"Şamaxı tarixinə səyahət" adlı ekskursiya baş tutubÜçüncü Bahar İctimai Birliyinin Ətraf Mühit İcması ilə əməkdaşlığı çərçivəsində 1 may tarixində Şamaxı YAŞA mərkəzinin üzvləri Kələxana türbələrinə ekskursiya ediblər.

Şamaxının tarixi məkanlarından olan Kələxana türbələri kompleks şəklindədir və ümumilikdə doqquz türbədən səkkizi dövrümüzə qədər gəlib çatmışdır. Bələdçi, Ətraf Mühit İcmasının əməkdaşı Ülvi Məmmədov ekskursiya iştirakçılarını Kələxana türbələr kompleksi ilə tanış edib, türbələrin tarixi, arxitekturası, coğrafi mövqeyi və başqa məlumatları onlara çatdırıb.

Ekskursiyanın sonunda təqaüdçülər xoş təəssüratlarla evə dönüblər.
Ağdamdakı vəziyyətə heyrətləndik - MarkovBu əraziləri bir vaxtlar ələ keçirənlərin vəhşiliyinə və qeyri-insani münasibətinə heyrətləndik.

Avrasiya.net xəbər verir ki, bu barədə Report-a Ağdama səfər edən Rusiya nümayəndə heyətinin üzvü, bu ölkənin politoloqu, Siyasi Tədqiqatlar Mərkəzinin direktoru Sergey Markov bildirib.

O, Ağdamın tezliklə əvvəllər olduğu kimi mühüm irimiqyaslı tədbirlərin təşkil ediləcəyi abad şəhərə çevriləcəyinə ümidini ifadə edib.

"Şadıq ki, Ağdam Rusiyanın vasitəçiliyi ilə həyata keçirilən razılaşmalar nəticəsində döyüşlərsiz geri qaytarılıb. Torpaqları azad etməkdə xüsusi qəhrəmanlıq göstərən Azərbaycanın xüsusi təyinatlılarını xüsusi qeyd etmək istərdim", - o deyib.
"İsraildə mütləq səfirliyimiz açılmalıdır""Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.

Avrasiya.net xəbər verir ki, bunu açıqlamasında Azərbaycanın İsraildə səfirliyinin açılması məsələsini daim gündəmdə saxlayan və dəstəkləyən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Partiya sədri vurğulayıb ki, İsrailin Azərbaycana olan isti münasibəti, hərbi sahədə əməkdaşlığı və Vətən müharibəsində bizə dəstək veriblər:

"Ümumiyyətlə, İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Azərbaycanın İsraildə səfirliyinin açılmaması diplomatik qaydalara ziddir. Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Tel-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyi göz qabağındadır. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.

Fuad Əliyev İsraildə Azərbaycanın rəsmi Turizm və Ticarət Bürolarının açılışını alqışladığını qeyd edib. Onun sözlərinə görə, bu, orada səfirliyin açılmasına ilkin addım olar:

"Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. İsrail prezidenti bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyinin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.



Əfqanıstanın 30 əsgəri yoxa çıxdıƏfqanıstan ordusunun 30 əsgəri Talibanın Qəznə şəhərində blokposta hücumdan sonra itkin düşüb.

Avrasiya.net xəbər verir ki, bu məlumatı “Tolonyus” televiziyası yayıb.

Məlumata görə, insident dünən baş verib. Tərəflər arasında döyüş bir neçə saat davam edib. Nəticədə blokpost Talibanın nəzarətinə keçib.
"İlham Əliyev erməni faşizmini ifşa edir"Prezidentin Zəngilan və Cəbrayıl rayonlarına səfəri işğaldan azad edilmiş ərazilərimizə əvvəlki səfərlərindən tamamilə fərqli mahiyyət daşıyır. Həmin səfərlər zamanı dövlət başçısı işğaldan azad olunmuş bölgələrdə (Ağdamda, Füzulidə, Şuşada) bir neçə böyük layihələrin əsasını qoyduğu kimi Zəngilan və Cəbrayıla səfərin gedişində də mühüm layihələrin açılışı oldu. Həmçinin, yeni layihələrin əsasının qoyulduğunun şahidi olduq. Eyni zamanda artıq azad olunan ərazilərdə son aylarda görülmüş işlərin ilkin nəticələri təqdim olundu. Bir sözlə, hazırda işğaldan azad edilmiş ərazilərimizdə minaların zərərsizləşdirilməsi prosesi ilə yanaşı, böyük quruculuq-bərpa işlərinə də start verilib. Belə demək mümkünsə, indi Qarabağ yenidən tikilir. Və bunu düşmənlərimiz də, dostlarımız da əyani şəkildə görür.

Dövlət başçısının səfəri bu gün bütün dünyaya bu ərazilərin gerçək sahibinin kimliyini göstərmək baxımından da olduqca əhəmiyyətlidir. Dünya Azərbaycanın işğaldan azad olunmuş ərazilərindəki acınacaqlı vəziyyəti İlham Əliyevin səfərləri vasitəsilə görür. Eyni zamanda bizim bu ərazilərimizi erməni vandalizminin ağır fəsadlarından, işğalın gətirdiyi fəlakətli durumdan xilas etmək istəklərimiz əyani şəkildə ortaya qoyulur. Prezident azad olunmuş torpaqlarda vandalların dağıtdığı məscidin bərpası üçün addımlar atır, dini ocağın divarına öz əlləri ilə daş qoyur, divar hörür. Onun bu və digər addımları bizimlə ermənilərin fərqini açıb göstərir. Dünya ictimaiyyətinin obyektiv kəsimi də, ermənipərəst kəsimi də müqayisə üçün imkanlar əldə edir. Belə ki, dünya bir tərəfdə ermənilərin dağıdıcılığını, işğalçılığını görürsə, o biri tərəfdə isə Azərbaycan xalqının qurucu xarakterinə, sülhpərvərliyinə şahidlik edir. Və yaxud, dünənləri dünya işğalçı Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyanın Şuşada sərxoş rəqsinə tamaşa edirdisə, bu gün isə elə həmin dünya Azərbaycanın qalib Ali Baş Komandanın Şuşada, Zəngilanda, Ağdamda, Füzulidə az qala hər daşa, hər ağaca necə sevgi və qayğıkeşliklə yanaşmasının şahidi olur.

Başqa sözlə desək, İlham Əliyevin Qarabağa səfərləri ermənilərin də, azərbaycanlıların da dünyaya olduğu kimi tanıdılmasına xidmət edir. Düşmənimizin vandal xislətini, barbarlığını idşa etmək üçün əla fürsət yaranıb. İlham Əliyev bu yolla erməni faşizmini ifşa edir. Bu çox uğurlu taktikadır. Prezident həqiqətən də mükəmməl taktika seçib. “Kokeyşn büro” kəkələyən və “Tiqranakert”, “Böyük Ermənistan” kimi mifik nağıllar danışan Nikol Paşinyandan (və ümumiyyətlə, bütün xəstə təfəkkürlü erməni siyasətçilərindən) fərqli olaraq İlham Əliyev dünyaya “qədim” tarix haqqında saxta mühazirələr oxumur. Azərbaycan Prezidenti min illər boyu bu ərazilərin bizə məxsus olduğunu sadəcə əyani faktlarla bütün dünyaya göstərir. İlham Əliyev Qarabağın bələdçisi, təqdimatçısı rolunda çıxış edir. Dünya məhz İlham Əliyevin təqdimatında Qarabağı yenidən tanımaq imkanı əldə edir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
ABŞ Rusiya ilə konsulluq əməkdaşlığını dayandırıbABŞ Rusiya ilə konsulluq əməkdaşlığını sərbəst olaraq kəsib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Vaşinqton Moskvanı konsulluq sahəsində diplomatların sayını azaltmağa məcbur edib. Zaxarova deyib ki, Rusiya ABŞ vətəndaşlarına 7-10 günədək viza verilməsini davam etdirir.
Koronaya yoluxan nazir sağaldıKoronavirusa yoluxan Mədəniyyət naziri Anar Kərimov sağalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib.

O bildirib ki, nazir yenidən COVID-19 testi verib və nəticəsi neqativ çıxıb:

“Anar Kərimovun səhhəti ilə bağlı hər şey qaydasındadır. Karantin müddəti bu həftənin sonu bitir. Gələn həftədən nazirin işə çıxması nəzərdə tutulur”.

Xatırladaq ki, aprelin 16-da Anar Kərimovun koronavirus testinin nəticəsi pozitiv olmuşdu.
Aqil Acalov xristianları müqəddəs Pasxa bayramı münasibəti ilə təbrik etdi.Yüzlərlə müxtəlif dini məbədin (məscid, kilsə, sinaqoq və s) fəaliyyət göstərdiyi Azərbaycan fərqli din nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığı ölkədir. Hər din nümayəndəsinin öz ibadət tərzi var.

Tarix boyu ölkəmizdə ayrı-ayrı dini etiqad və inanclara malik qrupların əmin-amanlıq şəraitində yaşaması, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında xalqımızın humanizm və çoxmillətlilik dəyərlərinin əvəzedilməz rolu vardır. Bir keyfiyyət olmaqla yanaşı, həm də həyat tərzi olan tolerantlıq bizim bir dövlət, bir cəmiyyət olaraq fərqliliyimiz və zənginliyimizin təzahürüdür. Bugün Azərbaycan bir çox ölkələr üçün tolerantlıq nümunəsidir.

Azərbaycan Konstitusiyası insanların dini etiqadını seçməsinə və bununla bağlı mərasimləri yerinə yetirməsinə heç bir məhdudiyyət qoymur. Digər azadlıqlar kimi din azadlığının da formalaşmış olması burada müxtəlif dini ayinlərin və tədbirlərin keçirilməsi üçün şərait yaratmışdır.

Mərhəmət, şəfqət, acıma, dözümlülük, dəyərvermə kimi bəşəri dəyərlərin cəmiyyətdə yayılması xüsusi miqyas və məna kəsb edir. Azərbaycanın tolerantlıq modelinin əsasında xalqın dərin tarixə əsaslanan milli mədəni xüsusiyyətləri və unikal tolerantlıq modelinin formalaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasət dayanır. Belə ki, multikulturalizm ölkədaxili siyasətin tərkib hissəsi olmaqla cəmiyyətdə etnik-mədəni müxtəliflikləri tənzimləyərək inteqrasiya proseslərinin dərinləşməsinə gətirib çıxarır. Ve beləliklə dini müxtəliflikdən ortaya çıxa biləcək qarşıdurma və anlaşılmazlıqların qarşısı alınır.

Əsrlərə dayanan bu milli xüsusiyyətimizə əsaslanaraq sizi – Azərbaycanın pravoslav-xristian icması,dəyərli həmvətənlərim, xristianların müqəddəs Pasxa bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, xoşbəxtlik və bayram əhval-ruhiyyəsi arzulayıram.

Multikultural,tolerant Azərbaycanımızın rifah və xoşbəxt gələcəyi naminə daima birlik və bərabərlik içərisidə yaşamağınızı diləyirəm.

Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti,İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim Aqil Acalov.
Prezident Azad Rəhimovun vəfatı ilə bağlı nekroloq imzaladıAzərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da ömrünün 57-ci ilində vəfat etmişdir.

Avrasiya.net nekroloqun mətnini təqdim edir:

Azad Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində anadan olmuşdur. O, Bakı şəhəri 134 nömrəli orta məktəbi bitirmiş, 1981–1986-cı illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda ingilis dili fakültəsində ali təhsil almışdır.

Azad Rəhimov 1986–1987-ci illərdə hərbi xidmət keçdikdən sonra 1987–1990-cı illərdə rayon komsomol təşkilatında katib və birinci katib, 1990–1993-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifələrində işləmiş, 1993-cü ildən dövlət idarəçiliyinə gələnədək sahibkarlıq fəaliyyəti göstərmişdir.

2006-cı ildə Azərbaycan Respublikasının gənclər və idman naziri təyin olunan Azad Rəhimov ömrünün sonunadək bu vəzifəni icra etmiş, həmin illərdə eyni zamanda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti olmuşdur.

Azad Rəhimov gənclər və idman naziri kimi çalışdığı müddət ərzində daim işgüzarlıq və təşkilatçılıq qabiliyyəti nümayiş etdirmişdir. Dərin məsuliyyət hissi və dövlətçilik prinsiplərinə sadiqliyi ona həmkarları arasında böyük hörmət qazandırmışdır. Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən biri olan idmanın qarşısında dayanan vəzifələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsi üçün qüvvə və bacarığını əsirgəməyən Azad Rəhimov respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi və kütləviliyinin artırılması, eləcə də idmançılarımızın ən mötəbər yarışlarda iştirakının yüksək səviyyədə təmin edilməsi və ölkəmizin idman şərəfinin beynəlxalq miqyasda layiqincə qorunması işinə töhfələr vermişdir. Azərbaycan gəncliyinin inkişafına dair dövlət proqramları və strategiyalarının hazırlanmasında, habelə gənclərin yaradıcılıq potensialının üzə çıxarılması ilə bağlı tədbirlərin uğurla həyata keçirilməsində onun təqdirəlayiq xidmətləri olmuşdur.

Azad Rəhimovun səmərəli fəaliyyəti yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif edilmişdir.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı və səmimi insan Azad Arif oğlu Rəhimovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Mehriban Əliyeva

Əli Əsədov

Sahibə Qafarova

Samir Nuriyev

Adil Əliyev

Eldar Əzizov

Yusuf Məmmədəliyev

Çingiz Hüseynzadə

Ağacan Abıyev

Fuad Hacıyev

Fərid Cəfərov

İlqar Rəhimov
"Polis" adı ilə qadınları şantaj edən kişi saxlanıldıBakıda özünü polis kimi təqdim edərək qadınları şantaj edən şəxs müəyyən edilərək tutulub.

Avrasiya.net xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin həyata kerdiyi əməliyyat axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan 1986-cı il təvvəllüdlü Elnur Sultanov saxlanılıb. Həmin şəxsin əməllərindən zərər çəkənlərin polisə müraciət etmələri tövsiyə olunur.