Sizin Reklam Burada

Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi ətrafında müzakirə aparılıb

Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi ətrafında müzakirə aparılıbDövlət Miqrasiya Xidmətində “Təhlükəsiz və nizamlı miqrasiyanın təşviqi fonunda müasir dövrün çağırışları” mövzusunda seminar keçirilib.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyi tərəfindən icra olunan “Təhlükəsiz, nizamlı və qanuni miqrasiya naminə səylərin səfərbər edilməsi” layihəsi çərçivəsində təşkil olunan seminarda aidiyyəti dövlət qurumlarının, miqrasiya sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri və miqrant icmalarının təmsilçiləri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov təmsil etdiyi qurumun miqrasiya sahəsində icra etdiy dövlət siyasətinin müxtəlif aspektləri barədə məlumat verib, effektiv miqrasiya idarəçiliyinin həyata keçirilməsi məqsədilə maraqlı tərəflər arasında qurduğu əlaqələndirmənin inkişaf etdirilməsi istiqamətində gördüyü işlər haqqında danışıb. Bununla yanaşı V.Qəhrəmanov BMT-nin Miqrasiya üzrə Qlobal Pakt və digər beynəlxalq sənədlərdə yer alan müddəalar barədə məlumat verib və Xidmətin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlərə toxunub.

Çıxış edən Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva vətəndaş cəmiyyəti institutlarının ixtisaslaşması məsələsinə toxunub, bu kontekstdə miqrasiya sahəsində təşəkkül tapan müsbət presedentlər barədə danışıb və dövlət qurumları ilə QHT-lər arasında kontruktiv dialoqun inkişaf etdirilməsində həmin müsbət nümunələrin xüsusi rol oynadığını bildirib.

İcra olunan layihə fəaliyyətləri və əldə olunan nəticələr barədə geniş məlumat verən Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov vurğulayıb ki, qloballaşan dünyada geniş vüsət alan miqrasiya prosesləri müasir dövrün olduqca dinamik və bu proseslərlə bağlı bir çox indikatorları sürətlə dəyişən bir fenomenə çevrilib. Layihənin icrasından gəlinən qənaət ondan ibarətdir ki, ümumdünya miqyasında ildən ilə artan miqrant axınları, intensivləşən miqrasiya prosesləri bütün maraqlı tərəflərin daha çevik strategiya əsasında fəaliyyət göstərməsini zəruri edir.

Tədbirdə çıxış edən “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyinin sədr müavini və Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının sədri Telman Məmmədov, ölkə ərazisində uzun müddət yaşayan Əli Şükri və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “İnjuria” jurnalının Redaksiya Şurasının üzvü Hikmət Babayev maliyə, təhsil, səhiyyə və digər sahələrlə miqrantlarda dail olan müraciətlər barədə danışıblar.

Xüsusilə vurğulanıb ki, Azərbaycanda miqrasiya proseslərinin effektiv idarə olunması üçün zəngin miqrasiya qanunvericiliyi bazasının olduğunu bildirib və bu istiqamətdə zəruri təkmilləşdirilmə işləri mütəmadi əsaslarla aparılır.

İştirakçılar tərəfindən verilən suallar aidiyyəti üzrə cavablandırılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər