Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - VideoƏməkdar jurnalist Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində dava düşüb.

Avrasiya.net xəbər verir ki, proqramda keçmiş Baş nazir Pənah Hüseynlə politoloq, AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında mübahisə yaranıb.

Mübahisə sonradan davaya çevrilib. Tofiq Abbasov Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb. Rauf Arifoğlu yayımı dayandırmağa məcbur olub.
"Azərbaycan öz müstəqil, suveren xarici siyasətini bundan sonra da əvəlki prinsipiallıqla davam etdirəcək"Rusiya ilə Azərbaycan arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin imzalanması ilə bağlı bu gün mənə bir çox müraciətlər olub. Bəziləri bu bəyannaməyə görə narahat olduqlarını dilə gətirirlər. Ukrayna ətrafında gərgin proseslərin baş verdiyi bir dönəmdə bizim Rusiya ilə belə bir müttəfiqlik sənədi imzalamağımıza ehtiyac olmadığını deyənlər də var. Hətta elələri də var ki, onlar bu yeni bəyannamənin qardaş Türkiyə ilə ötən ilin yayında imzalanmış Şuşa Bəyannaməsiə alternativ olduğunu düşünürlər. Lakin bütün bunlar yanlış fikirlərdir. Biz bu məsələləri bir-birinə qarışdırmamalıyıq.

Əvvəla onu qeyd edim ki, Prezident İlham Əliyevin Moskvaya səfəri və Rusiya ilə müttəfiqlik haqda bəyannamənin imzalanması məsələsi birdən-birə, ekspromt şəkildə ortaya çıxmayıb. 40-a qədər bəndin yer aldığı belə bir önəmli, strateji sənədin hazırlanması və imzalanmasının planlaşdırılması bir günün işi deyil və təsadüfi xarakter daşımır. Bu sənədin üzərində hər iki tərəfin işçi qrupları uzun müddət iş aparıb. Ona görə də bu səfərin və bu bəyannamənin Azərbaycan və Rusiya prezidentlərinin protokolunda daha öncədən planlaşdırıldığı şəksizdir. Mən bunu mübahisələndirməyi, bu barədə polemika açmağı lüzumsuz, yersiz hesab edirəm.

Azərbaycan-Ukrayna, Azərbaycan-Rusiya münasibətləri arasında paralellər aparmaq da tamamilə yanlış mövqedir. Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanması heç bir halda Ukraynanın əleyhinə yönələ bilməz. Bir öncəki şərhimdə də bildirdiyim kimi Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətləri var. Hər iki ölkə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlığımız hər iki ölkə ilə bundan sonra da davam edəcək. Və eyni zamanda biz hər bir postsovet ölkəsi kimi Ukraynanın da suverenliyini tanıyırıq, onun ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Rusiya ilə müttəfiqliyimiz heç bir halda üçüncü ölkənin əleyhinə yönələ bilməz. Çünki biz müstəqil ölkəyik. Müstəqil siyasət yürütməyimizdən heç bir halda vaz keçmirik və keçmərik. Biz hər hansı bir ölkə ilə digər ölkənin və ya ölkələrin ziddinə, zərərinə işbirliyi qurmur, addımlar atmırıq.

Həmçinin Rusiya ilə Azərbaycan arasında müttəfiqlik bəyannaməsinin imzalanmasına Azərbaycanın özünün müstəqilliyinə qarşı təhdid kimi yanaşmaq da tamamilə əsassızdır. Azərbaycan öz müstəqil, suveren xarici siyasətini bundan sonra da əvəlki prinsipiallıqla davam etdirəcək. Rusiya da, Azərbaycan da qarşılıqlı şəkildə bir-birinin mövqeyinə, kursuna hörmətlə yanaşmağa davam edəcək, tərəflərdən biri digərinin müstəqil sityasət yürütmək hüququna maneçilik törətməyə çalışmayacaq. Əgər Şuşa Bəyannaməsi bizim müstəqilliyimizi zərrə qədər də azaltmayıbsa, deməli, Rusiya ilə müttəfiqlik sənədi də müstəqilliyimizin hər hansı formada məhdudlaşdırılmasına şərait yaratmayacaq. Odur ki, belə bir bəyannamənin imzalanmasına görə narahatlıq keçirməyə əsas görmürəm. Biz balanslı xarici siyasət kursumuzu bundan sonra da davam etdirəcəyik. Hesab edirəm ki, hazırkı kritik situasiyada bu ən düzgün, rasional mövqedir.

Azərbaycan ilə Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin qardaş Türkiyə ilə münasibətlərimizə xələl gətirəcəyini düşünənlər də zənnimcə yanılırlar. İki ölkə arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmağı nəzərdə tutan bu bəyannamə 2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında imzalanan “Şuşa bəyannaməsi”nin alternativi deyil. Bu bəyannamələrin biri digərini inkar etmir. Azərbaycanın Türkiyə ilə ayrı münasibətləri, Rusiya ilə də bir ayrı münasibətləri var. Biz Türkiyə ilə təbii müttəıfiqik. Bu münasibətlərimiz alternativsizdir. Azərbaycan ilə Türkiyənin qardaşlıq münasibətlərini heç bir ölkə ilə strateji müttəfiqlik münasibətləri əvəzləyə bilməz. Odur ki, Rusiya ilə müttəfiqlik haqqında bəyannamədən kimsə əndişələnməsin, narahat olmasın.

Bu bəyannaməyə sadəcə çevik siyasət nümunəsi kimi baxmaq lazımdır. Biz bölgədəki və dünyadakı mövcud geosiyasi vəziyyəti, siyasi reallıqları nəzərə alaraq belə bir addımı atırıq. Bu da ilk növbədə Azərbaycanın öz maraq və mənafelərinə xidmət edir. Onsuz da iki ölkə arasında əvvəllər də tərəfdaşlıq münasibətləri vardı. Sözügedən bəyannamə isə bu münasibətləri daha da sistemli hala gətirəcək və qarşılıqlı əməkdaşlıq, müttəfiqlik münasibətlərimizdə tam aydınlıq yaradacaq. Şuşa Bəyannaməsindən sonra Rusiya ilə müttəfiqlik barəsində sənədin imzalanması Azərbaycana iki ən böyük qonşu ölkə ilə müttəfiqlik sayəsində öz təhlükəsizliyini maksimum etibarlı zəmanət altına almasına imkan verir. Odur ki, Moskva bəyannaməsi ilə Şuşa Bəyannaməsinə bir-birinə zidd olan sənədlər kimi yox, bir-birinin davamı kimi baxmağımızda fayda var. Bəyannamənin imzalanmasından sonra Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonası hesab edilən hissəsində separatçı, terrorçu qüvvələrlə bağlı yığılıb qalmış bir sıra məsələlər də tezliklə öz müsbət həllini tapacaq. Bir sözlə, 40-a qədər bəndin yer aldığı bu sənəd qarşılıqlı fəaliyyətin geniş aspektlərini əhatə edir.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri
Azərbaycan və Rusiya arasında Bəyannamə imzalandıXəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Avrasiya.net Xarici İşlər Nazirliyinə istinadla Bəyannamənin mətnini təqdim edir.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında

müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,

Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini hərtərəfli nəzərdən keçirərək,

Rusiya və Azərbaycan və iki ölkənin xalqları arasında dostluq və mehriban qonşuluq tarixi ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə arxalanaraq,

Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 3 iyul 1997-ci il tarixli Müqaviləyə, Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında dostluq və strateji tərəfdaşlıq haqqında 3 iyul 2008-ci il tarixli Bəyannaməyə və Rusiya Federasiyasının Prezidenti V.V.Putin və Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin 1 sentyabr 2018-ci il tarixli Birgə Bəyanatına əsaslanaraq,

ikitərəfli münasibətləri Rusiya Federasiyasının və Azərbaycan Respublikasının xalqlarının maraqlarına tam şəkildə cavab verəcək, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmağa çalışaraq,

iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial sahələrdə, eləcə də səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmasının vacibliyini dərk edərək,

iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqliklərini ifadə edərək,

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi niyyətindən çıxış edərək,

Tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin inkişaf etdirilməsində maraqlı olduqlarını və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolunu nəzərə alaraq,

