Pakistanda Xocalı faciəsinin 30 illiyinə həsr olunan tədbirlər keçirilibBu gün Pakistanın İslamabad şəhərində İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin (İƏGF-ARM) təşkilatçılığı və Azərbaycanın Pakistandakı səfirliyi, eləcə də Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun tərəfdaşlığı ilə Xocalı faciəsinin 30 illiyinə həsr olunmuş bir sıra tədbirlər keçirilib.

İlk olaraq İslamabad şəhərinin mərkəzində yerləşən meydanların birində qrafik üsulla divarlara çəkilmiş Xocalı faciəsini özündə əks etdirən rəsm və foto sərgisi baş tutub.

Daha sonra, Qızlar üçün Dövlət Politexnik Universitetinin binasında Xocalı faciəsinin 30 illiyi ilə bağlı geniş tədbir keçirilib. Quran ayələri və Azərbaycan və Pakistanın milli himnlərinin səsləndirilməsi ilə başlanan seminarda Pakistanın Tədqiqat, İnkişaf və Planlaşdırma Komitəsinin sədri Şakil Əhməd, Qızlar üçün Dövlət Politexnik Universitetinin direktoru Şabana Arif, Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Dayanıqlı İnkişaf üzrə Qlobal Strateji İnstitutun icraçı direktoru Qayser Navab çıxış ediblər.

Çıxışlarda Xocalı faciəsi insanlığa qarşı cinayət kimi dəyərləndirilib, Ermənistan hökumətinin Xocalı faciəsini tanıması ilə bağlı Srebrenisa Anım Muzeyi Kompleksinin direktor müavini Amra Beqiç tərəfindən irəliyə sürülən və İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin beynəlxalq kampaniyaya çevirdiyi “Xocalı: Barışıq üçün etiraf et” təşəbbüsündən, pakistanlıların bu təşəbbüsə qoşulmasının vacibliyindən, eləcə də Azərbaycanın qələbəsi ilə bitən 44 günlük müharibədən sonra regionda sülhün bərqərar olunması üçün şəraitin yaranmasından bəhs edilib. Tədbir iştirakçıları onlayn “Xocalı:Barışıq üçün etiraf et” kampaniyasına da qoşulublar.

Növbəti tədbir olaraq pakistanlı gənc fəallar tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsi üçün parkların birində ağacəkmə aksiyası keçirilib.



Bloomberg Maliyyə Laboratoriyası haqqında ictimaiyyətə məlumat verilibUNEC Ömürboyu Təhsil Mərkəzinin rəhəbəri Qələndər Məmmədlinin moderatorluğu ilə UNEC Bloomberg Maliyyə Laboratoriyasının direktoru Əkbər Əsgərovla 25 fevral saat 18:30-da canlı yayım baş tutub.

Müzakirə mövzusu laboratoriya haqqında ümumi məlumat, onun istifadə qaydaları və təqdim etdiyi imkanlar barəsində olub. Azərbaycanda ilk dəfə olaraq UNEC-də fəaliyyətə başlamış və ölkədə ümumi olaraq maliyyə savadlılığı baxımından əhəmiyyətli yerə malik olan Bloomberg Maliyyə Laboratoriyasının qısa və uzun müddətli hədəfləri, fəaliyyət planı haqqında ictimayyətə məlumat verilib.

Hazırda UNEC-də UNEC Ömürboyu Təhsil Mərkəzi tərkibində fəaliyyət göstərən Bloomberg Maliyyə Laboratoriyası mərkəzin əsas fəaliyyət məqsədi olan davamlı təshil prinsipini öz fəaliyyət planında ehtiva edir.
Vüsal Quliyev PA-da sektor müdiri təyin olunduPrezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri vəzifəsinə təyinat olub.

Avrasiya.net xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, bu vəzifəyə Prezident Administrasiyasında uzun müddət qeyri-hökumət təşkilatları ilə iş sahəsində çalışan Vüsal Quliyev təyin edilib.
Ukrayna ordusu bu istiqamətdə Rusiyanın mövqelərini yardıUkrayna Silahlı Qüvvələri Luqansk vilayətinin Belovodsk rayonunda Rusiya qüvvələrinin mövqelərini yararaq əks-hücuma keçib və mövqelərini möhkəmləndiriblər.

Vu barədə Ukrayna Birləşmiş Qüvvələrin Əməliyyatının Qərargahı məlumat yayıb.

Bildirilib ki, xeyli itki verən Rusiya hərbçiləri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıblar.

Qeyd edək ki, Birləşmiş Qüvvələrin Əməliyyatı Ukraynanın ölkənin şərqindəki separatçılara qarşı 2018-ci ildən bəri davam etdirdiyi əməliyyatın adıdır. Əməliyyat 2014-cü ildən 2018-ci ilədək Antiterror Əməliyyatı adlanıb.
Ukrayna ilə danışıq başlayır – Peskov açıqladıPutin Ukrayna ilə danışıqlar aparmaq üçün Minskə Rusiya nümayəndə heyətini göndərməyə hazırdır.

Avrasiya.net xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Rusiya nümayəndə heyətinə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Kreml Administrasiyasının nümayəndələri daxil olacaq. Zelenski Ukraynanın neytral statusunu müzakirə etməyə hazır olduğunu açıqladı. Əvvəlcə Rusiya Prezidenti Vladimir Putin bildirdi ki, əməliyyatın məqsədi “lxr” və “dxr”ə kömək etmək, Ukraynanın demilitarizasiyası və denazifikasiyasıdır. Və bu, əslində, neytral statusun tərkib hissəsidir”, - o bildirib.
Ruslar uşaq bağçasını “Uraqan”la vurdu: ölənlər varRusiya ordusu Sum vilayətinin Axtırka rayonundakı uşaq bağçasını “Uraqan” reaktiv yaylım atəş sistemləri ilə vurub.

Bu barədə Sum vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Jivitski məlumat verib.

“Axtırkada “Uraqan” raketləri yaşayış massivinə, uşaq bağçasına düşüb. Çoxlu adam var idi. Ölən və yaralananların sayını bilmirik. Amma ağır yaralı uşaqlar var”, - Jivitski bildirib.
Azərbaycanlı deputatlar İrəvanda ölümlə hədələnib"İclas başlayanda ilk rastlaşdığımız Ermənistanın müxalifət partiyalarının üzərimizə hücumu oldu. Onlar həqiqətən uyğun olmayan fikirlər, çıxışlarla bizə qarşı addım atdılar. Həmkarım Soltan Məmmədovla birlikdə onlara lazımi cavab verdik".

Avrasiya.net xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili İrəvana səfərilə bağlı mediaya açıqlamasında deyib.

"Soltan müəllimin bir neçə təklifi qəbul olundu. Biz Enerji Komitəsinin yenidən sədri seçildik. Təxribatla bağlı bəyanat verdik və gələcəkdə bu kimi yoxlanılmamış məlumatların yayılmasına mane olmağı AVRONEST-ə bildirdik.

Biz Azərbaycanın mövqeyini bildirdik ki, müharibə bitib. Sülh və əməkdaşlıq istədiyimizi qeyd etdik. Bizim planımız sadəcə sağlam qüvvələrlə qonşuluq münasibətlərini bərpa etməkdir"- deyə komitə sədri qeyd edib.

İrəvanda Azərbaycanlı deputatların səfərinə qarşı aksiyaların keçirilməsindən danışan komitə sədri bildirib ki, Ermənistan hökuməti bununla əlaqədar 25-ə yaxın şəxsə cinayət işi açıb.

T.Mirkişilinın sözlərinə görə, ermənilərin azərbaycanlı deputatlara qarşı təxribatları Ermənistan hökumətinin özünü də narahat edirdi:

"Mənə hədələr gəlirdilər, bir erməni hətta mənə yazdı ki, sizin başınızı kəsib valideynlərinizə göndərəcəyik. Bütün bunlara rəğmən
Xocalı faciəsinə hüquqi baxışTəbii ki, Xocalı soyqırımı cinayəti tarix və hüquq konteksində öz ədalətli qiymətini almalıdır. Xocalı soyqırımının baş vermə səbəbləri və hüquqi nəticələrinin xronologiyasına diqqət edək. 26 fevral 1992-ci il tarixdə Xocalı soyqırımı cinayəti baş vermişdir. Həmin vaxtı qüvvədə olan cinayət qanunvericliyinə uyğun olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsi bandizim, 94-cü maddənin 4 və 6-cı bəndləri 2 və ya artıq şəxsin xüsusi amansızlıqla qətlə yetirmə maddələri ilə 27 fevral tarixində faktla bağlı (№ 64524 ) cinayət işi başlanmışdır. Qeyd edək ki, həmin vaxtı qüvvədə olan Cinayət Məcəlləsində soyqırım cinayəti təsbit edilməmişdir. 31 mart 1994-cü il tarixində Cinayət prosessual qanunvericiliyinə (209 maddə) əsasən təqsirləndirilən şəxsi müəyyən etmək mükün olmadığı üçün cinayət işinin istintaqının icraatı dayandırılmışdır.

