Əfqanıstanın 30 əsgəri yoxa çıxdı
Dərc olunub:
1-05-2021, 18:43
Əfqanıstan ordusunun 30 əsgəri Talibanın Qəznə şəhərində blokposta hücumdan sonra itkin düşüb.
Avrasiya.net xəbər verir ki, bu məlumatı “Tolonyus” televiziyası yayıb.
Məlumata görə, insident dünən baş verib. Tərəflər arasında döyüş bir neçə saat davam edib. Nəticədə blokpost Talibanın nəzarətinə keçib.