Axar.azAZRUENآذ

Azərbaycan və Rusiya arasında Bəyannamə imzalandı
12 Punto 14 Punto 16 Punto 18 Punto
19:45

Xəbər verildiyi kimi, fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Axar.az Xarici İşlər Nazirliyinə istinadla Bəyannamənin mətnini təqdim edir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) konsensusla qəbul edilən digər sənədlərinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarına riayət edərək,

beynəlxalq hüquq əsasında çoxqütblü dünyanın formalaşdırılmasının və beynəlxalq sülhün və təhlükəsizliyin qorunub-saxlanmasında BMT-nin mərkəzi rolunun vacibliyini qeyd edərək,

aşağıdakıları bəyan edirlər:

1. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar.

2. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz milli maraqlarının müdafiəsinə yönəlmiş müstəqil xarici siyasət yürüdürlər.

3. Rusiya Federasiyası və Azərbaycan Respublikası həm qlobal, həm də regional miqyasda sülhün möhkəmləndirilməsi, sabitliyin və təhlükəsizliyin artırılması məqsədilə qarşılıqlı fəaliyyət göstərirlər. Tərəflər münaqişələrin qarşısının alınması və nizamlanmasında və regional və qlobal təhlükəsizlik və sabitlik problemlərinin həllində BMT-nin və BMT-nin Təhlükəsizlik Şurasının mərkəzi rolunun daha da gücləndirilməsinə, ATƏT-in konsensusla qəbul edilmiş sənədlərində təsbit edilmiş məqsəd və prinsiplərin reallaşdırılmasına xüsusi önəm verirlər.

4. Rusiya Federasiyası və Azərbaycan Respublikası aktual beynəlxalq problemlər üzrə eyni və ya yaxın mövqelər tutmaqla o cümlədən ikitərəfli səviyyədə də daxil olmaqla konstruktiv əməkdaşlığı dərinləşdirirlər, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlər üzrə BMT, ATƏT, MDB, digər beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyət göstərirlər.

5. Tərəflər Qafqaz və Xəzər regionlarında sabitlik və təhlükəsizliyin təmin edilməsi məqsədilə xarici siyasət fəaliyyəti sahəsində qarşılıqlı fəaliyyət göstərirlər.

6. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya Tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasına hazırlıqlarını ifadə edirlər.

7. Rusiya Federasiyası və Azərbaycan Respublikası Tərəflərdən birinin fikrincə iki dövlətin strateji tərəfdaşlığına və müttəfiqlik münasibətlərinə xələl gətirən hər hansı hərəkətlərdən çəkinirlər. Bu məqsədlə onlar iki ölkənin xarici işlər nazirlikləri xətti ilə daimi fəaliyyət göstərən məsləhətləşmələr mexanizmini yaradırlar.

8. Azərbaycan tərəfi 2020-ci ilin noyabr ayında regionda atəşin və bütün hərbi əməliyyatların tam dayandırılmasında Rusiya Federasiyasının vasitəçilik rolunu yüksək qiymətləndirir.

9. Rusiya Federasiyası və Azərbaycan Respublikası regionda sabitlik və təhlükəsizliyinin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 9/10 noyabr 2020-ci il tarixli, 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə bundan sonra da hər cür dəstək verəcəklər.

10. Tərəflər yuxarıda qeyd olunan bəyanatların müddəalarından irəli gələn məsələlərin həllində qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər.

11. Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar.

12. Tərəflər milli maraqlara cavab verən və üçüncü ölkələrə qarşı yönəlməyən ikitərəfli hərbi-siyasi əməkdaşlığı inkişaf etdirirlər.

13. Tərəflər Rusiya Federasiyasının və Azərbaycan Respublikasının silahlı qüvvələri arasında əməliyyat və döyüş hazırlığı üzrə birgə tədbirlərin keçirilməsi də daxil olmaqla qarşılıqlı əməkdaşlığı dərinləşdirəcək, eləcə də ikitərəfli hərbi əməkdaşlığın digər istiqamətlərini inkişaf etdirəcəklər.

14. Tərəflər hərbi-texniki əməkdaşlığın yüksək səviyyəsini nəzərə almaqla müasir silah və hərbi texnika ilə təchiz olunma məsələləri, eləcə də bu sahədə qarşılıqlı maraq doğuran digər istiqamətlər üzrə qarşılıqlı fəaliyyət göstərirlər.

15. Tərəflər silahlar və hərbi texnika üçün texniki xidmət, təmir, müasirləşdirmə üzrə xidmət mərkəzlərinin yaradılması, eləcə də hərbi təyinatlı məhsulların müxtəlif növlərinin birgə istehsalının təşkili üzrə səylərini fəallaşdırırlar.

16. Təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.

17. Tərəflər üçüncü dövlətlər vasitəsilə həyata keçirilənlər də daxil olmaqla bir-birinə qarşı yönəlmiş hər hansı hərəkətlərdən çəkinirlər.

18. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Bu kontekstdə Tərəflər məlumat mübadilə edir və qeyd edilən hüquqazidd fəaliyyətlərin maliyyələşdirilməsi mənbələrinin müəyyən edilməsi və qarşısının alınmasında sıx qarşılıqlı fəaliyyət göstərirlər.

19. Rusiya Federasiyası və Azərbaycan Respublikası 12 avqust 2018-ci il tarixli Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı razılaşdırılmış etimad tədbirlərinin, mehriban qonşuluq və qarşılıqlı anlaşma mühitinin irəli aparılması da daxil olmaqla Xəzər regionunda təhlükəsizliyin və sabitliyin qorunub-saxlanması və möhkəmləndirilməsi, bütün Xəzəryanı dövlətlərin maraqlarına hörmət edilməsi üçün etibarlı hüquqi əsas kimi nəzərdən keçirirlər.

20. Tərəflər Xəzər regionunda əməkdaşlığın inkişafı, Xəzər dənizində sahilyanı dövlətlərin suverenliyinin, suveren və müstəsna hüquqlarının realizəsi, eləcə də onların yurisdiksiyalarının həyata keçirilməsi üçün Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyini təsdiq edirlər.

21. Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq öhdəliklərinə və milli qanunvericiliklərinə uyğun olaraq bir Tərəfin fiziki və hüquqi şəxslərinin qanuni haqq və maraqlarının digər Tərəfin ərazisində təmin edilməsi üzrə səmərəli tədbirlər həyata keçirirlər.

22. Tərəflər iki ölkənin ticarət-iqtisadi əlaqələrinin davamlı artımının təmin edilməsi üçün vacib əhəmiyyəti olan Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın işinə hərtərəfli yardım etməyə davam edəcəklər.

23. Tərəflər davamlı inkişafa və hər iki dövlətin iqtisadi potensialından səmərəli istifadəyə böyük əhəmiyyət verərək iqtisadi islahatların həyata keçirilməsində qarşılıqlı fəaliyyət göstərəcək, iki ölkə arasında iqtisadi qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi məqsədilə 1 sentyabr 2018-ci il də imzalanmış Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planının realizə edilməsinə, ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərinə uyğun olaraq əmtəə və xidmətlərin sərbəst hərəkəti üçün əlverişli şəraitin yaradılmasına, eləcə də regional iqtisadi əməkdaşlığın irəlilədilməsinə yardım göstərəcəklər.

