İran səfiri Azərbaycan xalqını və dövlətini təbrik edibİran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Ramazan bayramı münasibətilə Azərbaycan xalqınl və dövlətini təbrik edib.

Səfirlikdən Avrasiya.net-ə daxil olan təbrikdə deyilir:

Müsəlman, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını mübarək Ramazan (Fitr) bayramı münasibətilə təbrik edirəm. Allahın sonsuz nemət, bərəkət və rəhmət ayı ilə vidalaşaraq, Şəvval ayının daxil olması və mübarək Ramazan bayramına görə şükr edir, Allahın dərgahından bütün müsəlmanlar, xüsusilə Azərbaycan Respublikası xalqı üçün cansağlığı, sülh, əmin-amanlıq, mənfur koronavirus pandemiyasının tezliklə bitməsini arzu edir və ibadətlərin qəbul olunmasını diləyirəm.


"Lavrov bu gün qazı alınmış adam təəssüratı bağışlayırdı"Sıradan bir gündə deyil, məhz Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümündə Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfər etməsi heç də təsadüfi deyil.

Prezident Azərbaycan Televiziyasına müsahibəsində bu səfəri 44 günlük müharibədə qazandığımız Zəfərlə əlaqələndirdi: “Bu gün Naxçıvanda olmağımın, əlbəttə ki, səbəbi var. Tarixi Zəfərdən sonra Ulu Öndərin birinci doğum günüdür və bu gün mən mütləq Ulu Öndərin Vətənində olmalı idim". Bu bir mənəvi hesabat səfəri idi. Ata vəsiyyətini yerinə yetirən, Qarabağın işğaldan azad edilməsinə, Şuşada yenidən üçrəngli Azərbaycan bayrağının dalğalanmasına nail olan Prezident və Ali Baş Komandanımız İlham Əliyevin Naxçıvana səfər edərək, Ulu Öndərin doğulduğu məkandan ölduqca önəmli mesajlar verməsi həm də diplomatik-siyasi çeviklik nümunəsi idi.

Düzdür, səfər çərçivəsində bir sıra mühüm infrastruktur layihələrinin və hərbi obyektlərin açılışı da həyata keçirildi, həmçinin muxtar respublikada görülən işlərlə ölkə başçısı yaxından tanış oldu. Bütün bunlar öz yerində. Amma Prezidentin sözügedən səfərinin əsas qayəsi Naxçıvandan verilən mesajlarda üzə çıxdı. İlham Əliyev məhz Naxçıvan Muxtar Respublikasından Zəngəzur dəhlizi ilə bağlı fikirlərini bir daha bəyan etdi və qəti mövqeyini ortaya qoydu. Bu mövqe eyni zamanda Rusiya XİN-in başçısı Sergey Lavrovun bu günlərdə Ermənistana səfəri zamanı Zəngəzur dəhlizi ilə bağlı İrəvandan səsləndirdiyi absurd və əsassız fikirə birbaşa tutarlı cavab idi. Dövlət başçımız birmənalı surətdə bildirdi ki, Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur”.

Maraqlıdır ki, Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı bu cür qəti mövqeyini görən Sergey Lavrov dünən və bu gün Bakıda keçirdiyi görüşlərdə, eləcə də jurnalistlər üçün brifinqdə dəhliz məsələsinə toxunmağa və İrəvanda səsləndirdiyi sərsəm fikiri burda inkişaf etdirməyə cürət etmədi. O, sadəcə Zəngəzur dəhlizinin ciddi nəqliyyat habı olması barədə fikri səsləndirməklə kifayətləndi. Başqa sözlə desək, İlham Əliyevin dünənki açıqlamalarından sonra S.Lavrov bu gün qazı alınmış adam təəssüratı bağışlayırdı. O, Ermənistandan fərqli olaraq Azərbaycanla güc diplomatiyası ilə, siyasi təzyiq yoluyla, diktə ilə danışmağın mümkünsüz olduğunu anladı.