Ümummili Lider Heydər Əliyev erməni soyqırımı cinayətlərinin beynəlxalq hüquq normalarına əsasən ifşa edilməsi istiqamətində ciddi adımlar atmışdır. Belə ki, Ümummilli Lider Heydər Əliyevin  26 mart 1998-ci il tarixli Sərəncamı ilə 1918-ci il 31 mart tarixində ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı həyata keçirilən və kütləvi insan qırğınları ilə nəticələnən 31 mart günü  Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Ümummilli Liderin təşəbüsü ilə 1 sentyabr 2000-ci il tarixdə milli qanunvericilik bazasının möhkəmləndirliməsi və təkminləşdirilməsi istiqamətində aparılan dəyişiklik nəticəsində yeni Cinayət Məcəlləsi qəbul edilmişdir. Yeni Cinayət Məcəlləsinin 103-cü maddəsinə əsasən hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fiziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları zorla başqa qrupa keçirmə— Soyqırım cinayəti kimi təsbit edilmişdir.

"Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" söyləyən Heydər Əliyev bu fikrləri ilə erməni soyqırım siyasətinin Xocalıdan başlamadığını bu insanlıq əlehinə olan cinayətin tarixinin daha dərinlərə getdiyini vurğulayır.

Azərbaycanın Avropa Şurasına üzv qəbul edilməsindən sonra Xocalı soyqırımının tanıdılmasında yeni dövr başlamışdır. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında “Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib. Bundan sonra Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin beynəlxalq platformalarda cəsarətlə ermənilərin ifşasına həsr edilmiş fəaliyyətinin şahidi olduq.

Azərbaycan Avropa Şurasına üzv qəbul edildikdən sonra soyqırım cinayətlərinin qarşısının alınması ilə bağlı BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da daxil olmaqla bir çox beynəlxalq sənədlərə qoşulmuşdur.
2003-cü ilin dekabr ayında Azərbaycan Respublikası Baş Prokurorluğ, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin iştirakı ilə ermənilərin törətdiyi cinayətlərlə bağlı yeni istintaq qrupu yardılmışdır. 2004-cü ilin mart ayında dünyanın ən nüfuzlu polis qrumu sayılan İnterpol ilk dəfə müharibə cinayətləri, soyqırım və deportasiya cinayətləri ilə bağlı Azərbaycanın da iştirak etdiyi beynəlxalq konfrans keçirmişdir. Artıq Azərbaycanda həyata keçirilən davamlı uğurlu starteji siyasət 12 iyun 2005-ci il tarixdə Baş Prokurorluq tərəfindən, ermənilərin törədiyi cinayətlərlə bağlı istintaq aparılması Hərbi Prokuroluğa həvalə edilmişdir. Bundan sonra Xocalı soyqırımı ilə bağlı istintaqın dayandırılmasına dair qərar ləğv edilərək baş vermiş cinayət hadisəsi məhz Soyqırım cinayəti kimi tövsif edilərək cinayət işinin istintaqı təzələnmişdir.

Respublika hərbi prokurorluğunun məlumatına əsasən Xocalı soyqırımı epizodu üzrə 3 min nəfər şahid və zərərçəkən şəxs qismində dindirilmiş, 2 min nəfər zərərçəkmiş şəxs qismində tanınmış, bu cinayət üzrə 800-dən artıq müxtəlif ekspertizalar keçirilmişdir. Nəticədə 39 nəfər rəsmi şəxsin və 8 mülki vətəndaşın Xocalı soyqırımında iştirakı tam sübuta yetirilmiş və onların əksəriyyətinin Cinayət Məcəlləsinin 103-cü (soyqırım) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə qərar çıxarılmışdır.

Cənab Prezident İlham Əliyev: “Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər” söyləməklə bu istiqamətdə aparılacaq işlərin hədəflərini açıq aydın göstərir. Bu sahədə Birinci Vitse-Prezident xanım Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun Xocalıya Ədalət! Hərakatı nəticəsində hal-hazırda Xocalı soyqırımını dünyada 10-dan artıq ölkə və ABŞ-ın 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanımışdır.