24. Rusiya Federasiyası və Azərbaycan Respublikası qarşılıqlı faydalı ticarət-iqtisadi, sərmayə və elmi-texniki əməkdaşlığı dərinləşdirmək, istehsal və elmi əməkdaşlığı, hər növ mülkiyyət formalı təsərrüfat subyektləri arasında birbaşa əlaqələri keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindədirlər.

25. Rusiya Federasiyası və Azərbaycan Respublikası digər Tərəfin maraqlarına birbaşa və ya dolayı zərər vuran hər hansı iqtisadi fəaliyyətlərin həyata keçirilməsindən çəkinəcəklər.

26. Tərəflər milli qanunvericilikləri çərçivəsində metallurgiya, neft-qaz və ağır maşınqayırma, aviasiya, avtomobil, kimya, əczaçılıq və yüngül sənaye, kənd təsərrüfatı, yol-tikinti və qida maşınqayırması müəssisələri arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə imkan yaradacaqlar.

27. Rusiya Federasiyası və Azərbaycan Respublikası milli qanunvericilikləri və kredit-pul siyasətləri çərçivəsində kredit-bank təşkilatlarının fəaliyyətinə, maliyyə institutlarının əməkdaşlığının inkişaf etdirilməsinə, maliyyə-sənaye qrupları, istehsal və digər təşkilati-təsərrüfat strukturları da daxil olmaqla birgə müəssisələrin yaradılmasına yardım göstərməyə hazırlıqlarını ifadə edirlər.

28. Tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

29. Tərəflər intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə tranzit-nəqliyyat qarşılıqlı fəaliyyətinin potensialının ardıcıl inkişafını, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin davamlı və tammiqyaslı fəaliyyəti üçün texniki və iqtisadi şəraitin təmin edilməsini hədəfə almışlar.

30. Tərəflər onların ərazilərindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin və fasiləsiz fəaliyyətinin təmin edilməsi məsələlərinin həllində bir-birinin səylərini dəstəkləyəcək və bir-birinə milli qanunvericilik və ikitərəfli razılaşmalar çərçivəsində tranzit daşımaları üçün əlverişli şərait yaradacaqlar.

31. Rusiya Federasiyası və Azərbaycan Respublikası bərabərhüquqlu və qarşılıqlı faydalı əsasda beynəlxalq enerji əməkdaşlığının stimullaşdırılması və qlobal enerji təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə sıx qarşılıqlı fəaliyyət həyata keçirərək yanacaq-energetika sahəsində, o cümlədən səmərəli infrastruktur layihələrinin cəlb edilməsi də daxil olmaqla neft-qaz yataqlarının kəşfiyyatı və emalı, enerji resurslarının nəqli sahəsində, eləcə də alternativ və bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.

32. Tərəflər atom enerjisindən dinc məqsədlərlə istifadə sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi imkanlarını nəzərdən keçirəcəklər.

33. Rusiya Federasiyası və Azərbaycan Respublikası informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin inkişafını, yüksək keyfiyyətli səs trafikinin mübadiləsi üçün səmərəli şəraitin yaradılması da daxil olmaqla Rusiya və Azərbaycanın telekommunikasiya operatorları arasında birbaşa əlaqə kanallarının təşkilini təşviq edəcəklər.

34. Tərəflər beynəlxalq informasiya təhlükəsizliyi, kütləvi kommunikasiya vasitələri, publik və ictimai diplomatiya ilə əlaqədar məsələlərin geniş dairəsi üzrə iki ölkənin müvafiq strukturları və təşkilatları arasında sahəvi məsləhətləşmələrin keçirilməsi vasitəsilə də daxil olmaqla əməkdaşlığın qurulmasına yardım edəcəklər.

35. Tərəflər aqrar-sənaye kompleksi sahəsində, o cümlədən kənd təsərrüfatı məhsulları ilə təchiz etmə, kənd təsərrüfatı məhsullarının istehsalının, emalının və saxlanmasının aparıcı texnologiyalarından istifadə məsələləri, eləcə də fitosanitar normalara əməl etmə üzrə əlaqələrin inkişafına və təcrübə mübadiləsinə yardım edəcəklər.