Prezidentin müsahibəsində toxunduğu digər həlledici məqam “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” fikrini növbəti dəfə dilə gətirməsi oldu. Və mənə elə gəlir ki, Prezident bu dəfə bu məsələyə tam nöqtə qoymuş oldu. Yəni ki, münaqişə bitib, qondarma “dqr”in fiziki (de-fakto) varlığına son qoyulub, status-kvo ləğv olunub və beləliklə, status məsələsi üçün zərurət də tamamilə ortadan qaldırılıb. Azərbaycan üçün artıq bu məsələ birdəfəlik qapanıb. Bu mənada İlham Əliyevin “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”,- deyə səsləndirdiyi ritorik sualın da əslində bu münaqişənin bitmədiyini iddia edənlərə ünvanlanığı məlumdur. Prezident bununla Xankəndidə cəmləşən bir ovuc separatçı üçün heç kimin status tələb etməyə mənəvi haqqının olmadığını bildirdi və Ermənistana havadarlıq edənləri “münaqişə” və “status” məsələləri üzərindən spekulyasiya ilə məşğul olmamağa çağırış etdi.

Bu çağırış eyni zamanda Fransaya və Kanadaya da ünvanlanmışdı. Prezident adı keçən ölkələrə açıq mətnlə həddini və yerini göstərdi. Fransa və Kanada kimi ölkələrin rəhbərlərinə burunlarını başqa ölkələrin iç işlərinə soxmaqdansa, öz ölkələrinin problemlərinin həlli ilə məşğul olmağı tövsiyyə etdi. Xüsusən də Kanadaya ünvanlanmış ifadələrin tonu və sarkazmı mənə elə gəlir ki, bu ölkənin hazırki baş naziri Castin Tryudoya vurulmuş tərs şillədir: “Bu yaxınlarda mənə məlumat verildi ki, Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada? Bəlkə bu, superdövlətdir biz bilməmişik. Bu, bəlkə ikinci Lüksemburqdur, ikinci superdövlət yaranıb, bunu bilməmişik. Otursun öz işləri ilə məşğul olsun”.

Elə Fransanın, o cümlədən bu ölkənin Senatının və Xarici İşlər Nazirliyinin ünvanına səsləndirilən fikirlərdəki ironiya da kifayət qədər tutarlı və sirayət edicidir. Əslində Fransa Xarici İşlər Nazirliyinin sözçülərində və şəxsən nazirin özündə az da olsa siyasi mədəniyyət varsa, İlham Əliyevin Fransa XİN-in və Senatın ünvanına səsləndirdiyi ifşaedici sözlərdən sonra çıxıb rəsmən Azərbaycan xalqından üzr istəməlidir. Gəlin Prezidentimizin həmin fikirlərini bir daha birlikdə nəzərdən keçirək: “Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını da rədd edirəm. Bu, qəbuledilməzdir. Biz dəfələrlə Fransa tərəfinə öz iradlarımızı bildirmişik ki, əl çəkin bizdən. Gedin, öz işlərinizlə məşğul olun. Yoxsa Fransa Senatının sədri gəlir İrəvana, orada bəyanat verir ki, Fransa Senatı Dağlıq Qarabağı tanıyacaq. Biz Fransanın hökumət orqanlarına bu məsələ ilə müraciət edəndə, öz etirazımızı bildirəndə bizə deyirlər ki, fikir verməyin, bu, qanunvericilik orqanıdır, hakimiyyətin mövqeyini əks etdirmir. Yaxşı, bəs Xarici İşlər Nazirliyi, o da hökumətin mövqeyini əks etdirmir? Bu nə bəyanatlardır? Getsinlər, öz işləri ilə məşğul olsunlar. Bu Hərbi Qənimətlər Parkı ilə Azərbaycana qarşı aparılan çirkin kampaniyaya son qoyulmalıdır. Fransa muzeyində Əlcəzair Milli Müqavimət Hərəkatının öldürülmüş öndərlərinin kəllələri nümayiş etdirilir. Bir gedin baxın, güzgüyə baxın, neçə dəfə mən bunu deməliyəm”.

İlham Əliyevin bu tövsiyyələri tam da yerində səsləndirilmiş tövsiyyələrdir. Makron və onun nazirləri, Makronun avantürist siyasətinə “lakey”lik edən Fransa Senatının üzvləri həqiqətən də gedib güzgüyə baxıb, öz əməllərinə çəki-düzən verməli, öz ölkələrinin yığılıb qalmış problemlərinin həllinə diqqət ayırmalıdırlar. Lakin mənə elə gəlir ki, Makron və onun komandası hər nə qədər yumorlu səslənsə də, güzgüyə baxmağa qorxur. Çünki güzgüyə baxsalar, həm Fransanın özünü uçuruma, dərin siyasi-iqtisadi böhrana doğru aparan, həm də Fransanı dünya ictimaiyyətinin gözündən salan uğursuz bir siyasətin müəllifini, icraçılarını görəcəklər.

Bu günlərdə Fransanın nüfuzlu generallarının və minlərlə hərbçilərinin Makrona ünvanladıqları müraciət və bəyanatda yer alan ittihamlar da Makron kimi uğursuz liderciklərin Azərbaycanın və digər ölkələrin işlərinə qarışmaqdansa, Fransanın gündən-günə dağılmağa doğru getməsinin qarşısını almalı olduqlarını göstərir. Sözün açığı, Fransanın problemlərini həll edə bilməyən Makronun Cənubi Qafqazdakı proseslərə burnunu soxması olduqca gülməli görünür. Mənə elə gəlir ki, bir müddət bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan “psixi problemləri varsa, getsin özünü həkimə göstərsin” səpkisində tərs şillə yeyən Emmanuel Makron və onun baş diplomatı heç olmasa, bu dəfə İlham Əliyevin haqlı qınaqlarından və tövsiyyələrindən ciddi nəticə çıxaracaqdır.

Prezidentin müsahibəsindəki üçüncü mühüm məqam isə Ermənistanda bəzi iqtidar və müxalifət qüvvələrinin Şuşanın və Hadrutun qaytarılması ilə bağlı bəyanatlar verməsinə, revanşist fikirlər səsləndirməsinə kifayət qədər sərt münasibət bildirməsi oldu. İlham Əliyev Ermənistanın məlum qüvvələrinə açıq mətnlə mesaj yolladı və onları odla oynamamağa çağırdı: “Ermənistanda nə güc var, nə iradə var, nə hər hansı bir mənəvi haqq var ki, revanşist fikirlərlə yaşasın. Bu, onlar üçün özünəqəsddir. Bir daha demək istəyirəm, biz hələ ki, bu bəyanatları izləyirik. Ermənistanda həm iqtidar, həm də müxalifət, demək olar ki, siyasətlə məşğul olan bütün ünsürlər Şuşanın qaytarılması ilə bağlı, Hadrutun qaytarılması ilə bağlı fikirlər səsləndirirlər. Biz hələ ki, təmkin göstəririk. Amma odla oynamasınlar. Onlar bizim yumruğumuzu görüblər. Bu yumruq yerindədir. Heç kim bizim qabağımızda dura bilməz”.

Azərbaycan Prezidenti oxşar fikirləri Rusiya XİN-in başçısı S.Lavrovla görüşü zamanı çıxış edərkən də səsləndirdi və Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsini yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatlarının, revanşizm qoxusu verən bəyanatların ilk növbədə, Ermənistanın özü üçün təhlükəli olduğunu bildirdi. Zənnimcə, Prezidentin bu fikirləri Lavrovla görüşdə də səsləndirməsi eyni zamanda həm Ermənistana, həm də rəsmi Moskvaya ünvanlanmış mesaj idi. Çünki 10 noyabr Bəyanatının müddəalarının Ermənistan tərəfindən qeydsiz-şərtsiz yerinə yetirilməsinin və revanşizmə təşəbbüs göstərilməməsinin birbaşa qarantoru, zəmanətçisi məhz Rusiyadır. Odur ki, Rusiya rəhbərliyinin necə deyərlər, bircə dəfə barmağını silkələməsi, gözünü ağartması yetər ki, Ermənistan iqtidarında və müxalifətindəki revanşist qüvvələr ağızlarını yumsunlar və Şuşanın, Hadrutun qaytarılması kimi xam xəyallardan əl çəksinlər. İlham Əliyevin bu qəti xəbərdarlığından sonra yəqin ki, heç kim riskə getmək, “odla oynamaq” istəməyəcək. Başqa sözlə desək, Azərbaycan Prezidentinin “hücum diplomatiyası” taktikası öz səmərəsini verəcək.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
İran və ABŞ dənizçiləri arasında insidentFars körfəzində İranın sahil mühafizə xidmətinin katerləri ilə ABŞ-ın hərbi gəmiləri arasında insident baş verib.

Avrasiya.net xəbər verir ki, bu barədə İran İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) Hərbi Dəniz Qüvvələrinin yaydığı açıqlamada deyilir.

Yayılan yazılı açıqlamada əvvəlcə ABŞ Müdafiə Nazirliyinin beynəlxalq sularda İrana məxsus 13 hərbi katerin ABŞ-ın 7 hərbi gəmisinə qarşı təxribat törətdiyi haqqında iddiası rədd edilib. Nəzərə çatdırılıb ki, mayın 10-da təxribat hərəkətlərini İran yox, ABŞ gəmiləri törədiblər. Körfəzdəki ABŞ gəmiləri İranın dəniz sərhədinə həddən artıq dərəcədə yaxınlaşaraq gəmidəki hərbi vertolyotların uçuşunu təşkil edib və havaya həyəcan fişəngi buraxaraq qeyri-professional addımlar atıblar. Başqa dövlətin dəniz sərhədi yaxınlığına bu kimi hərəkətlərə yol verilməsi dənizçilik haqqımda beynəlxalq qanunlara ziddir.

Bu kimi hərəkətləri müşahidə edən Sepahın hərbi dəniz qüvvələrinə məxsus hərbi katerlər ABŞ-ın gəmilərinə xəbərdarlıq edib və onları sərhəddən uzaqlaşdırıblar.

Sepahın hərbi dəniz qüvvələri bir daha bəyan edir ki, sərhədləri yaxınlığında belə təxribatlara icazə verməyəcək və əgər qarşı tərəf qeyri-qanuni davranarsa sərt şəkildə cavab veriləcək.
İlham Əliyev Putin və Minnixanova başsağlığı verdiPrezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib.

Avrasiya.net xəbər verir ki, başsağlığında deyilir:

"Hörmətli Vladimir Vladimiroviç

Kazan məktəblərinin birində atışma nəticəsində uşaqların və yaşlıların həlak olması xəbəri məni dərindən sarsıdıb.

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən baş sağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm."

***

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanova da başsağlığı veriblər.

Başsağlığında deyilir:

“Hörmətli Rüstəm Nurqaliyeviç.

Kazan şəhərindəki 175 nömrəli məktəbdə atışma nəticəsində uşaqların və yaşlıların həlak olması haqqında xəbəri dərin hüznlə qəbul etdik.

Bu əvəzedilməz itkiyə görə dərdinizə şərik olaraq Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, zərər çəkənlərin hamısının tezliklə sağalmasını arzu edirəm”.
Rəfail Becanov: “Azərbaycan Minsk qrupunun olmayacağını deyəndə, Fransa da, Rusiya da sakitləşəcək...”“Lavrovun Bakı səfərindən bizim üçün gözlənilən nəticələr alındımı? İndi əsas sual və düşündürən vacib məqam budur. Məhdud informasiya çeşidi olsa da, publik olaraq bir çox suallara cavab tapılmadı. Təbii ki, publik olmayan şəkildə heç bir məsələdən yan keçilməyib. Azərbaycan tərəfi istər “İsgəndər M”, istər sülhməramlıların və xuntanın özbaşınalığı, Njdenin Xocavənddəki heykəlinin sökülməsinə erməni separatçılarının dirənişi və Rusiyanın güzəşti, Zəngəzur dəhlizinin açılmasına ermənilərin bütün vasitələrlə mane olmaq cəhdi müzakirə mövzusu olub”.

Bunu Cebhe.info xəbər portalı və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov deyib.

Baş redaktor bildirib ki, lakin cəmiyyət minalanmış ərazilərin xəritəsi ilə bağlı məsələdən başqa Lavrovdan açıq nəsə eşitmədi:

“Minalanmış ərazilərlə bağlı isə Lavrov bildirdi ki, bu, Ermənistanda müzakirə edilib. "Nə olacaq", "necə olacaq" sualı açıq qaldı. Bizi isə olacaqlar daha çox maraqlandırır.

Lavrovun sülhməramlılarla bağlı mövqeyi dövlətinin maraqlarını ifadə etsə də, ATƏT-in Minsk Qrupunu xatırlatması müəmmadır. ATƏT-in Minsk Qrupu bundan sonra nə edəcək ki?! Humanitar əməkdaşlıq üçün variantlar da 10 noyabr üçtərəfli razılaşmasında və 11 yanvar Moskva görüşündə detallı müzakirə edilib. Belə də diplomatik və yumşaq şəkildə ATƏT-in Minsk Qrupunu xatırlatmağın məramı nədir?”

R.Becanov xatırladıb ki, Minsk Qrupunun işi Qarabağ konfliktinin həllində ədalətli mövqe idi:

“Lakin bu konflikt artıq bitib və yoxdur. Prezident dəfələrlə bunu bəyan edib. Belə də yenidən o qrupu xatırlatmaq nə anlama gəlir? Azərbaycan birmənalı şəkildə o qrup yoxdur və olmayacaq bəyanatı verincə, Fransa da, elə Rusiya özü də sakitləşib, müzakirələrin birbaşa aparılmasına çalışacaq.

