Sizin Reklam Burada

"Biz bu gün dünyanın ən nüfuzlu ölkələrindən biriyik"

"Biz bu gün dünyanın ən nüfuzlu ölkələrindən biriyik"Yeni Azərbaycan Partiyasi tarixi köklərinə, milli mənəvi dəyərlərinə söykənən, ümumbəşəri dəyərlərdən bəhrələnən ümumxalq partiyasıdır.

Ulu öndər Heydər Əliyev partiya haqqında danışarkən xüsusi vurğulayırdı ki, bu partiya safliq, saf mənəviyyat üzırində qurulmuş partiyadır. Bu partiyanın çox parlaq gələcəyi var. Yeni Azərbaycan Partiyası gələcəyimizə xidmət edəcəkdir. Bu gün gəldiyimiz məqama baxanda Ulu öndərimizin uzaqgörən siyasətinin bir daha şahidi oluruq. Həqiqətən Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır.

2021-ci il 5 martda keçirilən YAP VII qurultayında Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyev videoformatda çıxışında böyuk və şanli Qələbəmiz haqqında çıxış edərək, Vətən müharibəsində həlak olan şəhidlırimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Qurultayda baş vermiş yenilikdən, islahatlardan, iqtisadi uğurlarımızdan, enerji siyasətimizdən, beynəlxalq nüfuzumuzun gündən-günə artmasından, ən önəmlisi ərazi bütövlüyümüzün bərpasından, Vətən müharibəsindəki şanlı qələbəmizdən ətraflı danışılıb.

Bu Qələbə bizim qürur mənbəyimizdir. Xalqimızın lideri ilə bir bütün, bir yumruq kimi birləşərək ədaləti bərpa etməsidir, bütün dünyaya təcrebə mənbəyi olacaq bir uğurdur. İşğalçıları ölkəmizdən qovmağın haqlı qürurunu yaşayırıq. Hələ də bu böyük Qələbənin təsiri altındayıq. Azad edilmiş ərazilərimizin iqtisadi inkişafı ölkəmizin gələcək inkişafina daha da təkan verəcək, yüksək texnologiyalar əsasinda "ağıllı şəhər ","ağıllı kənd" ayihələri daha rahat və əlverişli yaşayış şəraiti təmin edəcəkdir.

Azərbaycan bu gün gündəlik həyatda, sosial sahədə böyük nailiyyətlər əldə etməkdədir. Bu qurultayın keçirilməsi zərurəti ondan irəli gəlir ki, artıq yeni bir vəziyyət yaranmışdlr, bu vəziyyəti biz yaratmışıq, çunki, biz reallıqları yaradan bir ölkəyik. Bizim uğurlu enerji siyasətimiz, nəqliyyat siyasətimiz bizə regionda və Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını yaratdı. Biz bu gün dünyanın ən nüfuzlu ölkələrindən biriyik, hələ ərazi bütövlüyümüzü bərpa edəndən sonra daha da dünyanın diqqət mərkəzi halina gəldik.

YAP-ın sıralarında olan hər şəxsin, xüsusən gənclərimizin üzərinə böyük bir məsuliyyət düşür. Ölkəmizə qarşı olan, hər zaman böhtanlardan qidalanan müxalifətə qarşı daha diqqətli olmali, ölkəmizin inkişafı, ləyaqəti, müdafiəsi uğrunda həmişə bir yumruq kimi birlik olmaliyıq.

Yeni Azərbaycan Partiyası ölkımizin aparıcı siyasi qüvvəsidir.

Bu gün də, gələcəkdə də YAP birliyin, gələcəyin, uğurların partiyası olacaqdır.

Rəşad Rəhmanov
Siyəzən Rayon M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər