"Tehran-Bakı münasibətləri müsbət qonşuluq məcrasında davam edir" - İranın XİN başçısıİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian şəxsi “Twitter” səhifəsində yazaraq bildirib ki, Tehran-Bakı münasibətləri müsbət qonşuluq əlaqələri məcrasında davam edir.

Avrasiya.net-in məlumatına görə, nazir bildirib ki, bəzi məsələlərdə fikir ayrılıqları ola bilər, lakin mühüm olan odur ki, hər iki tərəf qarşıya çıxan maneələri dəf etmək üçün ciddi iradəyə malikdir.

"Həmkarım Ceyhun Bayramov və mən iki ölkə adından münasibətlərin hərtərəfli inkişafı, anlaşılmazlıqların aradan qaldırılması üçün müsbət əlaqələrimizi və məsləhətləşmələrimizi davam etdiririk. Bu kontekstdə ictimai və media məkanının daha yaxşı idarə olunması üçün ikitərəfli əməkdaşlığın artırılması və birgə komitənin formalaşdırılması barədə razılığa gəldik" deyən iranlı nazir əlavə edib ki, onlar qonşuları özlərinə qohum hesab edir və bu münasibətləri tənzimləyən prinsipləri yüksək qiymətləndirirlər.


Rektorun açıq qapısıTələbənin hamisi

Araşdırmalarımıza görə Respublikada geden ictimai siyasi proseslərdən biri kadrların seçılməsi, onların təyinatı ilə bağlıdır. Çünki kadr hər şey deməkdir. Yaxşı kadr ləyaqət deməkdir, əxlaq deməkdir, vicdan və mərhəmət deməkdir. Yaxşı kadr, özündə milli, mənəvi dəyərləri birləşdirən güc deməkdir. Bütün bunlardan sonra ulu öndər demiş...

“ Onda, ədalətə imkan verin qoyun zəfər çalsın”

Belə bir cəsarətli addım, hələ neçə il bundan öncə Azərbaycan Texniki Universitetində atıldı. Bu seçim ölkənin təhsil sistemində ən şərəfli və uğurlu seçim idi. 2019-cu ildə Vilayət Vəliyev Hörmətli Prezidentin sərəncamı ilə Texniki Universitete Rektor təyin olundu.
Vilayət Vəliyev Məmməd oğlu, 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi Riyaziyyat” fakültəsini bitirib, 1983-cü ildən AMEA-nın Dərin Neft və Qaz yataqlarının problemləri İnstutunda kiçik elmi işçidən, şöbə müdiri vəzifəsinə yüksəlib. 1999-cu ildə namizədlik, 1999-cu ildə ABŞ-ın Oklahoma Universitetdə “Tək məhsul ixracından asılı keçid iqtisadiyyatları” mövzusunda təhsil alıb və birgə tədqiqatlar aparıb, 2007-ci ildə doktorluq müdafiə edib,2013-cü ildə professor , 2014-cü ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2000-ci ilin əvvəllərindən etibarən, Dünya Bankı (DB ingWord Bank), Avropa yenidənqurma və inkişaf Bankı (AYİB European Bank for Reconstriction and Development, EBRD), ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (abbr USAİD) , Asiya İnkişaf Bankı (AİB ing Asiyan Devolopment Bank), Avropa Birliyi (inf European Unilon), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (ing Gız, Türk Əməkdaşlıq və Koordinsiya Agentliyi TİKA) İqtisadı Əməkdaşlıq Təşkilatı (İƏT, ing Üconomic Coopera tion Organization) və digər Beynəlxalq Təşkilatların həyata keçirdikləri layihələrdə, koordinator və ya layihə rəhbəri kimi fəaliyyat göstərmişdır. 2009-2019-cu illərdə Respublika İqtisadiyyat Nazirliyi iqtisadi islahatlar Elmi Tədqiqat İnstitunun direktoru vəzifəsində çalışmışdır. Vilayət Vəliyev Rektor təyinatına qədər özünü elmin ən yüksək pillərində təsdiq etmişdi. Onun səsi və imzası artıq ölkə hüdudlarını keçmişdi. Adı və ünvanı dünyanın ən məşhur elm xadimlərinin çərçivəsində çəkilirdi.
Onun on il öncə Amerikadanın tanınmış iqtisadçı alimləri ilə birgə apardığı elmi araşdırmalarının tədqiqatlarının nəticəsi olaraq, ABŞ-ın Oklahoma Universitetində keçdiyi yollarla bağlı geniş məlumatlar var. Vilayət müəllim zəhmətkeş, elmin, kitabın təhsilin qədrini bilən bir ailədə dünyaya göz açıb.

Azərbaycanın məşhur yazıçısı akademik Mirzə İbrahimov yazırdı :“Əxlaqlı müəllimə mənim aləmimdə ən yüksək iş, vəzifə tapşırmaq olar.
Çünki əxlaq mənəvi dəyərlərimizin anasıdır..."

Fikrimcə professor, əməkdar elm xadimi Vilayet Vəliyev həyat yolunda “mərhəmətli olmaq, insanlarla, xüsusən tələbələrə mərhəmət və qayğı göstərmək, onların qayğısına qalmaq prinsipi hamının diqqətini cəlb edir. Müşahidələrim Universitetin müəllim və tələbələri ilə söhbətlərim təsdiq edir ki, böyük işlər aparılır, elmə, tədrisə yanaşma kökündən dəyişdirilərək və daha inovativ idarəçilik tədbiq edilir. Məndə olan məlumata görə, bəzi rektorlar kimi qəbuluna düşmək üçün nağıllarda olduğu kimi 40 qapıdan keçmək olduğu halda, Vilayət müəllimin qəbuluna düşmək hava və su kimi asandır. Son nöqtəni qoymaq üçün qeyd etmək istiyirəm ki, Vilayət müəllim tələbənin hamisidır.

Vətəndaş Cəmiyyət Naminə Marifləndirmə İctimayi Birliyinin sədri:
Fizuli Kərimov
Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı düşmənlərə bir mesajdır”Qaiser Navab: “Hər üç ölkə daim zülm və işğala qarşı çıxış edirlər”

Dost və qardaş Pakistan həmişə Azərbaycanın yanında olub, ona mənəvi dəstək verib. Beynəlxalq hüquq prinsip və normalarına əsaslanıb rəsmi Bakınin mövqeyini müdafiə edib, daim Ermənistanın işğalçılıq siyasətini pisləyib. Buna görə, rəsmi İslamabad təzyiqlərə məruz qalsa, qınanılsa da tutduğu haqlı mövqeyindən çəkinməyib. Heş bir qüvvə Pakistanı yolundan döndərə bilməyib. Bütün sahələrdə dost və qardaş Pakistanla Azərbaycanın yaxşı və normal əlaqələri var. Bu qardaşlığın bəzi qüvvələrin narahatlığına səbəb olduğu da aydındır.

“Xalq Cəbhəsi”nin strateji kommunikasiyalar və dayanıqlı inkişaf məqsədləri üzrə üzrə ekspert, müstəqil jurnalist, Pakistan Gənclərinin lideri, Pakistan-Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Qaiser Navabla söhbəti də elə bu istiqamətdə olub.

- Azərbaycanla Pakistan arasında dostluq və qardaşlıq münasibətlərinin əsasında nə dayanır?

- Birinci əsas odur ki, hər ikisi müsəlman ölkələridir və hisslər, ümumi maraqlar var. Həmçinin, hər ikisi ədalətin tərəfdarıdır, bir-birinə daha yaxındırlar. Hər iki ölkə xarici işğala qarşıdır Qarabağın Ermənistan tərəfindən, Kəşmirin isə Hindistan tərəfindən işğalı məsələsi var. Hər iki ölkə zülmə, işğala qarşı mübarizə aparır və bu yoldan heç kim onları çəkindirə bilməz.

- Pakistan hər zaman Azərbaycanı dəstəkləyib, lakin bu, çoxlarının narahatlığına səbəb olub. Niyə?

- Pakistan Azərbaycanı sırf ləyaqətinə, haqlı mübarizəsinə, haqqına görə dəstəkləyib, beynəlxalq hüququ müdafiə edib. Pakistanın Azərbaycana bu qeyd-şərtsiz dəstəyi kimlərəsə, hansısa ölkələrə ziyan vurur, çünki orada narahatlıq doğuran maraqlar var. Pakistan Azərbaycan qardaşlığı bu maraqların qarşısını alır. Çünki bu maraqlar heç də yaxşı işə hesablanmayıb. Pakistan Azərbaycanın haqlı savaşında yanında olub.

- Pakistan, Azərbaycan və Türkiyə qardaşlığı region və dünyaya hansı mesajlar verir?

- Pakistan-Azərbaycan və Türkiyə qardaşlıq, dostluğun rəmzidir, güvən və birmənalı dəstək üç qardaş kimi simvollaşdırılır. Düşmənlərə xəbərdarlıq göndərir və bütün dünyada sülhsevər ölkələrə nümunədir. Birlik bu üç qardaşın azadlığına və ləyaqətinə böyük bir mesaj əks etdirir, çünki hər üç ölkə daim zülm və işğala qarşı çıxış edirlər və uğurlara imzalar atırlar.

- Sizcə, bu birlik hansı ölkələri narahat edə bilər və niyə?

- Bütün faşist ideologiyasında olan dövlətləri narahat edə bilər. Bu üçbucaqlı qardaşlıq daim zülmə, basqıya, təcavüzə qarşıdır. Bundan əlavə, bu ölkələrin nümunəvi birliyi maraqları təhlükə altında olan ölkələrə narahatlıq yarada bilər. Ermənistan və Hindistan hökuməti ən diqqətçəkən nümunələrdir. Bu ölkələrin maraqları həmişə təhlükə altındadır. Bu maraqların arxasında işğalçılıq siyasəti dayanır.

- Pakistan generalları dəfələrlə Bakıda səfərlərdə olublar, hər iki ölkə birgə hərbi təlimlərdə iştirak ediblər...

- Pakistanla Azərbaycan arasında hərbi əməkdaşlıq qarşılıqlı ola bilər. Dünyanın ən güclü müdafiə və hərbi güclərindən biri olan Pakistan kimi Azərbaycan hərbi əməkdaşlıqdan faydalana bilər. Azərbaycan Pakistandan hərbi texnika, o cümlədən reaktiv təyyarələrin əsas alıcısıdır. Hər iki ölkənin hərbi sahəsini gücləndirmək üçün müntəzəm olaraq hərbi təlimlərə qoşulur. Sentyabrda “Üç Qardaş - 2021” (Türkiyə, Pakistan, Azərbaycan) birgə beynəlxalq təlimi yada salaq. Keçirilən tarixi təlim hər üç tərəf arasında daha dərin bir əlaqəni nümayiş etdirdi. Hər biri iqtisadi və diplomatik cəbhələrdə birlikdə çalışır və hər biri terrorizmə qarşı mübarizəyə sadiq olduqlarını bildirirlər. Bununla birlikdə, bu istiqamətdə hərbi əməkdaşlıq daha yaxın münasibətlərə aparan yolda əhəmiyyətli bir növbəti addımdır. Azərbaycan, Pakistan və Türkiyə Kəşmir, Kipr və Qarabağ kimi milli maraqlar mövzusunda müxtəlif beynəlxalq forumlarda bir-birlərini davamlı olaraq dəstəkləyirlər.

- Bu yaxınlarda Hindistanın xarici işlər naziri Ermənistanda səfərdə olub. Bu səfəri Pakistana, yoxsa Azərbaycana mesaj kimi qəbul etmək olar?

- Hindistanın xarici işlər nazirinin Ermənistana səfəri narahatlıq əlamətidir, həm Pakistan, həm də Azərbaycan üçün. Çünki Hindistanın özü Kəşmiri qanunsuz olaraq işğal edib. Bu kontekstdə Pakistan və Azərbaycan daha da güclənməlidir həm Ermənistana, həm də Hindistana güclü mesaj vermək üçün əməkdaşlığını möhkəmləndirməlidir. Hindistan Pakistanın Azərbaycanla əməkdaşlığından narahatdır. O, bu əməkdaşlığın qonşu ölkələrə yayılmasından qorxur.

- Azərbaycan Qarabağı azad edib, lakin Ermənistan hələ də sülh müqaviləsini imzalamaqdan imtina edir. İmtina səbəbləri nə ola bilər?

- Ərazilərini itirmək qorxusundan sənədi imzalamaqdan imtina edir. İndiki hökumət bu taktika ilə müxaliflərə qarşı çıxmaq və ictimai rəyi lehinə çevirmək istəyir. Üstəlik, Hindistan kimi digər beynəlxalq amillər də Ermənistan hökumətinə təsir edir. Hindistanın xarici işlər nazirinin Ermənistana səfəri də İrəvanın bu sənədi imzalamaqdan çəkindirmək məqsədi daşıyıb. Bəzi beynəlxalq qüvvələr üçün belə məsələlərdə sülh müqaviləsinin imzalanması sərf etmir.