Beynəlxalq hüquqa görə soyqırım etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir. "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanın (SCQACK) 2-ci maddəsində "milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş hərəkətlərdən biri" kimi nəzərdə tutulub.

SCQACK-nın preambulasında soyqırım yalnız "beynəlxalq hüquq üzrə, BMT-nin mahiyyətinə və məqsədlərinə zidd, sivil dünya tərəfindən cinayət hesab olunan cinayət" hesab edilmir, həmçinin "bütün tarixi dövrlərdə soyqırım bəşəriyyətin amansız böyük itkisi" sayılır. Beynəlxalq hüquq normalarına görə, soyqırım törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüd hesab edilir.

Xocalı soyqırımı ilə bağlı ölkədaxili hüquqi prosedurların, xüsusilə bu faktlar əsasında cinayət məsuliyyəti, habelə istintaq-əməliyyat tədbirlərinin davam etməsi kontekstində hadisələrə beynəlxalq hüquq prizmasından yanaşmaqla cinayət mühakiməsinin reallaşdırılması xüsusi önəm kəsb edir 1998-ci ildə Romada qəbul olunmuş Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Statutunun 5-ci maddəsində aşağıdakı beynəlxalq cinayətlər sadalanır: soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və təcavüz cinayəti. Lakin bunlardan təcavüzlə bağlı məsuliyyətə cəlbetmə, ümumiyyətlə, bu cinayətin tərifinin tam və qəti müəyyən olunmaması səbəbindən uzun müddət dayandırılmışdı, lakin 2010-cu il tarixli Kampalada qəbul olunmuş razılaşmaya əsasən 2017-ci ilin yanvarın 1-dən BCM artıq bu cinayətə görə də yurisdiksiyaya malikdir. Qeyd edək ki, Statutun müddəalarına görə Roma Statutu onun qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətlərə şamil edilmir (retroaktivlik prinsipi). Lakin fikrimizcə, burada soyqırım və təcavüz cinayətlərinə münasibətdə fərqli münasibət olmalıdır. Belə ki, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın tətbiqi üzrə Beynəlxalq Məhkəmənin 26 fevral 2007-ci il tarixli qərarında qeyd olunur ki, bu işdə Məhkəmənin səlahiyyəti yalnız Konvensiyanın 9-cu maddəsi ilə məhdudlaşır. Buradan belə nəticəyə gəlmək olar ki, Məhkəmə Konvensiyada beynəlxalq hüquqla nəzərdə tutulmuş öhdəliklərin pozuntuları arasında xüsusilə soyqırım cinayəti ilə bağlı müstəsna qərar çıxarmaq səlahiyyətinə malikdir. Eyni zamanda Konvensiyanın 9-cu maddəsi istənilən dövlətə imkan verir ki, soyqırım cinayətinə görə beynəlxalq instansiyalarda mübahisə tərəflərindən hər hansı birinin sorğusu əsasında məsuliyyət məsələsini qaldırsın.

Beynəlxalq hüquqa əsasən soyqırım cinayəti mahiyyətinə, törədilmə səbəbinə və.s əlamətlərinə görə müəyyən edilsə də bəzi hallarda hansı tarixi hadisələrin soyqırım, hansıların isə qeyri-insani əməl olması barədə fikir ayrılıqları hələ də qalmaqdadır. Dünyada özünü soyqırım cinayətlərinin qurbanı kimi tanıtmağa çalışan ermənilərin bu işdə ən böyük dəstəkçisi Fransa olması heç kimə sirr deyil. Lakin dünya soyqırım tarixinə baxsaq ən böyük soyqırım cinayətləri fransızlar və ermənilər tərəfindən həyata keçirildiyinin şahidi olarıq. Dünya tarixində dərin iz buraxan soyqrım hadisələrinə diqqət edək.

1. Yəhudi soyqırımı - və ya Holoskop  (ivritcə: fəlakət)- Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.

Soyqırımda ölənlərin sayı ilə bağlı müxtəlif rəqəmlər səsləndirlsə də. Wolfgang Benzin yazdığı "Dimension des Wolkermords" (1991) adlı kitabda günümüzdə ən güvənilən məlumatlara və mənbələrə əsaslanaraq hesablanmış rəqəmlər bu günümüzdə ən güvənilən saylar qəbul olunur. Burkhard Asmussun 2002-ci ildə ortaya qoyduğu orta hesablamalara görə qəbul edilən say ən az 5,6 milyon və ən çox 6,3 milyon ədədləri arasında hərəkət etməkdədir.

Yəhudilər başda olmaqla sintlər, romanlar və digər “qaraçı” qəbul edilən insanlar, faşizm əlehdarları bu qətliamın qurbanı olub. Bir çox alim isə bu qrupları soyqırıma daxil etməyərək, soyqırımı yalnız Yəhudi Soyqırımı olaraq qəbul edir.

Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədi ilə “Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Təşkilat yarandığı gündən etbarən Almaniya hökumətindən 70 milyard dollar  pul alıb.

2. Əlcəzair soyqırımı – (Setif və Gelma, Kherrata  qətliamı ) 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma  və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. 
Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir. Fransa höküməti Əlcəzair qiyamını yatırtmaq üçün fransızlara böyük dəstək verib.

 3. Ruandada soyqırımı - və ya rəsmi olaraq tutsilərin soyqırımı - Hutu  hökumətinin əmri ilə Ruanda da yaşayan tutsilərin hutular tərəfindən 6 aprel-19 iyul 1994-cü il ərzində kütləvi şəkildə öldürülməsi. Soyqırımı həyata keçirən Hutu hökumətinin o dövrdə  ən yaxın müttəfiqi Fransa olması səbəbiylə Ruanda soyqırımından ən çox məsul tutulan ölkədir.

4. Bosniya Soyqırımı- Bosniya və Herseqovinada (keçmiş Yuqoslaviyada) 1992-1995-ci illərdə davam edən müharibə zamanı xristian serblər tərəfindən müsəlman bosniyalılara qarşı tətbiq edilmiş soyqırım, etnik təmizləmə və kütləvi qırğınlar. Bu soyqırım zamnı Serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirməsi ilə müşayət olunmuşdur. Btünü soyqırımlarda olduğu kimi serblərin əksəriyyəti tərəfindən bu soyqırım inkar edilsə də Serbiya Prezidenti tərəfindən etiraf edilərək üzr istənilmişdir.
25 aprel 2013-cü ildə, Serbiya Prezidenti Tomislav Nikolits qətliam üçün üzr istədi:  "Mən diz çökür və Serbiyanın Srebrenitsada baş verən qırğın üçün bağışlanmasını xahiş edirəm. Mən bəzi şəxslər tərəfindən bizim dövlətimiz və xalqımızın adından edilən bu cinayətlər üçün üzr istəyirəm"

Bosniya Hersoqavinanın azadlıq hərəkatının rəhbəri Aliya İzzetbekoviçi isə deyir ki, unudulan soyqırımlar təkrar olunur.

Dünya soyqırım tarixinə ən utanc verci formada daxil olan Xocalı soyqırımı barədə Ümummili Lider Heydər Əliyev deyir: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Eyni zamanda Heydər Əliyev Xocalı soyqırmının on illiyiyi münasibətilə Azərbaycan xalqına müraciətinə qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu". Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.
Hazırda ölkəmizin qarşısında bu sahədə duran ən ümdə vəzifə müasir beynəlxalq hüquq alətləri və mexanizmlərindən istifadə etməklə ədalət mühakiməsinin reallaşması baxımdan müxtəlif vaxtlarda azərbaycanlılara qarşı törədilən təcavüz, soyqırım, insanlıq əleyhinə və müharibə cinayətlərinə görə AD HOC hərbi tribunal və ya digər xüsusi məhkəmə mexanizmlərinin yaradılması və cinayətkarların cəzalandırlmasına nail olmaqdır.
Heç şübhəsiz ki, İlham Əliyev kimi Ali Baş Komandanın rəhbərliyi və xalqımızın birliyi nəticəsində bütün bunlara, yəni cinayətkarların cəzalandırılmasına nail olacağıq.

Sadiq Qurbanov,
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri
Putin: Ukrayna ilə danışıqlara hazıramÇin lideri Si Szinpin ilə Vladimir Putin arasında telefon danışığı olub.

Axar.az RİA-ya istinadən xəbər verir ki, Szinpin danışıq zamanı Rusiya və Ukrayna arasındakı böhranın danışıqlar yolu ilə həll edilməsinə tərəfdar olduqlarını bildirib.

Putin isə öz növbəsində həmkarına Ukrayna ilə yüksək danışıqlar aparmağa hazır olduğunu qeyd edib.