Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Avrasiya.net xəbər verir ki, bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.
Təhsil naziri intihar edən şagirdlərdən yazdıAbşeron rayonu, Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin 11-ci sinfinin iki şagirdinin intiharı bizi dərindən kədərləndirir. Ailə və yaxınlarına səbr diləyirik.

Avrasiya.net xəbər verir ki, bu fikirləri təhsil naziri Emin Əmrullayev özünün Feysbuk səhifəsində yazıb.

"Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Allah rəhmət eləsin!" - nazir bildirib.
Prezident türkiyəli deputatlara Zəngəzur dəhlizinin açılmasından DANIŞDI“Sizin səfəriniz, əlbəttə, böyük önəm daşıyır. Çünki parlamentlərarası əlaqələrimiz də çox uğurla inkişaf edir. Həm ikitərəfli formatda, həm beynəlxalq təşkilatlar çərçivəsində daim bir yerdəyik, bir-birimizi dəstəkləyirik. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə tərəfindən göstərilən dəstək, bildiyiniz kimi, bütün Azərbaycan xalqını çox məmnun etdi. Bu, təbiidir”.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, çünki iki qardaş ölkə daim bir-birinin yanındadır: “Əziz qardaşım hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın ilk saatlardan bizə verdiyi siyasi və mənəvi dəstək, əlbəttə ki, bizi çox ruhlandırdı. Eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin rəhbəri hörmətli Mustafa Şentop və parlament üzvləri də bizə həmrəylik və dəstək göstərmişlər. Yəni, bu müharibə günləri bir daha göstərdi ki, bizim xalqlarımız nə qədər bir-birinə bağlıdır, nə qədər bir-birinə sevgi ilə və hörmətlə yanaşır. Bu yaxınlarda İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə də əziz qardaşım hörmətli Prezident Azərbaycan haqqında, bizim Zəfərimiz haqqında çox gözəl sözlər demişdir. Bildiyiniz kimi, bu Zəfəri qeyd etmək üçün ötən ilin sonunda Bakıda hərbi parad keçirilmişdir.

Onu da bildirməliyəm ki, Türkiyənin mətbuatı, bütün ictimai qurumları bu müharibə dövründə Azərbaycana çox böyük dəstək göstərdilər. Biz bunu çox yüksək qiymətləndiririk. Bu gün bizim bölgəmizdə yeni vəziyyət yaranmışdır, yeni reallıq yaradılmışdır. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı, artıq həll edildi, bitdi. İndi gələcəyə baxmalıyıq və bölgəmizdə əməkdaşlıq haqqında düşünməliyik, xüsusilə nəqliyyat layihələrinin həyata keçirilməsi, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Əminəm ki, birgə səylərlə buna da nail olacağıq”.


Azərbaycandan İndoneziyaya humanitar yardım...Azərbaycan hökuməti İndoneziyaya 50 min ABŞ dolları məbləğində humanitar yardım göstərib.

Bu barədə Avrasiya.net-ə XİN-dən məlumat verilib.

Bildirilib ki, yardım Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti vasitəsilə baş tutub.

İndoneziyanın Qırmızı Xaç Cəmiyyəti tərəfindən göstərilmiş humanitar yardıma görə başda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmaqla Azərbaycan xalqına minnətdarlıq bildirilib.

Qeyd edək ki, yanvarın 15-də İndoneziyanın Sulavesi adasında Rixter cədvəli üzrə 6,2 bal gücündə baş vermiş zəlzələ 27 nəfərin ölümünə, 600 nəfərdən çox insanın yaralanmasına səbəb olub. Təbii fəlakət nəticəsində 100-ə yaxın evə ziyan dəyib, 10 yaşayış evi isə tamamilə dağılıb.

Məktəbin işıqlarını düzəldən mantyoru “tok” vurduQusarda orta məktəb binasını enerji ilə təchiz edən transformatora təhkim olunmuş elektrik texnikini cərəyan vurması onun sağlamlığına ciddi xəsarət yetirib.