36. Rusiya Federasiyası və Azərbaycan Respublikası müxtəlif beynəlxalq iqtisadi, maliyyə və digər təşkilat və institutlar çərçivəsində bir-birinə onlarda iştirakda və ya bir Tərəfin marağı olduğu təqdirdə onun digər Tərəfin üzvü olduğu beynəlxalq təşkilatlara üzv olmasında dəstək verməklə qarşılıqlı fəaliyyət göstərirlər.

37. Tərəflər səhiyyə sahəsində, infeksion xəstəliklərə qarşı mübarizə də daxil olmaqla əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsində əməkdaşlığı inkişaf etdirəcəklər, həmçinin bioloji təhlükəsizlik sahəsində əməkdaşlığın qurulması imkanlarını öyrənəcəklər.

38. Rusiya Federasiyası və Azərbaycan Respublikası parlamentlərarası əməkdaşlığı möhkəmləndirmək niyyətindədirlər.

39. Tərəflər səmərəli qarşılıqlı fəaliyyət, ticarət, təsərrüfat, mədəni və humanitar əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli şərait yaratmaq məqsədilə Rusiya Federasiyasının regionları və Azərbaycan Respublikası arasında əməkdaşlığın inkişafına yardım edəcəklər.

40. Tərəflər, milli qanunvericiliklərinə uyğun olaraq iki ölkənin xalqlarının mənəvi və mədəni yaxınlığının saxlanmasına hərtərəfli yardım etmək, Tərəflərin ərazilərində yaşayan milli azlıqların tarixi, mədəni və dini irsinin, eləcə də etnik, dil və mədəni özünəməxsusluqlarının qorunması, saxlanması və inkişafını təmin etmək, onların nümayəndələrinin ictimai-siyasi, mədəni və sosial-iqtisadi həyatda fəal iştirakına şərait yaratmaq niyyətindədirlər. Bununla əlaqədar olaraq, Tərəflər milli qanunvericilik çərçivəsində Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə töhfə verəcək diaspor təşkilatlarının fəaliyyətlərinin təşviqi üçün addımlar atacaqlar.

41. Rusiya Federasiyası və Azərbaycan Respublikası mədəniyyət və incəsənət, təhsil, elm, turizm və idman sahələrində qarşılıqlı əlaqələri dərinləşdirməyə, ictimai və gənclər təşkilatları, tədris təşkilatları və təhsil müəssisələri, innovasiya mərkəzləri, kütləvi informasiya vasitələri arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əlaqələrin qurulmasına yardım etməyə davam edəcəklər.

42. Tərəflərdən hər biri öz ərazisində digər Tərəfin humanitar, elmi-texniki, mədəni və informasiya əlaqələrinin inkişafına yönəlmiş, o cümlədən də ikitərəfli sazişlər əsasında və milli qanunvericilik çərçivəsində informasiya-mədəniyyət mərkəzləri vasitəsilə fəaliyyətini dəstəkləyəcəkdir.

43. Tərəflər konsert-qastrol fəaliyyəti, kitabxana və muzey işi, kinematoqrafiya və mədəniyyət üzrə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsini, eləcə də irimiqyaslı mədəni maarifləndirmə tədbirlərinin keçirilməsini təşviq edəcəklər.

Bu Bəyannamə Moskva şəhərində 22 fevral 2022-ci ildə hər biri rus və Azərbaycan dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, hər iki mətn bərabər autentikdir.
"Biz hər hansı formada işğalın, ekspansiyanın, təcavüzün əleyhinəyik"Rusiyanın separatçı "Donetsk və Luqansk Xalq Respublikaları"nın müstəqilliyini tanıması əlbəttə, ilk növbədə beynəlxalq hüququn kobud şəkildə pozulması kimi dəyərləndirilməlidir. Sözün düzü, belə bir hadisənin baş verəcəyi barədə öncədən də ehtimallar irəli sürülürdü, lakin heç kim proseslərin bu məcraya yönələcəyini gözləmirdi. Suveren Ukraynanın ərazisinin bir hissəsinin “müstəqilliyini” tanımaq beynəlxalq hüququ nəzərə almamaqdır və işğalın başqa bir formasıdır. Biz istənilən ölkənin ərazisinin, xəritəsinin bu və ya digər üsullarla, “hibrid müharibə” metodları ilə dəyişdirilməsinin əleyhinəyik.

Azərbaycanın həm Rusiya ilə, həm də Ukrayna ilə normal münasibətləri var. Hər iki ölkə ilə bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Bu əməkdaşlığımız hər iki ölkə ilə bundan sonra da davam edəcək. Eyni zamanda hər bir postsovet ölkəsi kimi Ukraynanın da suverenliyini tanıyır və ərazi bütövlüyünü dəstəkləyirik. Azərbaycan kifayət qədər müstəqil siyasət yürüdən bir ölkədir. Üstəlik də separatçılıqdan, qonşu Ermənistanın terrorçu siyasətindən uzun illər əziyyət çəkmiş və hələ də çəkməkdə olan bir ölkədir. Ona görə də biz hər hansı formada işğalın, ekspansiyanın, təcavüzün əleyhinəyik. Bütün ölkələr bir-birinin suverenliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İran ərzaqları zəhərlənmə verir – SəbəbMalların milli dildə markalanması məsələsində acınacaqlı hal məhz İrandan idxal edilən ərzaq mallarındadır. AİİB-ə istehlakçılar tərəfindən İranda istehsal olunan ərzaq mallarının markalanması barədə çoxsaylı etirazlar daxil olur.

Bu sözləri Axar.az-a açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, sözügedən ərzaq mallarının üzərinə istehsal və son istifadə tarixləri fars əlifbası ilə yazılır:

“Bu, istehsalçı tərəfindən bilərəkdən, şüurlu şəkildə edilir ki, yararlılıq vaxtı keçmiş malını asanlıqla sata bilsin. İstehlakçılarımızın belə sadəlövhlüklə aldanması səbəbsiz deyil. Əhali ölkəmizdə artıq 3 ildir fəaliyyət göstərən Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) və digər dövlət qurumlarının fəaliyyətinə inanır. Düşünür ki, yararlılıq vaxtı keçmiş mal satıla bilməz. Əfsus ki, bu inam özünü doğrultmur”.

O bildirib ki, son zamanlar istehlakçıların İran ərzaq mallarından zəhərlənməsi halları artıb.

E.Hüseynov deyib ki, İran ərzaq malları satışı şəbəkələrində aidiyyəti qurumlar tərəfindən ciddi monitorinqlər aparılmalıdır:

“Dövlət qanunlarını pozmaqla İran mallarını satan 50-dən çox dükan mövcuddur. Sədərək Ticarət Mərkəzində, ”Lukoyl” YDM-nin yanında (topdan satış), həmçinin Dərnəgüldə, “Elit“ TM-nin yaxınlığında, Xırdalan, Maştağa, “Əhmədli” metrosu ətrafında çoxlu sayda belə dükan var. Paytaxtla yanaşı, Sumqayıt, Neftçala, Şirvan şəhərlərində də İran malları satılan dükanlar fəaliyyət göstərir”.
“Rusiya müharibənin dayandırılmasında vacib rol oynadı” – İlham Əliyev“Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında vacib rol oynayıb”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.

“Rusiyanın sayəsində iki ölkə arasında məsələlər hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib. Eyni zamanda Rusiya və Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Humanitar sahədə əlaqələr daha da möhkəmlənir. Azərbaycanda bir neçə məktəbdə rus dili tədris olunur. Bu, əlaqələrin sübutudur. Rus dilini bilmədən gələcək nəsillərin kommunikasiya qurması çox çətin olar”,- deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır.
Rusiya şirkətləri Qarabağın bərpasında iştirak edəcəkRusiya şirkətləri Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirilməsində, Qarabağ ətrafındakı rayonların bərpasında fəal iştirak etməyə hazırdır.

Avrasiya.net xəbər verir ki, bu barədə Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin danışıqları üçün hazırlanmış materiallarda qeyd olunub.

"Gündəmdə iri flaqman layihələr vasitəsilə iqtisadi əlaqələrin intensivləşdirilməsi dayanır. Rusiyanın iqtisadi operatorları Azərbaycanın dövlət müəssisələrinin özəlləşdirilməsində və Qarabağ ətrafındakı ərazilərin bərpasında fəal iştirak etməyə hazırdır", - materiallarda deyilir.

Sənədə əsasən, 2020-ci ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,9 milyard dollar (2019-cu illə müqayisədə 10,7% az), ixrac 2,075 milyard dollar, idxal isə 813 milyon dollar (2019-cu illə müqayisədə 10,2% və 5% az) təşkil edib. müvafiq olaraq 2019). Rusiya üçün müsbət saldo 1,261 milyard dollar təşkil edir. 2021-ci ilin yanvar-noyabr aylarında qarşılıqlı ticarət 2 milyard 933,5 milyon dollar (keçən ilin müvafiq dövrü ilə müqayisədə 14,4% artım), Rusiya ixracı 2019,4 milyon dollar (artım 10,4 milyon dollar) təşkil edib. %), idxal - 914,1 milyon dollar (artım 24,6%).

Rusiyanın Azərbaycana birbaşa investisiyaları 4,5 milyard dollar, Azərbaycanın Rusiyaya birbaşa investisiyaları isə 1,5 milyard dollar təşkil edir.

Respublikada 900-dən çox müştərək şirkət, o cümlədən 300-ə yaxını 100 faiz Rusiya kapitalı ilə fəaliyyət göstərir.

Ölkələr 2022-ci ilin aprel-may aylarında Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasını keçirməyi planlaşdırır.
Kreml separatçı respublikaları bu sərhədlər daxilində TANIYIBRusiya Ukrayna ərazisindəki separatçı “Donetsk və Luqansk xalq respublikaları”nın hansı sərhədlər daxilində tanıdığını açıqlayıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml “Donetsk və Luqansk xalq respublikaları”nı özlərini elan etdikləri sərhədlər daxilində tanıyır.

Eyni zamanda, o qeyd edib ki, Rusiya Federasiyasının onları tanımasına baxmayaraq, DXR və LXR-də vəziyyət hələ də təlatümlüdür.

Peskov jurnalistlərə deyib:

“Bir çox vətəndaşlar təhlükə hiss edir, ona görə də müvəqqəti olaraq Rusiyaya gəlməyə qərar verirlər”.

Xatırladaq ki, fevralın 21-də Rusiya prezidenti Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra Rusiya Federasiyası vətəndaşlarına müraciəti zamanı LXR və DXR-n suverenliyinin tanınması barədə qərar qəbul etməyi zəruri hesab etdiyini bildirib. Müraciətdən dərhal sonra Putin Kremldə LXR və DXR-i tanıyan fərmanlar imzalayıb.
Belçikada və Niderlandda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcəkBelçikada Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək.

Bu barədə Avrasiya.net-ə Azərbaycan-Belçıka Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi məlumat verib. Onun sözlərinə görə, anım tədbirləri Azərbaycan-Belçıka Dostluq Cəmiyyəti, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Gent Türk Ocağının təşkilatçılığı ilə reallaşacaq. Tədbirlər fevralın 24-də Belçikanın paytaxtı Brüsseldə, fevralın 25-də Belçikanın Gent şəhərində, fevralın 26-da isə Niderlandın Haaqa şəhərində baş tutacaq
Lənkəranda fəhlə faciəvi şəkildə öldüLənkəranda fəhlə tikilməkdə olan binadan yıxılaraq ölüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində yeni tikilməkdə olan 7 mərtəbəli yaşayış binasında baş verib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçiriblər. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.