Britaniyada koronavirusdan ölüm sayı 15 nəfərə düşdü
Dərc olunub:
1-05-2021, 08:32
Böyük Britaniyada son sutka ərzində 2381 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4 416 623 nəfərə çatıb.
Avrasiya.net xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.
Son sutka ərzində 15 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 127 517 nəfərə çatıb.