Sizin Reklam Burada

Məktəbin işıqlarını düzəldən mantyoru “tok” vurdu

Məktəbin işıqlarını düzəldən mantyoru “tok” vurduQusarda orta məktəb binasını enerji ilə təchiz edən transformatora təhkim olunmuş elektrik texnikini cərəyan vurması onun sağlamlığına ciddi xəsarət yetirib.

Avrasiya.net xəbər verir ki, bu hadisə maraqlı bir faktın açılmasına gətirib çıxarıb:

Hadisə bir neçə ay əvvəl - 2020-ci il dekabrın 11-də gündüz saat 15.40 radələrində baş verib. "Azərişıq"ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin sayğac quraşdırma və uçota nəzarət sektorunun texniki vəzifəsində çalışan Eynulla Kələntər oğlu Vəlimətov Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təchiz edən transformatorun 0,4 kv-luq elektrik xəttinə sayğac quraşdırarkən onu cərəyan vurub və ağır yanıq xəsarətləri alan texnik dərhal xəstəxanaya çatdırılıb. Dərhal Qusar rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları hadisə yerinə gəlib. Rayon prokurorluğu faktla bağlı araşdırmalara başlayıb.

Prokurorluğun araşdırması nəticəsində bir sıra maraqlı, müəmmalı məqamlar meydana çıxıb. Məlum olub ki, 2007-ci ildə istifadəyə verilmiş Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə qidalandıran 0,4 kv-luq kompleks transformator məntəqəsi indiyədək "Azərişıq"ASC-nin və ya "Azərenerji" ASC-nin hər hansı rayon şöbəsində, eləcə də istehlakçı kimi Qusar rayon təhsil şöbəsində qeydiyyata alınmayıb. Bu məqsədlə Qusar rayon prokurorluğu fakta tam mütəxəssis rəyi verilməsi məqsədilə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məhkəzinə müraciət edib. Mərkəzin Əmək Təhlükəsizliyinin Tədqiqi Ekspertizasının rəyinə əsasən məlum olub ki, Balaqusar kənd orta məktəbini elektrik enerjisi ilə təmin edən 0,4 kv-luq transformator məntəqəsi quraşdırılandan sonra balans mənsubiyyəti, istismar məsuliyyəti barədə akt tərtib edilmədən istifadəyə verilib və bu günəcən 2007- ci ildən istifadədə olan transformator məntəqəsi təhsil ocağını enerji ilə təmin etməkdə davam edir.

Qeyd edilən halları nəzərə alaraq, 2021 il fevralın 24-də Qusar rayon prokurorluğunda "Azərişıq" ASC-nin Şimal Regional Enerji Satışı və Təchizatı idarəsinin Sayğac quraşdırma və uçota nəzarət sektorunun və qurumun Qusar rayon Enerji Təchizatı və Satışı şöbələrinin və Qusar rayon Təhsil şöbəsinin rəsmiləri barədə respublika CM-nin 162.1(əmək təhlükəsizliyi qaydalarının pozulması) və 314.1(vəzifə səhlənkarlığı) maddələrilə cinayət işi açılıb.

Qusar rayon prokurorluğundan verilən məlumata görə, hazırda istintaq tədbirləri davam edir:

Hazırda fakta görə cinayət işinin istintaqı gedir. 2007-ci ildən istismarda olan transformator məntəqəsinin enerji sərfiyyatına görə dövlətə istehlakçı tərəfindən enerji haqqı ödənilib. Belə olan halda ortaya maraqlı sual meydana çıxır: bəs balansda olmayan transformatora görə ödənilən vəsait indiyədək hara və kimlərin cibinə daxil olub? Konkret olaraq hələlik yuxarıda qeyd edilən dövlət qurumlarının rəhbərlərinin adını çəkmirik. Çünki 2007-ci ildən indiyədək bu qurumlarda çox rəhbərlər, məsul şəxslər dəyişilib. Balaqusar kənd məktəbinin transformatorunun indiyədək balansa alınmamasının günahının konkret olaraq kimdə olmasını Qusar rayon prokurorluğunun apardığı istintaq müəyyən edəcək və bu istintaqın yekununda bir çox məsələlərə aydinlıq gətiriləcək, axı işıq aydınlıq mənbəyidir. O zaman məlum olacaq ki, balansda olmayan transformator 14 il ərzində kimlərə "xidmət edirmiş". Qeyd edək ki, "Azərişıq ASC-nin bölgələrdə əhalinin fasiləsiz enerji ilə təmin edilməsi istiqamətində gördüyü bir sıra işlər hər birimizə yaxşı məlumdur. Görəsən, Balaqusar kənd məktəbinin enerji sərfiyyatına görə dövlətin ayırdığl vəsait hansısa ucqar kənddə qəzalı, ağacdan olan elekrik dirəyinin və təhlükəli elekrtrik xəttinin yenilənməsinə sərf olunub, yoxsa kimlərinsə cibinə gedib? Tam inanıram ki, bu sualın cavabını rayon prokurorluğunun apardığı istintaq tez bir zamanda verəcək.

Səbirli olaq, gözləyək, aydınlıq olsun!!!!"

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər