cəmiyyəti bu prosesə dəstək olur, onlar qadınların peşə kurslarına cəlb olunması, məşğulluqlarının təmin edilməsi, əl işlərindən ibarət sərgi-satışların təşkil olunması, sağlamlıqlarının təmin edilməsi istiqamətində maarifləndirici tədbirlər həyata keçirirlər. Ahıl qadınlar da dövlətimizin diqqət və qayğısı ilə əhatə olunur, onlara müxtəlif növ xidmətlər göstərilir, maddi-məişət şəraitlərinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. QHT-lər bu istiqamətdə də dövlətimizin gördüyü işlərə dəstək olurlar. Hətta məhz bu istiqamətdə fəaliyyət göstərən QHT-lərimiz var”.
QHT rəhbərləri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Azərbaycandan Rusiyaya bütün aviareyslər dayandırıldıSabahdan Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyinin tövsiyəsi ilə beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Rusiya aviaşirkətlərinin Azərbaycana reysləri qeyri-müəyyən müddətə dayandırılır.

Bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

"Vəziyyət həmçinin tətbiq edilən sanksiyalarla bağlı beynəlxalq aviasiya sığortası və təkrarsığorta bazarında son dəyişikliklərlə əlaqəlidir. Bu dəyişikliklər Azərbaycanın milli aviadaşıyıcısının fəaliyyətinə də təsir göstərmişdir. Mövcud şəraitdə AZAL və sığorta şirkətləri yaranmış vəziyyəti ətraflı təhlil etməli, bütün mənfi və müsbət təsirləri qiymətləndirməli, öz siyasətlərində bütün mümkün dəyişiklikləri araşdırmalıdırlar. Uçuşların təhlükəsizliyi AZAL aviaşirkətinin siyasətinin mühüm meyarlarından biridir. Beynəlxalq uçuşlar yerinə yetirilərkən tam sığorta imkanının olmaması ölkələrimizin vətəndaşları, aviaşirkətlər və digər hüquqi şəxslər üçün əsassız risklər yaradır.

Yuxarıda qeyd olunanlarla əlaqədar “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətləri 6 mart tarixi saat 08:00-dan etibarən Rusiya Federasiyasının şəhərlərinə bütün reysləri dayandırır. Bütün sərnişinlərdən aviaşirkətlərin sosial şəbəkələrdəki rəsmi səhifələrində və kütləvi informasiya vasitələrində aviaşirkətin reysləri haqqında son məlumatları izləməyi xahiş edirik. Ləğv edilmiş reyslərin sərnişinləri uçuş tarixini dəyişmək və ya cərimə tətbiq edilmədən biletlərin dəyərini geri almaq hüququna malikdirlər", - deyə açıqlamada vurğulanıb.
"Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” - Cəlilabadda tədbir keçirilib .“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə 4 mart 2022 ci il tarixində Cəlilabad rayonunda “Gənclərimizi zərərli vərdişlərdən qoruyaq” adlı layinəsi həyata keçirilib.

Rayonda yerləşən Z. Əliyeva adına 7 nömrəli tam orta məktəbdə təşkil edilən tədbiri giriş sözü ilə məktəbin müəllimi İbrahim Məmmədov acaraq iştirakçıları salamladı. Təşkilatın nümayəndəsi Tələt Qəribov mövzu ətrahında geniş məlumat verdi. O narkomaniyanın cəmiyyətə gətidiyi bəlaları bu cür xarakterizə etdi:

1. Ailədaxili cinayətlərin artması.
2 Boşanma hallarının çoxalması.
3. Yol nəqliyyat hadisələrinin çoxalması.
4. Xəstə doğulan uşaqların sayında ardtım və.s. narkomaniya ilə bağlı problemlərdir.

Rayon İH- in azyaşlılarla iş şöbəsinin nümayəndəsi Tahir Qarayev, rayon xəstəxanasının həkimi Hilal Quliyev narkomaniya haqqında, onun törətdiyi fəsadlar barədə məlimat verdilər.

Şagirdlərdən Mehdi Muradov, Maqsud Zeynalov, Günəş Mərdanova, Leyla Əliyeva və başqaları narkomaniya haqqında müzakirələrə qoşuldular. Bəşəri bəla olan narkomaniyanın sərhəd tanımadan genişlənməsi gənclərimizi də narahat edir. Ölkəmizdə ciddi şəkildə qanunun aliliyi və işləkliyini təmin etməklə, vətəndaş məsuliyyətini və maarifçilik tədbirlərini artırmaqla bu bəlanın miqyasını əhəmiyyətli dərəcədə azaltmaq olar.
Putin NATO-nu müharibə ilə hədələdiSazişə uyğun olaraq hərbi münaqişə baş verəcəyi təqdirdə Alyansın digər üzvləri onu dəstəkləməlidir.

Avrasiya.net xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Ukraynanın NATO-ya üzvlük məsələsi barədə danışarkən deyib.

“Belə olan halda Rusiya NATO ilə döyüşməli olacaq. Məncə, nəticə hər kəsə aydındır”, - Putin qeyd edib.