- Pakistan-Azərbaycan dostluğu qonşumuz İranı da narahat edir. Necə bilərsiz, bu, İranın bölgədəki siyasətinə necə təsir göstərir?

- Realist düşüncəyə görə, hər bir ölkənin qoruduğu öz milli maraqları var. Pakistan və Azərbaycan münasibətləri qarşılıqlı münasibətlərə əsaslanır, burada əməkdaşlıq və ikitərəfli maraqlar dayanır. İranın da öz milli marağı var, onu qoruyur. Bundan əlavə, maraqlar beynəlxalq siyasətdə təhdidlərlə bağlı qavrayışlar, siyasi məqsədlər üçün də istifadə edilir. Beləliklə, əməkdaşlıq və quruculuq siyasəti, təhlükə qavrayışı maraq dairəsinə daxildir.

- Heç kimə sirr deyil ki, İran həmişə işğalçı Ermənistanı dəstəkləyib. İşğalçı xristian ölkəsinin yanında olması İslam məntiqinə necə sığır?

- Bayaq qeyd etdiyim kimi, hər bir ölkə öz mənafeyini, marağını qorumaq hüququna malikdir. Dinin roluna gəldikdə, bu, beynəlxalq siyasətdə maraq dairəsində deyil. Beləliklə, İranın Ermənistanla və ya hər hansı başqa ölkə ilə münasibətlərinin kökündə milli əsaslar dayanır. Beynəlxalq aləmdə dostluq və düşmənçilik siyasətinə gəlincə, daimi dost və ya düşmən yoxdur, tək daimi olan milli maraq var.

- Pakistan və Azərbaycanın gənclər və media sahəsində əməkdaşlığı genişləndirmək üçün təklifləriniz nədir?

- Birinci təklif, media sahəsində əməkdaşlıq, körpü qurulmalıdır, müntəzəm olaraq münasibətlərdə olmalıyıq. Təcrübədə olmalıyıq. İnformasiya mübadiləsi aparmalıyıq. İkincisi, təhsil sahəsində əməkdaşlığa önəm verməliyik. Bu da hər iki ölkəni bir-birinə daha da yaxınlaşdıra bilər. Təqaüdlər, seminarlar, yay məktəbləri, tələbə və mədəni mübadilə proqramları və s. layihələri həyata keçirmək olar. Mədəniyyət, idman, turizm sahələrində də əməkdaşlığımızı güclüəndirə və genişləndirəbilərik. Bütün sahələrdə təcrübələrimizi bölüşməliyik. Biz qardaş ölkələrik, qardaşlığımızı qorumalıyıq. Bu bizim regionda, dünyada birgə gücümüz, mövqeyimiz deməkdir.
Sovet İttifaqı bərpa oluna bilər – KalaşnikovRusiya və Belarusun yaratdığı İttifaq dövlətinə sonradan vaxtilə Sovet İttifaqının tərkibində olan digər ölkələr də qoşula bilər.

Axar.az xəbər verir ki, bunu Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun fikrincə, İttifaq dövləti keçmiş sovet respublikaları üçün cəlbedici olmalıdır:

“Bu birlik sərhədin olmaması, heç bir icazə olmadan işləmək, bir-birindən öyrənmək, sürücülük vəsiqəsini başqa dilə çevirməmək deməkdir”.

Parlamentari hesab edir ki, daha sonra gələcəkdə vahid qanunverici orqan olacaq.

O, İttifaq dövlətinin Ali Dövlət Şurasının onlayn iclasının bu mövzuya həsr olunacağını qeyd edib.
Sanksiyaların qaldırılması məsələsində geri addım atmayacağıq.

Axar.az xəbər verir ki, bu sözləri İran Prezidenti İbrahim Rəisi Simnan şəhərində ABŞ səfirliyinin işğalının 42-ci ildönümü ilə bağlı keçirilən tədbirdə deyib.

Çıxışında nüvə sazişi müzakirələrinə toxunan Rəisi hər şeyin nəticələrə əsaslandığını bildirib:

“Danışıqlar masasından ayrılmayacağıq, lakin heç bir güzəştə də getməyəcəyik".

Qeyd edək ki, İran nüvə danışıqlarına qayıtdığını və 29 noyabrda Vyanada keçiriləcək müzakirələrə qatılacağını elan edib.

DTX əməliyyatı: Xəyyam Abdinov saxlanıldıMüasir İncəsənət Muzeyinin müdiri Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb.

Avrasiya.net xəbər verir ki, bu haqda Musavat.com-a mötəbər mənbədən məlumat daxil olub.

Əldə edilən məlumata görə, Xəyyam Abidinovun barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, Xəyyam Abidinov həbs olunmazdan bir neçə gün öncə işdən çıxarılıb.
Vasif Talıbov nazir qudasını işdən çıxardıNaxçıvanın Daxili işlər naziri, general-leytenant Fazil Nəriman oğlu Ələkbərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Qeyd edək ki, F.Ələkbərov Vasif Talıbovun qudasıdır.
Quba məktəbliləri arasında Zəfər günü münasibətilə intellektual turnir keçirilib.“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi və Quba rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında Nə? Harada? Nə zaman? intellektual oyunu üzrə “Zəfər kuboku” turniri keçirilib.
Turnirdə Quba rayon ümumtəhsil məktəblərinin 27 komandası 4 yarımqrupda mübarizə aparıb.

Quba şəhər 1, 2, 4, 5, 6 və 7 nömrəli, Texniki Təmayüllü Lisey, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Lisey, Rustov, I Nügədi kənd 1 nömrəli, II Nügədi kənd 3 nömrəli, Qam-qam, Püstəqasım, Səbətlər, Qımılqışlaq, Qəcər-Zeyid, Çartəpə, Hacıhüseynli, Hacıqayıb, Dağlı, Alekseyevka, Alpan, İqriq, Paşaoba, Amsar kənd, Zərdabi qəsəbə tam orta məktəblərinin mübarizəsində Quba şəhər 1 nömrəli tam orta məktəbinin “Aypara”, Quba şəhər 4 nömrəli məktəb-liseyin “Xaribülbül”, Qam-qam kənd tam orta məktəbinin “Cəsurlar”, Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem”, Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər”, Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi”, Alekseyevka kənd tam orta məktəbinin “Dəmir Yumruq” və Alpan kənd tam orta məktəbinin “Harop” intellektləri final mərhələsinə vəsiqə qazanıb.

Dairəvi sistem üzrə keçirilən 7 turdan ibarət final mərhələsində Fizika, Riyaziyyat, İnformatika Təmayüllü Liseyin “Carpe-Diem” komandası 17 xalla turnirin qalibi adını qazanıb. İkinci yeri Zərdabi qəsəbə tam orta məktəbinin “Fatehlər” və Hacıhüseynli kənd tam orta məktəbinin “Qurd tələsi” intellektləri isə 11 xalla öz aralarında keçirilən oyunun nəticəsinə əsasən müvafiq olaraq ikinci və üçüncü yeri əldə ediblər.

Yekunda qalib və mükafatçılar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.

"Zəfər kuboku” turnirinə yekun vurulubSiyəzən Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 2007-2008-ci il təvəllüdlü yeniyetmələrdən ibarət 16 komanda iştirak edib. Turnir şəhidlərimizin xatirəsinin yad edilməsi, yeniyetmələrə vətənpərvərlik hisslərinin aşılanması, futbol idman növünün və sağlam həyat tərzinin yeniyetmələr arasında təbliğ olunması məqsədi daşıyıb.

Noyabrın 3-də yarışın finalına həsr olunan tədbirdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Rayon Polis Şöbəsinin rəisi Xaqani Məmmədov, rayon prokuroru Ramil Əliyev, Gənclər İdman İdarəsinin rəisi Nadir Məmmədov, şəhid ailələrinin üzvləri və digər qonaqlar iştirak ediblər. Final oyunundan əvvəl şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov və Gənclər və İdman İdarəsinin rəisi Nadir Məmmədov tədbirdə çıxış ediblər.

Çıxışlardan sonar keçirilən final görüşünün nəticəsinə əsasən şəhər 2 saylı tam orta məktəbin komandası şəhər 4 saylı məktəbin komandası üzərində qələbə çalaraq “Zəfər kuboku” turnirinin qalibi olub.
Turniri I və II yerdə başa vuran komandaların üzvləri kubok, medal və fəxri fərmanlarla təltif ediliblər.





#ŞəhidlərÖlməz #ŞəhidlərimİZ #VətənMüharibəsi #Zəfər #Qələbə #QarabağAzərbaycandır #KarabakhisAzerbaijan #QalibKomandan #DəmirYumruq #idman #sağlamlıq #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #ARGİN #MysGovAz #MysAz #Gənclərsiyasəti