Azərbaycan ATƏT-in Minsk Qrupundan birmənalı və rəsmən imtina etməklə, Ermənistanı aşkar dəstəkləyən Fransanı tamamilə oyundankənar vəziyyətə salmalıdır. Rusiya bu halda özünü bitərəf aparmağa məcbur olacaq. Çünki aşkar şəkildə Ermənistanı dəstəkləmək Azərbaycanı itirmək və Cənubi Qafqazda təklənmək deməkdir”.
Netanyahudan əmr: Hücumları gücləndirin!İsrail Baş naziri Benyamin Netanyahu Qəzza sektoruna zərbələrin intensivliyinin artırılması barədə qərar verib.

Axar.az xəbər verir ki, baş nazir bu barədə videomüraciətində deyib.

“Situasiyanın qiymətləndirilməsindən çıxan nəticəyə əsasən hücumların sürətinin və gücünün artırılması barədə qərar verildi”, - deyə Netanyahu bildirib.

Alman millətçiləri: Rusiyaya sanksiyalar ləğv edilməlidirAvropa Birliyinin Rusiyaya sanksiyaları Almaniya iqtisadiyyatına zərər vurur, onları dərhal aradan qaldırmaq lazımdır.

Axar.az xəbər verir ki, bunu Almaniya üçün Alternativ Partiyasının həmsədri Tino Krupalla deyib.

“Avropada və bütün dünyada sülh Almaniya üçün Alternativ Partiyasının əsas hədəflərindən biridir. Bu işdə vacib rolu Rusiya ilə yaxşı münasibətlər oynayır. Ona görə ki, Rusiya Avropaya məxsusdur. Sanksiya siyasətini dərhal dayandırmaq lazımdır”, – deyə o bildirib.
Lavrov ATƏT-in Qarabağda hansı iş görə biləcəyini AÇIQLADIRusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirilən birgə mətbuat konfransında Qarabağdakı vəziyyətə toxunub.

Avrasiya.net xəbər verir ki, Rusiya XİN başçısı Qarabağdakı vəziyyəti ətraflı şəkildə müzakirə etdiklərini bildirib:

"Bizim mövqeyimiz budur ki, Qarabağdakı vəziyyətin sabitləşməsi üçün üçtərəfli bəyanatın şərtləri həyata keçirilsin”.

Onun sözlərinə görə, Rusiya sülhməramlı qüvvələri azərbaycanlı həmkarları ilə daim əlaqədədir.

“Biz onların fəaliyyətini yüksək qiymətləndiririk. Hesab edirik ki, ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə humanitar sahədə irəliləyişlər əldə oluna bilər”
Adambaşına bu qədər fitrə zəkatı verilməlidir - ŞeyxBu il Ramazan bayramı 13 may tarixinə təsadüf edəcəkdir. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günü — Bayram axşamı şam namazından sonradır.

Avrasiya.net xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.

"Qazılar Şurasının Fitvasına görə adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir", - A.Paşazadə vurğulayıb.
İsrail XİN beynəlxalq ictimaiyyətə çağırış etdiİsrail Xarici İşlər Nazirliyi Fələstinlə qarşıdurma ilə bağlı açıqlama yayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bildirilib ki, HƏMAS və Qəzza zolağında Fələstinə məxsus digər təşkilatlar 10 may günorta saatlarından etibarən İsrail ərazilərinə intensiv raket atəşi edir, yalnız mülki hədəfləri və yaşayış yerlərini hədəf almağa çalışır.

Qeyd olunub ki, İsrailin cənubundakı Aşkelon və Sderot şəhərləri ilə yanaşı Qəzza zolağının sərhədindəki kəndlər, həmçinin Qüdsə yeddi raket atılıb.

“İsrail öz vətəndaşlarını qorumaq və terror təşkilatlarının İsrail mülki vətəndaşlarına hücum etməsinin qarşısını almaq üçün lazım olan bütün tədbirləri görəcək.

Vətəndaşlarını qorumaq hər bir dövlətin haqqı və vəzifəsidir və İsrail indi bunu edir və etməyə davam edəcəkdir.

Beynəlxalq ictimaiyyəti İsrail vətəndaşlarını hədəf alan raket hücumlarını mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq”, - deyə açıqlamada qeyd edilib.