Avrasiya.net xəbər verir ki, bu hadisə maraqlı bir faktın açılmasına gətirib çıxarıb:

Hadisə bir neçə ay əvvəl - 2020-ci il dekabrın 11-də gündüz saat 15.40 radələrində baş verib. "Azərişıq"ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin sayğac quraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində çalışan Eynulla Kələntər oğlu Vəlimətov Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təchiz edən transformatorun 0,4 kv-luq elektrik xəttinə sayğac quraşdırarkən onu cərəyan vurub və ağır yanıq xəsarətləri alan texnik dərhal xəstəxanaya çatdırılıb. Dərhal Qusar rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Rayon prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Prokurorluğun araşdırması nəticəsində bir sıra maraqlı, müəmmalı məqamlar meydana çıxıb. Məlum olub ki, 2007-ci ildə istifadəyə verilmiş Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə qidalandıran 0,4 kv-luq kompleks transformator məntəqəsi indiyədək "Azərişıq"ASC-nin və ya "Azərenerji" ASC-nin hər hansı rayon şöbəsində, eləcə də istehlakçı kimi Qusar rayon təhsil şöbəsində qeydiyyata alınmayıb. Bu məqsədlə Qusar rayon prokurorluğu fakta tam mütəxəssis rəyi verilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəzinə müraciət edib. Mərkəzin Əmək Təhlükəsizliyinin Tədqiqi Ekspertizasının rəyinə əsasən məlum olub ki, Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təmin edən 0,4 kv-luq transformator məntəqəsi quraşdırılandan sonra balans mənsubiyyəti, istismar məsuliyyəti barədə akt tərtib edilmədən istifadəyə verilib və bu günəcən 2007- ci ildən istifadədə olan transformator məntəqəsi təhsil ocağını enerji ilə təmin etməkdə davam edir.

Qeyd edilən halları nəzərə alaraq, 2021 il fevralın 24-də Qusar rayon prokurorluğunda "Azərişıq" ASC-nin Şimal Regional Enerji Satışı və Təchizatı idarəsinin Sayğac quraşdırma və uçota nəzarət sektorunun və qurumun Qusar rayon Enerji Təchizatı və Satışı şöbələrinin və Qusar rayon Təhsil şöbəsinin rəsmiləri barədə respublika CM-nin 162.1(əmək təhlükəsizliyi qaydalarının pozulması) və 314.1(vəzifə səhlənkarlığı) maddələrilə cinayət işi açılıb.

Qusar rayon prokurorluğundan verilən məlumata görə, hazırda istintaq tədbirləri davam edir:

Hazırda fakta görə cinayət işinin istintaqı gedir. 2007-ci ildən istismarda olan transformator məntəqəsinin enerji sərfiyyatına görə dövlətə istehlakçı tərəfindən enerji haqqı ödənilib. Belə olan halda ortaya maraqlı sual meydana çıxır: bəs balansda olmayan transformatora görə ödənilən vəsait indiyədək hara və kimlərin cibinə daxil olub? Konkret olaraq hələlik yuxarıda qeyd edilən dövlət qurumlarının rəhbərlərinin adını çəkmirik. Çünki 2007-ci ildən indiyədək bu qurumlarda çox rəhbərlər, məsul şəxslər dəyişilib. Balaqusar kənd məktəbinin transformatorunun indiyədək balansa alınmamasının günahının konkret olaraq kimdə olmasını Qusar rayon prokurorluğunun apardığı istintaq müəyyən edəcək və bu istintaqın yekununda bir çox məsələlərə aydinlıq gətiriləcək, axı işıq aydınlıq mənbəyidir. O zaman məlum olacaq ki, balansda olmayan transformator 14 il ərzində kimlərə "xidmət edirmiş". Qeyd edək ki, "Azərişıq ASC-nin bölgələrdə əhalinin fasiləsiz enerji ilə təmin edilməsi istiqamətində gördüyü bir sıra işlər hər birimizə yaxşı məlumdur. Görəsən, Balaqusar kənd məktəbinin enerji sərfiyyatına görə dövlətin ayırdığl vəsait hansısa ucqar kənddə qəzalı, ağacdan olan elekrik dirəyinin və təhlükəli elekrtrik xəttinin yenilənməsinə sərf olunub, yoxsa kimlərinsə cibinə gedib? Tam inanıram ki, bu sualın cavabını rayon prokurorluğunun apardığı istintaq tez bir zamanda verəcək.

Səbirli olaq, gözləyək, aydınlıq olsun!!!!"
Bakıda iki yeniyetmə qız özünü binadan ATDIBakıda dəhşətli hadisə baş verib.

Avrasiya.net APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, 9 mərtəbəli binanın damına çıxan iki yeniyetmə qız oradan özlərini yerə atıb. Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib.

İlkin məlumata görə, qızlardan birinin 16, digərinin isə 17 yaşı var.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.

Hazırda ölənlərin kimliyi araşdırılır.
Bakıda qadın ərini dəmir linglə öldürdüMartın 7-də saat 05 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi ərazisində 1976-cı il təvəllüdlü Mahir Oqtay oğlu Şıxəliyevin yaşadığı evdə üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğunudan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmiş şəxsin arvadı 1980-ci il təvəllüdlü Günay Arif qızı Şıxəliyevanın ailə-məişət münasibətləri zəminində Mahir Şıxaəliyevin yatmış vəziyyətdə olmasından istifadə edərək dəmir linglə onun baş nahiyəsinə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Günay Şıxəliyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Azərbaycanda 25 yaşlı oğlanı sevgilisinin ailəsi diri-diri yandırdı - ŞOK TƏFƏRRÜATBərdə rayonunda 25 yaşlı oğlan yandırılıb.

Bərdə şəhərində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu bədəninin müxtəlif nahiyələrindəki 1,2 və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, gənc oğlanın üstünə spirt tökülərək yandırılıb və İlkin tibbi yardımdan sonra o, Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, Ə.Eyvazov sevdiyi qızın ailəsi tərəfindən yandırılıb. Belə ki, xeyli vaxtdır, Bərdədə tanınmış iş adamlarından olan, müxtəlif tibb obyektlərinin sahibi olan şəxsin qızı ilə sevgi münasibəti yaşayan gənc oğlan qız tərəfinin təkidli dəvəti ilə Bərdəyə gəlib. Qızgilin evində olarkən Ə.Eyvazova qızla nikaha daxil olmalı olduğu bildirilib. Bu zaman tərəflər arasında narazılıq yaranıb və 25 yaşlı Əliəhədin üstünə spirt tökülərək ona od vurulub.

Hadisədən dərhal sonra Ə.Eyvazovun anası Bərdəyə gəlib və baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalar davam etdirilir.

Publika.az

Yoluxma yenidən artdı - aktiv xəstə sayı 4 mini ötdüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 297 yeni yoluxma faktı qeydə alınıb, 126 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 237260 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229915 nəfər müalicə olunaraq sağalıb, 3250 nəfər vəfat edib, aktiv xəstə sayı 4095 nəfərdir.

Ölkədə son sutka ərzində 5252, hazırkı dövrədək isə 2663151 test aparılıb.
Sərkisyan Bakıya səfər edib - Səfirdən şokErmənistanın Makedoniyadakı keçmiş səfiri Araik Sərkisyan Ermənistan Prezidenti Armen Sərkisyanın 17 noyabrda Bakıya gəldiyini iddia edib.

Axar.az xəbər verir ki, bunu o, “İravunk” qəzetinə açıqlamasında söyləyib. O, Armen Sərkisyandan Bakıya niyə getməsinə aydınlıq gətirməsini tələb edib.

Ermənistan Prezident Administrasiyası yayılan məlumatı rəsmən təkzib edib. Administrasiya Sərkisyanın Bakı səfəri məlumatını dezinformasiya adlandırıb və Sərkisyanın heç vaxta Bakıda olmadığı bildirilib.

Sərkisyanın 17 noyabr 2020-ci ildə İrəvanda Kanadanın Ermənistandakı yeni səfiri Meri Lekleri qəbul etdiyi vurğulanıb.